Nadir torpaq boyaqları.
Əsasən sənayedə nadir torpaq elementlərindən serium qrup elementləri oksidlər şəklində texniki və dekorativ şüşələrin boyanmasında və rəngsizləşdirici kimi və həmçinin ultrabənövşəyi şüaları əksetdirici kimi və optiki şüşələrin istehsalında istifadə edilir. Nadir torpaq oksidləri ilə boyanmış şüşə xüsusi parlaqlığı ilə seçilir və günəş təsirindən öz rəngini dəyişmir.
Serium oksidi CeO2 (molekul çəkisi 172,15) şüşəyə gözəl sarı rəng (qırmızı çalarlı) verir. Qızılı-sarı rəng bərabər və ya ikiqat miqdarda titan oksidi əlavə etməklə alınır.
Döşəmə məmulatlarında parlaq sarı-qızılı rəng almaq üçün 100kq quma 2,5kq serium və 4kq titan oksidi əlavə etmək lazım gəlir.
Serium oksidi həmçinin kimyəvi rəngsizləşdirici kimi də tətbiq olunur. Serium şixtaya serium oksidi, karbonatlı serium və ya hidratlar şəklində daxil edilir. Onu ultrabənövşəyi şüaları əks etdirən, rentgen trubaları, müxtəlif növlü texniki şüşə istehsalında, emal istehsalında karlaşdırıjı, həmçinin optiki şüşələri cilalamaq üçün tətbiq edirlər.
Seriumlu şüşə öz şəffaflığını güclü radioaktiv şüalanmanın təsiri altında da qoruyub saxlayır, nüvə reaktorunun personalını zərərli radiasiya təsirlərindən qoruyur.
Dostları ilə paylaş: |