Sürmə (antimon). Sürməli yaqutun alınması üçün natrium-kaliumlu şüşə şixtasına üçoksidli antimon, kükürd və kömür daxil edilir. Bişmə prosesində natrium-sulfid, təkrar qızdırmada isə kükürdlü antimon alınır.
Sürməli yaqutu onun texnologiyasının kifayət qədər öyrənilməməsinin nəticəsində məhdud tətbiq edilir. O, qırmızı rəngli siqnal və başqa şüşələrin hazırlanmasında istifadə oluna bilər.
Gümüş şixtaya hər şeydən əvvəl gümüş-nitrat şəklində daxil edilir (molekul çəkisi 169,89, xüsusi çəkisi 4,3). Gümüş nitratdan ayrılmış kolloid gümüş təkrar qızdırmada şüşəni sarı rəngə boyayır. Belə şüşələrin rəngi şixtaya ikioksidli qalay əlavə edilməsilə yaxşılaşır. Nitratlı gümüşlə boyadılmış şüşə yüksək temperaturda oksidləşdirilmiş soba rejimində bişirilir.
Dostları ilə paylaş: |