İşığı sındırma göstəricisinin şüşənin kimyəvi tərkibindən asılılığı. Optiki şüşəbişirmənin qarşısında duran əsas vəzifələrdən biri müxtəlif optiki sabitliyə malik geniş çeşidli şüşənin hazırlanmasıdır. Bu tapşırığın həlli müxtəlif şüşəyaradıcı oksidlərin şüşənin optiki sabitliyinə təsiri haqqında biliklərimizin zənginləşdirilməsi ilə mümkündür. Hazırki dövrdə demək olar ki, bütün elementlərin oksidlərinin şüşənin sındırma və dispersiya göstəricilərinə təsiri (silikat şüşələrində) tədqiq olunmuşdur. Çoxsaylı eksperiment materialların tədqiqatına əsaslanmaqla şüşələrin optiki sabitliyinin onun tərkibindən asılılığı haqqında aşağıdakı təklifləri vermək olar:
- oksidlərin miqdarı şüşənin optiki sabitliyinə təsir edir;
- bir çox oksidlərin təsiri keyfiyyətcə eynidir, öz aralarında yalnız kəmiyyət nisbətilə fərqlənir;
- bu və ya digər oksidin təsiri, şüşənin tərkibinə daxil olan həmin oksidin yaratdığı struktur və kimyəvi komplekslə təyin edilir (şüşənin strukturunda müxtəlif silikatların yaranması).
Sındırma göstəricisini təqribi olaraq aşağıdakı formula ilə hesablamaq olar:
,
burada P1, P2, P3 – oksidlərin şüşədə miqdarı, %-lə;
n1, n2, n3 – bu oksidlərin şüşədəki xüsusi sındırma əmsalıdır.
Xüsusi əmsalların qiymətini yalnız verilən seçilmiş şüşə qrupu üçün dəyişməz hesab etmək olar. L.N.Demkin düsturu ilə sındırma göstəricisini mində birə qədər və hərdən daha çox dəqiqliklə hesablamaq olar.
Burada, Mst – nd şüasındırma göstəricisinin qiyməti və ya şüşənin orta dispersiyası nfnc.
P1, P2, P3 – oksidlərin şüşədə miqdarı;
S1, S2, S3 – müxtəlif oksidlər üçün əmsallar;
m1, m2, m3 – şüşədə müxtəlif oksidlərin sındırma göstəricisini və ya dispersiyanı xarakterizə edən əmsallar (Cədvəl 3.2).
Cədvəl 3.2
Dostları ilə paylaş: |