4.6.Verilənlərin inkapsulyasiysı
“Verilənlərin inkapsulyasisı” termini hər hansı bir protokol tərəfindən yaradılan informasiyanın digər protokolun verilənlər blokunun verilənlər seksiyasına daxil edilməsini göstərir. OSİ baza modelinin hər bir səviyyəsində verilənlər axını aşağı proto- kollar steki üzrə yer dəyişdikdə, növbəti, daha yüksək səviyyənin verilənləri inkapsulyasiya olunur.
OSİ modelinin hər bir səviyyəsindəki məntiqi qarşılıqlı hərə- kət şəbəkənin fiziki birləşməsinə toxunmur, çünki hər bir səviy- yənin informasiyası daha aşağı səviyyənin verilənlərinə inkapsul- yasiya olunmalıdır. İnkapsulyasinın nəticəsində paket adlanan ver- ilənlər toplusu yaradılır. Bu şəkildən hər bir səviyyədə yuxarıdan aşağı verilənlərin axınının inkapsulyasiyasını izləmək olar. Əlavə- lər səviyyəsində yaradılan verilənlər təqdim edilmə səviyyəsində inkapsulyasiya olunur. Təqdim edilmə səviyyəsindən sonra veri- lənlər xost-qəbuledici ilə seansı sinxronlaşdıran seans səviyyəsinə verilir. Buradan verilənlər xost-mənbədən xost-qəbulediciyə veri- lənləri nəql edən nəqliyyat səviyyəsinə daxil olur. Lakin nəql olun- mamışdan əvvəl, şəbəkə səviyyəsində formalaşmış paketə marşrut haqqında informasiya əlavə olunur. Sonra isə özündə lazımi ünvanları yerləşdirən kadrlar şəklində tərtib olunmaq və fiziki səviyyəyə göndərmək üçün kanal səviyyəsinə göndərilir. Fiziki səviyyədə sıfır və vahidlər şəklində təsvir ounan verilənlərin lifli- optik, və ya mis kabeli ilə xost-qəbulediciyə göndərilməsi təşkil olunur. Və, nəhayət sıfır və vahidlərdən ibarət olan axın xost-qə- bulediciyə çatdıqda, verilənlər modelin səviyyələri boyunca aşa- ğıdan yuxarı qalır. Bu halda OSİ modelinin hər bir səviyyəsində uyğun səviyyənin verilənləri deinkapsulyasiya olunur.
Ötürücü qurğuda verilənlərin inkapsulyasiyası aşağıdakı mər- hələlərdən ibarət olur:
İstifadəçinin informasiyası verilənlərə çevrilir.
Verilənlərdən seqmentlər tərtib edilir.
Seqmentlər paketlər və ya deytaqramlara çevrilir.
Paketlər və deytaqramlar kadrlara bölünürlər.
Kadrlardan bitlər sahəsi tərtib edilir.
4.6.1.İnkapsulyasiya
Şəbəkə fiziki mühitindən ötürülmə məqsədilə, əlavələrin yuxarı səviyyəsindən aşağıya (protokolların stekləri üzrə) fiziki səvi- yəsinə doğru, verilənlərin ötürülmə prosesinə inkapsulyasiya deyilir (burulmuş çüt, optik fiber, Wi-Fi və s.). Hər bir səviyyədə müxtəlif protokollar öz informasiyasını ötürülən verilənlərə əlavə edirlər
Bildiyimiz kimi, OSI modeli 7 səviyyəyədən ibarətdir: fiziki səviyyə; kanal səviyyəsi; şəbəkə səviyyəsi; nəqliyyat səviyyəsi; seans səviyyəsi; təqdimetmə səviyyəsi və tətbiqi səviyyə. Bütün şəbəkə qurğuları OSİ modelinə üyğun işləyirlər, yalnız bəziləri modelin 7 səviyyəsinin yeddisini də istifadə edir, qalanları isə ondan az. Belə hal daxil olan verilənlərin dəfələrlə tez emal olunmasına imkan verir.
Məsələn, sizin kompüter 7 səviyyəsinin yeddisinidə, marşru- tizator – üç aşağı səviyyəsini, kommutator isə yalnız iki aşağı səviyyəsini istifadə edirlər.
Şəkil 4.3-də marşrutizator vasitəsilə iki kompüterin qarşılıqlı əlaqəsi qöstərilib. PC1 və PC2 kompüterlərin yerində ev kom- püterləri və ya serverlər ola bilərlər. Marşrutizatorlar, yuxarıda qeyd etdiyimiz kimi, OSİ modelin yalnız üç səviyyəsində işlə- yirlər. Buda (üç səviyyənin istifadəsi), hər hansı bir şəbəkədə marşrutun açılmasına kifayətdir.
İnkapsulyasiya və dekapsulyasiya.
İnkapsulyasiya və dekapsulyasiya proseslərini misal üzrə izah edək. Məsələn, siz hansısa veb səhifəyə baxmaq istəyirsiniz və Brauzerin ünvan sətirinə saytın ünvanını daxil edib Enter düymə- sini basdınız. Bu əməliyyatdan sonra verilənləri almaq məqsədilə Brauzer servera (veb səhifə saxlanan yerə) sorğu ğöndərir. Elə həmin mərhələdə, daxil olunmuş ünvan sorğu şəklində servera ötürülür (şəkil 4.4)20.
20 http://infocisco.ru/network_model_encapsulation_pdu.html
Dostları ilə paylaş: |