Magistr dissertasiyasi magistrant: Əhmədov Tural


Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının dünya təcrübəsi



Yüklə 0,55 Mb.
səhifə5/22
tarix10.01.2022
ölçüsü0,55 Mb.
#109216
1   2   3   4   5   6   7   8   9   ...   22
1.2 Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının dünya təcrübəsi

Bildiyimiz kimi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra müstəqil gömrük siyasəti həyata keçirməyə başlandı və vacib sayılan gömrük qanunvericiliyi üzrə aktlar qəbul olundu. Həmçinin gömrük işinin daha da səmərəli təşkili məqsədilə ARDGK tərəfindən lazımlı əsasnamə və təlimatlar işlənib hazırlandı. Bütün işlərin əsasında Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin və suverenliyinin təmin edilməsi dururdu. Həmin sənədlərdə Respublikamızın strateji inkişaf istiqamətlərinə müvafiq olaraq istiqmətlənəcək vahid gömrük siyasəti əksini tapmışdır.

Son əsrdə Azərbaycan Respublikası Gömrük xidmətinin inkişafı və təkminləşdiriməsində mühüm dəyişikliklər baş vermişdir və 30.01.1992-ci ildə AR Dövlət Gömrük Komitəsinin yaranması ilə bunun əsası qoyulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 464 nomrəli 10.01.1997-ci il tarixli sərəncamilə artıq bu tarix Gömrük işçilərinin peşə bayramı günü kimi gömrük xidmətinin inkişafı tarixinin xronologiyasına daxil olmuşdur.

Gömrük ekspertizası fəaliyyətinin strukturu Azərbaycan Respublikasının NK-nin Azərbaycan Respublikasının Dövlət Gömrük komitəsinin məsələlələri haqqında 01.06.1992ci il 301 nömrəli qərarilə birbaşa Dövlət Gömrük Komitəsinin şəxsində yaradılmışdır.


AR DGK







Gömrük orqanları




Mərkəzi Gömrük laboratoriyası





Ekspres diaqnostik qruplar



Gömrük laboratoriyaları (Bölgə)

Ümumdünya Gömrük Təşkilatının 1996-cı ildə Gömrük laboratoriyasının təşkili üzrə Proqram Layihəsinə uyğun olaraq laboratoriya binasının çertyoj sxemi verilmiş və bunun əsnasında laboratoriya binası inşa edilmişdir.

BMT Narkotik vasitələrə nəzarət olunma proqramı Laboratoriya mərkəzinin xəttilə narkotik maddələrin təyin olunmasına dair metodiki ləvazimatlar əldə edilmiş, onların təyini məqsədilə alınmış ekspres-testlərin istifadə olunması qaydalarına dair təlimat hazırlanmışdır ki, bu isə təyinat üzrə metodiki bazanın gücləndirilməsinə zəmin yaratmışdır.

Beləliklə, 2000-ci il. gömrüyün inkişaf xronologiyasında tarixə yazılacaq illərdən biridir. Elə ki, DGK Mərkəzi Laboratoriyası tam təmirdən sonra müasir, yeni analitik cihaz və apparatlarla təchiz olunmuş və tam istifadəyə verilmişdir.

21.06.2000 ci ildə – Mərkəzi Laboratoriyanın tam əsaslı təmirindən sonra açılış mərasimində Ümumdünya Gömrük Təşkilatının baş katibi vəzifəsinin icraçısı Mişel Dane və bununla yanaşı İqtisadi Əməkdaşlıq Təşkilatı nümayəndələri iştirak etmişdirlər.

Laboratoriyanın açılışını ÜGT-nın baş katibi vəzifəsinin icraçısı Mişel Dane AR DGK-nin mühüm və böyük nailiyyəti hesab etmiş və bu nailiyyətin nəticəsi artıq gömrük orqanlarının xidməti fəaliyyətində özünü göstərməkdədir.

Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyin, habelə hüquqpozmalar üzrə qanunvericiliyin tələbinə uyğunlaşdırılaraq gömrük ekspertizası aparılır. Gömrük orqanları tərəfindən ekspertiza fəaliyyəti, gömrük orqanlarının səlahiyyətlərinə uyğun bütün hüquqpozmalarla bağlı təhqiqatın aparılması eləcə də Gömrük Hüquq Pozmalarıüzrə təhqiqat-axtarışın həyata keçirilməsilə əlaqədar olaraq gömrük nəzarəti və ya rəsmiləşdirilməsi ərəfəsində təyin olunur.

Qeyri-ərzaq malları üzrə gömrük ekspertizanın aparılması işi üzrə qaydalar Azərbaycan Respublikası GM-sinin 342-ci maddəsinin müvafiq bəndləri ilə müəyyənləşdirilmişdir. “Gömrük prosedurlarının pozulması üzrə işi aparan və ya bu işlərə nəzarəti təkil edən Azərbaycan Respublikası gömrük orqanının istənilən vəzifəli şəxsi gömrük ekspertizası keçirilməsini zəruri saydıqda bu haqda qərar qəbul edir. Qərar formasında ekspertin soyadı, ekspertizanın təyin edilməsinin əsasları və ekspertiza təyin olunacaq laboratoriya, və ya müvafiq müəssisənin adı, ekspertə verilən suallar və ekspertin sərəncamına təqdim olunan materiallar nəzərə çatdırılır.

Göstərilənlərdən asanlıqla görmək olarki, Azərbaycanın gömrük ekspertizası sistemi beynəlxalq qanunvericiliyə uyğun olaraq hazırlanmışdır. İdxal-ixrac əməliyyatlarının genişlənməsi və Beynəlxalq əməkdaşlığın sürətlə inkişafı, Gömrük sisteminin daha da təkminləşməsinə və bununla da gömrük ekspertizasının dünya təcrübəsinə müvafiq prosedurlarla tənzimlənməsinə təkan verir.

Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasıçün aşağıdakı metodların hər birindən müvafiq üsullarla istifadə olunur:




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin