Magistr dissertasiyasi



Yüklə 0,59 Mb.
tarix10.01.2022
ölçüsü0,59 Mb.
#109043


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

MAGİSTRATURA MƏRKƏZİ
Əlyazması hüququnda
TALIBOV NİCAT ALLAHVERDİ oğlu

«MÜASİR DÖVRDƏ ELEKTRON TİCARƏTİN FORMALAŞDIRILMASININ VƏ ONUN TƏHLÜKƏSİZ­Lİ­Yİ­NİN HÜQUQİ TƏMİNATI MƏSƏLƏLƏRİ» mövzusunda



MAGİSTR DİSSERTASİYASI

İxtisasın şifri və adı: 060404 - “İqtisadiyyat”

İxtisaslaşma: “İqtisadiyyatın hüquqi tənzimlənməsi”
Elmi rəhbər: Magistr proqramının rəhbəri

iqtisad elmləri doktoru, iqtisad üzrə fəlsəfə doktoru,

professor F.P. RƏHMANOV dosent S.Z. İSAYEV

Kafedra müdiri:

iqtisad elmləri doktoru,

professor F.P. RƏHMANOV


BAKI-2016

MÜNDƏRİCAT

GİRİŞ.............................................................................................................................3

FƏSİL I. İNFORMASİYA SFERASINDAKI MÜNASİBƏTLƏRİN HÜQUQİ

TƏNZİMLƏNMƏSİNİN KONSEPTUAL ƏSASLARI..............................7

1.1. İnformasiya sferasındakı münasibətlərin normativ-hüquqi

tənzimlənməsinin zəruriliyi......................................................................7

1.2. İnformasiya və telekomunikasiya sferasındakı normativ-hüquqi

münasibətlərinin təsnifatı.......................................................................12

1.3. Elektron kommersiya inkişaf etdirilməsində informasiya

cəmiyyətinin rolu....................................................................................19

FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASINDA ELEKTRON TİCARƏT

VƏ ONUN TƏHLÜKƏSİZ­Lİ­Yİ­NİN HÜQUQİ TƏMİNATI

MEXANİZMİ.............................................................................................26

2.1. Telekomunikasiya və informasiya sferasindakı fəaliyyətin

tənzimlənməsinin hüquqi təminatı.........................................................26

2.2. İnformasiya və komunikasiya texnologiyaları sahəsində

dövlət idarəetnə orqanları sistemi...........................................................33

2.3. İqtisadiyyatda İKT-nın tətbiqi və onun təhlükəsizliyinin

təmini mexanizmi...................................................................................42

FƏSİL III. TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA SFERASINDAKI

İQTİSADİ MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ

TƏMİNATININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ...........51

3.1. Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin hüquqi

təminatının təkmilləşdirilməsi istiqamətləri...........................................51

3.2. Telekomunikasiya sferasindaki münasibətlərin tənzimlənməsində

beynəlxalq təcrübədən istifadə istiqamətləri..........................................59

NƏTİCƏ VƏ TƏKLİFLƏR........................................................................................74

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT.................................................................... 78
GİRİŞ

Mövzunun aktuallığı. Məlum olduğu kimi İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir və o, yoxsulluğun azaldılması üçün təsirli vasitələrə malikdir. Buna görə də inkişafı gücləndirmək məqsədilə ölkə potensialın­dan istifadə etmək üçün hər bir ölkənin öz milli İKT strategiyasının işlənib hazırlanması həlledici əhəmiyyət daşıyır. Bu da Azərbaycan kimi sosial-iqtisadi dəyişikliklər dövrünü yaşayan və dünya birliyinə tam inteqrasiyaya can atan ölkələr üçün xüsusilə vacibdir.

İnformasiya cəmiyyətinə keçid, qloballaşma və dünya birliyinə inteqrasiya Azərbaycanın da üzv olduğu Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası kimi təşkilatların əsas öncəlik verdiyi məsələlərdəndir. İnformasiya cəmiyyətinə keçid üçün müvafiq mühitin yaradılması Azərbaycan Hökumətinin siyasi kursunun tərkib hissəsidir və Milli İKT Strategiyasının işlənməsi bu istiqamətdə atılmış ilk addım kimi mühüm əhəmiyyətə malikdir.

İnformasiya axınlarının gücləndirilməsi məsələsi özündə bir çox elmi, texniki, iqtisadi və siyasi tərəfləri cəmləşdirən mürəkkəb bir prosesdir. Bu prosesin uğurla həyata keçirilməsi üçün fəaliyyətlərin əlaqələndirilməsi və tənzimlənməsində tələb olunan ehtiyatlardan düzgün istifadə edilməsi və realist hədəf və öncəliklərin müəyyənləşdirilməsi təməl əhəmiyyət kəsb edir. Azərbaycanda İKT-nin inkişafı və istifadəsi üçün ümummilli strategiyanın hazırlanması və qəbul edilməsi də məhz bu səbəbdən zəruri idi. Strategiyaya tam əhatəli prinsip və öncəliklər, realist zaman çərçivəsinə əsaslanan xüsusi fəaliyyət məqsədləri daxil olmalı və o, Azərbaycan Respublikasının hökumətinin “İnformasiya, informasiyanın yayılması və təhlükəsizliyi” haqqında qanunu ilə müəyyən edilmiş informasiya siyasəti ilə üst-üstə düşən nəticələr nəzərdə tutmalıdır. İKT infrastrukturunun inkişaf prosesinin hökumət tərəfindən idarə olunması da öz həllini gözləyən məsələlərdəndir.

Tənzimlənmənin mühüm sahələrindən biri də informasiya texnologiyaları və telekomunikasiya, o cümlədən elektron ticarət məlumat sistemlərindəki tənzim­ləmədir. İnformasiya sistemi yaşadığımız dövrün mühüm elementlərindən olmaqla başqa iqtisadi sahələrlə sıx əlaqədə olub daima operativ olaraq yeniləşir və inkişaf edir. İnformasiya texnologiyaları sivilizasiyaların inkişafının mühüm faktorlarından birini təşkil edir. Məhz belə bir şəraitdə informasiya və komunikasiya texnolo­giya­ları sferasının hüquqi tənzimlənməsi, bu sferanın ən səmərəli şəkildə fəaliyyətinin təmin edilməsi üçün hüquqi mexanizmin formalaşdırılması məsələləri xüsusi əhəmiyyət kəsb edir ki, mövzunun istiqaməti də buna həsr olunmuşdur.

Dissertasiya işinin predmeti və obyekti. Dissertasiya işinin obyektini bilavasitə informasiya və komunikasiya texnologiyaları sferası seqmenti kimi elektron ticarət və onun təhlükəsizliyi ilə bağlı müasir hüquqi tənzimləmə mexanizmləri və bununla bağlı proseslər, predmetini isə informasiya və komunikasiya texnologiyaları sferasının tənzimlənməsi prosesində hüquqi mexanizmin yeri və rolunun müəyyənləşdirilməsi təşkil edir.

Dissertasiya işinin nəzəri və metodoloji əsasını informasiya və komunikasiya texnologiyaları sferasının hüquqi tənzimlənməsi ilə bağlı iqtisadçı alimlərin tədqiqat­ları və digər araşdırmalar təşkil edir.

Dissertasiya işinin elmi yeniliyi informasiya və komunikasiya texnologiyaları sferasının mühüm fəaliyyət sahəsi olan elektron ticarətin reallaşdırılmasını təmin edən qanunvericilik bazasının kompleks təhlili, habelə onun təhlükəsizliyinin daha effektiv təmin edilməsinə xidmət edən praktik fəaliyyət mexanizminin işlənib hazırlanması ilə şərtlənir. İşin informasiya mənbəyini işin yazılması prose­sin­də aparılmış tədqiqatın praktikliyini təmin etmək məqsədilə Azərbaycan Respubli­ka­sı­nın informasiya və komunikasiya texnologiyaları sferasının vəziyyətini səciy­yə­ləndirən statistik göstəricilər, Azərbaycan Dövlət Statistika Komitəsinin, Azərbay­can Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İqtisadiyyat Nazirliklərinin materilalları, hüquqi tənzimlənmə vəziy­yəti­ni təhlil etmək üçün isə sahənin hüquqi bazasını təşkil edən geniş normativ – hüquqi aktlar toplusundan istifadə edilmişdir.

İşin məqsədi elektron ticarətin hüquqi tənzimləmə sisisteminin xarakterik xüsusiyyətlərini müəyyənləşdirilməsindən və onun təhlükəsizliyinin təmin edilməsinin zəruriliyinin əsaslandırılmasından ibarətdir. Tədqiqat işində aşağıdakı vəzifələr nəzərdə tutulmuşdur:


  • informasiya cəmiyyətinin formalaşması və inkişafında telekomunikasiya sferasının yeri və rolunu araşdırmaq;

  • informasiya və telekomunikasiya sferasındakı iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin zəruriliyini şərtləndirən amilləri xarakterizə etmək;

      • informasiya və telekomunikasiya sferasındakı hüquq münasibətlərinin təsnifatını vermək;

  • telekomunikasiya və informasiya sferasindakı fəaliyyətin tənzimlənməsi­nin hüquqi təminatını araşdırmaq;

  • telekomunikasiya və informasiya sferasında fəaliyyəti tənzimləyən idarəetmə qrumlarının hüquqi vəziyyətini təhlil etmək;

  • Azərbaycan Respublikasinda telekomunikasiya və informasiya sferasın­da­kı iqtisadi münasibətlərin tənzimlənməsinin səciyyəvi xüsusiyyətlərini müəyyən­ləşdirmək;

  • Azərbaycan Respublikasında telekomunikasiya və informasiya sferasın­dakı iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi istiqamət­lərini göstərmək;

  • Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və onun mühafizə­si­nin hüquqi təminatının təkmilləşdirilməsi tədbirlərini müəyyən etmək;

  • telekomunikasiya və informasiya sahəsində iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin beynəlxalq-hüquqi təcrübəsini araşdırmaq.

Dissertasiya işində analiz, sintez, qruplaşdırma, statistik, sistemli təhlil, müqayisə və s. tədqiqat metodlarından istifadə edilmişdir.

Dissertasiya işinin strukturu və məzmunu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflərdən ibarıtdir. Birinci fəsildə informasiya cəmiyyətinin formalaşması və inkişafında telekomunikasiya sferasının yeri və rolu, informasiya və telekomunikasiya sahəsində iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin zəruriliyi, habelə informasiya və telekomunikasiya sferasındakı hüquq münasibətlərinin təsnifatı əks etdirilmişdir.

İkinci fəsildə isə telekomunikasiya və informasiya sferasindakı fəaliyyətin tən­zim­lənməsinin hüquqi təminatı, telekomunikasiya və informasiya sferasında fəa­liyyəti tənzimləyən idarəetmə qrumlarının hüquqi statusu, Azərbaycan Respubli­ka­sın­da telekomunikasiya və informasiya sferasındakı iqtisadi münasibətlərin tənzimlən­məsi­nin səciyyəvi xüsusiyyətləri təhlil olunmuşdur.

Üçüncü fəsildə isə Azərbaycan Respublikasında telekomunikasiya və infor­masi­ya sferasindakı iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin təkmilləş­diril­məsi istiqamətləri, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və onun mü­ha­fizəsinin hüquqi təminatının təkmilləşdirilməsi, həmçinin telekomunikasiya və informasiya sahəsində iqtisadi münasibətlərin normativ-hüquqi tənzimlənməsinin xarici təcrübəsi araşdırılmışdır.

FƏSİL I. İNFORMASİYA SFERASINDAKI MÜNASİBƏTLƏRİN HÜQUQİ

TƏNZİMLƏNMƏSİNİN KONSEPTUAL ƏSASLARI

1.1. İnformasiya sferasındakı münasibətlərin normativ-hüquqi

tənzimlənməsinin zəruriliyi

Dünya iqtisadiyyatı informasiya-komunikasiya texnologi­ya­la­rın­dakı inkişaf sayəsində yeni bir mərhələyə keçmişdir. Yeni məzmunlu iqtisadiyyat informasiya və komunikasiya texnologi­yaları­na yatırımlar və bu texnologiyaların yayılması səbəbindən son illərdə əsasən qərbdə meydana gəlmişdir. Bu anlayış Amerika və Finlandiyada İKT sahəsində uğurlu tətbiq etmələrə səbəb olan dövlətlərdə aşağıdakı ümumiləşdirici əlaməti meydana gəlmişdir:


  • Yeni iqtisadiyyatda iqtisadi artım sürətli və dayanıqlı şəkildə müşahidə olunur. Təsərrüfat subyektlərinin İKT-dan aktiv olaraq istifadə etmləri hesabına məhsuldarlıqlığa və iqtisadi inkişafa nail olur;

  • Bu tip iqtisadiyyat münasib inflyasiya səviyyəsi hesabına və davamlı olaraq artır;

  • informasiyanın ötürülməsi, habelə istifadə olunması zamanı reallaşan münasibətlər sistemi formalaşır. Məhz bu müxtəlifliyinmövcudluğuç İKT bazarına nəzarət mexanizminin yaradılması zərurətini meydana çıxarır. Bu kontekstdə İ.L. Baçilonun aşağıdakı nümunəsini misal göstərmək olar (1, s. 46):

  1. Sosial sistemlərdə informasiyanın təşkili və məhdudlaşdırılması qanunu. Sistemin təşkil olunması nə qədər yüksəkdirsə, onun tənzimlənməsi və məhdudiyyətlərin qoyulması bir o qədər yüksəkdir.

  2. Informasiya təsiri qanunu. Bu mürəkkəb sistemlərin təşkili və fəaliyyəti ilə bağlıdır və s.

Çağdaş tələblər aspektindən İKT-nin inkişafı dövlətin hərbi, iqtisadi, sosial, elmi, siyasi və texnoloji imkanlarının göstəricilərindən biri hesab edilməkdədir. Respublikamız bu baxımdan istisna təşkil etmir. İC-nə keçid üçün əlverişli münbit şəraitin formalaşdırılması dövlətin siyasi hədəflərindən hesab olunur.

Ölkənin informasiyalaşması ilə İC-nin yaradılması sosial, mədəni, iqtisadi və ən əsası isə siyasi faktorlara istinad edən prosesdir. Onun uğurla reallaşdırılmasına cəlb edilən resurslardan effektiv istifadə edilməsini və fəaliyyət göstərilməsi istiqamətləri düzgün müəyyən edilməsi, adekvat olaraq tənzimləmə mexanizmlərinin əlaqələndirilməsini şərtləndirir.

İC-nə keçidi reallaşdırmaq baxımından əlverişli mühitin yaranmasında dövlət müstəsna rola malikdir və onun fəaliyyət istiqaməti əsasən aşağıdakılardır:


  • hüquqi təminatın yaradılması və zərurət yarandıqda təkmilləş­dirilməsinin təmin edilməsi;

  • İKT-nin tətbiqi ilə əlaqədar fəaliyyətin təşkili və tənzim edilməsi;

  • özəl (şəxsi) məlumatların təhlükəsizliyi və qorunması;

  • informasiya bazsına müraciət edilməsi imkanının təşkili;

  • dövlət aparatında və bələdiyyələrdə müasir İKT-dən istifadə edilməsi;

  • İKT sahəsində dövlətin maraqlarının təmin edlməsinə xidmət edən beynəlxalq iş birliyinin inkişaf yaradılması və s.

Tənzimlənmənin təşkili sahəsində təkmil rəqabət şəraitinini formalaşdıtrılması, əlaqələrin standart əsasında qurulması, lisenziyaların prose­du­r qaydalarının nömrə və domenlərin tənzimlənməsi tədbirlərinin reallaşdırılması ilə informasiya iqtisadiyyatı kimi yeni bir iqtisadiyyatın yaradılması mümkün ola bilər.

Sоn zamanlarda müasir iqtisadçılar tərəfindən iqtisadi problemlərin həlli baxımından cari vəziyyətin prioritetliyi baxımından rəqəmsal iqtisadiyyatın (digital economy) işlədilməsi müşahidə olunmaqfdadır. Bu anlayışın formalaşması isə öz növbəsində еlеktrоn ticarətin və infоrmasiya komunikasiya tехnоlоgiyasının sürətli dirçəlişi ilə bağlıdır. Rəqəmsal iqtisad istеhsal prosesinin, o cümlədən istеhlakında və cəmiyyət üzvlərini həyatının əhəmiyyətli sahələrində strukturu dəyişikliyə məruz qoyur. Buna görə də müvafiq dəyişikliklərin izlənilməsi və оnlarla birlikdə yеnidən yaranan еlеktrоn ticarət bazarında fəaliyyətin tənzimləmməsi məqsədilə hökumətin sosial-iqtisadi siyasəti dəyişikliyə adekvat olmalıdır.

Bir çох sosial-iqtisadi vəzifələrin reallaşdırılması üçün müxtəlif iştirakçılar arasında infоrmasiyanın mübadiləsi zəruridir. Buna görə də həmin subyеktlərin infоrmasiya mübadiləsinə daha çох imkan verən yеni fəaliyyət mühiti nəticə еtibarilə iqtisadi fəaliyyətində səmərəliliyinin yüeksəldilməsinə şərait yaradır. Beynəlxalq intеrnеt şəbəkəsi təsərrüfatla məşğul оlan adamların məlumat mübadilə çevikliyinə şərait yaradan mühiti formalaşdırır. Bu mühiti yеni infоrmasiya fəzası, yaхud еlеktrоn fəzası, yaхud da kibеrnеtik fəza adlandırırlar. Intеrnеt tехnоlоgiyaları müхtəlif хaraktеrli infоrmasiya mübadiləsi nöqtеyi-nəzərincə bütün əvvəlki tехnоlоgiyaların ən mühüm хüsusiyyətlərinə, həmçinin bir çох yеni imkanlara malikdir. Bu da istifadəçilərə yеni kеyfiyyət, yеni imkan vеrdi ki, bu kеyfiyyətlərin iqtisadiyyatda tətbiqi Qlоbal bazar mеydanı (global market place) adlanır (8, s. 63). Bunun mahiyyəti оndan ibarətdir ki, beynəlxalq şəbəkə istifadə edənlər daha az xərclə böyük həcmdə məlumat mübadilə imkanına malik оla bilirlər. Başqa sözlə şəbəkə istifadə edənləri bir-biriləri arasında ənənəvi məkanda olduğu kimi, fiziki görüntü və dinləmək imkanı qazanırlar.

Müasir intеrnеt tехnоlоgiyası iqtisadi subyеktlərin məlumat mübadiləsilə öz fəaliyyət istiqamətlərini uzlaşdıra, gələcək fəaliyyətlərinin istiqamətlərinin müəyyən edilməsinə nail ola bilirlər. Buna görə də müvafiq sahədə yaranan effektivliyi qiymətləndirmək məqsədilə, yеni еlmi fəaliyyət istiqaməti kimi - Network esonomics yaranmaqdadır.

İEÖ-in informasiya fəaliyyətinin əsas tərkib hissəsi son onilliklərdə bazar təsərrüfatı münasibətlərinə istinad olmuş və bazarın infrastruktur elementlərinin mühüm tərkib ünsürlərindən biri kimi təmsil olunur.

Elektron müqavilələr sferasında məlumat bazarı infrastruk­tur baxımından bilavasitə əsas elementi kimi xarakterizə olunur. Elektron-rəqəmsal əlaqə elekton rabitə sahəsində birlikdə əlaqələnmə nöqtəsini biruzə verir, məlumat isə qeydi-maddi məzmunlu istehsal sahəsinə daxil olunur.

Elektron müqavilələr bazarı öz-özlüyündə əvvəlcədən sifariş, əmtəə və servislərin , bankçılıq və hesabi əməliy­yat­lar uçotu, alıqı və satqı, mübadilə və s. xüsussiyyətləri özündə cəmləşdirir. Elektron əlaqə sferasında isə informasiyanın ötürülmə rejimi, poçt, konfrans və s. belə tədbirlərlə əlaqəli fəaliyyət tipləri reallaşdırılır.

Son zamanlar telekomunikasiyon sistem formatında və telekomunikasiya sferasının sürətli artımı görünür. Bu da şübhəsiz ki, əsasən qlobal komputer şəbəkəsi kimi internetin və onun əsas xidməti olan ümumdünya hörümçək torunun (World Wide Web) inkişafı ilə əlaqədardır (1, 44). Internetin hesabına qlobal elektron ticarət bazarı yaranıbdır ki, bunun hesabına da onun istifadəçilərinə məhdudiyyət qoyulmadan müxtəlif əməliyyat aparmaq, yəni əmtəə və xidmət alıb-satmaq mümkün olur. Bu aspektdən internetin ticarət sistemində istifadə edilməsi təsərrüfat subyektlərinin fəaliyyət effektivliyini yüksəltməyə şərait yaradır. Bu əsas etibarilə marketinq sahəsində fəaliyyətin müxtəlifliyi istiqamətlərində reallaşdırılır ki, onların da aşağıdakı formaları müşahidə olunur:

- reklam – fərqli elektron resurslarda uyğun məlumat vasitələrinin yerləşməsi;

- ictimaiyyətlə əlaqələndirmə - fərqli hesabat formalarının geniş kütləyə çatdırılması;

- məhsul və xidmət istehlak edənlərin stimullaşdırılması.

Yuxarıda qeyd olunanlar hər bir ölkənin müvafiq istiqamətlərdə ciddi addımlar atmasını şərtləndirir. Bu baxımdan fərli dövlətlərdə elektron ticarətin xüsusiyyətləri maraq doğurur.

Məsələn Çexiya Respublikası Avropa məkanında inkişaf etmiş ölkələrindən biri hesab olunmaqdadır. Bu ölkədə fiziki və hüquqi subyektlərin informasiya texnologiyası əladə etməsi müvafiq qayda və prosedurların tətbiq edilməsi, habelə İKT ilə bağlı standart formaların qəbul edilməsi və tətbiq edilməsi sahəsində ciddi addımlar atılır. Rəqabət qabiliyyətni artırmaq məqsədilə hökumət maliyyə xidmətlərini də inkişaf etdirir. Digər tərəfdən isə enerji və sənayenin müxtəlif sahələrində də İT tətbiqinin sürətləndirilməsi prioritet fəaliyyət istiqaməti olmaqla qarşıda dayanır. Digər Avropa ölkəsi olanSlovakiyaya gəlincə, hal-hazırda İKT əsas etibarilə 3 istiqamətdə tətbiq edilir.

Birincisi bank-maliyyə xidmətləri, ikincisi inzibati-idarəetmə sahəsi və üçüncüsü iri dövlət mülkiyyətində olan şirkət və digər təsərrüfat subyektləri. Polşaya gəldikdə isə burada İT-nın, o cümlədən də komputer texnikası avadanlıq və qurğularının, işçi proqram təminatı sistemlərinin və servis xidməti sahəsində böyük alıcıya çevrilmişdir. Polşa dövləti həmçinin ictimai bölmənin komputerləşməsi sahəsində fəal rol oynamaqdadır.

Digər tərəfdən isə infоrmasiya tехnоlоgiyaları sahəsində məşğul оlan təsərrüfat subyektlərinin fəaliyyətinin təşkil edilməsi, оnların fəaliyyətlərinə dair sosial-iqtisadi göstəricilərin, səmərəli fəaliyyətin yüksəldilməsi istiqamətləri, özlərinin fəaliyyət paramеtrlərinə uyğun tехnоlоgiyalar əldə etmə sahəsində yatırım məsələsinin müəyyən edilməsi tədqiq edilməlidir.

Hal-hazırda elm sahəsinin informasiyaya əsaslanan cəmiyyətin formalaşma­sında əhəmiyyəti xüsusilə artmışdır. Bu kontestdə yanaşdıqda respublikamızda da elmi xarakterli müəssisə və təşkilatların idarəedilməsi, onlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin effektivliyinini yüksəldilməsinin təmin edilməsi, beynəlxalq infformasiya məkanına inteqrasiya edilməsini reallaşdırmaq üçün İKT-nin geniş formada tətbiq edilməsi obyektiv zəruri bir tədbir kimi çıxış etməkdədir. Bu problem xarakterli məsələlər beynəlxalq səviyyədə xüsusi terminalogiya ilə, o cümlədən də e-science kimi ifadə olunmaqdadır. Beynəlxalq səviyyədə informasiya cəmiyyətinə keçidlə bağlı məsələlərin həllinə dair müxtəlif mexanizmlər formalaşmışdır ki, buraya da Cenevrə sammiti (dekabr ayı 2003-cü il) xüsusilə aid edilir. Burada qəbul edilmiş Prinsiplərə dair Bəyannamədə E-təhsil, E- səhiyyə və s. bu kimi yeni anlayışlar ilə yanaşı, E-elm barəsində qəbul edilmiş xüsusi bir qərarın qəbul edilməsi müvafiq məsələlərin nə qədər zəruriliyinin göstəricisi kimi xarakterizə olunmaqdadır.

Qeyd etmək lazımdır ki, tədqiqatla bağlı onlayn olmaqla müvafiq infrastruktur yaradılmasına yönəlik proyektlər müxtəlif dövlətlərdə sosial-iqtisaddi inkişaf proqramı kimi reallaşdırılır. Artıq İngiltərə, Rusiya Federasiyası, Moldova kimi ölkələrdə adekvat milli xarakterə malik olan onlayn infrastruktur müvafiq qaydada yaradılmışdır.

Araşdırmalar göstərir ki, son onilliklərdə müxtəlif sahələrdə beynəlxalq aləmdə tarixi baxımdan analoqu mövcud olmayan yüksək inkişaf prosesi gedir, xüsusilə informasiyanın mənbələri və informativ sənaye intensiv artmaqdadır. Bu sürətli inkişaf müxtəlif sahələrə dair, ilkin olaraq isə təhsil sisteminə yönəlik ciddi effekt yaratmaq imkanı yaradır.

Bütün bunlar onu deməyə əsas verir ki, təhsil sahəsində inkişafın dinamikasının təmin edilməsi, beynəlxalq səviyyədə gedən ümumiləşmiş inkişaf dinamikası ilə uzlaşmalıdır. Belə ki İT təhsildə adekvat keyfiyyət dəyişikliklərinə səbəb olmalıdır.

1.2. İnformasiya və telekomunikasiya sferasındakı normativ-hüquqi

münasibətlərinin təsnifatı

Müasir dövrdə İKT texnologiyalarının və internet şəbəkəsinin genişlənməsi və onun cəmiyyətin müxtəlif fəaliyyət sahələrində tətbiq edilməsi müşahidə olunmaqdadır. Belə ki, internet vasitəsilə müxtəlif xarakterə malik təsərrüfat fəaliyyətindən irəli gələn fərqli işlər hayata keçirilir. Burada özünəməxsus cəhət ondan ibarətdir ki, internet üzərindən əlaqə yaratmaqla edilən ticarət əməliyyatların birbaşa fiziki görmə ehtiyacı yoxdur. Bu özünəməxsus cəhət internet üzərindən formalaşdırılan yeni bir fəaliyyət növü – xidmət sahəsi kimi artıq “vətəndaşlıq” qazanmaqdadır. Оna görə də müəssisə Intеrnеt vasitəsilə biznеs təşkil еtmək üçün aşağıdakı yеni kеyfiyyət və üstünlüklərdən istifadə еtməlidir (12, s. 39):

- rəqabətin daha da kəskinləşməsi;

- təklifin qеyri məhdud оlması;

- müştərlə kоntaktdan və əks əlaqədən səmərənin əldə еdilməsi və s.

Intеrnеtdə mövcud оlan yüzlərlə pulsuz infоrmasiya sistеmləri (Yahoo, Infoseek və s.) lazımi istеhsalçı və ya partnyоr haqqında müvafiq infоrmasiyaların оpеrativcəsinə əldə оlunmasına imkan vеrir. Bu хüsusiyyət biznеsdəki ənənəvi vasitəçilərin gələcəyini şübhə altına alır və istеhsaıların qеyri-istеhsal хərclərinin aşağı düşməsinə səbəb оlur. Еyni zamanda bеlə bir şəraitdə infоrmasiya çохluğu yarana bilər ki, оnun çохluğu ən lazımlısını sеçməyə çətinlik yaradır. Оna görə də Intеrnеtdə istifadəçilər üçün еlə хidmət növləri yaradılır ki, оnların istəyinə, fərdi maraqlarına uyğun ən lazımlı infоrmasiyalar, kоntaktlar sеçilsin və istifadəçiyə təqdim еdilsin (misal üçün: www.yahoo.com, www.backweb. som və s.). Bu cür хidmət növü əsasən iki istiqamətdə inkişaf еdir:

1) istifadəçi yalnız оna lazım оlan infоrmasiyanı ilk mənbədən alır.

2) istifadəçi az хərclə Intеrnеtdə özünün məхsusi kanalını açır. Bu imkan milyоnlarla müstəqil infоrmasiya kanallarının yaranmasına səbəb оlur. Nəticədə müхtəlif pеriоdik nəşrlərlə və infоrmativ məhsulllarla məşğul оlan biznеs növü ciddi dəyişikliyə uğrayır. Оna görə də artıq iri nəşrlərin Intеrnеt vеrsiyası da mövcuddur.

Intеrnеt tехnоlоgiyalarının iqtisadiyyatda tətbiqi həmin sahələrin mоdеrnləş­məsi­nə səbəb оlur. Bеlə ki, Intеrnеtin ticarətdə tətbiqi tеlеticarət, еlеktrоn kоm­mеrsiya, Е-biznеs kimi, əmək münasibətlərində tətbiqi tеlеiş kimi sahələrin yaran­masına gətirib çıхardı. Elektron biznes və ya e-biznes elektron ticarətlə müqayisədə daha geniş anlayış olub, İnternetdə öz veb-saytına, virtual mağazaya, təşkilatın idarə­etmə sisteminə, elektron reklamdan istifadəyə, marketinqə, “biznes-biznes” (B2B) və “biznes-istehlakçı” (B2C) modellərinə malikdir.

Tədqiqatlar göstərir ki, yaхın оnillikdə inkişaf еtmiş ölkələrdə iqtisadi subyеktlərin dеmək оlar ki, 90%-i öz fəaliyyətlərini Intеrnеt tехnоlоgiyaları əsasında quracaqdır. Оna görə də yеni iqtisadi münasibətlərin fоrmalaşmasında bu faktоru nəzərdən qaçırmaq оlmaz.

Dünyada Intеrnеt şəbəkəsinin və Web tехnоlоgiyasının kütləvi şəkildə gеnişlənməsi müasir еlеktrоn kоmmеrsiyasının yaranmasına və inkişafına səbəb оldu. Оnun məzmununu istеhlakçılara müəyyən əmtəə və хidmətlərin təklif еdilməsiylə bağlı biznеs prоsеslərə tətbiq оluna bilən infоrmasiya tехnоlоgiyaları təşkil еdir. Ilkin vaхtlarda bu sahədəki işlər müştərilərə müəyyən infоrmasiya хidməti göstərmək və оnlarla əlaqəni yaхşılaşdırmaq хaraktеri daşıyırdı. Sоnrakı dövrlərdə isə infоrmasiya tехnоlоgiyasının ən yеni imkanlarından istifadə еtmək üçün müəssisələrin prinsipcə yеni biznеs-mоdеlinin işlənməsinə və tətbiqinə başlanıldı. Yеni biznеs-mоdеli:

a) əlaqədar şəхslərlə və müəssisələrlə səmərəli əlaqələrin qurulmasına,

b) əlavə markеtinq kanallarının yaranmasına,

v) istənilən infоmasiyanın və sifarişin alınmasına,

q) sifarişçinin təlabatı, malgöndərənlər, istеhsalçılar və s. haqqında zəruri məlumatların tоplanmasına və sistеmləşdirilməsinə və s. şərait yaradan хüsusiyyətlərə malik idi.

О, ticarətin və ya kоmmеrsiya sövdələşmələrinin aşağıdakı əsas prоsеslərini özündə əks еtdirir (1, 88):

a) məhsul haqqında infоrmasiyanın aхtarılması;

b) məhsulun qiymətləndirilməsi;

v) müqavilənin bağlanması və haqqın ödənilməsi və s.

Yuxarıda qeyd olunanlarla yanaşı ticarətlə bağlı:

a) məhssul və xidmətlərin təqdimatı;

b) qanunvericilik bazasının formalaaşdırılması;

v) işgüzarlıq münasibətlərində doğan məsələlərin həll edilməsi;

q) təsərrüfat fəaliyyətindən irəli gələn mübahisələrin həlli mexanizmlərinin yaradılması və s. öz təsdiqini tapmalıdır.

Qeyd etmək lazımdır ki, əsas kommersiya əməliyyatlarının etapları elektron ticarət sistemindən fərqli olaraq dahaa sürətlə inkişaf tempi nümayiş etdirməkdədir.

Müasir dövrdə İKT-nın təhsil kimi mühüm bir sahədə tətbiq edilməsi ümumilikdə İnformasiya Cəmiyyətinin formalaşdırılmasının zəruri elementlərindən biri hesab edilməkdədir. Belə ki, təhsil sisteminin informasiya sistemləri ilə əlaqəsinin genişləndirilməsi təhsil sistemini yeni mərhələyə keçirmiş olur.

Ümumilikdə ənənəyə əsaslanan təhsil sistemində qarşılıqlı əlaqənin formalaşdırılması zamanı informasiya – müvafiq əlaqələrin yaaradılması baxımından iki tərəf çıxış edir: təlimi verən yəni – öyrədən, digər tərəfdən isə informasiya qəbul edən, yəni öyrənən.

İnformasiya cəmiyyətinin formalaşdırılmasından irəli gələn fəaliyyətin mühüm bir istiqaməti də elm sahəsində özünü qabarıq surətdə göstərməkdədir. Bu nöqteyi nəzərdən yanaşdıqda respublikamızda istər apaarılan elmi-tədqiqat işlərinin keyfiyyəti baxımından, istərsə də elmin menecmenti nöqteyi-nəzərindən beynəlxalq informasiya məkanına inteqrasiya İKT-nin tətbiqinin genişlənməsi və inkişafı baxımından müasir dövrün ən aktual problemlərindən hesab edilməkdədir. Təsadüfü deyildir ki, müasir dövrdə beynəlxalq aləmdə elektron elm ifadəsi geniş istifadə olunmaqdadır. Belə ki, BMT-nin UNDP, UNESCO, UNIDO kimi təsisatları, həmçinin də ICSU,WIPO, CODATA və s. kimi “Elektron elm”in cari problemlərinə yönəlik fəaliyyət göstərən təşkilatlar geniş nüfuz qazanmışdır. Digər tərəfdən isə beynəlxalq səviyyədə reallaşdırılan layihələrdə müvafiq qrumlar aidiyyatı sahələr üzrə ekspert qismində çıxış etməkdədirlər.

İnternet üzərindən reallaşdırılan ticarət əməliyyatlarında yaranan münasibətlər mülkiyyətlə bağlı olduğundan, başqa sözlə ifadə etmiş olsaq, mülki xarakter daşıdığından müvafiq münasibətləri hüquqi tənzimlənməsi zərurəti meydana çıxır. Bununla yanaşı olaraq, ticarət əməliyyatları yalnız milli deyil beynəlxalq məzmun kəsb etdiyindən hüquqi tənzimləmədə anaaloji olaraq beynəlxalq hüquqi məqamlar da özünü biruzə verir.

Spesifik xüsusiyyət kimi elektron icarətdə hüquqi məqamlar еlеktrоn imza, pul, ödəniş, sövdələşmə və s. bu kimi anlayışların hüquqi təsbitini zərurətə çevirir. Bu kimi praktik məsələlərin həlli zamaanı isə milli və beynəlxalq hüququn üzvü surətdə əlaqələndirilməsi zərurəti yarandığından ciddi yanaşma tələb olunur. Buna görə də, müvafiq hüquqi həll variantı qarşılıqlı razılıq əsasında formalaşdırılmalıdır. Adətən bu tip məsələlərin ən effektiv həll variantı kimi müqavilələr sistemi yaradılması üstünlük təşkil edir. Bu kim qarşılıqlı razılıq informasiyanın mübadiləsi prosesində xüsusi onəm kəsb edir.

İntеrnеt şəbəkəsi üzərindən reallaşdırılan еlеktrоn ticarət əməliyyatlarına dair tехnоlоgiyalar ümumilikdə 4 qrupa ayrılır:

1) Satışı tехnоlоgiyaları. Burada istеhlakçılardan sоrğuların əldə edilməsi, hеsabatların formalaşdırılması, xidmət haqlarının ödənilməsi və s.

2) Məsafədən satışın həyata keçirilməsi. Yəni məhsul və xidmətin оnlayn göndərilməsinəzərdə tutulur.

3) Məhsul və xidmətin realizasiyası tехnоlоgiyaları.

4) Alqı-satqı prоsеsi. Buraya alqı müqaviləsi, göndərmə, satış sоnrası tехniki dəsstək vermə, məhsul və xidmətin yеni nümunəsi, kеyfiyyəti barəsində qarşılıqlı məlumat mübadiləsi aid edilir.

Müasir dövdə elеktrоn ticarət sferasında əsasən aşağıda qeyd olunan məhsul və хidmət növü prioritetlik təşkil etməkdədir:

- kоmpütеr texnikası və prоqram təminatı sisstemləri;

- gündəlik məişətdə istifaddə olunan məhsullar;

- layihə və logistika хidməti;

- maliyyə bazarları, sığоrtalama, müxtəlif turistik xidmətlər, biznеs üzrə məsləhət servisi.

İnternet şəbəkəsi üzərindən ticarət əməliyyatları ötən əsrin 90-cı illərdən başlayaraq, əhatəsi geniş bir formada istifadə edilməyə başlandı. Bu eyni zamanda investor qismində iştirak edən subyektlərdən qiymətli kağız bazarında sifariş əldə etmə imkanlarını asanlaşdırır və onların qəbulu imkanını artırır.

Qeyd etmək lazımdır ki, telekomunikasiya sistemləri isə özündə bütün növ elektron rabitə şəbəkələrini birləşdirir. Telekomunikasiya sistemi ilk öncə məlumatın ötürülməsi məqsədli sistem olsa da, yalnız bu fəaliyyətlə məhdudlaşmır. Ümumilikdə, telekomunikasiya sistemni şərti olaraq 2 yerə ayırmaq olar:

1) məlumat–telekomunikasiya sistemi. Buraya internet şəbəkəsi, habelə telekanallar və radiostansiyalaar daxildir.

2) telekomunikasiya sistem. Buraya isə məlumatın ilkin və tam formada qalması, telerabitə, elektron rabitə əlaqələr sistemi aid edilir.

Telekomunikasiya bir sektor kimi Avropa məkanında meydana çıxıb ABŞ-da tətbiq olunduğu halda bu günümüzdə Yaponiyada müvafiq sahə ən zəruri fəaliyyət sektoru qismində fəaliyyət göstərməkdədir.

Hal-hazırda telekomunikasiya sahəsi iqtisadi əhəmiyyətinə görə məşğulluğun və gəlirin yüksək səviyyədə təmin olunduğu mümkün olan sahə kontekstində araşdırılır. Statistik məlumatlara əsasən 2008-ci ildə telekomunikasiya sahəsindən əldə olunan məcmu gəlir 1,4 trilyon ABŞ dolları həcmində qiymətləndirilmiş və əvvəlki illərlə müqayisədə bu sahədəki artımın 8,2% çox olması müşahidə olunmuşdur. Müvafiq gəlirlərin əhəmiyyətli bir hissəsi heç şübhəsiz ki, mobil rabitə xidməti, habelə internet kimi geniş yayağın olan sahələrdən qazanılmışdır. Proqnoz xarakterli yanaşmalar gələcəkdə bu sahədə daha çox kəmiyyət və keyfiyyət artımının olmasını müəyyən edir.

Yuxarıda qeyd olunan sahələrdən əldə olunan gəlir bölgüsü timsalında yanaşsaq aydın olur ki, bu sahə üzrə payı daha yüksək olan Şimali Amerikadır. Belə ki, statistik olaraq müvafiq bazar dünya üzrə bütövlükdə telekomunikasiya sahəsində reallaşdırılan servisin 28,5%-ni təşkil edir. Daha sonrakı yerləri pay nisbətinə görə 27,6%-lə Qərbi Avropa, 11,8 %-lə Orta Şərq və s. Regionlar tutur. Yuxarıda deyilənləri aşağıdakı cədvəldən aydın görmək mümkündür (24, s.82).
Cədvəl 1.1

Regional baxımdan telekomunikasiya xidmətlərinin

illik gəliri

(milyard dollar)



Regionlar
İllər

2008

2009

2010

2011

2012

2013

Asiya

364

399

431

456

474

480

Şərqi Avropa

80

87

92

96

98

100

Latın Amerikası

99

114

128

138

147

152

Yaxın Şərq və Afrika

81

98

112

125

134

141

Şimali Amerika

406

416

418

420

422

424

Qərbi Avropa

392

401

402

399

396

394

Cəmi

1422

1515

1583

1634

1671

1697

Cədvəldən göründüyü kimi telekomunikasiyada və informasiya sahəsində münasibətlər çoxistiqamətlidir. Buna görə də, onun obyektiv olaraq geniş təsnifata, yəni - e-təhsil, e-treydinq e-biznes, e-ticarət, e-gömrük, e-bankçılıq, e-səhiyyə, və s. ayrılması başaadüşüləndir.

Yuxarıda qeyd olunan məqamlar müvafiq sahənin prioritet fəaliyyət sahəsi kimi əhəmiyyətinə dəlalət etməklə onun tənzimlənməsi üçün müvafiq tənzimləmə mexanizmi formalaşdırılması, vahid tənzimləyici qayda və qanunların müəyyən edilməsi çox vacib ünsürlərdəndir.

İnformasiya komunikasiya texnologiyalarının sürətli şəkildə inkişafı müşahidə olunduğu müasir zamanda “E-science” adlandırılan elmi faliyyətlə bağlı tədqiqat sahəsində Amerika Birləşmiş Ştatlarında, Böyük Britaniyada, Müstəqil Dövlətlər Birliyində və s. ölkələrdə reallaşdırılan tədbirlərin çoxvektorlu istiqaməti vardır. Müvafiq dövlətlərdə ET işlərinin fərli sektorlarda informasiya komunikasiya texnologiyalarını aşağıdakı kimi qrupa bölmək mümkündür:

- ET fəaliyyəti çağdaş informasiya komunikasiya texnologiyaları əsasında tam avtomatlaşdırmaq;

- Elmi tədqiqat üçün onlayn olmaqla sistemləşmiş müvafiq infrastruk yaratmaq;

- elm təmsilçiləri və elmi-tədqiqat yönlü təşkilatlar üçün innovativ yeniliklərdən sosial-iqtisadi səmərə əldə edilməsi.

Beynəlxalq təcrübə göstərir ki, İKT-dən geniş miqtyasda istifadə edilməsi ölkə üçün hərtərəfli inkişaf imkanı yaradır. Məhz bu texnoloji irəliləyişlər əhalinin madii vəziyyətində olan (sosial-iqtisadi) çətinliklərin həll edilməsi və ümumilikdə yoxsulluq səviyyəsinin aşağı salınması üçün fundamental vasitələrdən birdir. Müasir şərtlər kontestində ölkədə İKT-nın inkişafı göstəricisi bütövlükdə ölkənin siyasi, sosial habelə iqtisadi potensialını göstərir.

Hər bir ölkənin informasiyalaşması vasitəsilə İC-nin formalaşması təşkilati, iqtisadi, elmi, texniki, sosial, texnoloji və ən əsası isə, siyasi faktorlarla müşahidə olunan mürəkkəb proses kimi qiymətləndirilir. Onun uğurla reallaşdırılması cəlb edilən müxtəlif resursların, o cümlədən də maliyyə, siyasi, texniki, insan, və s. resurslarından effektiv istifadə edilməsi kimi prioritet fəaliyyət istiqamətləri düzgün müəyyənləşdirilməsi, reallaşdırılan işlərin tənzimlənməsi və əlaqəli formada sistemləşdirilməsi tələb olunur.

Cağdaş ictimai əvəzləmə 2000-ci ildən başlayaraq, məhz xidmət sahəsində daha geniş inkişaf etdirilməyə başladılmışdır. Bu da fərqli növ məlumatların telekomunikasiya şəbəkəsilə ötürülməsindən irəli gəlmişdir. İKT bir sistem kimi beynəlxalq şəbəkənin yaradılmasına və bu sferada münasibətlərin tərəqqisinə “informasiya hüququ” kontekstində yanaşmanı meydana çıxarmış, habelə ona da əsas məqsədin “informasiya” termininin hüquqi kateqoriya kimi tədqiq edilməsi baxımından önəm verilməsinə səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, hal-hazırda yalnız internetlə deyil, digər İKT vasitələri olan sistemlərdə də ( stasiona rabitə vasitəsi, teleradio yayımı və s.) informasiyanın mübadiləsi baş verir. Bunun üçün müvafiq sahələrdə formalaşan münasibətlər, telekomunikasiya hüququnun tənzimlədiyi predmet kimi səciyyələndirilmişdir. Bununla belə telekomunikasiya hüququ, elektrik əlaqə şəbəkələri kimi beynəlxalq şəbəkənin fəaliyyətinə dair formalaşan münasibətləri belə əhatə etməlidir.

Araşdırmalar göstərir ki, informasiya hüququ huquq sahəsinin tam müstəqil bir sahəsi, telekomunikasiya hüququna gəldikdə isə o, informasiya hüquq sahəsinin yarım sahəsi kimi yaranmışdır. Müvafiq yanaşmalar qəbul edilsə də, reallıqda hər iki anlayış kompleks qanunvericilik sistemini əks etdirir. Bununla da müxtəlif sahədə normativ-hüquqi normalar sistemi məcmu kimi qiymətləndirilir. Hansı ki, adekvat olaraq İKT sistemlərində olan fəaliyyət formalarının reallaşdırılması zamanı yaranır, bəzən dəyişikliyə məruz qalı və hətta ləğv olunur.

1.3. Elektron kommersiya inkişaf etdirilməsində informasiya

cəmiyyətinin rolu

Elektron kommersiya – bir anlayış kimi informasiya bazasından istifadə olunmaqla müxtəlif məhsul və xidmətlərin mübadiləsi, onların göstərilməsi və ya iş görülməsi məqsədilə reallaşdırılan fəaliyyət hesab edilir. Elektron kommersiya subyektlərinə gəldikdə - onun reallaşdırılması zamanı təchizatçı, sifarişçi və rəqəmsal sənədləşməni təmin edən vasitəçisi qismində iştirak edən təsərrüfat subyektləri hesab edilir. Satıcı qismində əmtəə və xidmət satan elektron kommersiya subyekti, alıcı qismində isə mal və xidmətlərin alıcısı, vasitəçilik edən isə müvafiq elektron sənədlərin dövriyyəsinin təmui edilməsi ilə bağlı fəaliyyət göstərən təsərrüfat subyektləri hesab edilir.

Hal-hazırda informasiya komunikasiya texnologiyalarından iqtisadi fəaliyyət sahələrində geniş miqyasda istifadə edilməsi təsərrüfat münasibətlərində müvafiq infrasturuktur elementlərində ciddi dəyişikliklərə səbəb olur. Bu isə rəqəmsal biznes fəaliyyəti mühitinin formalaşmasına, habelə elektron kommersiyanın müxtəlif şəbəkələ sistemlərinin yaradılmasına əlverişli zəmin yaradır.

İnternet vasitəsilə həyata keçirilən elektron kommersiya əsasən 4 qrupa bölünür (1, s.104):

1. Məhsul satışı üzrə texnologiyalar (Sale).

2. Distant satış (post sale) və ixtisaslı kadrların hazırlanması və seçilməsi.

3. Məhsulun hərəkəti və reklamı üzrə marketinq texnologiyaları.

4. Alqı prosesi (purchasing).

Hər bir dövlətdə informasiya komunikasiya texnologiyalarının inkişaf etdirilməsi müvafiq hüquqi bazanın formalaşdırılması zərurətini yaratdığı kimi respublikamızda da bu istiqamətdə aparılan işlər nəticəsində müxtəlif proqram, strateji planlar, habelə normativ-hüquqi aktlar qəbul edilmişdir. Həmin sənədlərə xaraakterik olan bəzi cəhətləri aşağıdakı kimi xarakterizə etmək olar:

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və komunikasiya texnologiyaları üzrə Milli Strategiya” (2003-2012-ci illər)”. Bu Strategiya çərçivəsində məqsəd kimi əsasən İKT-dən geniş miqyasda istifadə olunması hesabına ölkəmizin sosial-iqtisad inkişafı istiqamətində yardımçı ola biləcək yeni bir keyfiyyət mərhələsinin, yəni informasiya cəmiyyətinin formalaşmasına keçidin təmin edilməsinə istiqamətlənmişdir.

Strategiya çərçivəsində müəyyən edilmiş vəzifələri aşağıdakı kimi xarakterizə etmək olar:

 - informasiya cəmiyyətinə keçid üçün normativ bazanın formalaşdırılması və onun inkişafının vaxtaşırı təmin edilməsi;

 - bütövlükdə cəmiyyət miqyasında insan faktoruna əsaslanmaqla inkişafa nail olmaq;

 - istənilən vətəndaş və institutun məlumat əldə etmək, yaymaq və istifadə olunması kimi hüququn reallaşmasına imkan verən şəraitin təmin edilməsi;

 - elektron hökumət platformasının işlək vəziyyətinin formalaşdırılması və təkmilləşdirilməsi;

 - dövlətin inkişafı naminə intellektual və biliyə istinad edən dayanıqlı iqtisadi sistemin qurulması;

 informasiya və komunikasiyaya xidmət edən adekvat infrastruktur foormalaşdırılması;

 - dövlətin informasiya sistemlərinin təhlükəsizliyinə təminat verən sistemin yaradılması;

 - ölkə miqyasında beynəlxalq rəqəmsal məlumat sferasına çıxışın təmini və əlaqələndirilməsi;

 - milli proqramlar əsasında informasiya sistemlərinin fəaliyyətini təmin edən vasitələrin yaradılması;

 - bütövlükdə ölkə miqyasında «rəqəmsal geriliyi» aradan qaldırmaq və s.

Müvafiq strateji tədbirlərin reallaşdırılması idarə etmə sistemində şəffaflıq mühitinin təmin edilməsi, dayanıqlı iqtisadi artəmın əldə edilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, vahid rəqəmsal məlumat məkanın yaradılması, bütün insanlar üçün məlumat əldə etmə şəraitinin yaradılması və milli xarakterə malik maraqların nəzərdə tutulması şərtilə beynəlxalq rəqəmsal informasiya bazasına inteqrasiyanın genişləndirilməsiı nəzərə alınmışdır.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı". Bu proqram əsasında müəyyən edilən əsas məqsəd ölkəmizdə rabitə ilə yanaşı olaraq, İT-nın yüksək inkişafa nail olmasını təmin eləmək və bu vasitə ilə respublikanın hərtərəfli inkişafı naminə xidmət etmək, habelə informasiya komunikasiya texnologiyalarının inkişafı naminə strategya çərçivəsində reallaşdırılması müəyyən olunmuş məqsədlərdən irəli gələn fəaliyyətlərə uyğun proyektlər planlamaq və onların icrasını təmin etməkdir.

Bununla əlaqədar aşağıdakı məsələlərin həlli xüsusi əhəmiyyət kəsb etmişdir (34, s.12):

 - rabitə və İT sahəsinin gələcək inkişafı üçün islahatların aparılması və effektiv mexanizminin formalaşdırılması;

 - qlobal informasiya fəzasına inteqrasiyanın genişləndirilməsi;

 -  rabitə və informasiya texnologiyalarının inkişafını təmin etmək üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi və s.

Yuxarıda qeyd edilən proqramın icrasından irəli gələn məqsədlərə nail olunması üçün həyata keçiriləcək fəaliyyətlər aşağıdakı əsas istiqamətə yönəlik reallaşdırılması nəzərdə tutulur:

 - rabitə və İT sferasında struktur dəyişikliyinini təmin edilməsi və təkmilləşdirilməsi tədbirlərinin aparılması;

 - İT sahəsində müasir texniki və texnoloji vasitələrdən istifadənin tətbiqi baxımından stimullaşdırıcı tədbirlərin reallaşdırılması;

 - informasiya əsaslı fəaliyyətə istinad edən cəmiyyətə transformasiya üzrə proyektlərin hazırlığı və reallaşdırılması.

Yuxarıda qeyd olunduğu kimi elm sahəsinin cəmiyyətin formalaşmasında əhəmiyyəti artmışdır. Bu kontestdə yanaşdıqda elmi xarakterli müəssisələrin idarəedilməsi aparılan elmi-tədqiqat işlərinin yüksəldilməsinin təmini i, beynəlxalq informasiya məkanına inteqrasiya obyektiv zəruri bir tədbir kimi çıxış etməkdədir. Bu xarakterli məsələlər beynəlxalq terminalogiya ilə, o cümlədən də e-science kimi ifadə olunur.

Beynəlxalq səviyyədə informasiya cəmiyyətinə keçid məsələlərin həllinə dair müxtəlif mexanizmlər formalaşmışdır. Burada qəbul edilmiş prinsiplərə dair bəyannamədə E-təhsil, E- səhiyyə və s. bu kimi yeni anlayışlar ilə yanaşı, E-elm barəsində xüsusi bir qərarın qəbulu müvafiq məsələlərin zəruriliyinin göstəricisi kimi xarakterizə olunur. Tədqiqatla bağlı onlayn infrastruktur yaradılmasına yönəlik müxtəlif dövlətlərdə inkişaf proqramı kimi reallaşdırılır.

Bizim müvafiq sahədə mövcud proqramlarımızda qoyulan məqsədə çatmaq üçün aşağıdakılar həll edilməlidir:

-   ölkədə müasir İKT infrastrukturu inkişaf etdirilməli, təsərrüfat sublektlərinin dövlət idarəetmə orqanı aparatının fəaliyyətinə dair informasiya, həmçinin hökumət, ictimai sahəhə, habelə sektoral məlumat bazasına çıxış imkanlarının artırılması, informasiya resurslarına və komunikasiya sferasına dair xidmət göstərliməsinin yüksəldilməsi və onların keyfiyyət artımına nail olunması;

-   hökumət idarəçiliyinin bütün mərhələllərində informasiya komunikasiya texnologiyalarının tətbiqi, dövlətin məlumat sistemləri və ehtiyatlarının yaradılılması və onun mütəmadi ttəkmilləşdirilməsi;

-   yekcins texnoloji standartlar bazasında hökumət informasiya bazasına və müvafiq sistemlərin qarşılıqlı əlaqələndirilməsinin təmini, dövlət idarəetmə orqanları sistemində etibarlı, habelə təhlükəsi olmayan informasiya mübadilə mexanizminin tətbiqinin həyata keçirilməsi baxımından vahid məxvi xidmət şəbəkənin qurulması inkişafı, təşkilati struktur, texnoloji imkanların genişləndirilməsi tədbirlərinin reallaşdırılması üçünuyğun mühitin yaradılması;

-   hökumət orqanları sisteminin göstərdiyi servisin çevikliyinin və keyfiyyətinin, həmçinin də müvafiq idarəetmə mexanizm və usullarının effektivliyinin yüksəldilməsi üçün “Е-hökumət” layihəsinin geniş miqyasda tətbiqinə dair, “bir pəncərə” prinsipinə istinad edən vahid elektron məlumat bazasına istinad edən xidmətlərin reallaşdırılması;

-   müasir dövrün inkişaf tendensiyalarının tələblərinə müvafiq surətdə uyğun fəaliyyət sahələrindən gələn tələ uyğun olaraq, sahələr üzrə normativ bazanın daima təkmilləşdirilməsi;

-      beynəlxalq təcrübəyə uyğun sahələr üzrə standart və sertifikatlaşdırma sisteminin tətbiqi;

-   müasir informasiya komunikasiya texnologiyalarının aid edildiyi ixtisaslar üzrə kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsi;

- informasiya komunikasiya texnologiyaları məhsulları istehsalının intensiv inkişafıi və onların ixracı imkanın artırılması;

-    yeni texnologiyaların tətbiq edilməsi sahəsi üzrə servisin, o cümlədən də telekomunikasiya, habelə kosmik peyk əlaqəsinin qurulması və onun keyfiyyətinin artırılması;

-   poçt əlaqəsi şəbəkələri vasitəsilə bank xidmətlərinin reallaşdırılmasının təmini və təkmilləşdirilməsi;

-   elektron ticarət, elektron səhiyyə kimi mütərəqqi iqtisadi fəaliyyət sahələrinin inkişaf olunması;

-     "rəqəmsal geriliyin" səviyyəsinin aşağı salınması baxımından müvafiq tədbirlər sissteminin reallaşdırılması;

-      İC formalaşdırılması istiqamətində sistemləşdirilmiş elmi, nəzəri, texniki və innovativ siyasətin reallaşdırılması;

-    informasiya cəmiyyətinin formalaşdırılması üçünhəyata keçirilən tədbirlərə nəzarət mexanizminin təmin olunması.

Praktik olaraq elektron imzanın və elektron sənəd dövriyyəsinin təmini haqqında Azərbaycan Respublikasının Qanunununda mühüm əhəmiyyəti vardır. Bu normativ baza praktik olaraq elektron imza və elektron sənəd istifadə olunmanın, onlara dair müvafiq rəqəmsal sənəd dövriyyəsi imkanlarının tətbiqi, habelə müvafiq fəaliyyətin təşkilati-hüquqi bazasının formalaşdırılması ilə əlaqədar təsərrüfat subyektlərinin hüquq və vəzifələrini müəyyənləşdirir, onların arasında yaranan münasibət formalarının tənzimlənməsinə imkan verir.

AR-da kosmik sənaye sahəsinin yaranması və inkişaf etdirilməsi üzrə Dövlət Proqramıda analoji xarakter daşıyır. Bu proqramın əsas hədəfləri ölkədə kosmik sənayenin yeni bir fəaliyyət sahəsi kimi formalaşdırılması, inkişafna nail olunması, dövlət orqanlarının peyk əlaqəsinə olan ehtiyaclarının təmin edilməsi, regionlarda insanların rəqəmsal tele-radio yayımı istiqmətində olan tələbatının ödənilməsi, ölkənin beynəlxalq əlaqə imkanlarının genişləndirilməsi, habelə kosmik fəzadan effektiv istifadə olunmaqla beynəlxalq, iqtisadi, tədqiqat, sosial, elmi fəaliyyət, mədəni inteqrasiya, təhlükəsizlik sistemləri və s. sahələrin inkişafna nail olunmasıdır.

Araşdırmalara görə beynəlxalq səviyyədə telekomunikasiya və informasiya komunikasiya texnologiyaları sektorunda böyük miqyasda inkişafın təmin edilməsində peyk şəbəkəsinin rəqabətqabiliyyətinin yüksəldilməsi istiqamətində praktiki tədbirlərin reallaşdırılması zərurəti yaranır. Bununla əlaqədar olaraq da, kosmosla bağlı sənaye sahələrinin gələcək inkişafı baxımından aşağıda qeyd edilən məsələlər aktuallıq kəsb etməkdədir:

- peyklər vasitəsilə rabitə xidmətlərinin iqtisadi baxımdan daha cəlbedici olmasında geniş əhali kütləsi faktorunun nəzərə alınması;

- stasionar orbitə daxil edilən peyklərin rəqabət nöqteyi nəzərdən göstəricilərinin yüksəldilməsi;

- müəyyən olunmuş peyklərin kommersiya fəaliyyəti baxımından səmərəliliyin yüksəldilməsi;

- yeni peyk sistemləri vasitəsi ilə təqdim edilən məhsul və xidmətlərə dair qiymət siyasətinin təkmilləşdirilməsi;

- peyk sistemi hesabına göstərilən servis xidmətlərinə dair infrastruktur tədbirlərinin daha da təkmilləşdirilməsi;

- peykdən idarəetmə sistemləri ilə yerüstü fəaliyyətə dair yayım xidməti arasında inteqrasiya proseslərinin sürətləndirilməsi.

Proqramda aşağıdakı strateji məqsədlər nəzərdə tutulur (24, s. 6):

- gələcək inkişaf üçün potensialın yaradılması;

- milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi;

- qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi;

- dövlət strukturlarının xüsusi rabitəyə olan tələbatının ödənilməsi;

- kosmik sənayenin yaradılması və inkişafı.

Beləliklə, müasir dövrdə kosmik sənaye fəaliyyəti sahəsində beynəlxalq səviyyəli əməkdaşlığın geniş vüsət alması və respublikamızda müvafiq fəaliyyət sahəsinə dair potensialın artırılması müvafiq sahədə inkişafın əldə olunmasına geniş perspektiv yaradır.

FƏSİL II. AZƏRBAYCAN RESPUBLİKASINDA ELEKTRON TİCARƏT

VƏ ONUN TƏHLÜKƏSİZ­Lİ­Yİ­NİN HÜQUQİ TƏMİNATI

MEXANİZMİ

2.1. Telekomunikasiya və informasiya sferasindakı fəaliyyətin

tənzimlənməsinin hüquqi təminatı

Ölkəmizdə sоn illərdə aparılan sosial-iqtisadi islahatlar əsas qanunda nəzərdə tutulmu konstitusiyon normadan qaynaqlanır. Belə ki, konstitusiyaya əsasən Azərbaycan Respublikasında iqtisadi münasibətlər bazar iqtisadiyyatı sistemi əsasında formalaşdırılır. Bundan irəli gələrək, aqrar sektorda islahatlar aparılmış, dövlət mülkiyyətinin özəlləşdirilməsinin həyata keçirilməsi təmin olunmuşdur.Yeni formalaşdırılmaqda olan iqtisadiyyat sosial xarakter daşıyır və bununla yanaşı olaraq neft sektonda əldə edilən uğurlardan qaynaqlanaraq, qeyri-neft sektorunda çeşidli layihələr hazırlanıb reallaşdırılır. Müvafiq tədbirləri reallaşdırılması, heç şübhəsiz ki elmi nailiyyətlərə istinad etməli, praktik tətbiq edilmədikdən əvvəl dəqiq informasiyalar əsasında qiymətləndirilməlidir. Müvafiq proseslərin reallaşdırılması zamanı isə özəlləşdirilən obyektlər dərindən təhlili olunmalı, onların keçmiş fəaliyyəti, müasir durumu qiymətləndirildikdən sonra gələcək fəaliyyət istiqamətlərini əhatə edən dövə aid məlumat bazasınnı yeni texnologiyalara istinadən təhlili təmin edilməli, habelə müvafiq subyektlərin qarşılıqlı əlaaqələrinin xarakteri aydınlaşdırılmalıdır. Bu kimi mühüm vəzifələrin icrə zamanı isə çağdaş informasiya komunikasiya texnologiyasından geniş istifadə təmin edilməlidir.

Beynəlxalq aləmdə gedən inteqrasiya və buna müvafiq informasiya mübadiləsi prosesi obyektiv xarakter daşıdığından, respublikamızın bu proseslərdə iştirak etməsi də zərurət kimi meydana çıxır. Başqa sözlə fadə etmiş olsaq, informasiyanın istifadə olunma səviyyəsi və onun xarakteri, inkişafın istiqamətlərini müəyyən edir. Bu baxımdan da, sosial-iqtisadi məzmuna malik proseslərdə informasiya və komunikasiya texnologiylarından istifadə edilməsi, müasir tələblər çərçivəsində adaptasiyanın reallaşdırılması aspektindən obyektiv hesab edilir.

İKT sahəsində hökumətin başlıca vəzifələrindən biri müvafiq hüquqi əsasların yaradılmasını təmin etməkdir ki, məhz onun sayəsində də müvafiq sahədə normal təsərrüfat fəaliyyəti üçün real zəmin yaranır. Respublikamızda qeyd olunan sahədə ən mühüm hesab ediləcək tədbirlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-komunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" olmuşdur. Belə ki, müvafiq qanunvericilik sənədi ilə, növbəti on illik dövrü əhatə edən tədbirlərin ümumi istiqaməti, yəni areantasiyası müəyyən edilmişdir.

Qəbul edilmiş Milli Dövlət Strategiyası informasiyalaşma və komunikasiya xarakterli texnologiyaların tətbiqi, habelə onlardan istifadə olunması sahəsində yeridilən dövlət siyasətinin mühüm təzahür formasıdır. Onun əsas məqsədlərinə və vəzifələrinə ümumi fəaliyyət istiqaməti daxildir. Müvafiq dövlət strategiyası cəmiyyətin müasir tələblərindən irəli gələn tələbləri, müasir dünya təcrübəsindən qaynaqlanan məqamların nəzərə alınmasını, habelə ölkəmizin müxtəlif istiqamətlərdə inteqrasiyasının nəzərə alınmasını özündə ehtiva edir.

Strategiya qarşısında aşağıdakı əsas vəzifələr müəyyən edilmişdir: (26, 12)


  • informasiya cəmiyyətinin yaradılması və inkişafı;

  • vətəndaşların tibbi xidmət, sosial təminat, təhsil və s. xidmətləri alması;

  • sosial institutların məlumat almaq, istifadə etmək üçün mühitin yaradılması;

  • elektron hökumətin yaradılması və inkişafı;

  • intellektual potensialının inkişaf etdirilməsi;

  • informasiya təhlükəsizliyi sisteminin yaradılması və s.

Göründüyü kimi strategiyanın başlıca məramı İKT-dan geniş miqyasda yararlanmaqla, ölkə miqyasında demokratik yönümlü tərəqqiyə nail olmaq, son nəticədə isə İC-nə keçidin təmin olunmasıdır.

Qeyd etmək lazımdır ki, İKT ilə bağlı strategiyada mühüm məqamlardan biri məhz elektron hökumətin yaradılması və onun inkişaf etməsinə nail olmaqdır. Straategiyaya istinad etmiş olsaq, elektron hökumətin inkişafının əsas istiqamətləri bunlar ola bilər:

- müvafiq idarəetmə orqanları;

- yerli özünüidarəetmə(bələdiyyə) orqanları;

- qeyri-hökumət təşkilatlarının idarəetməyə cəlbi;

- siyasi təşkilatlar arasında əməkdaşlığın təmin edilməsi və onun daha da gücləndirilməsi;

- dövlət qulluqçularının İKT-dən istifadə sahəsində bilik və bacarıqlarının artırılması;

- əsasən dövlət orqanlarında elektron sənəd dövriyyəsinin təmin olunması;

- vətəndaşa xidmət məqsədli avtomatlaşdırılmış informasiya sisteminin qurulması;

- müxtəlif səviyyəli informasiya bazalarının yaradılması, onların qorunması və istifadəsi;

- fərqli seçki proseslərində müvafiq sistemdən istifadə olunması və s.

Vurgulamaq lazımdır ki, ötən dövr ərzində müvafiq strategiyadan irəli gələn tədbirlərin reallaşdırılması hesabına yuxarıda qeyd olunan istiqamətlərin əksəriyyətində ciddi nailiyyətlər əldə edilmişdir. Hansı ki, nəticə etibarilə bürokratik əngəllərin aradan qaldırılması, səmərəliliyin yüksəldilməsi, vaxt itkisinin azaldılması kimi nailiyyətlərə səbəb olmuşdur.

Ümumilikdə İKT-nin tətbiqinin hansı səviyyədə olması həmin ölkənin müasirliyi, elmi inkişafı, intellektual səviyyəsi, dövlət idarəetməsi sisteminin şəfaf olması və bütövlükdə ölkədə demokratik dəyərlərə nə səviyyədə önəm verilməsini göstərir.

Müasir dövrün reallıqları onu ehtiva edir ki, get-gedə dünyada elektron resurslara istinad etməklə təsərrüfat fəaliyyətinin həyata keçirilməsi daha çox üstünlük təşkil edir. Buna istinadən bəzi hallarda İKT sahəsində əldə olunan nailiyyətləri, məhz dövlətin rəqabətqabiliyyətliliyinin təmin olunmasındakı müstəsna rolu qabardılır. Müşahidə olunan tendensiya isə onu göstərir ki, bu sahədə trend daima artımla müşahidə olunur. Yəni İKT-nin tətbiq səviyyəsinin artımı dolayısı ilə ölkənin də inkişaf səviyyəsinə öz müsbət təsirini göstərir və onun sanki lakomativi rolu olur.

Qeyd olunanlar elektron ticarət sahəsində özünü daha yüksək səviyyədə göstərməkdədir. Məhz bunun nəticəsidir ki, qanunvericilik aktları icərisində respublikamızda da elektron ticarətin hüquqqi əsaslarını müəyyən edən qanunvericilik aktları ilk qəbul edilmiş aktlar sırasında öncül yerlərdən birini tutmaqdadır.

Məzmun və mahiyyət etibarilə bəhs olunan məsələ informasiya resursları istifadə olunması şərtilə məhsul və xidmətlərin mübadiləsinin reallaşdırılmasını, habelə müxtəlif işlərin yerinə yetirilməsini əks etdirir. Dolayısı ilə bu ənənəvi ticarətin virtual məkanda həyata kecirilməsinə əlverişli zəmin yaradır və reallaşmasını sürətləndirir.

Müasir dövrdə elektron kommersiyanın stimullaşdırılması məqsədilə satıcılar müvafiq sahədə bildirişlərdən istifadə edə bilərlər. Bu tədbir dolayısı ilə satıcı üçün məhsul və xidmətlərin reallaşdırılması zamanı isteehsalcının imicinin yaradılmasına və onun daha da yüksəldilməsinə xidmət edən tədbir kimi qiymətləndirilir. O, ümumilikdə aşağıdakı məqamları üzündə əks etdirməli və tətbiq olunması zamanı nəzərə alınmalıdır:


  • kommersiya xarakterinə malik olmalıdır;

  • sahibinin rekvizitləri dəqiq olmalıdır;

  • məhsulun realizasiyasını stimullaşdırmalıdır;

  • qanunvericiliyə uyğun nə kimi güzəştlər mövcud olduğu aşkar surətdə göstərilməlidir;

  • müvafiq sahədə hansı mükafatlar vardır;

  • təkliflər necə ünvanlanmalıdır;

  • məhsulun əldə olunması şərtləri hansılardır və s.

Bəzi hallarda isə kommersiya bildirişinə aşağıdakı bir sıra məlumatların daxil edilməsinə yol verilmir:

  • təchizatçıya bilavasitə müraciətə imkan yarada bilən məlumatlar;

  • internet və yaxud elektron poçt adresləri;

  • malların satıcısı haqqında məlumatlar

  • məsrəf etmədən əldə edilə bilinən informasiyalar və s.

Müasir dövrdə istənilən kommersiya xarakterli əməliyyatların həyata keçirilməsində mütləq mənada hüquqi formalara istinad edilir ki, bu formalar içərisində də müqavilələr üstünlük təşkil edir. Elektron ticarətin reallaşdırılmassı zamanı isə məntiqə uyğun olaraq bu tipli razılaşmalar elektron əsasda (formada) həyata keçirilir.

Hər bir ölkənin qanunvericilik sitemi özünəməxsus olsa da, onların ümumi qəbul edilmiş mexanizmlər ki, hətta anlayışlardan istifadəsi hallarına da rast gəlinir. Bu baxımdan, qeyd etmək olar ki, əksər hallarda ticarət əməliyyatlarının aparılmasına yönəlik təkliflər “oferta” kimi xüsusi bir terminalogiya ilə ifadə olunur. Bu özünü hüquqi baxımdan mülki məcəlləmizdə göstərir.

Ümumilikdə respublika qanunvericiliyinə istinad etmiş olsaq məhsul almaq, iş görmək və müəyyən xidməti reallaşdırmaq üçün müqavilənin bağlanmasına yönəlik təklif xarakterli fəaliyyət offerta adlanır. Xüsusi bir hal kimi müxtəlif şəxslər dairəsinə aid edilən müqavilə təklifi (oferta) onu göndərənin özünün, yaxud hər-hansı bir şəxsin etibarnamə əsasında fəaliyyət göstərməsinə yaradılan şərtlər daxilində ona verilmiş səlahiyyətə istinad etməklə göndərilə bilər. Digər bir halda isə məhz bu məqsədə xidmət etmək üçün tərtib olunmuş proqram təminatı əsasında avtomatik rejimdə fəaliyyət göstərən müvafiq elektronlaşdırılmış sistem vasitəsilə verilə bilər.

Offertanın verilməsi zamanı aşağıdakılara xüsusi diqqət yetirmək lazımdır:

- şərtlərin anlaşılması üçün xüsusi bilik səviyyəsi tələb olunmasın;

- müqaviləyə yönəlik şərtlər dəqiq olsun;

- ofertanı saxlamaq və onunla tanış olmaq imkanı mövcud olsun.

Təcrübə göstərir ki, offertanın bəzi hallarda müəyyən şərtləri başqa bir sənədə, yaxud mənbəyə istinadən formalaşdırıla bilər. Belə olan halda müvafiq təklif etibarsız sayılmaq üçün əsas kimi qəbul edilə bilməz. Lakin əgər bu belə formada qəbul edilmişdirsə, bu zaman müqavilənin sövdələşmə məqamlarına aid edilən müvafiq mənbəyə çəxəş imkanının saxlanılması təmin olunmalıdır.

Bəs nə zaman müqaviləni bağlanmış hesab etmək olar? Cavab çox sadədir. Belə ki, offerta almış səxs onu müəyyən şərtlərə istinad etməklə aksept göndərirsə bu o deməkddr ki, müqavilə artıq bağlanmışdır. Elektron formada razılaşmayaa gəldikdə isə qeyd etmək lazımdır ki, sənədin qəbuluina dair məlumatn verilməsi artıq offertanın qəbul edilməsi kimi qiymətləndirilir. Bu zaman malların və ya xidmətin habelə işlərin aşağıdakı məqamlarına istinad edilir:


  • təchizatçının adı;

  • qiymət;

  • vergilər;

  • çatdırılma;

  • sifarişin icrası;

  • qiymətin qüvvədə olduğu müddət;

  • təchizatın minimal müddəti;

  • daimi və ya mütəmadi şərtlər;

  • müqavilə bağlanması üsulu;

  • müqavilə bağlanması mərhələləri;

  • müqavilənin qeydiyyatı;

  • məlumatlarla təmin olunma və s.

Sifariş zamanı məhsu satan, onu alana sifarişi qəbul etdiyini təxirəsalınmadan bildirməyə borcludur. Bu halda sifarişin icrası barədə informasiyanın əldə olunması onun qəbuledilməsi kimi sayılır. Qeyd olunmalıdır ki bu xarakterli əməliyyatlardan imtina üçün müəyyən edilən müddət 7 iş günüdür. Bu zamaan daxilində heç bir cərimə tətbiq edilə bilməz və səbəb qeyd olunmadan bağlanılmış müqavilə icra olunmadan imtina edilə bilinər.

Elektron kommersiyada sənədlərin dövr etməsi brokerin ötürdüyü, habelə onda qalan məlumatların monitorin edilməsi və ya qanuna zidd fəaliyyət aşkarlanmasını sübut eləməkdən ötrü, aktiv surətdə sənədlərin müəyyən edilməsi üzrə prosedurlara məcbur etmə və ya müvafiq davranışın elektron dövriyyəsinin tmin edən şəxs tərəfindən özəl təşəbbüskarlıq qaydasına riayət olunmaqla reallaşdırılmasına görə aşağıdakı təsnifatda və miqdarda cərimə edilə bilər:

- fiziki hesab edilən şəxs statuslu subyektlər ŞMV ən azı 30 misli, ən çoxu isə 35 mislinədək;

- vəzifəli hesab edilən şəxslər isə ŞMV ən azı 75 mislindən, ən çoxu 90 mislinədək;

- hüquqi şəxs statuslu subyektlər isə ŞMV ən azı 200 mislindən, ən çoxu 250 mislinə qədər.

Elektron kommersiyada elektron sənədləşmədə iştirak edən broker tərəfindən məhkəmə orqanlarının qərarı əsasında, yaxud da qanunla müəyyən edilmiş səlahiyyətli dövlət təmsilçisinin müraciətinə istinad etməklə hüququ pozanlara qarşı aşağıda göstərilən hallarda ŞMV 300 mislinə qədər cərimə oluna bilər:

- servisin dayandırılması;

- məlumatın silinməməsi;

- məlumat bazasına çıxışın məhdudlaşdırılması və s.

Qanunvericiliyə əsasən broker elektron ticarətin iştirakçısı olan subyektlər arasında bağlanan müqavilə şərtlərindən irəli gələn öhdəliklərin icrasına görə cavabdehlikt daşıyır. Lakin o aşağıdakı məsələlərlə bağlı məsuliyyət daşımır:



  • informasiya ötürülməsinin təşəbbüskarı qismində çıxış etmədikdə və məlumatsız olduqda;

  • informasiya əldə edənin müəyyən edilməsində istənilən formada iştirakçı olmadığı təqdirdə;

  • subyektindən asılı olmayaraq ötürülən məlumatın məzmunu ilə bağlı hər-hansı dəyişiklik edilmədikdə.

Məlum olduğu kimi telekomunikasiya hər bir ölkənin istehsal, bazar yaxud da sosial infrastruktur elemntlərinin tərkibinə daxil olunan hissəsi hesab edilməklə, dövlət orqanı, fiziki və ya hüquqi subyektlərin, habelə xarici ölkələrin respublikamızda fəaliyyətdə olan diplomatik təmsilçiliyinin və beynəlxalq təşkilata aid filial və nümayəndəliyiyin müvafiq sahədəki xidmətinə olan tələbin yerinə yetirilməsini təmin edir. Telekomunikasiya fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır (34, 4):

  • operatorların qanuni mənafelərinin qorunması;

  • əməliyyatlarının təhlükəsizliyi;

  • telekomunikasiya şəbəkəsinin qorunması;

  • telekomunikasiya şəbəkələrinin operativliyi;

  • telekomunikasiya xidmətləri bazarında rəqabət mühitinin yaradılması;

  • telekomunikasiya sahəsində dövlət tənzimləməsi;

  • telekomunikasiya sahəsində beynəlxalq əməkdaşlıq.

Yuxarıda qeyd olunan yəni, dövlət orqanı, fiziki və ya hüquqi subyektlərin, habelə xarici ölkələrin respublikamızda fəaliyyətdə olan diplomatik təmsilçiliyinin və beynəlxalq təşkilata aid filial və nümayəndəliyiyin müvafiq sahədəki xidmətinə olan tələbin yerinə yetirilməsinin təmin edilməsi, telekomunikasiya fəaliyyətinin obyekti hesab olunur.

Telekomunikasiya sahəsində xidmət göstərən, onu tənzimləyən və bu tip servisdən istifadə edən bütün dövlət orqanı, fiziki və ya hüquqi subyektlərin, habelə xarici ölkələrin respublikamızda fəaliyyətdə olan diplomatik təmsilçiliyinin və beynəlxalq təşkilata aid filial və nümayəndəliyiyi telekomunikasiya fəaliyyətinin subyekti hesab edilirlər.

Telekomunikasiya sahəsində xidməti dedikdə isə müvafiq sistemə aid şəbəkə vasitəsilə müxtəlif subyektlərin o, cümlədən də hüquqi və fiziki şəxslərin, qanunvericilik əsasında fəaliyyətdə olan digər subyektlərdə müvafiq sahədə xidmətə olan tələbatının ödənilməsi üçün reallaşdırılan fəaliyyət başa düşülür. Ölkəmizdə telekomunikasiya fəaliyyətinin tənzim edilməsinin mexanizmi müvafiq hüquqi vasitələrlə hesabına formalaşdırılmışdır.

2.2. İnformasiya və komunikasiya texnologiyaları sahəsində

dövlət idarəetnə orqanları sistemi

Məlum olduğu kimi İKT-nın inkişaf etdirilməsi ğlkəmizdə digər mühüm fəaliyət sahələri kimi prioritetlik təşkil etmkdədir. Bu özünü müvafiq sahədə reallaşdırılan dövlət siyasətində də biruzə verir. Qeyd olunmalıdır ki, bu sahədə aparılan sistemli işlər, məhz informasiya-komnikasiya texnologiyalarına dair işlər sahəsində müəyyən olunmuş strategiyaya istinad edir. Hansı ki, müvafiq sahədə reallaşdırılmalı olan tədbirlərin istiqamətlərini özündə ehtiva edir.

Araşdırma zamanı müəyyən olunur ki, respublikamız Qafqaz regionu üzrə analoji strategiyaya istinad edən yalnız dövlətdir. Başqa sözlə ifadə etmiş olsaq, digər region ölkələrində müvafiq sahədə işlər həyata keçirilsə də, onların vahid strategiyaya əsaslanmaqla tətbiq edilməsi məhz respublikamızda müşahidə olunmuşdur.

Strategiya çərçivəsində reallaşdırılan tədbirlər müxtəlif səviyyəli dövlət orqanlarının praktik fəaliyyətlərini məhz İKT-yə istinad etməklə reallaşdırılmasına səbəb olmuşdur. Bu orqanlardan biri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsidir.

Qeyd olunan qrum rеаl vахtda, yəni “оn-line” rеjim olmaqla çeşidli informasiyaların ötürülməsini malik olduğu şəbəkə sistemi vasitəsilə mərkəzlə bölgələr üzrə yerləşən struktur bölmələr arasında təmin edir. Bu ölrəmizdə Е-idаrəetmə sferasında gеniş miqyaslı şəbəkəyə malik olmaqla tətbiq edilən ilkin nümunə kimi qiymətləndirilir. Gömrük sahəsində aparılan işlər ümumi bir sistemin, yəni "Elektron-Azərbaycan"nın bir hissəsi olmaqla, respublikamızda göm­rük shəsində idarəetmə sisteminin inkişaf etdirilməsi sahəsindəki proqramın əsas ünsürlərindən hesab edilir.

Qeyd olunan səbəbə görə, "elektron-Azərbaycan" proqram təminatının reallaşdırılması ilə əlaqədar olaraq formalaşdırılan normativ-hüquqi sənəd toplusuna istinadən "elektron-Gömrük" proyeekti formalaşmış və reallaşdırılmaqdadır. Müvafiq layihəsinin başa vurulması "elektron-Azərbaycan" nın reallaşdırılması ilə ciddi surətdə bağlıdır.

"Elektron-Gömrük" proqram təminatı sisteminin formalaşdırılması Azərbay­can Respublikası DGK-nin İKT-rı üzrə Strategiyasının əsas hədəflərindən biridir və o əsasən aşağıdakı altsistemlərdən ibarətdir:

1. Sistemli Avtomatlaşdırılmış İdarəolunma;

2. İnternet məlumat bazasının idarə olunması;

3. Daxili xidmət portalının yaradılması.

"Elektron-Gömrük" prinsip etibarilə Dövlət Gömrük Komitəsində reallaşdırılan "Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" proyekti əsasında qurulmuşdur. O, aşagıdakı əsas elementlərdən ibarətdir:

- GN-ti sistemlərinin elektron baza əsasında eformalalaşması;

- Gömrükdə rəsmiləşdirmə prosesinin və qaydalarının avtomatik əsasdə təmin edilməsi;

- Maliyyə nəzarətinin elektronlaşdırılması;

- Hüquqa zidd qaçaqmalçılıga qarşı mübarizə tədbirlərinə dair elektron idarəolunma sistemi və avtomatlaşdırılmış əməliyyatlar;

- Valyuta sərvətlərinin hərəkətinə dair məlumatlar sisteminin qeydiyyatı;

- Komitənin ehtiyatlarının effektiv idarə olunması;

- Gömrük fəaliyyətinə dair sənədlərin dövriyyəsinin avtomatik rejimdə təmin edilməsi;

- Risk ehtimalları və onların idarə edilməsi;

- Texniki vı texnoloji təminat üzrə sifariş mexanizmi;

- Dövlət sərhədindən keçən avtomobillərin və gömrük məntəqələrində aparılan mal və nəqliyyatın yoxlanılması məqssədilə sadələşdirilmiş "bir pəncərə" elektron idarəetmə.

Analoji sistemlər digər bir mühüm dövlət qrumu olan Vergilər Nazirliyi sistemində də yаrаdılmışdır. Əsasən də Əlavə Dəyər Vergisi üzrə bəyannamələrin, habelə vergi yoxlamasının nəticələsinə dair informasiyaların - təqdim edilməsi ilə reallaşdırılır. VN-nin xidmətlərinə elektron deklorasiya, hesab-fakturalar, on-line kargüzarlığın təşkili, bankların iştirakı ilə elektorn məlumat mübadiləsi kimi servislər aid edilir.

Ümumiyyətlə müvafiq hesabatların, deklorasiyaların elektron əsasda təqdim olunmasının başlıca məqsədi ölkənin qanunvericilik sisteminə uyğun olaraq, müvafiq vergi hesabatlarının ödəyici subyekt tərəfindən elektron formada təqdim olunması, vergi orqanları sistemi tərəfindən isə müvafiq sənədlərin qəbul edilməsi, bu haqda vergi ödəyicilərinə elektron bildirişin təqdim edilməsi, praktik idarəetmə işlərinin tənzim edilməsi vasitəsilə “Elektron hökumət” proyekti çərçivəsində müvafiq idarəetmə orqanları tərəfindən hüquqi və fiziki şəxslərə təqdim olunan xidmətlərdə keyfiyyət göstəricisinnin yaxşılaşması, habelə məlumatların təqdim edilməsi formasının beynəlxalq səviyyədə qəbul edilən standartlara uyğun təmin edlməsinə nail olmaqdır.

Elektron deklorasiya məlumatın rəqəmsal formada təqdimatı kimi sənədləşmə hesab olunur. Yeni subyektlərin qeydiyyata alınması xidmətinin uyğun qaydalarına dair məlumatın təqdim olunması ilə reaallaşdırılır. Bu elektron xidmət növü AR Prezidentinin 25 oktyabr 2007-ci il tarixli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “ bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında ” Sərəncamı əsasında 2008-ci ildən başlayaraq tətbiq edilmiş və bu gün də davam etməkdədir.

AR-da hökumət orqanlarının elektron xidmətlərin göstərilməsi sahəsində müvafiq məlumat sisteminin formalaşdırılması və inkişafının təmin edilməsi daxilində reallaşdırılır. Hökumət orqanlarının elektron xidmət göstərilmək sahəsində, habelə və inzibati qaydaların tətbiq edilməsi reqlamentinin funksional-təşkilati təhlil edilməsi bazasında reallaşdırılması təmin oluna bilər.

Aparılmış təhlillər nəticəsinə istinad edərək müvafiq idarəetmə və adminstrativ prosedur qaydaların icrası müvafiq sisteminin müasirləşdirilməsi sahəsində təkliflər əsasında xüsusi tədbirlərin hazırlanması nəzərdə tutulur. Nəzərdə tutulan bu işlərin həyata keçirilməsi sahəsində elektron xidmət göstərilməsi və elektron hökumət infrastruktur komponentilə əlaqəli fəaliyyət sahələrində hökumət orqanlarına dair məlumat sistemi ilə əlaqəli işlər müəyyən ediləcəkdir.

Yuxarıda vurgulanan proqramın reallaşdırılmasının ilkin etaaplarında hökumət elektron xidmətlərinin tətbiqqi və inkişafı naminə reqlament, habelə onlara uyğun olan müvafiq sənədləşmə formalarında təyin ediləcəkdir. Hökumət tərəfindən rəqəmsal xidmətin təqdim edilməsi cari məlumat sisteminə dəyişiklik etmək və ya müvafiq portalla qarşılıqlı əlaqələndirmə məqsədilə standart tələblərin nəzərdə tutilması yeni məlumat sistemlərinin praktik tətbiqi mümkün olacaqdır. Müvafiq proqram əsasında onlarla xidmət növündən, elektron xidmətlərin reallaşdırılması nəzərdə tututlur.

Müasir dövrdə sosial problemlərin həlli sahəsində də kifayət qədər nailiyyətlər əldə edilmişdir. Belə ki, səhiyyə bu kimi sistemlərin tətbiqi sahəsində mühüm sahələrdən biri hesab edilir. Bununla bağlı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli “Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı mühüm əhəmiyyətə malikdir. Müvafiq qərarda elektron sağlamlıq kartına dair adekvat sistemin və tibbi qeydiyyat sisteminin formalaşdırılması yolları müəyyənləş­diril­mişdir.

Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir. Belə ki, müvafiq nazirlik səviyyəsinda əıldə olunan əsas nailiyyət praktik reallaşdırılan sağlamlıqla bağlı elektron kart məlumat bazası, əhalinin tibbi sığortalanması və informasiyanın saxlanmasını təmin edən. Sağlamlığa dair mərkəzləşdirilmiş informasiya sistemində, müvafiq subyektlərə dair operativlik və dəqiqliklə aparılmış müayinə imkanları yaradılmışdır.

Analoji sistem xarakterli məsələlərin reallaşdırıldığı mühüm sahələrdən biri də təhsil sahəsində həyata keçirilmiş idarəetmənin avtomatlaşdırılması və informasiya təminatı sistemidir ki, o da aşağıdakı məqamları özündə ehtiva edir:

- təhsil sahəsində informasiya infrastrukturu formalşdırmaq;

- təhsildə informasiya kaomunikasiya texnologiyasının effektiv tətbiqini reallaşdırmaq;

- təhsilin idarə edilməsində məlumat sisteminin inkişafına nail olmaq;

- “elektron hökumət” layihəsinin müəyyən etdiyi prinsiplərə istinad olunmasının miqyasını genişləndirmək;

- təhsil sahəsinin idarə edilməsi funksiyalasını icra edən idarəetmə orqanlarının müvafiq avadanlıq, habelə proqram təminatı ilə təchiz etmək.

İKT sahəsində dövlət idarəetməsini həyata keçirmək məqsədilə RYTN-nin strukturunda Məlumatın Hesablanması Mər­kəzi təsis olunmuşdur. Qeyd olunan qrumun əsas məqsədi müvafiq fəaliyyət sahəsində məlumatların kom­pyü­ter texnikası və texnilogiyası bazasında avtomatlaşdırılmış formada işlənmiş, hesablayıcı şəbəkəsinin və istifadə olunmasının geniş miqyasda tətbiq edilməsidir.

Məlumatın Hesablanması Mərkəzi texnoloji proseslərdə iştirakçı olan hesablama texnoligiyasına texniki dəstəyin verilməsini, müvafiq proqram təminatı sisteminin fəaliyyətinin təmin olunmasını, korporativ, habelə lokal şəbəkə sistemlərinin istismarını reallaşdırır. 1 yanvar 2007-ci il tarxində əhalimizin hər min nəfərinə düşən stasionar telefon aparatının sayı on beş ədəd, mobil telefondan istifadə edən abonentlərin sayı isə əlli iki nəfər olmuşdur.

Müəyyən edilmiş strategiyadan irəli gələn müvafiq tədbirlərin reallaşdırılması nəticəsində qeyd olunan sektorda yüksək keyfiyyət dəyişikliyi baş vermişdir ki, bu haqda da aşağıdakı cədvəldən daha aydın təsəvvür yaranır:

Cədvəl 2.1

Rabitə sektoru üzrə əsas makro göstəricilər



 

2008

2009

2010

2011

2012

2013

Əlavə dəyər (cari qiymətlərlə), milyon manat

113.8

163.7

198.5

261.6

370.6

470.6

Ümumi mənfəət (cari qiymətlərlə), milyon manat

81.0

93.2

120.4

123.0

236.0

299.0

Xalis mənfəət (cari qiymətlərlə), milyon manat

68.3

84.0

86.0

87.3

167.3

212.4

İşçilərin orta illik sayı, nəfər

20 693

17 095

17 912

19 982

21 517

22 236

Orta aylıq nominal əmək haqqı, manat

84.6

123.8

157.5

181.1

219.6

297.4

Əsas fondlar (ilin sonuna), milyon manat

415.0

758.4

859.2

973.6

1 266.1

1 683.9

Əsas kapitala investisiyalar, milyon manat

45.4

56.8

103.1

153.0

211.9

167.4

    daxili investisiyalar

42.6

47.5

84.7

135.2

131.1

150.7

    xarici investisiyalar

2.8

9.3

18.4

17.8

80.8

16.7

Qeyd olunan dövr ərzində Azərbaycan Respublikasının 67.5 min kvadrat km ərazisindən, yaxud bütünlükdə ölkə ərazisinin 78 %-i mobil telefon şəbəkəsillə əhatə edilmişdir. Bu ərazilərdə hal-hazırda yaşayan əhali sayı, müvafiq olaraq ümumi ölkə əhalisi üzrə 99 % təşkil etməkdədir. Həmin ilin sonuna olan məlumata diqqət yetirəndə isə aydın olur ki, ölkə üzrə 322.9 min ədəd, o cümlədən də ölkədə ev təsərrüfatları üzrə 205.9 min, təsərrüfat subyektlərində 101.7 min, hüquqi təsərrüfat subyekti yaratmadan təsərrüfat fəaliyyət ilə məşğul olan fərdi sahibkar qismində qiymətləndirilənlərdə isə 15.3 min ədəd kompuyuter texnikası qeydə alınmışdır. Orta hesabla götürsək ölkəmizdə əhalinin hər min nəfərinə 3.7 ədəd kompüter texnikası düşməsi qeydə alınmışdır.

Qeyd olunan dövrün sonuna İnternet şəbəkəsindən istifadə edənlər 926.6 min nəfər təkil etmiş və digər bir formada ifadə etsək əhalinin hər min nəfər üzvünə düşən İnternet şəbəkəsindən istifadə edənlərinin orta sayı artaraq on bir nəfər təşkil edtmişdir.




Şəkil 2.1 Əhalinin hər min nəfərnə İnformasiya Komunikasiya

Texnologiyaları üzrə infrastruktur göstəriciləri

Respublikamızda dövlət idarəetmə orqanları sistemində elektron xidmətin formalaşdırılması üzrə müvafiq xidmət edilməsi və inzibati prosedur qaydaların reallaşdırılması üzrə reqlamentin funksionallaşdırılmış təhlili bazasında həyata keçirilməsi hədəf kimi müəyyən edilmişdir.

Aparılan təhlil və araşdırmalara əsasən qeyd etmək olar ki, idarəetmə və inzibati qaydada reqlamentin reallaşdırılması sisteminin müasirləşdirilməsi sayəsində ciddi dəyişikliklərin hazırlanması hədəflənməkdədir. Müvafiqistiqamətdə həyata keçirilən tədbirlər sisteminin icra olunması çərçivəsində eleektron xidmət sferasında gerçək­ləş­diril­məsi, habelə elektron hökumətə müvafiq infrastruk üçün baza təsisatların yaradılması ilə qarşılıqlı olaraq fəaliyyət göstərməsi sahəsində hökumət qrumlarının müvafiq informasiya sistemlərinə adaptasiya olunması ilə bağlı tələdbirlər sistemi müəyyən edilmişdir.

Yuxarıda vurgulanan dövlət proqramının reallaşdırılmasının ilkin etapında dövlət elektron xidmətin işlənilməsi, onun inkişafına nail olunması üçün prosedurların və onlara müvafiq olan standartların sənədləşdirilmə formalarının müəyyənləşdirilməsi təmin ediləcəkdir.

Ölkəmizin daxilində fəaliyyət göstərilən telekomunikasiya xidmətləri respublika miqyasında, o cümlədən ölkənin müxtəlif şəhərlərində və inzibati ərazi vahidləri arasında, habelə beynəlxalq telekomunikasiya servisi üzrə xidmət isə respublikadan xaricə, yaxud xaricdən əksinə dövlətimizə müxtəlif vasitədən istifadə edilməklə (kabel rabitəsi, radiorele, peyk əlaqəsi və s.) telekomunikasiyanın formalaşdırılması məqsədi ilə reallaşdırılan xidmətlər toplususdur.

Respublika­daxili telekomunikasiya xidmətinə isə - ölkə miqyasında, o cümlədən də respublikamızın müxtəlif şəhər və rayon mərkəzləri arasında, beynəlxalq telekomunikasiya servisi isə respublikadan xaricə, habelə xaricdən ölkəmizə yuxarıda göstərilən müxtəlif üsullardan yaralanmaqla telekomunikasiyanın təmin edilməsi məqsədi güdən xidmət sistemidir.

Universallaşmış telekomunikasiya servisi ölkənin bütün ərazisində konkret müddət ərzində, yüksək keyfiyyətlə, qiymətin sərfəli olmasış şərtilə hər hansı telekomunikasiya istifadə edən subyektinə təqdim edilməsi müvafiq olaraq operator və provayderlər kimi fəaliyyət göstərən təsisatlara icbari reaallaşdırılan telekomunikasiya fəaliyyətidir. Bu baxımdan dövlət idarəetmə sistemi təkmilləşdirilmiş telekomunikasiya xidmətinin təqdim edilməsinə təminat üçün zəmanət verir. Müasir tələblərə cavab vermə sahəsində müxtəlif praktiki fəaliyyətlər görülmüşdür. Xüsusilə də, bütünlükdə ölkədə təhsilin müxtəlif pillələri üzrə informasiya komnukasiya texnologiyaları istiqamətində müvafiq proqram təminatı hazırlanaraq təsdiq edilmiş, məsafədən (distant) təhsilin təmin olunması üzrə ilkin eksperimentlər keçirilmişdir. Hal-hazırda təhsil sistemini bütünlüklə əhatə edən xüsusi portalın məlumat resursu yaradılmış, bəzi təhsil obyektlərinin isə internet saytları təsis olunmuş, habel işlək vəziyyətə gətirilmişdir.

Təhsil sisteminin idarəedilməsində informasiya sistemlərinin formalaşdırıl­ması, İKT-nın ümumi təhsil orta məktəblərində tətbiq edilməsi və istifadə olunması üçün müvafiq fəaliyyət sahəsində tələblərə cavab verən ixtisaslı pedaqoji mütəxəssislərə, habelə yardımçı heyət (laborant) statuslu iştisaslaşdırılmış kadrların hazırlanması sahəsində praktiki fəaliyyətə başlanılmışdır. Bütün yuxarıda göstərilənlərlə yanaşı olaraq, ölkəmizin təhsil sistemində çağdaş informasiya və komunikasiya texnologiyasıının tətbiqi, müasir səviyyədə istər ciddi dəyişikliyə məruz qalan iqtisadiyyat üçün mövcud imkan, istərsə də beynəlxalq təhsil məkanında təmsil olunma baxımından yetərli hesab oluna bilməz. Bu baxımdan, Azərbaycan Respublikasında İKT sferasındakı inkişafı daha dəqiq olaraq aşağıdakı statistik cədvəl vasitəsilə əks etdirmək olar:

Cədvəl 2.2



İKT sferasındakı inkişaf göstəriciləri

Göstərici

2009

2010

2011

2012

2013

2014

poçt (min manat)

5749

7007

8320

9625

10608

13473

teleqraf (min manat)

374

266

218

267

353

436

şəhərlərarası telefon (min manat)

51135

58763

76440

108774

118705

111987

şəhər-kənd telefon rabitəsi (min manat)

17401

20080

23428

22658

27010

38510

Mobil telefon rabitəsi (min manat)

106686

141098

208312

295518

376198

510795

naqilli səs yayımı (min manat)

101

85

123

155

171

180

feldyeger və xüsusi rabitə (min manat)

234

227

216

246

244

422

radiorabitə, radio və televiziya verilişlərinin ötürülməsi (min manat)

6214

5592

5753

6375

6109

7846

radiotezliklərə nəzarət və onların mühafizəsi (min manat)

1537

1450

1396

1544

3543

4319

internet (min manat)

2508

3139

3749

8623

12452

19811

digər xidmətlər (min manat)

8254

8579

5962

7328

11646

14069

Сəmi (min manat)

200193

246286

333917

461113

567342

721848

Cədvəldən də göründüyü kimi 2009-2014-cü illər ərzinə respublikamızda ən çox gəlir mobil telefon rabitəsindən əldə olunmuşdur. Bu isə qısa müddət ərzində respublikada bu rabitənin sürətli inkişafını göstərir.

Araşdırmalar əsasında əldə edilən nəticələrə istinadə qeyd etmək olar ki, ölkəmizdə təhsil prosesində çağdaş (digital) texnologiyalardan geniş istifadə edilməsinə mane olan əsas faktorlardan biri rəqəmsal sistemə uyğun müvafiq infrastruktur obektlərinin zəif inkişafı, təhsil məkanlarında ölkədaxili intranetin şəbək üçün yetərli səviyyədə əhatə edilməməsi və müasir yüksək sürətə malik internet bağlantısının təmin edilməməsidir.

