Fəsil 1. Qeyri-ərzaq mallarının gömrük ekspertizasının aparılmasının nəzəri metodoloji əsasları
1.1 Qeyri-ərzaq mallarının gömrük ekspertizasının mahiyyəti və onun əsas növləri
Ekspertiza (fransızca espertise, latınca espertus -təcrübəli)-mütəxəssis-ekspert tərəfindən elmi, texniki, iqtisadi, ticarət və başqa sahələrdə həlli xüsusi bilik tələb edən, hər hansı bir məsələnin tədqiq və müayinə edilib, həmin məsələyə əsaslandırılmış rəy verilməsidir. Qeyri-ərzaq malları ticarət, texnoloji, gigiyeniki, baytar-sanitar, iqtisadi, rüsum-lisenziya, məhkəmə-hüquq və s. növ ekspertizalara cəlb edilə bilərlər.
Ekspertizanın aparılması mütəxəssis-ekspertlərə həvalə olunur. Ekspert-mütəxəssis, maraqlı tərəflərdən asılı olmayan aparıcı və neytral bir şəxs olmalıdır. Ekspertiza aparan zaman ekspertlər obyektivlik, səlahiyyətlilik, müstəqillik, işlərə sistemli yanaşma, səmərəlilik, istehlakçılar və ətraf mühit üçün malların təhlükəsizliyi prinsiplərinə əməl etməlidirlər. Qeyri-ərzaq mallarının ekspertizası üçün ekspertiza kompaniyalarından, ticarət ekspertiza laboratoriyalarından, sanitar-epidemoloji stansiyalarından, dövlət baytarlıq idarələrindən mütəxəssislər cəlb edilə bilər. Bu və ya başqa mütəxəssislərin dəvət edilməsi, həlli tələb olunan məsələlərdən asılı olur.
İstehlak mallarının bazarında rəqabətin meydana çıxması və ümumiyyətlə bazar münasibətlərinin yaranması, malların kommersiya obyekti olmaqla daha dərindən müayinə edilməsi zərurəti yaranır.
Buna görə də, hazırki vaxtda malların gömrük ekspertizası vacib əhəmiyyət kəsb edir. Mal ekspertizasının məqsədi ekspert tərəfindən malların əsas xüsusiyyətlərinin, o cümlədən, onlarda mal dövriyyəsi zamanı əmələ gələn dəyişikliklərin qiymətləndirilməsi və axırıncı nəticə kimi, müstəqil və səlahiyyətli rəylərin verilməsidir. Mal ekspertizasının əsas obyektlərini istehlak malları təşkil edir.
İstehlak malları – istehlakçıya realizə olunan və onun şəxsi məqsədləri üçün istifadə olunan mallara deyilir. Lakin, belə adlandırılma şərtidir, çünki eyni mal müxtəlif istehlakçılarda eyni məqsəd üçün istifadə oluna bilər. İstehlak malları bazarının nəzəri-metodoloji əsaslarının tədqiqi göstərir ki, o, mürəkkəb bir iqtisadi kateqoriyadır və bütövlükdə əmtəə bazarı sistemində aparıcı yer tutur. Əmtəə bazarının əsas qanunları, qanunauyğunluqları və prinsipləri bir tərəfdən, bütövlükdə istehlak malları bazarında özündə dərin iz buraxır, digər tərəfdən isə, qeyri-ərzaq malları bazarı özünəməxsus xarakterik xüsusiyyətlərə və cəhətlərə malikdir.
Qeyri-ərzaq malları bazarının tədqiq olunması, dissertasiyada qeyd olunduğu kimi, sistemli olaraq (metodoloji), kompleks şəkilində (nəzəri) və müntəzəm olaraq (spesifik) bütün istiqamətlər üzrə, təkdən tamlığa doğru və əksinə həyata keçirilməlidir. Qeyri-ərzaq malları bazarının ancaq metodoloji, nəzəri və metodiki tədqiqatlarının vəhdəti onun inkişafına və effektivliyinin artmasına imkan yarada bilər. Buna görə də istehlak malları ekspertizasının bir çox aspektləri sənaye təyinatlı mallar üçün də xarakterikdir. Bu da «Mal ekspertizası» termininin istifadə sahəsini genişləndirir.
Elmi ekspert tədqiqatı təşkil olunarkən ,əsas məsələləri lazımi qaydada icra etmək məqsədilə üsul və vasitələr ekspert tərəfindən sərbəst seçilir. Dünya təcrübəsində müxtəlif tədqiqat predmetli və təyinatlı müştəlif sayda ekspertizalar mövcuddur. Fərqli tədqiqat metodlarından onların köməyilə istifadə etməklə, müxtəlif obyektləri tədqiq edirlər və əhəmiyyətinə əsaslanaraq müxtəlif tapşırıqları icraedirlər. Yekunda onlar üçün son vacib məqsəd, həqiqətin aşkara çıxarılaraq müəyyən olunmasıdır. Ekspertiza aparılan vaxt əmtəələrin ən vacib hesab edilən xüsusiyyətləri kimi müxtəlifliyi, kəmiyyəti, keyfiyyəti, dəyərisə bütövlükdə və ya onların bir hissəsi kimi qiymətləndirilməlidir.
Ekspert qiyməti-istehlak mallarının bir və ya bir neçə xüsusiyyətlərinin yoxlanılıb, bu xüsusiyyətlərin həqiqi qiymətinin aydınlaşdırılması, onların əmtəə məlumatlarına və təyin olunmuş tələblərinə uyğunluğunu təyin edən əməliyyatların aparılmasından alınan nəticələrdir. Əmtəə məlumatları dedikdə markalanmadakı, mal müşaiyyətedici sənədlərdəki və ya başqa məlumat mənbələrindəki normativ-texniki sənədlər, sorğu ədəbiyyatları və s. məlumatlar nəzərdə tutulur. Mal nomenklaturaları tələbindən asılı olaraq əmtəə ekspertizası bir neçə yarımqruplara bölünür.
Mal ekspertizası mallara tələb nomenklaturasından asılı olaraq təsnif olunur. Mal ekspertizasını vacib və mütləq növlərindən biri əmtəəşunaslıq ekspertizasıdır.
Dostları ilə paylaş: |