Samarium oksidi Sn2O3 şüşəyə gözəl yaşıl rəng verir. Üçvalentli birləşmələrindən başqa ikivalentli birləşmələri də məlumdur. Bu birləşmələr işıq texnikası şüşələri üçün tətbiq edilir.
Lantan oksidi La2O3 fotoaparat linzalarında təsvirin dəqiq alınması üçün tətbiq edilir. Bundan başqa La2O3-li şüşələr yüksək suyadavamlı şüşələr hesab olunur.
Kolloid boyaqlar. Yuxarıda qeyd olunduğu kimi, qızıl, mis, selen, sürmə şüşənin tərkibində kolloid dispersiya vəziyyətində olur, təkrar qızdırma zamanı qırmızı rubin rəngi yaradır, kolloid gümüş şüşəni sarı rəngə boyayır.
Qızıl. Şüşəni qızılı yaqut (çəhrayıdan tünd purpur rəngə qədər) adlanan rəngə boyamaq üçün xlorlu qızıldan istifadə edilir ki, bu da metallik qızılın konsentrasiyalı duz və azot turşusunda məhlulundan ibarətdir. Bişirmə çox yüksək temperaturda qızılın tamamilə həll olması və daha təmiz rəngli şüşənin alınması məqsədilə aparılır. Boyağın intensivliyi həmçinin əhəmiyyətli dərəcədə təkrar qızdırma zamanı ayrılan boyaq hissəciklərinin ölçü və miqdarından da asılıdır.
Qızılı yaqut həm qurğuşunlu, həm də adi şüşə tərkibində alına bilər. Qurğuşunlu şüşə qızılın daha yaxşı həll olması və təkrar qızdırmada daha tam şəkildə ayrılması üstünlüyünə malikdir ki, bu da az qızıl sərfi ilə intensiv boyanmanı təmin edir. Boyanmanı asanlaşdırmaq həminki rubin rəngini almaq üçün şixtaya 0,2-dən 2%-ə qədər qalay daxil edilir. Qırmızı rəngi gücləndirmək üçün tərkibə az miqdarda azot turşulu gümüş və sürmə oksidi (0,2-2%) daxil edilir.
Çəhrayı rəngli məmulat almaq üçün 0,01%, qırmızı rəng üçün qurğuşunsuz məmulatlarda 0,02-0,03%, qurğuşunlularda isə 0,015-0,02% metallik qızıl əlavə etmək lazımdır.
Qızılı yaqut rəngi ən çox bədii şüşə məmulatlarının istehsalında tətbiq edirlər.
Mis. Mis yaqutunun alınması üçün Cu2O- dən daha çox istifadə olunur. Hansı ki, bu başqa birləşmələrdən alına bilmir, bir qədər isə sulfatlı misdən istifadə olunur.
Dostları ilə paylaş: |