Gömrük məqsədlərindən asılı olaraq çoxsaylı ekspertizalar həyata keçirilir. Gömrük ekspertizası anlayışını daha aydın başa düşmək, təyinatını, həyata keçirilməsi metodikasını qavramaq məqsədilə, ekspetiza fəaliyyətinin növlərinə aid bir neçə elmi-nəzəri qaydalar ilə tanış olmaq daha məqsədəuyğun olardı.
Ekspertizanın aparılmasını müxtəlif əlamətlərə uyğun olaraq təsnifatlaşdırmaq və sistemləşdirilməsini aparmaq mümkündür.
Ekspertlər Məqsədinə görə 2 qrupa ayrılır.
1. Məhkəmə xarakterli ekspertlər.
2. Qeyri-məhkəmə xarakterli ekspertlər
Ekspertiza fəaliyyət dairələri və ya elm sahələri üzrə (elmi-praktiki sahələr) sistemləşdirilir. Bu göstəricilər üzrə ekspertizları aşağıdakı qruplara ayırırlar. Hərbi, sosioloji, siyasi, iqtisadi, texniki, tibbi, kriminalistik tipli, əmtəəşunaslıq tipli, ekoloji və s. qruplar. Göstərilən hər bir sahəsinin özünəməxsus olaraq nəzəri verilənlər bazası və hüquq əsasları toplusu formalaşdırılmaqdadır.
Hər bir qrup aşağıdakı əlamətlərlə səciyyələndirilən müxtəlif tipdə ekspertizaları özündə birləşdirir. predmetinə
obyektinə
metodikasına
ekspert tədqiqatının tapşırıqlarına görə.
Eskpertizanın çeşidi öz növbəsində daxilində çeşidin birneçə əlamətinin dəyişməsini təyinedən yarımnövlərə və növlərə ayrılır. Əgər müxtəlif əşyalar və obyektlər malın texniki ekspertizasında tədqiq olunur, müxtəlif növ tapşırıqlar verilir və fərqli tipdə metodlardan istifadə olunursa, onda əmtəənin texniki ekspertizasının fərqli növ və yarımnövləri alınır.
Ekspertizalar növbəliliyinə əsasən təkrar və ilkin ekspertizalar, həllolunan tapşırıqların miqyasına əsasən əlavə və əsas, tədqiqat aparılan obyektlərin miqdarına görə az obyetkli və çox obyektli və s. hissələrə bölünür.
Ekspertiza müxtəlif ekspertizaların aparılmasını tələb edən, nəzarət, hüquq-mühafizə, iqtisadi , fiskal, statistik və müdafiə əhəmiyyətli gömrük işləri tapşırıqların həll edilməsi üçün ekspertlər tərəfindən aparılan, elmi-təcrübi tədqiqatlardır.
Əsaslı gömrük ekspertizasını təyin etmək üçün, gömrük orqanı əməkdaşları, müvafiq ekspertiza aparılmasının təcrübi və nəzəri əsaslarını mütləq bilməlidir. (obyektləri, predmetini, tədqiqat metodikasını, xüsusi imkanlarını və s.)
Gömrük eskpertizası ekspertizanın xüsusi sinfini təşkil edir. Çünki onun predmet, obyekt, tədqiqat metodu olmaqla xüsusi xarakterli əlamətləri nəzərə çarpır.
Qeyri ərzaq mallarının gömrük ekspertizasının obyektləri dedikdə, aşağıda göstərilən maddi məlumat mənbələri diqqətə çarpır.
a) gömrük sərhəddindən idxal və ya ixrac məqsədilə keçən əmtəə və əşya, habelə tədqiqat üçün onlardan götürülmüş prob və müxtəlif nümunələr.
b) qaçaqmalçılığın subyekt və obyektləri və gömrük prosedurlarının pozulması.
c) gömrük nəzarətində və gömrük rəsmiləşdirilməsində istifadə edilən, müxtəlif növ çeşidli mal-müşaiəti sənədləri
Qeyri-ərzaq mallarının ekspertizası predmetinə gömrük nəzarətinin konkret şərait və faktları toplusunu, gömrük işinin ümumi problemlərini, aid edə bilərik. Bunların içində ən vacibləri aşağıdakılardır:
1. Qeyri-ərzaq mallarına gömrük nəzarətinin aparılmasının vəziyyəti, təyinatı və növünün müəyyən olunması.
2. XİFƏM-ə uyğun olan malların təsnifatını.
3. Əmtəələrin keyfiyyət göstəriciləri (növü, cinsi, markası, və s.) xarakterli (ikiqat təyinatlılığı, aksizliliyi, lisenziyalılığı), hazır məhsulun çıxış norması, mənşə ölkəsi və onda xammalın identifikasiyasının əsasında, gömrük qiymətini və bazar qiymətlərini təyin etmək.
4. psixotrop və narkotik maddələrin identifikasiyası.
5. əntiq malların, muzey eksponatlarının, qiymətli daş-qaşların və s. dioqnostikası.
Qaçaqmalçılığa və gömrük qayda pozuntularına qarşı mübarizə prosesində işçilər tərəfindən diqqət olunması irəli sürülən bir çox məsələlər gömrük ekspertlərinin həyata keçirdiyi xüsusi sinif ekspertiza üsullarilə – hemmoloji, iqtisadi, kriminalistik, əmtəəşünaslıq və s. həll olunur.
Qeyri-ərzaq üzrə malların gömrük ekspertizası yoluilə araşdırıla bilən tapşırıqları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
- götürülmüş nümunələr, müxtəlif hallarda izlər əsnasında, obyektlərin bənzərliyi əsasında onların uyğunluğuna istiqamətlənmiş mühüm məsələlər. Buraya müxtəlif mallardan götürülmüş müxtəlif prob və nümunələr əsnasında malların XİFƏN-ə uyğunluğunun aparılması, keyfiyyətinin araşdırılması, istehsal olunduğu xarici ölkələrin müəyyən edilməsi və s.-ni aid etmək mümkündür.
- diaqnostik-hadisənin yaranma səbəbləri, əmələ gəlmə mexanizmi, hərəkətlərin ardıcıllıqla aparılması üsullarının və s. Buraya həm də çıxış normalarının təyin olunmasını, xammal mənbələrinin tapılmasını, texnoloji ekspertizaları və s. daxil etmək mümkün olur.
- ekspert profilaktikası - gömrük cinayətlərinin və qayda pozuntularının törədilməsinin yaranma səbəblərinin müəyyənləşdirilməsi, onların həlli yollarının tapılması üzrə tədbirlərin hazırlanması. Gömrük tarifində nümunələrin müxtəlif üsullarla toplanması təcrübəsi və saxtakarlıq hallarının tədqiqatının aparılmasının kriminalistik olaraq təhlükəli olan mal pozisiyalarının aşkarlanacağını proqnozlaşdırmağı da buraya daxil etmək olar.
Qeyri-ərzaq malları üzrə gömrük ekspertizasının aparılmasının əsas növləri.
Qeyri-ərzaq malları bilavasitə tədqiqat obyekti olan gömrük ekspertizasının növlərilə tanış olaq. Qeyd edim ki, ekspertlər qarşısında qoyulan əsas tapşırıqların məsuliyyətindən birbaşa asılı olaraq gömrük eskpertizaları müxtəlif cür növlərə ayrılır. Qeyri-ərzaq mallarının ekspertizası qarşısında qoyulan tapşırıqları bəzi hallarda həll etməkçün, başqa bir ekspertizanın predmeti olan məsələlərə də toxunmalı olursan. Məsələn: Belə ifadə etsək, Təsnifat gömrük ekspertizası aparılarkən, ilkin mərhələdə identifikasiya problemləri, sonrakı mərhələdə isə kimyəvi və ya materialşünaslıq ekspertiza məsələləri həll edilir.
Ekspertizaları qeyri-ərzaq mallarının bu və ya digər dərəcədə tədqiqilə əlaqədar olaraq müxtəlif növlərə ayırmaq mümkündür:
- eyniləşdirmə aparılan ekspertiza.
- təsnifat ekspertizası
- texnoloji ekspertiza
- əmtəəçilik ekspertiza
- malın mənşə ölkəsinin təyini
- malın gömrük dəyərinin təyini
- materialların ekspertizasının aparılması
İdentikifasiya ekspertizası .Ekspertin qarşısına ekspertizanın obyekti sayılan mal necə adlanır sualı qoyula bilər. Gömrük sərhədindən keçən çoxsaylı əmtəələrin içərisində bildiyimiz kimi heç də hər zaman tanıdığımız mallar olmuya bilər. Bəzi qeyri-ərzaq mallarının xarici görünüşü (məsələn: yarımfabrikatlar, xammalların növü və s.kimi) onun mahiyyəti haqda fikirdə çox az məlumat yaradır. Odur ki, əmtəənin təyinatını və tərkibini müəyyənləşdirməkçün xüsusi araşdırma aparmaq, daha doğrusu, gömrük ekspertizası tələb edilir. İdentifikasiya (latınca mənası: identificare sözündən yaranıb eyniləşdirmək deməkdir) – və bu isə iki obyekt arasındakı oxşar cəhətlərin aşkar olunmasıdır. Naməlum əmtəənin identifikasiyası hər hansı bir məlum olan malla oxşar cəhətlərin müəyyən olunmasıdır. Bu təqdirdə həmin malın maddi obyekt kimi orada olması o dərəcədə vacib deyil. Çünki əslində həmin müəyyən və naməlum əmtəələri müqayisə edərək onların oxşar xüsusiyyətlərini müəyyən etmək yolu ilə, onları eyniləşdirir.
Dəqiqləşdirmənin səviyyəsindən asılı olaraq, əmtəələrin identifikasiyası hətta detallaşdırma səviyyəsində də yerinə yetirilə bilər. Malın təsvirlərini ardıcıllıqla dəqiqləşdirməklə xırda detalları belə müəyyən qədər identifikasiya emək olar. Misal olaraq qeyd edək ki, müxtəlif növ materialları identifikasiya edərkən,aşağıda qeyd olunmuş keçid sxemasından istifadə etmək mümkündür.
a) Mettal - qara metal - tərkib hissəsində dəmir, xrom, karbon, titan və nikel olan ərintilər. Dəmirli ərintinin tərkib hissəsində Cr-18 %-li ,N-9 %-li, Ti-1%-li,həmçinin X-18-NT markalı olan paslanmayan polad var.
b) Yun parça - parça - poliiefir, tərkibi liflli yun olan parça-30 %-li polliefir yun lifli parça-eni isə 1.5 metr təşkil edən 30% poliefir yun lifli parça - eni1.5m və səth sıxlığı 320/m² təşkil edən 30 %-li lifli poliefir yun parça və s. təşkil edir.
Gömrük işində olan identifikasiyanın növ müxtəlifliyi –xüsusi lisenziyanın təqdim olunması, emal məhsullarında olan xammalları identifikasiya etməkçün gömrük ərazisində və ondan kənarda yerləşən emal gömrük rejimlərində texnoloji ekspertiza aparılır. Bu cür hallarda hazır məhsulun emalıçün gömrük sərhədindən keçirilən xammalın eyniləşdirilməsi müəyyənləşdirmək lazım olur. Bu cür xammalın eyniləşdirilməsini müəyyənləşdirmək tələb edilir. Bu cür identifikasiya zamanı normativ sənədlər daha dəqiq olaraq eyniləşdirmə aparmaq tələb edir. Məhsulun məhz aparılan xammal məhsullarından hazırlandığı təsdiqlənməlidir. Bəzi hallarda belə identifikasiyanı aparmaq qeyri-mümkün olur.