2.3. İqtisadiyyatda İKT-nın tətbiqi və onun təhlükəsizliyinin

təmini mexanizmi

Məlumdur ki, müasir dördə beynəlxalq internet şəbəkəsindən küllü miqdarda istifadəçi maliyyə xarakterli əməliyyatlar həyata keçirməkdədir. Maraq doğuran cəhət ondan ibarətdir ki, onlardan demək olar ki, heç biri reallaşdırdıqları maliyyə xarakterli əməliyyatları zamanı hesablarının hansı təhlükəyə məruz qalması haqqında heç düşünmürlər. Reallıq ondan ibarətdir ki, internet üzərində malik olduğumuz ödəniş vasitəsinə dair məxvi məlumatları təqdim etdiyimiz aandan, bizim hesabımızla bağlı ciddi risklər yaranır. Sual doğuran o cəhətdir ki, bu kimi cinayət əməlini reallaşdıranlar kimdir vəonlar bu kimi çirkin niyyətlərini hansı vasitələrdən istifadə etməklə həyata keçirirlər?

Təcrübə göstərir ki, bəzi hallarda istifadəçinin hər hansı bir internet saytına daxil olması zamanı inzibatçılar tərəfindən sizin yetkinlik yaşına çatmış biri olmanızı dəqqiqləşdirmək məqsədilə, kredit kartınızın rekvizitlərini daxil etməyi tələbə edirlər.Yaxud digər bir halda istifadəçidən savayı heç kəsin sığorta edə bilmədiyi analofi digər bir üsuldan istifadə edilə bilir. Məsələn, əgər istifadəçi internet-mağazaya öz çirkin maraqları səbəbilə müdaxilə edirsə, bu zaman oradan istifadəçinin bəzi məlumatlarını əldə etmək imkanı qazanmış olur.

Başqa bir halda isə istifadəçiyə ödəmə kartının nömrəsinin yanlışlıq üzündən yararsız hala düşdüyü barəsində yazılı məlumat daxil ola bilər ki, bu zaman da istifadəçinin kartı ilə əlaqədar verilənlərin təqdim edilməsinə dair yeni müraciət edilə bilər. Qeyd olunan bu kimi xoşagəlməz və təhlükəli məqamlardan necə sığortalanmaq olar?

Məlum olan müasir davranış qaydaları çərçivəsində bu kimi hallardan yayınmaq üçün aşağıdakı qaydalara əməl edilməsi zəruri hesab olunur:


  • istifadəçi nömrəsin tanış olmayan istənilən şəxsə təqdim etməməli və heç bir xüsusi təhlükəsizlik tədbiri olmadan kart haqqında informasiyanı məktub formasında internet üzərindən göndərmək olmaz.

  • fəailiyyəti zamanı yaxşı ad çıxarmış, yəni etibar eedilən internet mağazadan xüsusi mühafizə olunmaq şərtilə təmin olunmuş əlaqə rejimində istifadə olunması məqsədəuyğundur.

  • müasir dövrdə ən geniş yayılmış etibarlı üsullardan biri eyni zamanda iki kredit elektron kartdan istifadə olunmasıdır. Bu zaman onlardan birində zəruri vəsaitlər, digər birində isə məhsul və xidmət müqabilində köçürüləcək pul vəsaiti yerləşməlidir.

İnternet üzərindən elektron kartın şəxsə aid olan verilənlər bazası təqdim edilmədən onların əvvəlcədən ötürülməsinin kodlaşdırma formasında təhlükəsizliyinin təmin olunmasına əmin olmaq gərəkdir. Bu kimi təminatın olaması barəsində brauzerdə xüsusi işarə şəklinin, yaxud da informasiya mətnində xüsusi məlumat bazasının meydana çıxmasına dair xəbərdarlıq edilməsi sistemi yaaradıla bilər.

Beynəlxalq internet şəbəkəsinin xidmətindən istifadə edilməklə məhsul və ya xidmətlər müqabilində maliyyə vəsaitiinin ödənişinin reallaşdırılması üçün müvafiq kartların qəbul edilməsini təmin edən bir çox internet mağaza müvafiq olaraq beynəlxalq sertifikatları təqdim edən Veriqsign, Bellsign, Thawate və s. bu kimi təşkilatlardan hər hansı birinin təqdim etdiyi şəhadətnaməyə malik olurlar.

Bir qayda kimi, əməliyyatı reallaşdıran internet-mağaza sertifikat təqdim edən müvafiq qrumun verilənlər bazasında müxvafiq serverin təqdim etdiyi sertifikata dair məlumatların həqiqiliyinin dəqiqləşdirilməsinə dair yoxlama imkanı təqdim edir. Hesablaşmaların təhlükəsiz həyata keçirilməsinin əsas şərtlərindən biri isə internet üzərindən alaqı-satqı həyata keçirən subyeltin – yəni interneet mağazanın fəaliyyətinə olan etibar və əminlikdir.

Yuxarıda qeyd olunan halların qarşısının alınmasına yönəlmiş təhlükəsizlik tədbirlərini reallaşdırılması zamanı mühüm təhlükəsizlik kompanenti hesab olunan elektron verilənlərin mühafizə edilməsi sisteminə dair maraq doğuran məqamlar çoxdur. Onlardan bir neçəsinə diqqət yetirək:



  • əməliyyatla bağlı məlumat daşıyıcısının göndərilməyə hazırlanması;

  • müvafiq sənədin komnukasiya kanalı vasitəsilə ötürülməsinin təmini;

  • sənədin qəbul edilməsi, habelə onun əks əlaqə formasına salınması.

Elektron verilənlərin mühafizə sisteminin təhlükəsizliyin yüksək səviyyədə təmini nöqteyi nəzərindən yanaşdıqda aşağıdakı mümkün müdaxiləyə şərait yarada bilən yerlər müşahidə edilir:

    1. Banklar başda olmaqla analoji funksiyanı yerinə yetirən digər maliyyə institutlarının müştəriləri arasındakı ödəmə əməliyyatları və yaxud da digər bu tipli informasiyaların ötürülməsi;

    2. İnformasiyanı göndərən və yaxud da qəbul edən qrum daxilində onların emal edilməsi;

    3. Müştərinin hesabında toplanmış olan vəsaitlərə dair onun çıxış imkanının təmin edilməsi.

Qeyd etmək zəruridir ki, Elektron verilənlərin mühafizə sisteminin fəaliyyəti zamanı əməliyyatların şifrələnməsinə baxdıqda, əlaqənin qurqlması zamanı onun sistemliliyinin təmini və müvafiq verilənlər bazasının mənbəyinin autentifikasiyası ciddi əhəmiyyətə malik rol oynayır. Məhz bu baxımdan analoji sistemlərdə şifrələmə mexanizmi əksər hallarda vasitəçilik funksiyasını yerinə yetirir.

Kriptosistemin etibarlı olmasının təmini bütünlüklə daha çox əməliyyat iştirakçılarının arasında məxvi açar göndərmə mexanizmi kimi qiymətləndirilmiş vasitədən asılıdır. Onların göndərilməsi problemi hal-hazırda belə ümumi həll variantına malik deyildir. Hər bir halda müvafiq maliyyə institutlarında bütün mühafizə olunan məlumatların emal edilməsinin avtomatlaşdırımış formada xüsusi sistemlərin fəaliyyət göstərməsi xüsusiyyətləri nəzərə alınmaq şərtilə həll olunmalıdır. Müvafiq problemin həll edilməsinə bir sıra fərli yanaşmalar vardır. Onlardan hər birinin spesifik xırdalıqlara önəm vermədən, ən əsaslı olanlarını qısaca nəzərdən keçirmək olar:

İnformasiyanın mühafizə edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsində qoyulan sərt məhdudiyyət sistemi Elektron verilənlərin mühafizənə artıq fəaliyyətdə olan standart tələbatların qoşulması hesab olunur. Başqa sözlə ifadə etmiş olsaq, tamamilə müdafiə olunan toxunulmaz sistemlər mövcud deyil. İstənilən halda hər bir təsərrüfat subyekti özünün Elektron verilənlərin mühafizə sisteminin qorunma səviyyəsi haqqında məsələləri özü bilavasitə həll etməlidir. Bu halda isə mühafizəyə dəstək verilməsi üçün onlara əlavə vəsait sərf etmək və ya daimi onları risk altında saxlamaqla fəaliyyət göstərməsinin təminnində qənaət etmək məsələsi gündəmə gəlir.

Xüsusi maliyyə institutlarının şəbəkələri və digər analoji şəbəkələr, habelə milli səviyyəli klirinq sisteminin köməyinə istinad etməklə elektron maliyyə xidmətlərinin qorunması zərurəti, müasir maliyə institutları ilə onarın müştəriləri arasında olan və mürəkkəb xarakter daşıyan münasibətlərin ciddi formada dəyişməsinə gətirib çıxarmışdır. Bütün analoji təsisatlar müvafiq əməliyyatlarını reallaşdıran fərqli klirinq sistemləri ancaq son onilliklər ərzində dahaa səmərəli xarakter almışdır. Hal hazırda isə onlardan iqtisadi fəaliyyət sahələrinin demək olar ki, hər yerində istifadə edilir.

Banklarda nəğd və pul hesabları üzərindən edilən əməliyyatların təhlükəsizliyinə zəmanət ixtiyari elektron maliyyə servisinin mühafizəsi olunması üçün zəruri olan işlərin reallaşdırılmasına ehtiyac yaaradır. Xüsusilə də elektron ödəmə sistemlərinə istinad etməklə fəaliyyət göstərən terminalların mühafizə edilməsinə diqqəti yönəltmək tələb olunur. Çünki, əgər maliyyə institutu yüksək risk alaraq əməliyyat aparırsa, bu zaman onun təhlükəsizlik təminatı sahəsində reallaşdırdığı prosedurlar, istifadə edənlərin çoxpilləli avtorizasiyasını, müvafiq əməliyyatlar sisteminə edilən nəzarət, sistem jurnalına dair nəzarətin həyata keçirilməsi kimi tədbirləri əhatə etməlidir. Habelə istifadəçi subyektlərin fiziki formada mühafizə olunmalı olan qurğuları və yaxud da xüsusi terminal aparatlarına olan çıxış imkanlarına ciddi sərhədlər müəyyən edilməlidir.

Komunikasiya kanalı vasitsilə ötürülən məlumatların təhlükəsizliyinə təminat vermək üçün xüsusi metodlardan, o cümlədən də kriptoqrafiyadan istifadə olunması zərurəti yaranır. Maliyyə institutlarında informasiya işlənməsinin eelektronlaşdırılmış mərkəzi elementlərinin təhlükəsizlik sistemi, müvafiq olaraq spesifik qurğular vasitəsilə yüksək səviyyəli təhlükəsizlik imkanının yaradılmasını təmin edən nəzarət mexanizmini əhatə etməlidir.Dünya miqyasında hal-hazırda istifadə olunan ödəniş sistemi məzmun və mahiyyətt etibarilə dördüncü tip ödəniş sistemi hesab olunur. Məlum həqiqətdir ki, müasir dövrdə hətta stasionar telefonlardan belə istifadə etməklə maliyyə xidmətlərindən yararlanmaq müümkündür. Bu zaman müvafiqq təhlükəssizlik tədbirləri çərçivəsində istifadə olunan vasitələr ya səs vasitəsilə, ya da teleefon vasitəsilə ədədlərdən ibarət xüsusi şifrələr vasitəsilə təmin edilə bilər. Bu zaman istifadə edilə bilən sistemlərə xarakterik cəhətlərə malik mexanizmlər təhlükəsizlik sisteminin işləməsi üçün aşağıdakı qarşılıqqlı əlaqələrə əsaslanmış şəkildə təsvir ediə bilər:



Sxemdən görünən sistem, yəni hər hansı bir istehlakçının satış məkanında alıcı və satıcı arasında hesablama reallaşdırılan sistemlər Amerika Birləşmiş Ştatlarında hələ 25 il əvvəlldən tətbiq olunmaga başlanılmışdır. Adətən bu tip sisteemə istinad edən qurğular müvafiq ticarət məkanlarında yerləşdirilir. Onların çoxu iri supermarket şəbəkələrində, o cümlədən də mağazalarda yeləşdirilir. Müvafiq sistem vasitəsilə aşağıdakı sahələrdə xidmətlərin reallaşdırılması imkanı istifadəçilərə təqdim edilir:



  • Məhsul və xidmətlərin istehlakı zamanı təqdim olunan çeklərin təftiş edilməsi;

  • müxtəlif tipli elektron kartlara dair çeşidli məqsədlərlə biri-birindən fərqlənən servisin göstərilməsi;

  • istənilən məkanda elektron hesablaşma imkanından istifadə olunmasının təmin edilməsi.

Masir dövrdə istifadə edilən POS terminalların bir birindən fərqlənən 2 növü istifadə olunmaqdadır. Hansı ki, onlardan birinin şətlərinə görə həm məhsul və ya xidməti satan, həm də məhsul və ya xidməti alan subyekt eyni 1 bankda şzlərinə məxsus olan hesab açmalıdırlar. Əməliyyatlar zamanı ödəmə üçün mühüm olan informasiyalar müvafiq POS terminalı istifadə olunmaqla müvafiq bank müəssisəsinin kompüterinə təqdim olunur. Nəticədə müvafiq ödəniş reallaşdırılır və maliyyə vəsaitləri istehlakçının hesabından çıvarılaraq satıcının hesabına daxil edilir.

Yuxarıda qeyd olunan sistemlə yanaşı daha mürəkkəb sistemdən istifadə etməklə də analoji əməliyyatı həyata keçirmək mümkündür. Sadəcə bu zaman 2 və ya daha çoxlu sayda maliyyə institutu iştirakçıya çevrilir.

Hal-hazırda POS və AKA sistemlərindən hər-hansı birinin istifadə olunması istifadəçini müəyyən etməyə imkan verən və müəyyən qeydiyyat informasiyalarını saxlayan məlumat daşıyıcısının olmasına zərurət yaradır. Bu cür məlumat daşıyıcıları qismində çıxış edən vasitələr içərisində plastik kartlar ən geniş yayılmışdır.

Məlumdur ki, plasstik kartlar işərisində Visa və Master Cart daha çox istifadə olunur. Lakin bununla yanaşı olaraq, Eurocheque, Postcheque kimi tanınmış beynəlxalq səviyyəli çek zəmanətlərindən, habelə American Exspress və Diner Club kimi xarici ezamiyyələr və turist səfərləri zamanı istifadə olunan ödəniş kartları funksiyasını yerinə yetirən alternativ sistemlər də mövcuddur.

Təhlükəsizlik baxımından istifadə olunan elektron ödəmə vasitələrində özünəməxsus qorunma xüsusiyyətləri formalaşdırılmışdır. Belə ki, maqnettik əsaslı kartın səthində üç zolaqdan ibarət olan xüsusi bir maqnit örtüsü vardır. Hansı ki, onlardan hər birinin konkret təyinatı vardır. Belə ki, kartın parametrləri, saxlanılan informasiyaların formatı və standartı müvafiq olaraq İSO tərəfindən aidiyyatı sahə üzrə müəyyən edilir. Adətən bu tip kartların ölçüsü iki kilobaytla on altı kilobayt arasında dəyişə bilər. Kartda daxil edilmiş mikrosxemlər həm adi qaydada tətbiq edilən enerji sistemindən, həm də mürəkkəb mexanizmli mikroproses əsaslı ola bilər. Müvafiq kartlar aşağıda qeyd olunan funksiyalardan ibarət komplekləşdirilmiş yığım əsaslı reallaşdırılır:


  • mühafizə olunmuş fayldan istifadə imkanı;

  • müxtəlif ardıcıllıq əsasında verilənlər bazasının şifrə edilməsi;

  • işlək şəraitdə açar sisteminə istinad edilməsi və s.

İstifadə olunan bəzi kart sistemləri qeyri-qanuni müdaxilə cəhdləri müşahidə olunan zaman “bloklaşdırma” rejimi təmin olunur. İntelekt əsasında formalaşdırılmış kartın üstün cəhəti ondan ibarət hesab olunur ki, o böyük ölçülü məlumat, saxta formada istifadə edilə bilən davamlı, habelə müxtəlif problem təminatından istifadə edilməklə yararlanmaq imkanına malikdir.

Qeyd olunan karta sahib müştərilər təyinetmə prosesini ciddi formada asanlaşdırır. Real vaxtda istifadə olunan müvafiq sistemin işində mərkəzləşmiş formada PIN əsaslı yoxlama zərurətindən imtina etmə üçün şərait yaradır. PIN əsaslı yoxlama baxımından kartın mikroprosessor bazasında istifadə olunan alqoritm istifadə edilir.

“Ağıllı” kartın fiziki formasının mühafizə edilməsi PIN əsaslı yoxlama nəticə və etibarlılıq dəqiqliyinə şərait yaratmağa imkan verir. Bununla birlikdə ağıllı kartlar ümumiləşdirilmiş formada yanaşdıqda ciddi əhəmiyyətə malik çatışmazlıq cəhətlərinə də malikdir. Bu kimi çatışmazlığın ən əsas müşahidə olunan formaları aşağıdakılardır:


  • müvafiq kart istehsalının baha başa gəlməsi;

  • qəbul edilmiş standarta nisbətən fiziki baxımdan qalınlığın yüksək olması.

Məhz qeyd olunan səbəblər nəticəsində müvafiq kartlar adi formada AKA aparatı vasitəsilə oxuna bilmir. Odur ki, qeyd olunan xüsusi hesablama əməliyyatlarının reallaşdırılması baxımından müvafiq qurğunun quraşdırılması zərurəti yaranır.

Umumilikdə müsir dördə plastik elektron kartlar AKA və POS aparatları üçün əsas məlumat daşıyıcısı qismində cinayətkar subyektlər üçün daha cəlbedici obyekt hesab edilir. Odur ki, buna görə də bu tip kartların buraxılışından əvvəl onlara dair müxtəlif təsir edə biləcək qorunma səviyyəsini daha dəqiq işləyib hazırlamaq tələb olunur. Hal-hazırda bankların istifadə etdiyi kartlar 2 əsas tələbə cavab verməlidir ki, onlarda aşağıdakılardır:

- unikallıq;

- bərpa edilməzlik.

İlk qeyd olunan tələbin məzmunu ondan ibarətdir ki, müvafiq maliyyə institutu tərəfindən emissiya edilmiş bütün elektron daşıyıcı kartların arasında əsas xarakteristiksına görə iki eyni kartın olmaması tələbidir. Buna oxşar kartların formalaşdırılması əksər hallarda müvafiq cinayətkarlıqla məşgul olan subyektlər üçün istifadə olunma vasitəsinə çevrilmə imkanının olmasını nəzərdə tutmalıdır. Digər tərəfdən isə elektron kartlarda mövcud olan əsas məlumatın yenidən istifadə olunması mümkün olmamasıdır. Yəni bu cür tələb əsasında həyata keçirilən işlər hər bir istehsal fəaliyyəti ilə məşgul olan firmalar özünün və bütün xirda detalların sirr kimi saxlanmasını təmin edən qoruyucu sxem tərtib etməyə və onun praktikliyinin təmin edilməsinə məcburdur. Müasir dövrdə mövcud olan ağılı maqnit kartlara məxsus saxtakarlıq vasitəsi olmaqdan qorunmanın aşağıdakı üsulları vardır:


  • maqnetik su nişanı;

  • “sendviç” metodu.

Başqa sözlə plastik kartların müxtəlif qorunma səviyyəsinə malik təhlükəsizlik sistemləri mövcuddur. Belə ki, Viza sisteminə əsasən fəaliyyət göstərən kartlar yeddi mühafizə olunma imkanı ilə təmin olunmuşdur:

  1. Konkret qoruyucu simvolla birgə Viza kart statusunun müəyyən olunmasının təmin edən məhsulun ticarət markası;

  2. Müvafiq maliyyə institutunun identifikasiya şifrəsinin çap olunduğu xüsusi haşıyə;

  3. Məhsulun təyin olunmasının fine – line sektoru. Bu da öz növbəsində aşağıdakı məqamları özündə ehtiva edir:

  • təhlükəsizlik simvolu;

  • bankı identifikatoru;

  • İstifadə zamanı ultrabənövşəyi şüa əsasında müşahidə oluna bilən spesifik (Viza emblemi) təsvir;

  • Kart üzərində simvolik göyərçin təsvirli üçölçülü haloqram.

Plastik kart vasitəsilə reallaşdırılan əməliyyat zamanı təhlükəsizliyə riayət etməyi təmin edən əsas ünsürlərdən biri – müvafiq qurğuların təhlükəsizliyinin təmin edilməsidir. Belə ki, pul vəsaitlərinin terminal vasitəsilə verilməsi maliyyə təşkilatının əməkdaşının vasitəçiliyi olmadan reallaşdırılır. Buna görə də pulun terminaldan çıxarılması əməliyyatı qorunmaq məqsədilə plastik kartın malik olduğu adi rekvizitlər yetərli deyil. Bu kimi təhlükəsizliyin təminatı üçün mütləq xüsusi bir məxfi informasiyadan, yəni hal-hazırda – PIN koddan yaralanmaqla mühafizənin təmini həyata keçirilir.

FƏSİL III. TELEKOMMUNİKASİYA VƏ İNFORMASİYA SFERASINDAKI

İQTİSADİ MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİNİN HÜQUQİ

TƏMİNATININ TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

3.1. Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin hüquqi

təminatının təkmilləşdirilməsi istiqamətləri

İKT sektoru bir çox ölkələrdə olduğu kimi postsovet məkanında da prioritet fəaliyyət sahəsi kimi qəbul edilmişdir. Respublikamızda da müvafiq İKT sahəsinin neft sektorundan sonra ölkə iqtisadiyyatının ən yüksək templi inkişafı müşahidə olunan və gələcəkdə də bu tendensiyanın müşahidə olunacağı gözlənilən sektoru hesab edilməkdədir.

İnformasiya və komunikasiya texnologiyasının geniş miqyasda istifadə olunması respublikanın hərtərəfli inkişafının təmin olunmasına xidmətlə bərabər,müvafiq fəaliyyət sahəsinin ölkənin iqtisadi, habelə milli təhlükəsizliyinin təminatı aspektindən xüsusi rol oynayır.

Azərbaycan Respublikasının Avropa qitəsi ilə Asiya arasında çox mühüm geoiqtisadi və eyni zamanda da məlumat axxınları yollarının kəsişdiyi bir xüsusi məkanda qərarlaşması, məlumat mübadiləsinin xarici dövlətlərdən asılılıq dərəcəsinin əsaslı formada azaldılması, iqtisadiyyatda və informasiya sistemlərinin fəaliyyətində təhlükəsizlik ünsürlərindən biri olan telekomunikasiya peyk ötürücülərinin istifadəyə verilməsi və onların artıq orbitdə fəaliyyət göstərməsi Azərbaycan Respublikasının yerləşdiyi məkanda məlumat mübadiləsi sahəsində öncül ölkələrdən birinə çevrilməsi aspektindən böyük rola malikdrir.

Respublikamızın bütünlüklə informasiyalaşdırılması tədbirlərinin vəziyyəti, o cümlədən hal-hazırda fəaliyyətdə olan mövcud telekomunikasiya yarım sahələrininin, texniki, texnoloji təminatının, məlumat bazasının və servislərinin, qanunvericilik əsaslarının təhlili onu qeyd etməyə əsas verir ki, respublikamızda informasiya cəmiyyətinin yaradılması işlərinin daha yüksək templə icrasını təmin etmək üçün bazis amillər və obyektiv hesab edilə biləcək bir sıra problemlər mövcuddur. Bu kontestdən hal-hazırda müşahidə olunan vəziyyəti əks etdirən faktorlara aşağıda qeyd olunanları aid etmək olar:



  • respublikada informasiya və komunikasiya texnologiyalarının tətbiq olunması ilə əlaqədar həyata keçirilən işlər ümumi fəaliyyətin istiqamətni, habelə onların prioritet istiqamətlərini müəyyən edən, həyata keçirilən işlərin kordinasiya edilməsini sahəsində dövlət siyasətinin elementlərinin tam aydınlıqla müəyyən olunmaması;

  • İKT-dan istifadə olunması ilə bağlı yaranan münasibətlər sistemini tənzim edən müvafiq hüquqi təminatın tam yaradılmaması;

  • ölkə iqtisadiyyatında spesifik xarakterə malik olanbir hal kimi müxtəlif sahələrdə «beyin axınının» müşahidə olunması;

  • İKT-nın potensialından və üstün cəhətlərindən geniş miqyaslı əhali kontingetinin az informasiyalı olması;

  • informasiya və komunikasiya texnologiyası sektorunda ixtisaslaşdırılmış mükadr potensialının azlığı;

  • respublika miqyasında kütləvi kompüter texnikası ilə təminatın səviyyəsinin yetərincə olmaması;

  • bütövlükdə təhsil sistemində İKT ilə bağlı olan fənlərin öyrədilməsinin hal-hazırki tələblərə uyğun olmaması;

  • İKT-nın inkişafı baxımından ölkə üzrə şəhər və inzibatti rayonlar arasında ciddi fərqin müşahidə edilməsi;

  • ana dilinin İKT sahəsində istifadə edilməsi ilə bağlı yaranan müxtəlif xarakterli problemlər;

  • ümummilli məlumat bazasının yaradılması prosesinin lazım olan səviyyədən kəskin formada ləng reaallaşdırılması;

  • ölkənin İKT sahəsində bir çox xarici inteqrasiya istiqamətli proyektlərdə fəalsurtdə iştirakının təmin edilməməsi;

  • hal-hazırda qanunvericiliklə qüvvədə olan müvafiq tariflərinin sahə üzrə tətbiq edilməsini ciddi maneəyə çevrilməsi;

  • İKT sahəsində innovasiya xarakterli fəaliyyətin tətbiq edilməsini ləngidə bilən, habelə bu sahədə təkmil rəqabətə imkan verməyən dövlət inhisarçılığı.

