Stronsium oksidi SrO (molekul çəkisi 103,63).Şixtaya stronsianid mineralı SrJO3 (70,2% SrO) və ya selestin SrSO2 (56,42% SrO) şəklində daxil edilir. SrO şüşə şirə və emal istehsalında məhdud şəklində tətbiq olunur.
Qurğuşun oksidi PbO. Şüşənin tərkibinə daxil etmək üçün qurğuşun süləgənindən və qurğuşun 2 oksidindən istifadə edilir.
Qurğuşun süləgəni Pb3O4 (molekul çəkisi 685,63, xüsusi çəkisi 9-9,2). Şüşəyə 97,7% PbO-u daxil edir. Qurğuşun 2 oksidi peçdə 360-380C temperaturda oksidləşdirilməsindən alınır.
Qurğuşunlu şüşələrdə tərkibə qurğuşun süləgəninin daxil edilməsi daha yaxşıdır, belə ki, onun tərkibində metal qurğuşun qarışığı az olur, surikin parçalanması zamanı oksigen ayrılır ki, bu da şüşə kütləsinin şəffaflığına səbəb olur. Qurğuşunlu şüşələrdə şüşə əmələgəlmə reaksiyası natrium-kalium şüşələrinə nisbətən daha aşağı temperaturda baş verir, həmçinin şəffaflaşma da asan yaranır.
Qurğuşunlu şüşə natrium-kalium şüşələrinə nisbətən asan cilalanır. Sındırma göstəricisi çox yüksəkdir, çəkisi ağırdır. Lakin onlar turşuların və atmosferin təsirinə qarşı kifayət qədər davamlı deyillər. Tərkibində başqa komponentlərin hesabına PbO-nin miqdarının artması şüşənin özlülüyünü aşağı salır, xüsusilə yüksək temperaturda. PbO-i əsasən optiki şüşələrin, büllur qabların istehsalı, süni, qiymətli daş və emal üçün tətbiq edilir.
Dostları ilə paylaş: |