Texnoloji ekspertiza. Gömrük ərazisində olan və ya ondan kənarda gömrük orqanı tərəfindən mal emalıçün lisenziya rəsmiləşdirilərkən, həmçinin lisenziyanın fəaliyyəti zamanında belə emal aparılar zaman texnoloji ekspertiza aparılır.
Bu metodlardan heç birinin tətbiq oluna bilməyəcəyi halda müraciət edən şəxsə öz metodunu təklif edə bilmə imkanı verilir, gömrük laboratoriyası isə bu halda ondan istifadə edilə bilmə yolların araşdırmalıdır.
Satış üçün bazara çıxarılmış malların istehsal prosesində doğranan materiallara görə təyin olunması çıxış nomrasına görə aparılır. Bu cür məhsullara ayaqqabı, xırdavat, toxuculuq və başqaları aiddir. Belə olan halda müəyyən sayda ilkin xammallardan alınan hazır məhsulların sayı yoxlanılır. Əmtəəlik məhsulların çıxış norması bütün hallarda emalın material balansı ilə, həmçinin də istifadə olunan texnologiyaya uyğun xammal-material balansının müxtəlif komponentlərinin əsaslılığı ilə yoxlanılır.
Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılması prosesində satışçün hazır məhsulun çıxış norması birbaşa hesablama yolu ilə də hesablama aparıla bilər. Toxuculuq sənayesində belə ki, avtomat metodikanın tətbiqi nəticəsində, kompüter vasitəsi ilə lazımlı parçanın kəmiyyəti birbaşa hesablanır.
Təsnifat ekspertizası Qeyri-ərzaq mallarının gömrük ekspertizasında ən məsuliyyətli və mürəkkəb ekspertiza hesab olunur. Gömrük ekspertizasının mürəkkəbliyi ondan ibarətdir ki, ümumilikdə götürdükdə, bütün əmtəələri identifikasiya etmək lazım olduqda bəzi məhsulların material sınaqlarına bu cür həyata keçirmək tələb edilir. Bu da Xarici İqtisadi Fəaliyyətin Əmtəə Nomeklaturasının aydınlaşdırılmış tələbləri işləməyi vacib sayır.
Təsnifat ekspertizasının əsas məqsədi ondan ibarətdir ki,təqdim olunan malda əmtəə pozisiyası və subpozisiyası, daha dəqiqliklə desək, malın kodu təyin olunmalıdır. Hər iki ifadə qarşılıqlı əvəzlənəndir və eyniyüklüdür.
Harmonik Sistemin beş detallaşma səviyəsi müəyyən olunmuşdur.
1. Malların qruplaşdırılmasının ali - sənaye sahələri üzrə aparılması : bölmə. Məsələn: qeyri-ərzaq malları üzrə VI bölmədə-kimya sənayesi üzrə müxtəlif məhsullar, V-bölmədə - mineral maddələr birləşdirilir.
2. Mallar, yerinə yetirdiyi funksiyaya uyğun, hazırlandığı materiala, emal dərəcəsinə uyğun detallaşdırılır.- Qruplar
3. Mallar daha spesifik olan əlamətlərə uyğun detallaşdırılır- Mal mövqeyi
4. Detallaşdma meyarları daha kiçik olub istifadə olunan mallar. Bir və yaxud iki defisli mal sub mövqeyi (sub-pozisiya )
Harmonik Sistemdə əmtəələr arasında fərqlənməni apara bilmək üçün iki növ ölçü vahidindən istifadə edilir.
- əmtəənin hazırlandığı xammal materialına görə.
- həmin əmtəənin göstərdiyi funksiyaya görə.
Ölçü vahidlərindən hər ikisi həm bir yerdə, həm də ayrılıqda tətbiq olunur. Məsələn, qol saatlarının (mal mövqeyi 9101), Fotokameraların (9006) və təsnifatı zamanı tam olaraq onların funksional xüsusiyyətləri nəzərə alınır.
Harmonik Sistem ümumilikdə götürdükdə ticarət dövriyyəsində dövr edən bütün əmtəələri əhatə edir. Bununla birgə, Harmonik Sistem nomenklaturasnda (latınca “nomenklatura sözündən götürülüb adların siyahısı deməkdir) dövriyyədə nisbətən daha böyük həcmə malik əmtəələr üçün xüsusilə nəzərdə tutulmuşdur. Məsələn təzə və soyudulmuş 0701 malmövqeyi
Funksiyalarına əsasən təsnifatlaşdırılmış əmtəə qruplarında əlavə əmtəə-mal mövqeyi də mövcuddur. Misal olaraq belə ki “baş üçün geyimlər və onların uyğun hissələri“ 65-ci qrup göstərə bilərik. Qrupda “zənbil” mal mövqeyi isə 6505 mal mövqeyidir.
Ümumilikdə baxsaq, Harmonik Sistemin göstərə bilmədiyi heç bir mal qalmadığını zənbil mal mövqeyindən istifadəyə diqqət etdikdə tam əmin ola bilirik.
Qruplar və bölmələrə edilən əlavə qeydlər əmtəə-mal mövqelərinin, təsir dairəsinin mümkün dəyişkənliyilə bağlı olduğunu göstərir. Müxtəlif əmtəə-mal mövqeləri arasında fərqlərin dəqiq sərhədini göstərməyə və onların vacibliyini müəyyən etməyə bu qeydlər imkan yaradır. Bəzən isə bu qeydlər əmtəələrin təsnifat xüsusiyyətini də əks etdirir. Məsələn 94-cü qrupda olan m 3a ilə 3b qeydləri –əmtəələrin hissələrini, 9-cu qrupda göstərilən I qeyd –müxtəlif növ məhsulların qatışığını, 95ci qrupdakı 3cü göstərilən qeyd əmtəələrin hissə və avadanlıqlarını və s. bildirir.
Malın mənşə ölkəsinin təyin olunması. Malların mənşə ölkəsi təyin olunmasının prinsipləri dünya təcrübəyə əsaslanır.Burda məqsəd ondan ibarətdir ki, Azərbaycanın gömrük ərazisinə daxil olan və bu ərazidən çıxarılan mallar və əmtəələrin tarif, qeyri-tarif tənzimləmə tədbirlərini tam, dəqiq həyata keçirməkdir. “Gömrük tarifləri haqqında AR Qanunu“ ilə malın mənşəə ölkəsinin təyin edilməsinin hüquqi-baza əsasları müəyyən edilmişdir.
Əmtəəçilik ekspertizası.- malın təyinatını, onun növünü, əsas istehlak xüsusiyyətlərini vəziyyətini, mövcud çatışmamazlıqlarını, cinsini, markasını və digər özəlliklərinin müəyyən edilməsi üçün həyata keçirilir. Bəzi hallarda, bu suallar əməələrin təyinatı üzrə istifadəsi və onun realizasiyasını müəyyənləşdirərkən həllini tapır. Bəzi hallarda əmtəəçilik ekspertizası dəyər ekspertizasının bir hissəsi kimi olub,əmtəənin dəyərini təyin etmək üçün həyata keçirilir. Bəzən isə gömrük məqsədləriçün əmtəənin topdansatış qiymətləri səviyyəsində bazarın sərbəst qiyməti təyinolunur. Sərbəst bazar qiyməti olaraq isə, bir baxımdan əmtəəyə bəs qədər tələbin və təklifin olması, digər baxımdan isə iqtisadi və inzibati qadağalardan kifayət qədər azad olması ilə səciyyələnən sövdələşmə qiyməti anlaşılır.
Sərbəst bazar qiymətinin aşağıda göstərilən hallarda təyini yolları var.
a) gömrük qaydaları pozulan zaman. Bu həm hüquqpozuntusuna görə cərimənin hesablanmasına, həm də qanun pozuntularının ağır dərəcəsini müəyyənləşdirməkçün gərəkdir.
b) əmtəələr satılarkən - Dövlət mülkiyyətində qeydiyyatda olan mallar satışa çıxarılarkən.
c) ƏDV miqdarı hesablanan zaman – Əmtəələrin ixracı zamanı, ixrac edənə əlavə dəyər vergisi geri qaytarılarkən.
d) Əmtəənin bazar dəyəri təyin edilərkən - müxtəlif məlumat mənbələrindən istifadə oluna bilər.
-kataloq və təşkilatlardan qiymət vərəqələrindən
-sərgi və topdansatış yarmarkaları materiallarından
e) Gömrükdə qiymətləndirmə ekspertizası həyata keçirilərkən - əmtəənin sərbəst bazar dəyəri müəyyən müddətə görə və konkret region üzrə müəyyən olunur. Qiymətləndirmə və Əmtəəçilik gömrük ekspertizası barəsində zərgərlik məmulatlarının timsalında nəzər yetirmək olar.
Malların gömrük dəyərinin təyini.
Əmtəə və malların gömrük dəyərinin aşkar edilməsi sistemi gömrük qiymətləndirilməsinin dünya təcrübəsində müəyyən olunmuş ümumi prinsiplərə əsaslanır və Azərbaycanın gömrük ərazisinə xaricdən idxal olunan və çıxarılan bütün mal və əmtəələrə şamil olunur.
Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasına idxal olunan və Respublikadan ixrac olunan bütün əmtəə və malların gömrük qiymətləndirmə sisteminin tətbiqi olunması qaydaları müəyyən edilir.
Malların gömrük dəyərinin bəyanedilməsi
Mal və əmtəələrin gömrük dəyəri Azərbaycanın gömrük sərhədindən keçirilən zaman Azərbaycan Respublikası gömrük orqanına deklarant tərəfindən bəyan edilir.
Azərbaycan Respublikasının DGK tərəfindən gömrük ərazisinə gətirilən və ərazidən ixrac məqsədilə çıxarılan mal və məhsulların gömrük dəyərinin bəyanetmə qaydaları müəyyən edilir.
Bu qanunda dəyərin deklarant tərəfindən təyin edilməsi nəzərdə tutulmuş üsullara uyğun aparılır.
Azərbaycan Respublikasının gömrük orqanı ümumi proseslərin həyata keçirilməsinə nəzarəti təşkil edir.
Məlumatın məxfiliyinin qorunması
Gömrük sərhədinnən keçirilənmalların dəyəri bəyan edilən zaman deklarant tərəfindən verilmiş gizlilik daşıyan və kommersiya sirri sayılan informasiyalardan gömrük orqanı malın qiymətləndirilməsi məqsədilə istifadə oluna bilər. Deklarantın icazəsi olmadan qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin məlumatlar digər dövlət orqanlarıda daxil olaraq üçüncü şəxsə verilməsi qadağandır.
Kommersiya sirri olan və gizlilik statusu saxlanılan informasiyaların yayılmasına görə AR-nın gömrük orqanı və onun bütün vəzifəli şəxsləri AR müvafiq qanunvericiliyinə görə məsuliyyət daşıyırlar.
AR-nın gömrük orqanına digər əlavə informasiyaların yenidən verilməsi və ya bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsilə əlaqədar bütün xərclər deklarant tərəfindən ödənilir.
Gömrük qiymətləndirilməsilə əlaqədar bu zaman malların rəsmiləşdirilməsi müddətinin uzadılması bəyannaməçi tərəfindən əmtəələr üçün rüsum ödənişilərinə möhlət almaq üçün istifadə edilməməlidir.