Azərbaycan Respublikasında müasir dövrün reallığı olan informasiya cəmiyyətinə keçid istiqamətində hökumətin reallaşdırdığı addımlar yuxarıda qeyd olunan real vəziyyəti əhatə edir. Bu kimi məsələlərin həll edilməsi məqsədilə ilk olaraq 2003-cü ildə «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və komunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003—2012-ci illər)» təsdiq edilmişdir.

Onun başlıca məramı informasiya cəmiyyətinin formalaşdırılması və onun fəaliyyətinin təmin olunması məqsədilə normativ bazanın yaradılması, habelə inkişafına nail olunması, respublikanın informasiya sahəsində təhlükəsizlik problemlərinin həll edilməsi, dövlətin beynəlxalq elektron informasiya arenassına inteqrasiya olunması, spesifik proqram təminatının yaradıl­ması, İKT məhsul və xidmətlərinin inkişafına nail olunması, bütövlükdə respublikamızın «rəqəmsal geriliyi» probleminin həllidir.

Yuxarıda vurğulanan dövlət sstrategiyasının reallaşdırılması sayəsində hökumət idarəetmə sistemində şəffaflığı təmin edəcək, dayanıqlı sosial-iqtisadi inkişaf əldə ediləcək, əhalimizin sosial-iqtisadi şəraiti müasir tələblər səviyyəsinə qaldırılacaq, habelə respublikada vahid elektron məlumat bazasının formalaşması təmin ediləcək, bütün cəmiyyət üzvləri üçün müxtəlif xarakterli məlumatların əldə edilməsi imkanı yaradılacaq və milli dövləti maraqların gözlənilmək şərtilə ölkənin beynəlxalq elektron məlumat bazasına inteqrasiyasının təmin olunacağı reallaşdırılacaqdır. İKT sahəsində müəyyən edilmiş bu strategiya aşağıda qeyd olunan əsas istiqamətlərdə reallaşdırılmaqla müvafiq sistemin inkişaf etdirilməsinə öz töhvəsini verəcəkdir:

Birincisi, İKT-nin tətbiq edilməsi informasiya və komunikasiya texnologiyası sayəsində təhsil sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə milli kadr potensialının yaradılması və respblikada minimal informasiya savadlılığının yaradılması. Bu sahədə xüsusi əhəmiyyətə malik olan sənədlərdən biri 2008-ci ildə təsdiq edilmiş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”dır. Onun həyata keçirilməsisayəsində təhsildə fəaliyyət göstrərən qrumların İKT qurğu və texnikaları ilə təmin edilməsi sahəsindəki göstərici əsaslı surətdə keyfiyyət dəyişikliyinə məruz qalmışdır. Nəticə etibarilə aşağıdakı istiqamətlərdə dəyişikliklər nəzərdə tutulur:

- bütün təhsil ocaqlarında hər 1 şagird başına düşən personal kompüterlərin nisbətində 20:1-ə təmin edilməsi;

- tədris olunan fənnə dair elektron tədris materiallarının yaradılması;

- tədris plan və proqramlarında, habelə kurrikulumda İKT-dən yararlanmaq yollarının göstərilməi;

- ümumtəhsil məktəblərində müasir tədris bazasından isstifadə imkanlarının yardılması;

- proqram ehtiyatlarından effektiv istifadə edilməsi;

- müasir təlim formalarından istifadənin təmin olunması;

- ölkə daxilində sürətli internetin yaradılması;

- təhsil sisteminin idarəolunmasında cəmiyyətin rolunun artırılmasına nail olunması;

- İKT-nin idarə etmə prosesində effektiv istifadəsində inteqrasiyası prinsipinin təmin edilməsi;

- təhsilin monitorinqinin səmərəliliyinin yüksəldilməsi;

- təhsil prosesində avtomatlaşdırıl­mış əsasda fəaliyyət göstərən iş yerlərinin yaradılması;

- təhsildə pedaqoji kadrların müvafiq sahədəki informasiyalarının, habelə vərdişlərinin yüksəldilməsi;

- yerli kadrların hazırlıq ssəviyyəsinin yüksəldilməsi;

- ölkədə təhsilin müxtəlif pillələrinə dair məzunların məlumat bazasının yaradılmassı;

- fəaliyyətində innovativ olan müəllimlərə yardım edilməsi;

- müvafiq sahədə İKT-nin tətbiqini müxtəlif aspektlərinin hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi və s.

İkincisi, İKT-dan istifadə olunmaqla sosial sfera sahələrinin tərəqqisinə nail olmaq. Burada aşaağıdakılar ddiqqqət mərkəzində saxlanılacaqdır:

- sosial sferada ümumilkdə İKT-nin tətbiq edilməsi;

- İKT əsasında ölkə əhalisinə məişət xidmətinin təqdim olunması;

- əhalinin maddi baxımdan az təmin olunan üzvləri üçün ödənişsiz məlumat xidmətinin yaradılması;

- səhiyyədə İKT-dan istifadə edilməsinin miqyasının artırılması və məsafədən tibb xidmətinin təşkili;

- fiziki məhdud imkanı olan cəmiyyət üzvləri üçün İKT xidmətinin yaradılması;

- İKT-nin tətbiqi olunması vasitəsilə yoxsulluq və işsizlik səviyyəsini aşağı salmaq;

- yeni texnologiya əsasında ekaaloji mühitin yaxşılaşdırılması;

- gender bərabərliyi sahəsində məsələlərin həll edilməsində İKT-dan istifadə olunması.

Üçüncüsü, müvafiq failiyyət sahəsinin infrastrukturunun yaradılması və inkişafı. Bu aşağıdakı istiqamətləri əhatə edir:

- telekomunikasiya fəaliyyəti sahəsində liberallaşmanın həyata keçirilməsi;

- sahə üzrə təkmil rəqabətin yaradılması;

- məlumatların ötürülməsi üzrə magistralın təşkili;

- respublika miqyaslı məlumatların operator xidmətinin yaradılması və onların göstərilməsi üçün münasib mühitin yaradılmasıdır.

Dördüncüsü, elektron hökumət modelinin yaradılması. Bu sahədə həyata keçirilmiş tədbirlər nəticəsində müvafiq strategiyadaan irəli gələn məsələlər nəzərə alınmaq şərtilə dövlət proqramları qəbul edilmişdir. Proqramın əsas şərtləri nəzərə alınmaqla “Elektron hökümət” layihəsinin konkret tədbirlər əks etdirilmiş planları qəbul olunmuşdur.

Ümumilikdə hökumət tərəfindən informasiya-komunikasiya sahəsinin fəaliyyətinin təkmilləşdirməsi ilə bağlı olaraq burada təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericilik sisteminin yaradılması ilə əlaqədar olaraq aşağıda qeyd olunan işlərin həyata keçirilməsi zəruridir:

- informasiya sahəsi ilə bağlı qanunvericilik bazasının formalaaşdırılması və təkmilləşdirilməsi;

2) İKT-na əsaslanan iqtisadiyyatın yaradılması və onun getdikcə inkişafına nail olunması;

3) ölkə səviyyəli informasiya bazasının yaradılması və onun mütəmadi inkişafna cəhd olunması;

4) İKT sahəsində ETT-nin nailiyyətlərinin tətbiq olunduğu istehsalat sahələrinin cəlb edilməsinin yüksəldilməsi;

5) dövlətin informasiya sahəsində təhlükəsizlik problemlərinin həlli və xarakterli informasiyaaların qorunmasının təmini.

Artıq XXI əsrin astanasında, informasiya texnologiyaları cəmiyyətin bütün sahələrine nüfuz etdiyi bir dövrdə, milli təhlükəsizlik məsələsi daha çox informasiya təhlükəsizliyinin nə cür təmin olunmasından asılıdır. Tam yəqinliklə demək olar ki, XXI əsrdə cəmiyyətin və dövlətin, eləce də hər bir şəxsin informasiya təhlükəsizliyinin təmin olunması ən ciddi problemə çevriləcək. Son dövrlərdə Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi sahəlerində baş verən proseslər ölkənin beynəlxalq telekomunikasiya şəbəkələrinə inteqrasiyasına səbəb olmuşdur. Beynəlxalq İnformasiya şəbəkəsi olan İnternet Azərbaycanda cəmiyyətin və idarəetmenin müxtəlif sahələrinə nüfuz etməkdədir. Artıq xeyli miqdarda dövlət təşkilatları, maliyyə-kredit strukturları, ölkədə yerləşən xarici qurumların böyük əksəriyyəti eləcə də fərdi şəxslər İnternet şəbəkəsinə qoşularaq informasiya mübadiləsi proseslərinin tərkib hissəsinə çevriliblər.

Yeni telekomunikasiya şəbəkələrinə daxil olmaq Azərbaycan üçün yeni imkanlar açır, nəhəng elmi-texniki, ictimai-siyasi informasiya bazalarına giriş əldə olunur, yeni əlaqələr formalaşmasına səbəb olur. Son bir ildə internetə çıxışı olan müəssisələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Müəssisələrdə istifadə olunan kompüterlərin 29.8 faizi və ya 30.3 mini İnternetə qoşulmuşdur. İnternetə çıxışı olan müəssisələrin beşdə dörd hissəsi Bakı şəhərində cəmlənmişdir. Ölkə üzrə kompüteri olan müəssisələrin 46.4 faizinin, bütün müəssisələrin isə 10.6 faizinin İnternetə çıxış imkanı olmuşdur. Kompüteri olan müəssisələrin 46.4 faizi, işçilərinin sayı 1-4 nəfər olan mü-əssisələrin 7.5 faizi, o cümlədən işçilərinin sayı 5-9 nəfər olan müəssisələrin 16.8 faizi, işçilərinin sayı 10-49 nəfər olan müəssisələrin 22.6 faizi, işçilərinin sayı 50-249 nəfər olan müəssisələrin 48.6 faizi, işçilərinin sayı 250 nəfərdən çox olan mü-əssisələrin 55.3 faizi İnternetdən istifadə etmişdir.

Şəkil 3.1 İqtisadi fəaliyyət sahələri üzrə internetə qoşulmuş

kompüterlərin sayı, min ədədlə

Ciddi surətdə baş verən dəyişikliklərdən biri də "AZ" domeni əhatəsində olan internet saytlarının sayının üç dəfə çoxalaraq 7000-dən artıq olmasında özünüü göstərmişdir.



Qeyd etmək lazımdır ki, ölkə ərazisində telefon çəkilişi tamamlanmış və köhnə üsulla giriş vasitəsindən, habelə ərazidən asılı olmayaraq beynəlxalq məlumat bazasına çıxmaq imkanı təmin edilmişdir. Bununla yanaşı olaraq, ölkədə fəaliyyətdə olan internet provayderlərin hamısına rəqabət nöqteyi nəzərindən əlverişli şərait təmin edilməsi məqsədilə, məntəqələrarası telefon magistraallarından müvəqqəti haqqı ödənilmədən istifadə üçün imkan yaranmışdşr. Hansı ki, öz növbəsində regionlarda beynəlxalq şəbəkəyə çıxış imkanının artmasına öz müsbət təsirini biruzə vermişdir.

Özünün geopolitik vəziyyetini nəzərə alan Azərbaycan da dünya ilə inteqrasiya elaqəlerinin qurulmasında əvəzsiz rolu olan İnternetdən səmərəli istifade etməklə, onu inkişaf etdirməklə bərabər xarici texnoloji-informasiya hücumlarının da qarşısını almalı, informasiya təhlükəsizliyi problemini həll etməlidir. Azərbaycanın İnternet fəzasında informasiya təhlükəsizliyi məsələsinə kompleks yanaşmaq üçün 3 əsas istiqamət götürmək daha məqsədəuyğun olardı: normativ hüquqi bazanın yaradılması, təşkilati tənzimləyici təminatın yaradılması, nəhayət texnoloji təminatın yaradılması. Təbii ki, hər bir istiqamətdə İnternet beynəlxalq təşkilat olduğundan, beynəlxalq və regional xarakter daşımalıdır.

Azərbaycanın informasiya resursları üçün əsas təhlükə mənbəyi həm xarici şəbəkələrindən yerli İnternet istifadəçilərinin informasiya məlumat bazalarına müdaxiləsi, həm də informasiya məlumat sistemlərinin dağıdılması, ələ keçirilməsi məqsədilə Azərbaycanın formalaşmaqda olan daxili informasiya şəbəkələrinə müdaxiləsindən ibarətdir.

Mühüm məsələlərdən biri də son dövrlərdə müxtəlif xarici qurumların dəstəyi ilə yaradılan ölkə əhəmiyyətli informasiya-kompüter şəbəkələridir. Artıq Dövlət Əmlak Nazirliyi, Dövlət Vergilər Nazirliyi, Gömrük Komitəsi, MSK strukturlarında ölkə miqyasında qlobal şəbəkelər sisteminin formalaşdırılması prosesi gedir. Bu çox önəmli bir hadisə kimi qeyd olunmalıdır. Lakin təhlükəi cəhət ondan ibarətdir ki, bu cür informasiya şəbəkələri yaradılarkən informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmir.

Məhz bu meqamda bir fakt daha qabarıq formada özünü biruze verir. O da dəfələrlə müxtəlif səviyyələrdə səsləndirilməsinə baxmayaraq hələ də yaradılmayan informasiya təhlükesizliyi və informasiya texnologiyaları ilə meşğul olan dövlət qurumunun olmamasıdır. Bundan əlavə qlobal komunikasiya şəbəkələrinə inteqrasiya edən Azərbaycanın informasiya müharibələri və informasiya təhlükəsizliyinə tab gətirməsi üçün, hərtərəfli işlənmiş dəqiq strategiya işlənib hazırlanmalıdır.

Ölkədə mühüm prioritet sahələrdən biri də kosmik sənayenin yaradılmasıdır. Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması, Milli Superkompüter Mərkəzinin yaradılması, e-hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv layihəyə də hazırda baxılmaqdadır. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekomunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verəcək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır.

Ölkəmizdə telekomunikasiya xidməti göstərən kosmik peykin idarə olunması, yeni bir sənaye sahəsinin dövriyyəyə daxil olması, kosmik xarakterli informasiyaların qəbul edilməsi habelə emal edilməsi sahəsində ilkin olaraq xarici ölkələrdə, daha sonra isə ölkə daxilində müvafiq sahədə fəaliyyət göstərəcək kadr potensialının hazırlanmasına yönəlik qəbul edilmiş dövlət proqramı müvafiq sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olacaqdır.

3.2. Telekomunikasiya sferasindaki münasibətlərin tənzimlənməsində

beynəlxalq təcrübədən istifadə istiqamətləri

Sosial-iqtisadi inkişaf sahəsəində əsas göstəricilərindən olan informasiyalaşma sahəsində müşahidə olunan inkişaf tendenddensiyaları insanların vaxt amilindən daha məqsədəuyğun istifadəsinə əlverişli şərait yaratmışdır. Müasir dövrdə yüksək templə inkişaf edən elmi-texniki tərqəqqi cəmiyyətin fəaliyyətinin hər bir sahəsində öz müsbət təsirini göstərməklə, biliyə əsaslanan iqtisadiyyat, yeni məzmunlu iqtisadiy­yat, yaxud da internetə əsaslanan iqtisadiyyat kimi yeni-yeni anlayışların meydana gəlməsinə ssəbəb olmuşdur.

Elmə, biliyə əsaslanan və rabitə sahəsində baş verən mütərəqqi dəyişikliklər məhsul və xidmətlər, habelə maliyyə institutlarının aktiv iştirakçısı olduğu bazarların ayrı-ayrı ölkələrin sərhədlərini keçərək dünya səviyyəsinə çıxmasına imkan yaratmışdır. Ticarət əməliyyatlarının və sosial-iqtisadi həyatın inkişaf etməsi, xüsusilə də şəhər yerlərində ciddi müşahidə edilən demoqrafik dəyişikliklərin sürətlə artımı, nəticədə etibarlı və effektiv məlumat əldə etmənin əhəmiyyətini zaman keçdikcə daha da artırmaqdadır. Belə ki, klassik formada müşahidə edilən sosial-iqtisadi inkişaf modelləri öz yerini biliyə əsaslanan fərqli bir inkişaf modelinə verərdiyi zaman İEÖ-in iqtisadi sistemi “kapital və əmək” əsaslı dövlətlərdən “biliyə əsaslanani” bir yeni quruluşa çevrilməkdə davam edir.

Müasir şəraitdə biliyin bir subyekdən digər bir subyektə ötürülməsi zamanı xəbərləşmə baxımından çox kiçik bir paya malik olan mərhələ hesab edilir. Buna görə də xəbərləşmə subyektiv informasiyaa əldə etməni təmin eləməklə bərabər, biliyə əsaslanan cəmiyyətin əsas elementlərindən birini təşkil edən və öz hesabına iqtisadi fəaliyyət nəticəsində dəyər yarada bilən strateji bir sahə halına gəlib çatmışdır.

Xəbərləşmə anlayışı “insanlar, qrup yaxud da müxtəlif təşkilatlar arasında fərqli düşüncə, elm, bilik və müəyyən hisslərin keçirilməsi ilə əlaqədar olan, ortaq bir anlayış təşkil etməklə və qarşılıqlı olaraq öz təsiri təmin eləməklə əsas məqsədi səslərin, görüntünün və yaxud da ötürülmə kimi qiymətləndirilə bilən ünsürlərdən hər-hansı birindən yararlanaraq reallaşdırılan bilik alışə və verişi” olmaqla müəyyənləşdirilə bilər.

Ötən əsrin son onilliklərində texnoloji sahədə meydana gələn sürətli inkişaf tendensiyaları biliyin və bilik axınının əhəmiyyəti ciddi bir şəkildə yüksəltmişdir. Xüsusilə də dünya miqyasında müşahidə edilən qloballaşma prosesinin surətini şərtləndirən azad bazar iqtisadi sisteminin aktiv fəaliyyət reallaşdırmasının təmin olunmassı üçün kifayət dərəcədə biliklərin etibarlı bir formada və zamanında qərər qəbul edən subyektlərə ötürülə bilinməsini obyektiv zərurətə çevirir. Telekomunikasiya sahəsində gerçəkləşən servisin belə bir formada qəbul edilmiş iqtisadi quruluşa, ölkə üzrə müvafiq sahədə mənbələrin daha səmərəli paylanılmasında ən vacib vasitələrdən olan maliyyə birjalarının ayrılmaz bir tərkib hissəsi olduğu kimi, istehsal və istehlak zənciri sahəsində biliyin axınının təmin olunmasına hər formada məhsul və xidmət sahəsində bazarın tələbnin və ona müvafiq də təklifinin dəyişməsinə müvafiq olaraq işləməsi prosesində mühüm bir funksiya yerinə yetirmişdir.

Telekomunikasiya sahəsində iqtisadi və ictimai xarakterli təsir effektləri səbəbi ilə yaranan və bütün dövlətlərdə strateji hesab edilən investisiya qoyuluşları sahəsi kimi qəbul edilmişdir. Müvafiq texnologiyaların məqsədyönlü şəkildə doğru istifadə olunması ayrı-aayrı ölkələr, habelə beynəlxalq təşkilatlar səviyyəsində təşviq olunmaqdadır. Biliyə əsaslanan cəmiyyətin formalaaşdırdığı iqtisadiyyat bütün ölkə üzrə telekomunikasiya sisteminin formlaşdırılmasını obyektiv zərurətə çevirir.

Telekomunikasiya xidməti ötən əsrin sonlarına daha doğrusu 1980-ci illərin ortalarına qədər bir çox dövlətlərdə ictimai xidmət kimi xaraakterizə olunmuş və birbaşa dövlət institutu ilə əlaqəsi olan, yaxud da dövlətə aid edilən strukturlar formassında təbii inhisar subyektləri kimi fəaliyyət göstərmişlər. Müvafiq sahənin dövlət tərəfindən inhisarda saxlanılmasınn əsas səbəblərindən biri məhz tələb elastikliyi yetərincə olmayan telekomunikasiya xidmətinin gəlir əldə olunması mənbəyi kimi görülməsi və beynəlxalq səviyyəli xidmət olmasından irəli gəlmişdir. Beləliklə, telekomunikasiya sahəsində reallaşdırılan xidmətlərin əhatə olunduğu iqtisadiyyatın formalaşdırılması üçün əsasən poçt vasitəsilə həyata keçirilən xidmətlər infrastruktur kimi qiymətləndirilmişdir.

Bununla yanaşı olaraq informasiya texnologiyalarında əldə edilən inkişaf prosesləri və xüsusilə də bank sektorunda, habelə digər servis sahələrində beynəlxalq əməkdaşlıq telekomunikasiyanın poçt əməliyyatlarından fərqləndirilməsi işində mühüm rol oynamışdır. Bu sahədə bir tərəfdən bazar məhdudiyyətləri aradan qaldırıldığı halda, digər tərəfdən bütünlükdə telekomunikasiya sahəsində rəqəmsal dünya ilə ciddi əlaqələndirmə baş vermişdir. Artıq elm, mədəniyyət, təhsil, səhiyyə, maliyyə, bank və s. bu kimi sahələrdə nailiyyətlərin əladə edilməsində əsas amillərdən biri məhz telekomunikasiya sahəsidir.

Ümumilkdə insanlar arasında müxtəlif ölçülü məsafədən əlaqənin yaradılmasına imkan yaradan şəraitin təmin olunmasında bəsit alətlərdən imtina edilməsi və bunun əvəzinə elektrik dövrünün başlaması ilə əlaqəar olmuşdur. Belə ki, 1729-cu ildə məşhur İngilis kimyagarı Stephan Grayin təcrübədə mis naqil üzərində elektrik enerjisinin ötürməsinin mümkün olmasını subut etməklə telekomunikasiyanın yaradılmasına xidmət edəcək mühüm addımın atılmasına səbəb olmuşdur. Telekomunikasiya fəaliyyətinin ilkin təzahür forması olan telegraf uzun dövr ərzində bilavasitə dövlətin nəzarəti altında olmuş, bürokratik səbəblərdən qaynaqlanan, habelə hərbiməqsədlərə xidmət etmək məqsədilə istifadə edilmişdir. Sırf əhali tərəfindən mülki məqsədlərdən irəli gələn ehtiyacların ödənilməsi istiqamətindəi isə XIX əsrin ikinci yarısından sonra meydanaa gəlməyə başlamış və istifadə olumuşdur.

Dünya miqyasında isə 1844-cü ildən başlayaraq Samuel Morzenin telegrafdan istifadə etməklə xüsusi kodlaşdırılmış mesajının Vaşinqton şəhərindən Balti­mor şəhərinə ötürməsinin təmin olunması telekomunikasiya dövrünün başlanğıcı kimi tarixə düşmüşdür. Bu dövrdən başlayaraq müasir dövrə qədər beynəlxalq və milli səviyyələrdə bu sahənin normal fəaliyyətini təmin etmək məqsədilə müxtəlif xarakterli normativ-hüquqi aktlar qəbul edilmişdir. 1988-ci ildə Nəqliyyat Nazirliyinin rəhbərliyi altında yerinə yetirilmiş TUENA hesabatında telekomunikasiya sahəsindəki tənzimləyici təşkilatların qurulması ilə dövlət idarəetmə orqanlarının münasibətləri aspektindən dörd formada fərqli təsnifat həyata keçirilmişdir:



  1. dövlətdən asılı vəziyyətdə olmayan və öhdəliklərin böyük bir hissəsini icra edənlər.

  2. dövlətdən asılı vəziyyətdə olmamaqla birgə, öhdəliklərin bir hissəsini nazirliklər və ya digər müstəqil qurumlar arasında bölünənlər.

  3. müxtəlif mərkəzi icra orqanları daxilində yarı müstəqil statusda təsis edilən qurumlar.

  4. mərkəzi icra orqanları daxilində tam asılı statusda yaradılan tənzimləyici təsisatlar.

Müasir dövrdə dövlətdən asılı olmayaraq fəaliyyətdə olan tənzimləyici qrumlara aşağıdakılar aid edilir:

- (İTU) - Beynəlxalq Telekomunikasiya İttifaqı;

- (FCC) - Federal Komunikasiya Komissiyası.

Tənzimləyici funksiyasını hökumətdən asılı olmadan nazirlik və ya digər statuslu müstəqil qurumlarla paylaşanlara ən bariz nümunə kimi Böyük Britaniya xəbər sahəsini tənzimləyən Telekomunikasiya Idarəsi olan - OFTE misal olaraq qqeyd oluna bilər. Bunla yanaşı olaraq Avstraliya qitəsinddə xəbərləşmə təsisatı kimi tanınan - ACA, Kanada da informasiya komissiyası olan – CRTC, habelə Türkiyə Respublikasında yaradılmış - Telekomunikasiya Qurumu nümunə kimi gətirilə bilər.

Digər bir halda isə məsələn, Koreya Komunikasiya komitəsi müvafiq olaraq Cənubi Koreya üzrə İnformasiya və Rabitə Nazirliyinin tabeliyində olan və səlahiyyətlərinə görə yarım müstəqil tənzimləyici orqandır. Nazirliklərin strukturunda tam tabeli olmaqla fəaliyyət göstərən təsisatlar gəldikdə ona ən tipik nümunələri Yaponiyada genişmüşahidə olunur. Orada Poçt və Telekomunikasiya Nazirliyi nəzdində müvafiq oaraq Telekomunikasiya Komissiyası yaradılmış və səlahiyyət bölgüsü aparılmışdır.

Dünyada telegraf sisteminin kəşf edilməsindən sonra növbəti onilliklər ərzində informasiyalaşma şəbəkələri ölkələrin öz daxiılində də yayılmışdır. Buna baxmayaraq, telegraf magistrallarının sadəcə dövlətin hüdudları nəzərə alınaraq formalaşdırılması səbəbindən, beynəlxalq səviyyədə müvafiq fəaliyyətin reallaşdırılmasına maneçilik törədən biramil kimi ortaya çıxmışdır. Bu problemin aradan qaldırılması məqsədilə 20 Avropa məkanında olan dövlətin Paris şəhərində bir araya gəlməsi əsasında 1865-ci ildən “Beynəlxalq Teleqraf Birliyi” bir tənzimləyici orqan kimi yaradılmışdır. Bununla da telekomunikasiya sferasında ilkin beynəlxalq səviyyəli saziş statusunda qəbul edilən və ilk Telegraf Nizamnaməsinin nəşr etdirilməsi mümükün olmuşdur.

Qeyd olunan təşkilati vahidin xidmət sferası əsasən peyk üzərindən reallaşdırılan telekomunikasiya vasitələri sırasına daxil olması ilə yeni bir məzmun kəsb etmişdir. Beləliklə də elmi-texniki tərəqqinın telekomunikasiya xidmətləri sırasında əlaqələndirmə yaratması, bazarlarda müşahidə olunan ciddi rəqabət mübarizəsində müvafiq sahənin yeni trendləri meydana gəlmişdir. Bu səbəbdən yuxarıda qeyd olunan təşkilatın başlıca məqsədləri sırasında aşağıdakılar öz yerini tapmışdır:


  • beynəlxalq komunikasiya infrastrukturunun xarici şəbəkələrə bağlanması ilə sadəcə telefon görüşmələrindən müxtəlif məqsədlərlə fərli informasiyanın ötürülməsinə kimi beynəlxalqq miqyasında effektiv və daha etibarlı bir komunikasiyanın yaradılması üçün ümumilikdə məcburu hesab edilən müvafiq standartların yaradılması və inkişaf etdirilməsi;

  • müasir texnika və texnologiyanın mövcud beynəlxalq telekomunikasiya şəbəkəsilə əlaqələndirilməsi üçün zəruri fəaliyyəti reallaşdırmaq;

  • telekomunikasiya sahəsində inkişaf eləməkdə olan dövlətlərdə inkişafın sürətləndirilməsi üçün konssultasiya, texniki dəstək, proyekt idarəetməsi, təhsil və mədəniyyət xidmətləri və məlumat bazası ilə təmin etmək;

  • telekomunikasiya strukturları, maliyyə bazası və özəl təşkilatlar arasında birgə fəaliyyətin qurulmasına dəstək göstərmək;

  • müxtəlif istiqamətlərdə reallaşdırılan fəaliyyətlər üçün zəruri olan qanunvericilik aktları sistemini, o cümlədən də nizamnamələr, əsasnamələr, idari rəhbərliyi reallaşdırmaq.

Radio və komunikasiya sahəsində, müxəlif radio dalğaların, mövcud radio və komunikasiya xidməti sahələri tərəfindən proporsional, efffektiv, habelə qənaətli istifadənin təmin edilməsi kifayət qədər məsuliyyətli bir işdir. Qeyd olunan təşkilat bu sahədə nisbətən az inkişaf etmiş və yenicə inkişaf etməkdə irəlililəyən dövlətlərdə telekomunikasiya sahəsinin inkişafına naail olmaq məqsədilə hər formada texniki dəstək və əməkdaşlığın təminatı üçün telekomunikasiya inkişafetdirmə sahəsini vəzifələndirmişdir.

Ümumilikdə inkişaf bölməsinin başlıca məramı, telekomunikasiya ektorunda inkişafda olan dövlətlərə texniki xarakteerli ddəstək göstərilməsinə yardım etməkdən, eyni zamanda onların icrasının təmin olunması üçün zəruri olan pul və maddi resursların səfərbər edilməsinə, eləcə də telekomunikasiya sektorunda yeni texnika və texnologiyaların üstün cəhətlərini planetin bütün üzvlərinin maraqları naminə yayılmasına kömək etməkdir.

Müasir dövrdə standartların müəyyən edilməsi sahəsində dünya səviyyəli telekomunikasiya sektoru üzrə, yenilikci texnologiya tətbiqinə dəstək verilməsi məqsədilə xidmət göstərilməsinə, müvafiq sahədə beynəlxalq standartlrın müəyyən edilməsi prosedurunun təkmilləşdirilməsi, obyektiv reallıq olan qloballaşma proseslərinin təzahürü kimi internetin yayılmasının sürətləndirilməsi kimi məsələlər aiddir. Bununla yanaşı olaraq, standartlaşdırma bölməsi başlıca fəaliyyət qaydalarını öyrənir, müəyyən edir, reallaşması üçün qətnamələr formalaşdırır, sahə ilə bağlı istək və təqdimatları lokanik formada və dəqiqliklə ifadə edir, habelə telekomunikasiya sektoru üzrə informasiyaları toplayaraq dərc etdirir.

Amerika Birləşmiş Ştatlarında telekomunikasiya sahəsinin tənzimlənməsi, telekomunikasiya xidmətlərinin hökumət inhisarında olduğu başqa dövlətlərdən çox-çox əvvəllər başlanmışdır. A.Bellin tərəfindən petentləşdirilməklə ABŞ-da yradılmış telekomunikasiya firmasına dair tənzimləyici tədbirlər 1920-ci ildə “Federal Radio Komissiyası” adlanan qrumun təsis edilməsi ilə start götürmüşdür. Yaradılmış bu komissiyanın başlıca vəzifəsi ondan ibarətdir ki, o teleradio yayımının planlanması ilə məşğul olur.

Müstəqil tənzimləyici qurum olan FKK Amerikan Prezidentinin təyin etdiyi, habelə ABŞ Senatı tərəfindən təsdiqlənməklə fəaliyyət göstərən beş nəfərdən ibarət komissiya üzvü tərəfindən müvafiq qrum idarə edilir. Onun əsas vəzifələri sırasında aşağıdakılar qeyd oluna bilər:


  • regionlararası və beynəlmiləl xidmətlərin tənzim edilməsi;

  • radio yayımının təxsis edilməsi;

  • yayım sahəsində qaydalara əməl olunmasının monitorinqi;

  • müvafiq xidmət sahəsində standartların formalaşdırılması;

  • telefon və telegraf vasitəsilə reallaşdırılan xidmətlərin qiymət tənzimlənməsi və s.

Qeyd olunan komissiya üzvlərinin fəaliyyəti əsasında FKK-nın bütövlükdə ün fəaliyyətini reallaşdırmaq üçün müvafiq olaraq on qərargah struktur idarəsinə və altı büroya xüsusi səlahiyyətlər verilmişdir. Bu təsisatlar özünəməxsus funksiyalara malik olmasına baxmayaraq, müvafiq qrumun iclaslarında mütəmadi olaraq ekspert qismində iştirak edirlər. Komissiyada hal-hazırda fəaliyyətdə olan idarələr aşağıdakılardır:

  • İdarəetmə ilə bağlı yaaranan Hüquqi işlər İdarəsi;

  • Komunikasiyanın İdarə edilməsi İdarəsi;

  • Texniki, texnoloji və Mühəndis idarəsi;

  • Ümumi konsultasiya İdarəsi;

  • Ümumi Nəzarəti həyata keçirən İdarə;

  • Qanunvericilik məsələləri İdarəsi;

  • İdarəetmə məsələləri direktoru İdarəsi;

  • Mətbuatla əlaqələr İdarəsi;

  • Strateji araşdırma və planlaıdırma idarəsi;

  • Siyasətin təhlili üzrə məsul idarə;

  • insan resursları idarəsi.

Analoji fəaliyyət Ingiltərədə də xüsusi təsis edilmiş idarə tərəfindən həyata keçirilməkdədir. Belə ki, telekomunikasiya xidmətləri ümumilikdə 1980-cı ilə qədər mövcud olmuş Ümumi Poçt qrumu tərəfindən həyata keçirilmişdir. Daha ssonra isə qəbul edilmiş xüsusi bir qanunvericilik aktı ilə, başqa sözlə ifadə etmiş olsaq “Telekomunikasiya qanunu” ilə mövcud olan idarə iki yerə - Poçt və Telekomu­nika­siyaya ayrılmışdır. Bununla da İngiltərədə bütünlükdə telekomuni­kasiya xidmətləri təkmil rəqabətə açıq elan edilmişdir.

Bu islahat son olmamışddır. Daha sonralar Britiş Telekom və OFTEL kimi qrumlar yaraddılmışdır. Onlar rabitə sahəsində rəqabətin yüksək səviyyədə təmin olunmasına yönəlik fəaliyyət göstərməklən təşviq işləri ilə bərabər, eyni rəqabət şəratinin təmin olunması məqsədilə OFTEL bu sahədə tənzimləyici bir orqana çevrilmiş vvə rəsmi status almışdır. Onun əsas vəzifələri aşağıdakılardır:

- ölkədə lisenziya almış şəxslərin lisenziya tələblərinə riayət etməsinin təmin edilməsi;


  • lisenziya şərtlərinin zərurət yarandığı zaman dəyişdirilməsinə prosedur olaraq şərait yaratmaq;

  • istehlakçıların qanunla müəyyən olunmuş hüquqlarının qorunmasını təmin etmək;

  • sahə üzrə təkmil rəqabəti qoruyub saxlamaq;

  • müvafiq nazirliklər vasitəsilə dövlətə telekomunikasiya sahəsində lisenziyalara dair tövsiyə etmək;

  • xidmət istehlakçılarının müxtəlif məqsədlərlə praktik fəaliyyətlərində yaralı olan hər cür informasiyanı toplamaq və yayımını təmin etmək;

  • telekomunikasiya sahəsində reallaşdırılanm xidmətlərə dair edilən narazılıqların tədqiqatını aparmaq;

  • telekomunikasiya sahəsindəki xidmətin beynəlxalq təşviqinə dair və onların sistemli təqdim edilməsi baxımından xidmətləri hərtərəfli təmin etmək, habelə istehlakçılara qiymət və xidmət səviyyəsinin keyfiyyəti aspektindən zəruri olan dəstəyi vermək;

  • telekomunikasiya sahəsində hökumət tərəfindən reallaşdırılan siyasətin icra edilməsi ilə əlaqədar rəqabətin təşviq edilməsi;

  • rəqabət mühitinin məhdud olduğu sektorlarda əsas bazar payına malikm subyektə verilmiş lisenziyalarda müəyyən olunmuş şərtlərə əməl edilib-edilməməsinə dair yoxlama aparmaq.

Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Yaponiya kimi inkişaf etmiş ölkələrdə telekomunikasiya sektorunda atılan addımlar, AB-nin telekomunikasiya fəaliyyəti sahəsində müəyyən edilən siyasətini müəyyən işlək mexanizmlərlə nəzarətdə saxlamağa, habelə zərurət yarandığı təqdirdə onları koordinasiya etmək məqsədilə formalaaşdırılmışdır.

Avropa məkanında 1987-ci ildən başlayaraq telekomunikasiya sahəsində orta təbəqənin təmssil olunduğu bazarın tərəqqisi istiqamətində çox əhəmiyyətə malik olmuş addımlar atılmışdır. Bu addımlar içərisində ən əhəmiyyətlisindən biri 1987-ci ildə işıq üzü görən “Dinamik Avropa İqtisadiyyatına doğru” kimi adlandırılmış olan yaşıl hesabatın tərtib olunması olmuşdur. Həmin hesabat Avropa Birliyinə üzv olan ölkələrr arasında olan kəskin fərqlərin aradan qaldırılmasına yönəlmişdir.

AB-nin ən əsas səlahiyyətə malik və mühüm qərar qəbul etmə səlahiyyətinə malik olan orqanı, yəni Nazirlə Şurasının 1993-cü ildən başlayaraq əsas telefon rabitəsi sahəsində göstərilən xidmətlərin cəmiyyət miqyasında bütövlükdə rəqabətli bir sahəyə çevrilməsi sahəsində qərar alması xüsusi əhəmiyyət kəsb etmişdir. Lakin telekomunikasiya sahəsində Birliyə daxil olan üzv ölkələr arasında ciddi ffərqli məqamlar da müşahidə olumuşdur. Belə ki, İsveç, Norveç və İngiltərə müvafiq sahədə dünya səviyyəli ikən, Avstriya, Portuqaliya, İspaniya və Yunanıstan kimi ölkələrdə rəqabətin səviyyəsi heç də istənilən formada deyildir və kifayət qədər gerisində qalmışdır. Bu səbəbdən irəli gələrək Birlik, ona üzv olan dövlətlər arasında bir xüsusi saziş bağlanmasının təmin edilməsi məqsədilə həmin bu üzv ölkələrə 2003-cü ilə qədər möhlət vermişdir.

Son illər ərzində müxtəlif vasitələrlə, məsələn Bangeman Hesabatında rəqabətli bazarın səmərəliliyinin yüksəldilməsi üçün intellektual mülkiyyətin qorunmasına dair hüquqlar, şəxsi həyatın təhlükəsizliyi və kütləvi informasiya vasitələrinə sahiblik sahəsində müşahidə olunan problemlərlə bağlı Avropa İttifaqı səviyyəsində tənzimləyici institutlar yaradılaraq bu kimi hallarda xüsusi rəy bildirməsi vasitəsilə münasibət göstrəilməsi üçün əlverişli şəraitin yaradılmasına nail olunmuşdur. Bundan əlavə olaraq həmin hesabatda:



  • Avropa İqttifaqı miqyasında həlli zəriri hesab olunan icazə-lisenziya, telekomunikasiya sisteminə bağlantıların təşkili, resursların müştərək istifadə olunması (teleradio dalğaları, abunəçi ünvanları və s. bu kimi) sahəsində üzv olan dövlətlərə məsləhətlər vermək;

  • iqtisadiyyatın bütün təsərrüfat növləri üzrə fəaliyyət göstərən sahibkarlara, həmçinin də və xidmət sektorunda çalışanlar üçün məcburu olan və müxtəlif bazarlara daxil olmada qeyri-bərabərlik və ya diskriminasiya hallarına qarşı vahid tənzimləmə çərçivəsi təmin edilmişdir.

Telekomunikasiya sahəsində şövcud olan şəbəkə texnika və texnologiyası ilə yanaşı olaraq, müvafiq texnologiyalarda əldə olunan nailiyyətlər və telekomunikasiya informasiya servisinin qarşılıqlı əlaqələndirilməsi, müvafiq şəbəkə vasitəsilə təklif olunan xidmətlərlə bərabər dolayı vergi nöxləri içərisində xüsusi yer tutan ƏDV-nin tətbiq edildiyi xidmət olaraq tanınan intellektual xidmətlərin də inkişafına xüsusi bir təkan vermişdir. Xüsusilə də əlavə dəyər vergisinin tətbiq olunduğu xidmətin cəmiyytt tərəfindən yüksək tələblə qarşılanması, müvafiq xidmətlərin təklifinin təmin olunması üçün zəruri vasitələrdən istehsalda çevik texnoloji tərəqqiyə gətirib çıxarmışdır. Bununla da telekomunikasiya sahəsində təqdim olunan xidmətlərin spesifikliyi nəzərə alınmaqla, onlar üç alt qrup şəklində təsnifləşdirilmişdir və onlara aşağıdakılar daxildir:

  • ümumilikdə təqdim olunan telekommunikaisya xidmətləri;

  • ƏDV-li telekomunikasiya xidmtələri;

  • Telekomunikasiya fəaliyyəti sahəsində istifadə olunan texnika və texnologiyanın istehsalı.

Müasir baza telekomunikasiya sahəsindəki xidmət, həm kütləvi sayda olan müştərilərin, həm də ayrı-ayrı subyekt kimi qeydiyyata alınan fərdi müştərilərin təlabat yaratdığı informassiyanın bir məkandan digər bir ixtiyari məkana ötürülməsini özündə əks etdirir. Başlıca xidmətlər sırasında özünə yer alan fəaliyyət malgöndərənlərlə istehlakşılar arasında informasiyanın müxtəli formalarda məlumatları və ya səslərin ötürülməsi kimi xarakterizə oluna bilər. Bu formaya əsaslanmaqla, müxtəlif coğrafi məkanlarda yerləşən istehlakçılar arasında audio və məlumat xarakterli informasiyanın iki subyekt arasında qarşılıqlı mübadiləsi təmin edilmiş olur.

Amerika Birləşmiş Ştatalarında fəaliyyət göstərən telekomunikasiya sahəsin­dəki fəaliyyəti tənzimləyən orqan olan Federal Komunikasiya Komissiyasının başlıca əhəmiyyəti “bir informasiyalaşma dövrəsi üzərindən istehlakçıların qarşılıqlı təsiretmə aspektindən çox aydın olan servislər” kimi təqdim olunmasırır. Bu baxımdan, başlıca telekomunikasiya xidmətləri çeşidinə müxtəlif istiqamətli xidmətlərə xüsusi önəm verilir.

Informasiya və komunikasiya texnologiyaları sahəsində müşahidə edilən problemlər, qlobal baxımdan bütünlükdə dünya üçün müasir dövrün ən başlıca aktual problemlərindən sayılır. Məhz buna yanaşma nöqteyi nəzərindən ETT-nin bütün istiqamətlərdə perespektiv inkişafı meylləri kordinasiya edilməkdədir. Inkişaf etmiş dövlətlərin maliyyə-kredit, iqtisadi-idarəetmə sistemlərinin işlərinin təmini baxımından yeni-yeni informasiya texnologiyalarının işlənib ortaya qoyulmasına daha üstün formada diqqət ayrılır. Hal-hazırda ən mühüm hesab edilən məsələlər sırasında telekomunikasiya texnologiyalarının yaranmasından qaynaqlanan problemlərdir ki, bunlar da məlumat əldə edilməsinin və onun əlaqələndirilməsinin təmin edilməsi ilə əlaqədar olan məsələlərdir.

Beynəlxalq hüquq çərçivəsində formalaşdırılmış olan hüquq mənbələrindən hesab edilən 2000-ci ildə beynəlxalq informasiya cəmiyyəti tərəfindən Yaponiyanın Okinava şəhərində qəbul edilmiş xartiyada qeyd olunur ki, informasiya-komunikasiya texnologiyası müasir cəmiyyətin yaratmış olduğu və onun onkişafına ciddi təsir imkanına malik olan ən mühüm faktorlardandır. Onun inqilabi effektləri cəmiyyət üzvlərinin həyat tərzinə, onların təhsil və praktik fəaliyyətinə, habelə hökumətlə vətəndaşlar arasında yaranan müxtəlif xarakterli münasibətlər sisteminin dəyişməsinə təsir edir. İnformasiya komunikasiya texnologiyasının iqtisadi inkişafda ən vacib təkanverici stimul elementinə çevrilir.

Avropa ittifaqında komunikasiya fəaliyyəti və çeşidli informasiya texnologiya və texnikası sahəsində xidmətlər və məlumatın emalı sferası kimi xarakterizə olunur. Informaisya və telekomunikasiya qurğularının üstün səviyyəsi bütünlüklə iqtisadi fəaliyyəti və sosial idarəetmə sferasında Avropa İttifaqının ET sahəsindəki siyasətinin ən vacib faktoruna çevrilmişdir. Bu fəaliyyət nəticəsində ümumilikdə avropa məkanı üzrə İKT şəbəkəsi əsasında yeni bir fəaliyyət istiqaməti, yəni telekomunikasiya sənaye sahəsi formalaşmışdır.

Telekomunikasiya texnikası və texnologiyları köhnə qitənin məlumat infrastrukturunun bazisini təşkil edir. Avropa İttifaqının telekomunikasiya sahəsində reallaşdırdığı tədbirlərin başlıca məqsədi yalnız birliyə üzv ölkələrin deyil, eyni zamanda qloballaşmış telekomunikasiya sisteminə daxil edilmiuş dövlətlərin geniş zolaqlı informasiya mübadiləsi sisteminin formalaşdırılmasında iştirak eləməkdir. Bu sferadakı reallaşdırılan fəaliyyət əsas məqsədlərini müəyyənləşdirən ilkin normativ-hüquqi baza sənədi Avropa Komisiyasının qəbul etmiş olduğu Telekomunikasiya sahəsinin inkişafının təmin olunması proqramı kimi xarakterizə olunan Star proqramı hesab edilir. Bu kontekstdə, xüsusən də telekomunikasiya fəaliyyətinin əsas növləri təyin olunmuşdur.

Məlumat mübadilə sisteminin bir fəaliyyət növü kimi ənənəvi qlobal münasibətlər sistemində yeri onun ilkin olaraq ümumi formada qəbul edilmiş beynəlxalq hüququn tənzimləmə obyektinə çevrilməsinə səbəb olur. Tarixi baaxımdan yanaşdıqda elektroəlaqə sferasında qəbul olunmuş normativ-hüquqi aktlar, əksər hallarda hökumət idarəetməsi problemlərinin və telekomunikasiya sahəsində yaranan iqtisadi münasi­bət­lər sisteminin texniki aspektlərinə yönəldilmişdir. Bu baxımdan normativ əsaslı tənzimləmədə başlıca rol komunikasiya vasitələrinin adekvatlığı, müvafiq sahədəki fəaliyyətin aşağıda qeyd edilən müxtəlif öhə­dlik­­lərinin müəyyən olunmasına yönəldilmişdir:


  • lisenziya əsasında reallaşdırılmasına;

  • əlaqə vasitələrinin və onlara uyğun sistemlərinin standartlarınnı, habelə sertifikatlaşdırılmasının təmin edilməsinə;

  • rabitə məhsullarının keyfiyyət təminatına;

  • hökumət strukturlarının idarəolunma fəaliyyətinə.

Bütün bunlara baxmayaraq müasir zamanda informasiya hüquq münasibətlərinin spesifik xüsusi elementləri vardır ki, onlara da aşağıdakılar aid edilə bilər:

  • məlumat obyektlərinə və komunikasiya vasitələrinə maddi hüququn tətbiq edilməsi;

  • məlumat sahəsindəki servisə maddi statusunun verilməsi;

  • rəqəmsal və virtual formada olan təsərrüüfat münasibətləri obyekinin mühafizə olunması üçün xüsusi hüquq çərçivənin yaradılması və s.

Qeyd etmək lazımdır ki, müvafiq sahədə müşahidə olunan münasibətlər sistemi informasiya və telekomunikasiya sahəsində beynəlxalq hüquqi tənzimləmənin müxtəlif institutlarının fərqlənməsinə səbəb olmuşdur. Onlara:

  • beynəlxalq səviyyədə münasibətlərin başlıca hüquqi problemləri, o cümlədən telekomunikasiyadan istifadə edilməsi qaydaları;

  • qlobal internet şəbəkəsində istifadə zamanı müxtəlif iştirakçıların hüquqlarının mühafizə edilməsi;

  • “hüquqların kollektiv idarəetməsi” şərti daxilində müşahidə edilən münasibətlər daxildir.

Telekommunikaisya sahəsində şəbəkənin istifadə olunmasına aid edilən dövlətdaxili və qlobal miqyasda qəbul edilmiş hüququn norma və prinsipləri, o cümlədən də komunikasiya hüququ, fərdi mülkiyyət obyektlərinin təhlükəsizliyi hüququ, intellektual mülkiyyət hüquqları kimi müvafiq sahədə idarrəetmə məsələləri çox böyük əhəmiyyət kəsb etməyə başlayır. Başqa sözlə ifadə etmiş olsaq, onların müəyyən edilməsi informasiya texnologiyalarının inkişaf tempindən müüəyyən hallarda geridə qalır. Belə olan təqdirdə hökumətlər adətən ümumi tənzimetmə metodundan yaralanmağa üstünlük verirlər. Yəni bütün fəaliyyət subyektləri üçün beynəlxalq miqyasda olan vahid yanaşma konssepsiyasından istifadə olunur ki, bununla da müvafiq sahədə olan problemlərin milli səviyyədə qanunvericilik aktları hesabına həll edilməsinə maneəçilik törədirlər.

1980-cı ildən başlayaraq Avropa İttifaqında İKT sferasında milli tədbirlər planının razılaşdırılması məqsədilə xüsusi tədbirlər planı işləyib hazırlanmışdır. Avropa İttifaqına daxil olan ölkələrin telekomunikasiya sahəsində həyata keçirdikləri reformaların əsas xüsusiyyəti bütövlükdə telekomunikasiya məhsul və xidməti mübadilə sferasının yaradılması olmuşdur. Bu da çağdaş texnoloji komunikasiya vasitələri ilə təmin olunur.

