Litium oksidi, rubidium və sezium oksidləri. Litiumlu minerallar şüşə istehsalında az istifadə olunur. Lepidolit LİFKFAl2O33SiO2 asan əriyən olduğu üçün alüminium materialını şüşə tərkibinə daxil etmək üçün də işlədilir. Litium birləşmələrinə nisbətən şüşə istehsalında daha az istifadə edilir.
2.2. Şüşənin tərkibinə qələvi oksidlərini daxil etmək üçün istifadə edilən xammallar
Bu qrup oksidlərdən şüşə istehsalında əsasən CaO və MgO istifadə olunur. Kalsium oksidi şüşənin tərkibinə əhəng, təbaşir, az hallarda mərmər vasitəsilə daxil edilir.
Əhəng daşı ağ rəngli və yaxud tərkibindəki dəmir oksidinin miqdarından asılı olaraq sarı, qırmızımtıl rənglərdə rast gəlinə bilən dağ süxurudur. Müxtəlif tərkibdə olur. Şüşə bişirilməsində istifadə olunan əhəngin tərkibində 53% kalsium oksidi, 0,2% çox olmamaqla dəmir-oksidi olmalıdır. Tərkibində xeyli miqdarda karbonlu maqnezium duzu olan əhəng dolomit adlanır.
Təbaşir ağ rəngli olmaqla karbonatlı kaliumun xırda amorf hissəciklərindən ibarətdir. A markalı əla sortlu təbaşirin tərkibində kalsium karbonat – 98%-dən az olmamalı, dəmir oksidi isə – 0,2%-dən artıq olmamalıdır.
Mərmər – dağ mənşəlidir, tərkibində 99-99,5%-ə qədər CaCO3vardır. Mərmər əhəng və təbaşirdən tərkibində əsas maddənin CaCO3-ın çox olması ilə fərqlənir, kimyəvi tərkibi daimidir, dəmir oksidinin miqdarı 0,015%-ə qədərdir. Təbaşir və əhəng yataqları əsasən Kursk, Leninqrad və Moskva vilayətlərində, Ukraynada, Qafqazda, Uralda və Sibirdə yerləşir.
Əhəng və təbaşir sortlu qablar istehsalında istifadə olunduqda tərkibində Fe2O3-ün miqdarı 0,03%, cilalanmış şüşələr üçün 0,1% pəncərə şüşəsi üçün isə 0,2% olmalıdır.
Dostları ilə paylaş: |