Magİstratura mərkəz


Qələvi metal oksidləri (R



Yüklə 462,57 Kb.
səhifə25/77
tarix10.01.2022
ölçüsü462,57 Kb.
#106565
1   ...   21   22   23   24   25   26   27   28   ...   77
Qələvi metal oksidləri (R2O) – əksəriyyət şüşə məmulatlarının istehsalında əsas tərkib hissələrindən hesab olunur.

Natrium oksidi şüşənin əsas tərkib komponentlərindən hesab olunur. Natrium oksidini şixtanın tərkibinə daxil etmək üçün sulfat və sodadanistifadə edilir.

Natrium sulfatın iki növü vardır: təbii və süni. Süni sulfat kimya sənayesində duz turşularının istehsalı zamanı alınır.

Təbii sulfat ağ rəngdə olmalıdır, 1-ci sortun tərkibi (quru maddədə) aşağıdakı kimi olmalıdır: Na2SO4 96,5%-dən az olmayaraq, Fe2O3 0,01%-dən çox olmayaraq, NaCl 1%-dən çox olmayaraq, kükürdlü kalsium 0,8%-dən çox olmayaraq, rütubət 3%-dən artıq olmamaqla, suda həll olmayan qalıqlar 1,5%-dən çox olmamaqla.

Keçmiş İttifaq ərzazisində ən böyük sulfat yataqları Xəzəryanı və Aralyanı rayonlarda, Kulundinsk çölündə (Kuçuk gölü) yerləşir. Nisbətən az zəngin tədqiq olunmuş yataqlar sırası Qərbi Sibirdə Kazaxıstanda, Gürcüstanda və s. yerləşir.

Mirabilit (ağ rəngli) şəffaf, rəngsiz, hərdən iri monoklinik sistem kristalları şəklində fərqlənir. Tərkibində 19,2% Na2O; 24,8% SO3; 56% H2O olan mirabilit tərkibində suyun miqdarı əhəmiyyətli dərəcədə çox olduğundan şüşə zavodlarında demək olar ki, tətbiq olunmur.

Susuz sulfat Na2SO4 mirabilitdən alınır. Tərkibi 43,7% Na2O və 56,3% SO3-dən ibarətdir. 100 çəki hissə susuz sulfatdan şüşəyə 43,7 çəki hissə keçir. Susuz sulfat parçalanmadan 884C-də əriyir və 1200-1220C- isə parçalanır.

Tenarit Na2SO4 rəngsiz və yaxud boz rəngə boyanmış kristallardan ibarətdir (xüsusi çəkisi 2,68). Onun tərkibində adətən xörək duzu (5-7%) sulfatlı kalsium (14%) və maqnezium (5%) olur. Tenarit yataqları Orta Asiya gölü sırasında yerləşir.


Yüklə 462,57 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin