Nəticə və Təkliflər
Ədəbiyyat siyahısı
Giriş
Dünya dövlətləri müasir dövrdə xarici iqtisadi siyasəti liberallaşdıraraq münasibətlərin xeyli inkişafına səy göstərirlər. Son dövrlərdə beynəlxalq iqtisadiyyatda baş verən dəyişmələr onu göstərir ki, xarici iqtisadi fəaliyyətdə fəal iştirakçı olan ölkələr bu baxımdan beynəlxalq təşkilatları formalaşdıraraq daha da təkminləşdirirlər. Ümumdünya Gömrük Təşkilatının gömrük ekspertizasının həyata keçirilməsində mühüm rola malikdir. Gömrük ekspertizası, bu qurum sayəsində optimal qərarların müvəffəqiyətlə qəbulunda olduqca əhəmiyyətlidir. ÜGT-ın yaradılmasında əsas səbəb ondan ibarətdir ki, ekspertizanın daha səmərəli təşkilində, nəzarət fəaliyyətinin, texniki-tətbiq vasitələrinin inkişafı və yaxşılaşdırılmasında xüsusi əhəmiyyət kəsb etməsindən ibarətdir. ÜGT-nın mühüm vəzifəsi kimi, harmonik sistemin geniş əhatədə inkişafının təmin olunması, qaçaqmalçılığın qarşısının kəsilməsinə nəzarət tədbirlərinin, praktiki,təcrübi fəaliyyət mexanizmasının tam, açıq,aydın şəkildə işlənib hazırlanması və s.-ləri misal göstərmək olar.
Azərbaycanda keyfiyyətin idarə olunmasının hökümət mexanizmlərinin yaradılması və inkişafilə əlaqədar olaraq bütün daxili və xarici məsələlər bu gün də aktual məsələlər kimi qalmaqdadır. Azərbaycan Respublikasında iqtisadi dirçəliş o zaman mümkün olmaz ki, daxili bazarda olan malların yüksək keyfiyyəti, o cümlədən təhlükəsizliyi, onların rəqabət qabiliyyətlilyi, daxili və dünya bazarında istehlakçı hüquq və mənafelərinin müdafiəsinə və saxlanmasına şərait qurmaq mümkün olmasın. Ümumiyyətlə götürdükdə, bazar iqtisadiyyatına keçid üçün səmərəli və uzunmüddətli strategiya olmalı, yeni struktur dəyişiklikləri, uzunmüddətli və gəlirli sərmayə qoyuluşu və yeni sərmayedarların cəlb olunması, özəlləşdirmə, sabitlik və s.-dən yüksəkdə olmalıdır.
Qeyd edim ki, keyfiyyətli məhsul istehsalı çox vaxt böyük sərmayələr cəlb olunmasını tələb etmir. Sərmayələr ama çox zaman keyfiyyətə təminat olmadan böyük miqdarda itirilmiş vəsaitlər kimi qəbul olunur.
Elmi-texniki tərəqqinin nəticəsi keyfiyyət qəbul olduğundan, yeni elmi-texniki inkişafla əlaqəli olaraq onu istənilən qədər nəzəri baxımdan yüksəltmək, yaxşılaşdırmaq mümkündür. Əmtəələrin yararlıq xassələrinin məcmusu, keyfiyyəti, onların istifadəsi və əhakitərəfindən istehlakı nəticəsində özünü aşkara çıxarır, yəniki istifadə prosesində itki və əmtəələrin tam olaraq sərf olunması zamanında, bir sözlə desək, istehsal prosesi zamanı, istifadə olunma və istehlak edilmə dövrlərində bu xarakteristik göstəriciləri aşkara çıxarılır.
Qeyd edək ki, mallara olan tələbin xüsusiyyəti tam vacib əhəmiyyət kəsb etməklə yanaşı onların təyinatı üzrə istifadəsinə müəyyən zaman ərzində təminat verilir. Bu isə müxtəlif dövrlər üçün əhalinin mədəni və maddi səviyyəsindən asılı olaraq, müəyyən dərəcə və xarakter tələbatından asılı olur. Beləliklə əmtəələrin keyfiyyəti və tələbat səviyyəsi arasında müəyyən disproporsiyalar vardır ki, buda tam fasiləsiz olaraq dəyişir və yeniləşir. Buna görə də əmtəələrə perspektiv, cari, spesifik tələblər vardır ki, buda gömrük ekspertizasının öyrənilməsinin və tədqiqat obyektinin qarşısında duran əsas məsələlərdən sayılmaqdadır.
Gömrük ekspertizasının aparılması gömrük nəzarətinin mühüm qolu kimi Respublikanın iqtisadi təhlükəsizliyi və mənafeyinin qorunması, gömrük işinin təşkili sahəsində müxtəlif hüquqpozma hallarının aşkar olunması, profilaktikası və aradan qaldrılması, qaçaqmalçılığın qarşısının alınması, qaçaqmalçılıq kanallarının ləğvi, istehlakçı hüquqlarının qurunması, daxili istehsalçıların hüquq və iqtisadi mənafelərinin müdafiəsi və s. kimi məsələlərin həlli prosesində rolu əvəz olunmaz olaraq qalmaqdadır.
Gömrük ekspertizası əmtəənin gömrük dəyərinin təyin olunması, malın mənşə ölkəsinin təyinolunması, malların eyniləş dirilməsini, malların tərkibi, fiziki, kimyəvi strukturunun təyin olunması, malların çeşid və növünün təyini, istehlak mallarının narkotik maddələr, güclü təsirli zəhərli maddələr qrupuna mənsubiyyətinin təyini, əmtəələrin ekoloji olaraq istismar təhlükəsizliyinin təyin olunması, Azərbaycan Respublikası və xarici ölkələr üzrə xalqların tarixi və arxeoloji tapıntılarının mənsubiyyətinin təyin olunması və s. kimi məsələlərin müəyyənləşdirilməsi məqsədilə aparılır.
Bu səbəbdəndə dissertasiya işinin tədqiqat obyektikimi seçilmə si tə sadüfü deyildir.
Disertasiya işinin mövzusu üç fəsildən ibarətdir.
Birinci fəsildə gömrük ekspertizasının aparılmasının ümumi nəzəri-metodoloji əsaslarından bəhs olunmuşdur. Bu fəsildə gömrük ekspertizasının anlayışı və mahiyyətinin araşdırılması, növləri və həyata keçirilməsi mərhələlərinin xronologiyası, gömrük ekspertizasının aparılmasında tətbiq olunan metodlardan tam şəkildə bəhs etmişəm.
Gömrük ekspertizasının aparılmasının səmərəli təşkilinin iqtisadiyyatımızın inkişafında oynadığı mühüm rolu müəyyən etmək tədqiqatın vacibliyini önə çəkir.
Gömrük sisteminin qanunvericilik bazasının və təşkilatı strukturunun təkmilləşdirilməsi istiqamətlərini müəyyən etmək, Azərbaycanın iqtisadiyyatının inkişafına gömrük ekspertizanın səmərəli təşkilinin təsirini təhlil etmək; yaxın gələcəkdə sahənin təkmilləşdirilməsi məqsədilə elmi təkliflər hazırlamaq; gömrük ekspertizasının təşkilinin təkmilləşdirilməsi istiqamətində dünya təcrübəsinin tətbiqi və mərkəzi eləcə də yerli gömrük laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərinin önə çıxarılması əhəmiyyətini müəyyənləşdirmək işin əsas prioritet sahələrini aşkara çıxarır.
Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflər hissəsindən ibarətdir.
Dissertasiya işində mövzuya müvafiq olaraq, Azərbaycan Gömrük sistemində ekspertiza fəaliyyətinin təşkili, metodları, texnalogiyası, növləri, işin təkminləşdirilməsi və səmərəliliyinin artırılması yolları barədə ətraflı məlumat verəcəyəm.
Dostları ilə paylaş: |