Nisbətən dönərli valyutalar yalnız bəzi valyutalara dəyişdirilə bilən, bir sıra valyuta məhdudiyyətləri qoyulmuş ölkənin pul vahididir.
Dönərsiz valyuta – xarici və milli valyutanın xaricə aparılıb gətirilməsinə məhdudiyyət qoyulmuş, digər valyutalara dəyişdirilə bilməyən, bir sözlə, valyuta məhdudiyyətləri olan ölkənin pul vahididir. İnkişaf etmiş ölkələrin çoxunun pul vahidləri dönərsizdir.
Valyuta sərvətlərinə – xarici valyuta, xarici valyutada qiymətli kağızlar (ödəniş sənədləri, borc öhdəlikləri və s.), qiymətli metallar (zərgərlik məmulatları), qızıl, gümüş, platin, palladium, radium, firenium, osmium, təbii daş-qaş (almaz, yaqut, zümrüd, mirvarıi və s. ) aid edilir.
Qiymətli metallardan və qiymətli təbii daş-qaşdan hazırlanmış məmulatın zərgərlik və digər məişət məmulatlarına, yaxud onların qırıntılarına aid edilməsi qaydası və şərtləri AR Nazirlər Kabineti müəyyən edir.
Dostları ilə paylaş: |