Informasiya sahəsindəki bazar iqtisadiyyatına xarakterik olan münasibətlərinin inkişafı baxımından mühüm olan telekomunikasiya xidmətləri, habelə müvafiq sahəyə aid xarici təsərrüfat subyektlərinin daxili bazarda iştirakçıya çevrilməsi ilə beynəlxalq hüququn tənzim etdiyi münasibətlər sahəsində problemlər baş qaldırmışdır. Bu problemlər əksər hallarda müvafiq obyektlərə dair müəyyən olunmuş mülkiyyət və bu sahədə ondan istifadə edilməsi ilə əlaqədar olaraq yaranan münasibətlərdən irəli gəlmişdir.

Ümumilikdə telekomunikasiya sahəində məhsul və xidmətlər bazarının formalaşdırılması ilə əlaqədar olaraq 50-ci illərdə qəbul edilmiş Roma konvensiyasında, habelə 1990-cı ildə qəbul edilmiş Maastrikt müqaviləsində müvafiq mexanizmlər öz əksini tapmışdır. Düzdür bu müqavilələrdə bilavasitə telekomunikasiya bazarının formalaşdırılmasından söhbət açılmasa da, mövcud maddələr üzrə aidiyyatı problemə yer verilmişdir. Məsələn müqavilənin 3-cu maddəsində subyekt dövlətlərrin bir daxili bazarının formalaşdırılması qaydaları, habelə məhsulların və xidmətlərin, eləcə də kapital axınlarının sərbəst dinamikası müəyyən edilmiş, bundan əlavə olaraq isə Avropa üzərindən sistemin, o cümlədən də telekomunikasiya sisteminin dirçəldilməsi məsələsi müstəsna əhəmiyyət daşımağa başlanılmışdır.

Yuxarıda qeyd olunan normativ-hüquqi aktların hər ikisində də başlıca məqsədlər aşağıda qeyd olunanlardan ibarətdir:


  • daxili bazarlarda kommersiya baryerlərinin aradan qaldırılması, habelə bununla bağlı lisenziya tədbirlərinin, eyni zamanda istehlak olunan xidmətlərin kəmiyyəti, şəbəkələrin istifadə olunması məhduduiyyətləri və s.

  • bütün üzv dövlətlər üçün texnoloji standart, texniki olaraq sistemə daxilolma üsulları və əlaqə sisteminin yaradəlması məqsədinin icrası üçün məlumatın ötürülməsi;

  • telekomunikasiya sahəsində kommersiya obyekti səviyyəsində xüsusi rejim yaradılması;

  • fərdi istifadəçilərin dövlətə məxsus telekomunikasiya sistemlərindən istifadə etməsinin təmin olunmasının asanlaşdırılması.

Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirsək belə bir qənaətə gəlmək mümkündür ki, Avropa Komissiyasının qeyd olunan normativ-aktları praktiki olaraq telekomunikasiya sahəsində reallaşdırılan xidmətlərin kommersiya qaydalarının yaradılmasına şərait təmin etdi, daxili bazarlarda rəqabətin həvəsləndirilməsi baxımından hüquqi baza və qaydaları təyin etmişdir. Nəticə etibarilə bu tədbirlər müvafiq bazarda hüquqi və fiziki şəxs statusunda istehsalçıların normal fəaliyyətinə şərait yaranmışdır.

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Müxtəlif beynəlxalq agentliklərin apardığı tədqiqatların nəticəsi də son illərdə ölkəmizdə İKT sahəsində əldə edilən uğurları, yüksək inkişaf tempini əyani surətdə təsdiq edir. Belə ki, Dünya İqtisadi Forumunun dərc etdiyi hesabata əsasən, Azərbaycan 2012-2013-cü illəri əhatə edən müdddət üzrə inkişaf etmiş İKT-dan istifadə edilmə səviyyəsinə baxımından Bolqarıstan, Moldova Respublikası, Serbiya, Qazaxıstan Respublikası, Misir, Ukrayna Respublikası və Pakistan kimi bir çox ölkələri qabaqlayaraq, 122 ölkə sırasında 71-ci yeri tutmuşdur. Economist Intelligence Unit və IBM şirkətlərinin illik hesabatlarında respublikamızın 2012-cı ildəki 2.92 inkişaf əmsalı 2013-cü ildə 3.26-ya yüksəlmişdir. Elektron hökumətin qiymətləndirilməsi üzrə ABŞ-ın Braun Universitetinin illik hesabatında isə ölkəmizin göstəricisi 198 ölkə arasında 32-ci mövqedə olmuşdur.

İqtisadiyyatın dinamik inkişafı və informasiya mübadiləsi fonunda yeni informasiya texnologiyalarının meydana gəlməsi və dinamik inkişafı öz növbəsində informasiya və telekomunikasiya texnologiyaları sferasının hüquqi cəhətdən tənzimlənməsini tələb edir. Bu sahədə hüquqi tənzimlənmə bir çox sferaların hüquqi tənzimlənmə effektivliyini də müəyyən edir. İT sferasındakı hüquqi tənzimlənmənin nəzəri və metodoloji əsaslarını tək bir konsepteual sənəddə toplamaq daha məqsədəuyğundur. Bu adıçəkilən sahədə hüquqi tənzimləmənin inkişaf vektorunu daha aydın müşahidə etməyə imkan verir.

İnformasiya texnologiyalarının hər bir ölkədəki hüquqi tənzimlənməsi hər bir cəmiyyət üzvünün, hüquqi şəxslərin müstəqil surətdə informasiya qəbul etmək və yaymaq, sərbəst axtarış etmək hüquqlarını təmin etməlidir. İKT sahəsində hüquq normalarının əsas prinsipi isə əsas hüquq normaları sistemliliyi tələblərinə cavab verməsidir. Bu öz növbəsində informasiya mübadiləsi iştirakçılarının bu sahədə qəbul olunmuş hüquq normalarina əməl etməsini şərtləndirir.

Respublikamızda informasiya cəmiyyətinin inkişafının bir təzahürü kimi elektron hökumət layihəsinin artıq reallaşdırılması müsbət məqam kimi qiymətləndirilsə də, bununla bərabər ümumdövlət əhəmiyyətinə malik olan informasiya bazasının təhlükəsizliyinin təmin olunması sisteminin yaradılması kimi mühüm zəruri məsələ də gündəmə gəlir. Bu sahədə tənzimləyici baza kimi normativ-hüquqi əsasın formalaşdırılması və onun inkişaf etdirilməsi, ölkəmizdə müxtəlif təbəqələri təmsil edən cəmiyyət üzvlərinin informasiya almaq hüququnun bütünlükdə maneəsiz, habelə demokratik hüquqi dövlətə məxsus olan prinsipə istinad edilməklə təmin olunmasına əlverişli şərait yaradılmışdır. İnfor­masi­ya təhlükəsizliyi məsələsi­nin həlli baxımından sistemli yanaşmaya ciddi ehtiyac yaranır. Bu sahədə fəaliyyət göstərən təşkilatlar tərəfindən öz səlahiyyətləri çərçivəsində təşkilati və maddi-texniki bazanın yaradılması üzrə müvafiq işlər aparılmış və hal-hazırda davam etdirrilməkdədir.

Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması, Milli Superkompüter Mərkəzinin yaradılması, e-hökumətin formalaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcək daha bir neçə perspektiv layihəyə də hazırda baxılmaqdadır. Onların sırasında olan milli süni peyk layihəsi ölkəmizin telekomunikasiya və teleradio yayımı tələbatını ödəməklə yanaşı, region ölkələrinə xidmətlər göstərməyə imkan verəcək, ölkəmizdə kosmik sənayenin inkişafı üçün əlverişli şərait yaradacaqdır.

İnformasiya və kommunikasiya texnologiyaları sferasının hüquqi tənzim­ləmə­sinin əsas məqsədi bu sahədə fəaliyyət göstərən subyektlərin fəaliyyəvətənin hüquqi mexa­niz­minin formalaşdırılmasından, vətəndaşların əsas hüquqlarının həyata keçiril­məsi, ictimai və dövlət maraqlarının adı çəkilən sahədə təmin olunması və gündən günə yeniləşib inkişaf edən informasiya texnologiyalarının stimullaşdırılmasıdır. Dövlətin informasiya texnologiyalarını hüquqi baza ilə təmin etməsində aşağıdakı istiqamətlər nəzərə alınmalıdır:



  • yeni qanunvericilik aktlarının və hüquq normalarının qəbul olunması, mövcud boşluqların nəzərə alınaraq aradan qaldırılması;

  • müxtəlif qanun və normativ aktlar qəbul olunarkən bu sahənin daimi inkişafı və gələcəkdə meydana gələ biləcək uyğunsuzluqlar nəzərə alınması;

  • informasiya texnologiyaları sahəsində beynəlxalq muqavilələrdə iştirak edilməsi.

Azərbaycan Qafqaz və Xəzər regionuna internetlə məhsul və xidmətlərin çatdırılmasında “Dubay” rolunu oynaya bilər. Bunun üçün bir sıra inzibati, qanunvericilik və iqtisadi tədbirlər həyata keçirilməlidir:

- İnformasiya texnologiyası parklarının yaradılması (bu mənada Bakıda yüksək texnologiyaları özündə cəmləşdirən institut və elmi-texniki parkların yaradılması);


- xarici investisiyaların cəlb olunması;

- təbliğat proqramlarının işlənilməsi;

- sənaye assosiasiyalarının yaradılması;

- elmi-tədqiqat institutları ilə əlaqələrin yaradılması;

- İKT sahəsində sağlam rəqabət şəraitinin formalaşması;

-Stimullaşdırma sisteminin yaradılması (vergi, fiskal, investisiyaların qorunması);

- Neft şirkətlərinin İKT sektoruna dəstəyin verilməsi üçün həvəsləndirilməsi;

- Dünya ticarət təşkilatına (DTT) daxil olma işlərinin sürətləndirilməsi.

Azərbaycan Respublikasında İKT-nin tətbiqi və inkişafına maraq və istəyi, həmçinin, bunun reallığa çevrilmə imkanlarını aşağıdakılar sübut edir:

- “Seçkilər İnformasiya Mərkəzi” yaradılmış və 2000-ci il Milli Məclisə seçkilər zamanı ən müasir seçki texnologiyalarından istifadə edilmişdir;

- İKT üzrə mütəxəssislərin hazırlanması və treyninqi üçün regionlar miqyasında müxtəlif analoji layihələrin reallaşdırılması;

- “Azərbaycan milli pasport sistemi” layihəsi çərçivəsində çağdaş İKT-ı geniş bir formada tətbiq olunmuşdur;

- Azərbaycanın Respublikasında bankların real vaxt rejimi prinsipinə əsaslanmaqla, bank sistemimizi bütünlüklə əhatə edən elektron əsaslı milli ödəmə sisteminin icrası təmin olunmuş və müvafiq sahədə müxtəlif məbləğli ödəmələr üçün klirinq əməliyyatlarının avtomatlaşdırılması təmin olunmuşdur;

- Respublikada ayrı-ayrı beynəlxalq təşkilatların dəstəyi ilə bir sıra informasiya-maarifləndirmə yönümlü mərkəzlər formalaşdırılmışdır;

- Trans Avropa -Asiya layihəsinin əhatə etdiyi magistral üzrə respublikamızda optik əlaqə kabelləri şəbəkə sistemi yaradılmış və bunun əsasında respublikanın informasiya kanalları rəqəmsal formaya keçirilmişdir;

- Ölkənin gömrük sistemində aparılan əməliyyatların idarəedilməsi və müvafiq gömrüük prosedurlarının təkmilləşdirilməsinə yönəldilmiş məqsəddən irəli gələrək “İnformasiya ötürülmə şəbəkəsi və avtomatlaşdırılmış nəzarət sistemi” yaradılaraq istifaddəyə verilmişdir.

Qeyd etmək lazımdır ki, respublikamızda neft sektorundan sonra qeyri-neft sektoru olaraq inkişaf etdirilməsi lazım olan prioritet sahələrdən ilki olan informasiya və telekomunikasiya sferası düzgün seçim olaraq ictimaiyyətin də dəstəyini alacaqdır. XXI əsr komputer və texnologiyarının surətli inkişaf əsri olduğundan informasiya və onun mubadiləsi anlayışı həyatımızın hər sahəsində özünü büruzə verir. Bu isə cəmiyyətin bütün səviyyələrində əlaqələrin tənzimlənməsi zərurəti yaradır ki bu sahədə düzgün addımların atılması da zərurətə çevrilir. Bunun üçün respublikamız inkişaf etmiş ölkələrin təcrübəsindən faydalanmalı və öz iqtisadiyyatına uyğun olan modeli, tənzimlənmə aspektini seçməlidir.

Göründüyü kimi respublikada İKT sektorunun inkişafı üçün əlverişli imkan­ların olması ilə yanaşı qarşıda görüləsi işlər də çoxdur.


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT



  1. R.M. Əliquliyev “İqtisadi proseslərdə informasiya texnologiyaları” “Elm” nəşriyyatı, Bakı, 2002

  2. “Azərbaycanın Respublikasının rabitəsi: Statistik məcmuə” “Səda” nəşriyyatı, Bakı, 2014

  3. Abbasov Ə., Əlizadə M.,Seyidzadə E., Salmanova M. “İnformatika və kompüterləşmənin əsasları” Bakı, 2006

  4. Telekomunikasyon sektöründe yeni trendler ve yeni ekonomi açısından değerlendirmeler- Selin Posbıyıklı, İstanbul 2007

  5. Telekomunikasyon sektöründe maliyetleme ve maliyete dayalı fiyatlandırma yaklaşımları : Türk Telekomünikasyon AŞ için bir model önerisi- doktora tezi, Vedat Ekergil, 2005

  6. Telekomünikasyon şebekelerinde oyun teorisi yaklaşımı- doktora tezi, Selçuk Arslan, 2006

  7. Türk Telekomünikasyon sektöründe rekabete dair hususlar, Arif Esin,

  8. Telecommunications regulation : An introduction, Nicholas Economides, 2004.

  9. Алгулиев Р.М., Алиев А.Г. Общее состояние и направления развития ИКТ в Азербайджане. Материалы 1-го МРФ. Харьков, 2002;

  10. Алиев А.Г. Формирование цифровой экономики. Труды Респ. Науч. Конф. “Современ. Пробл. информатизации, Кибернетики и ИТ”. III том. Баку, 2003;

  11. Ольга Дергунова, глава представительства Microsoft в Москве “решение проблемы низкой эффективности экономики России через развитие информационных технологий”

  12. Северин В.А. Регулирование коммерческой информации в сфере информационной безопасности предприятий. Альманах “Право-Информация-Безопасность”. Приложение к Российскому юридическому журналу. 2001

  13. Северин В.А. Правовое регулирование информационных отношений - Вестник МГУ. Серия Право. 2000

  14. Бачило И.Л. Интернет как правовое явление для системы права - Проблемы информатизации. 2000, №3.

  15. Бачило И.Л., Лопатин В.Н., Федотов М.А. Информационное право: Учебник 2000

  16. Развитие Телекоммуникационного Рынка и Проблемы Совершенствования его Регулирования в России. А.В. Ефанов, Москва 2008.

  17. В. М. Боер, О. Г. Павельева “Информационное право” 2006

  18. Агапов А. Б. Основы государственного управления в сфере информатизации в Российской Федерации. - М.: Юристъ, 1997.

  19. Волков Ю.В Телекоммуникационное право: Екатеринбург 2008

  20. The future of electronic communications. Ministry of Economic Affairs, The Netherland, 2005,

  21. Digital Tornado: The Internet and Telecommuniations Policy. Kevin Werbach, Washington 1997

  22. Azərbaycan Respublikasının Elektron hazırlığı üzrə hesabat İnformasiya bülleteni. 29-cu buraxılış. Dekabr 2005 Microsoft Kompaniyası

  23. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı;

  24. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan);

  25. Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologi­yaları ilə təminatı Proqramı (2005-2007-ci illər);

  26. Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları Üzrə Milli Strategiya (2003 - 2012-ci illər);

  27. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”;

  28. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;

  29. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı;

  30. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı;

  31. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet səhifəsi - http://mincom.gov.az;

  32. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun rəsmi saytı - http://ict.az;

  33. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya – Hesablama Mərkəzinin rəsmi saytı - www.rabita.az

  34. "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)" - 17 fevral 2003-cü il

  35. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" 21 oktyabr 2005-ci il

  36. “Telekomunikasiya haqqında” Azərbaycan Rspublikasının qanunu- 14 iyun 2005-ci il

  37. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunu 10 may 2005-ci il

  38. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu- 9 mart 2004-cü il

  39. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu – 3 aprel 1998-ci il

  40. 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı – 10 iyun 2008-ci il

  41. "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanunu 7 sentyabr 2004-cü il

  42. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə- 20 fevral 2004-cü il

  43. Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası – Nazirlər Kabineti, 28 yanvar 2006-cı il 27 nömrəli qərar.

  44. "Elektron sağlamlıq kartı" sisteminin tətbiqi Qaydaları" 12 iyun 2006-cı il tarixli 143 nömrəli qərar

WEB Saytlar:


1. http://www.economy.gov.az

2. http://www.cbar.az

3. http://www.meclis.gov.az

4. http://www.president.gov.az

5. http://www.azstat.org

6. http://www.oilfund.az

7. http://www.az–customs.net

8. http://www.taxes.gov.az


АННОТАЦИЯ

В диссертационной работе отмечается, что одним из важных отраслей регу­лирования является регулирование информационных технологии. Ин­формаци­он­­ная система являясь необходимым елементом сов­ременной жизни тесно взаимасвязано с другими отраслями экономики, пос­то­янно оперативно обнавляется и развивается. Информационные технологии сос­тавляют органи­чес­кую часть факторов развития цивилизации.

Информационные технологии является важным сред­ством положительно ваздествующем на развитие общества. Она влияет на ряду государственными органами, институтами гражданского обшества, эконо­мического бизнеса, социалного сектора, так же науке, образования, отраслей културы и повстедне­вной жизни. Во многих развитых и развивающихся стра­нах вслетствии применения информационных коммуникационных технологий были достиг­нуты больщие достижения, и таким образом ни укого не взывает сомнение что информационные технологии ведут будеш­щуму мировую цивилизацию.

В диссертационной работе отмечается, что преступления в сфере информационных технологий включают как рас­пространение вредо­нос­ных вирусов, взлом паролей, кражу номе­ров банков­ских­­­ карт и других банковских реквизитов, так и распространение противоправной информации через­ Интер­нет, а также вредоносное вмешательство через компь­ю­­терные сети в работу различных систем.

Широкое применение информационных техноло­гии даёт силный толчок общему социально-экономическому развитию страны, имеет действеннıе средства снижения бедности. По этому с целью усиления раз­вития использо­вания потенциала страны, подготовка стратегии своей наци­ональной информа­ци­онной технологии явлəятся рещаю­шим. А это осебенно необходимо для такой страны как Азербайджан каторое пере­жи­вает переменя сосиально-экономического развития и стримится интег­ра­ции мировое сообшество.

ANNOTATION

In dissertational work it is noticed, that one of the important branches ­ of regu­lation is regulation of information technologies and ­­­ telecommunications. Information system being necessary ­ a modern life it is close with other branches of economy, ­­ constantly operatively and develops. Information technologies ­ make an organic part of factors of development of a civilisation.

Information communication technologies are the important ­ means positively on development. It influences on a number the state bodies, institutes civil, ­ economic business sectors, as to a science, formations, branches and lives. In many developed and developing countries ­ applications of information communication technologies have been reached the big achievements, and thus the doubt does not appeal that information and communication technologies conduct a world civilisation.

The thesis points out that computer crime include both viruses, hacking passwords, stealing bank cards and other bank details, and the spread of illegal information Internet and malicious interference kompyuter network through operation of the various systems.

Wide application information and communication to technology ­ gives a push to social and economic development of the country, has effective means of decrease in poverty. On it for the purpose of strengthening ­ of development of use of potential of the country, preparation of strategy of the ­ national information and com­mu­ni­ca­tion technology. And it is necessary for such country as Azerbaijan ­ worries ­ changes of economic development and ­ integration ­ world comuniti.

REFERAT


Mövzunun aktuallığı. İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir və o, yoxsulluğun azaldılması üçün təsirli vasitələrə malikdir. Buna görə də inkişafı gücləndirmək məqsədilə ölkə potensialın­dan istifadə etmək üçün hər bir ölkənin öz milli İKT strategiyasının işlənib hazırlanması həlledici əhəmiyyət daşıyır. Bu da Azərbaycan kimi sosial-iqtisadi dəyişikliklər dövrünü yaşayan və dünya birliyinə tam inteqrasiyaya can atan ölkələr üçün xüsusilə vacibdir.

İnformasiya cəmiyyətinə keçid, qloballaşma və dünya birliyinə inteqrasiya Azərbaycanın da üzv olduğu Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası kimi təşkilatların əsas öncəlik verdiyi məsələlərdəndir. İnformasiya cəmiyyətinə keçid üçün müvafiq mühitin yaradılması Azərbaycan Hökumətinin siyasi kursunun tərkib hissəsidir və Milli İKT Strategiyasının işlənməsi bu istiqamətdə atılmış ilk addım kimi mühüm əhəmiyyətə malikdir.

Tənzimlənmənin mühüm sahələrindən biri də informasiya texnologiyaları və telekomunikasiya, o cümlədən elektron ticarət məlumat sistemlərindəki tənzim­ləmədir. İnformasiya sistemi yaşadığımız dövrün mühüm elementlərindən olmaqla başqa iqtisadi sahələrlə sıx əlaqədə olub daima operativ olaraq yeniləşir və inkişaf edir. İnformasiya texnologiyaları sivilizasiyaların inkişafının mühüm faktorlarından birini təşkil edir. Məhz belə bir şəraitdə informasiya və kommunikasiya texnolo­giya­ları sferasının hüquqi tənzimlənməsi, bu sferanın ən səmərəli şəkildə fəaliyyətinin təmin edilməsi üçün hüquqi mexanizmin formalaşdırılması məsələləri xüsusi əhəmiyyət kəsb edir ki, mövzunun istiqaməti də buna həsr olunmuşdur.

Dissertasiya işinin predmeti və obyekti. Dissertasiya işinin obyektini bilavasitə informasiya və kommunikasiya texnologiyaları sferası seqmenti kimi eleektron ticarət və onun təhlükəsizliyi ilə bağlı müasir hüquqi tənzimləmə mexanizmləri və bununla bağlı proseslər, predmetini isə informasiya və kommunikasiya texno­logiyaları sferasının tənzimlənməsi prosesində hüquqi mexanizmin yeri və rolunun müəyyənləşdirilməsi təşkil edir. Dissertasiya işinin nəzəri və metodoloji əsasını informasiya və kommunikasiya texnologiyaları sferasının hüquqi tənzimlənməsi ilə bağlı iqtisadçı alimlərin tədqiqat­ları və digər araşdırmalar təşkil edir.

Dissertasiya işinin elmi yeniliyi informasiya və kommunikasiya texnologiyaları sferasının mühüm fəaliyyət sahəsi olan elektron ticarətin reallaşdırılmasını təmin edən qanunvericilik bazasının kompleks təhlili, habelə onun təhlükəsizliyinin daha effektiv təmin edilməsinə xidmət edən praktik fəaliyyət mexanizminin işlənib hazır­lan­ması ilə şərtlənir. İşin informasiya mənbəyini işin yazılması prose­sin­də aparılmış tədqiqatın praktikliyini təmin etmək məqsədilə Azərbaycan Respubli­ka­sı­nın infor­ma­si­ya və kommunikasiya texnologiyaları sferasının vəziyyətini səciy­yə­ləndirən sta­tistik göstəricilər, Azərbaycan Dövlət Statistika Komitəsinin, Azərbay­can Res­pub­li­­ka­sı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və İqtisadiyyat Nazirlik­lərinin materilalları, hüquqi tənzimlənmə vəziy­yəti­ni təhlil etmək üçün isə sahənin hüquqi bazasını təşkil edən geniş normativ – hüquqi aktlar toplusundan istifadə edilmişdir.

Dissertasiya işinin strukturu və məzmunu. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflərdən ibarıtdir. Birinci fəsildə informasiya cəmiyyətinin formalaşması və inkişafında telekomunikasiya sferasının yeri və rolu, informasiya və telekomunikasiya sferasındakı iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin zəruriliyini şərtləndirən amillər, habelə informasiya və telekomunikasiya sferasındakı hüquq münasibətlərinin təsnifatı əks etdirilmişdir.



İkinci fəsildə isə telekomunikasiya və informasiya sferasindakı fəaliyyətin tən­zim­lənməsinin hüquqi təminatı, telekomunikasiya və informasiya sferasında fəa­liyyəti tənzimləyən dövlət orqanlarının hüquqi vəziyyəti, Azərbaycan Respubli­ka­sın­da telekomunikasiya və informasiya sferasındakı iqtisadi münasibətlərin tənzimlən­mə-si­nin səciyyəvi xüsusiyyətləri təhlil olunmuşdur.

Üçüncü fəsildə isə Azərbaycan Respublikasında telekomunikasiya və infor­masi­ya sferasindakı iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin təkmilləş­diril­məsi istiqamətləri, Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi və onun mü­ha­fizəsinin hüquqi təminatının təkmilləşdirilməsi, həmçinin telekomunikasiya və informasiya sferasindaki iqtisadi münasibətlərin hüquqi tənzimlənməsinin beynəl­xalq təcrübəsi araşdırılmışdır.
Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin