Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu



Yüklə 461,5 Kb.
səhifə26/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
Cədvəl 1.3.2

İnvestisiya portfelinin təsnifləşdirilməsi

Təsnifləşdirmə əlamətləri

İnvestisiya portfelinin təsnifləşdirilməsi

1. İnvestisiya obyektlərinə görə

Real investisiya portfeli, qiymətli ka-ğızlar portfeli, bank depozitlərinə maliy-yə qoyuluşu portfeli, dövriyyə kapitalına yönəldilən investisiya portfeli

2. Müəssisənin investisiya strategiya-sına uyğunluğu əlamətinə görə

Artım portfeli (yüksək templi kapital artımına nail olmağı təmin edən inves-tisiya obyektlərinin formalaşması və yüksək risk səviyyəsinə uyğun gəlməsi)

3. Müəssisənin investisiya strategiya-sının məqsədinə nail olunması səviy-yəsi üzrə

Balanslaşdırılmış portfel (müəssisənin investisiya strategiyasına tam uyğun gəlir), balanslaşdırılmamış portfel (müəssisənin investisiya strategiyasına tam uyğun gəlmir)

Beləliklə, investisiya portfelinin formalaşdırılması və ondan məqsədəuyğun istifadə edilməsi investisiya qoyuluşlarının iqtisadi-sosial səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətlərindən biri hesab edilir.

Aparılan təhlillər və müşahidələr göstərir ki, bazar iqtisadiyyatının inkişafı təsərrüfat subyektlərin rəqabət qabiliyyətinin artırılmasını, onların fəaliyyətinin sabitliyinin və dayanaqlılığının təmin olunmasını obyektiv zərurətə çevirir. Bütövlükdə cəmiyyətin inkişafı maddi nemətlərin geniş təkrar istehsalına əsaslanır ki, bu da Ümumi Daxili Məhsulun və məcmuu gəlirlərin artırılmasını təmin edir. Bu artımın təmin olunmasında şirkətin investisiya fəaliyyəti müstəsna rol oynayır. Onu da qeyd etmək lazımdır ki, səmərəli investisiya siyasətinin həyata keçirilməsində obyekt və subyektlərin düzgün müəyyənləşdirilməsi (ölkədə investisiya qoyuluşları üçün bütün istehsal və sosial sahələr obyekt hesab edilə bilər), onun məqsədinin dəqiq formalaşdırılması ölkədə strategi əhəmiyyət kəsb edən istehsal və xidmət sahələrinə, xüsusilə də, sosial infrastrukturun yaradılmasına və son nəticədə mənfəətin əldə edilməsinə əlverişli şərait yarada bilən məsələlərin həll olunmasına bilavasitə kömək göstərə bilər. Odur ki, investisiya fəaliyyətinin obyekti dedikdə, iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən əsas kapital, dövriyyə kapitalı, qiymətli kağızlar, intellektual sərvətlər, elmi-texniki məhsullar və digər mülkiyyət obyektləri, habelə, əmlak hüquqları və s. başa düşülür. Beləliklə, investisiya qoyuluşlarının obyektləri konkret olaraq ölkənin qarşısında duran ictimai-siyasi və sosial-iqtisadi vəzifələrdən asılı olaraq müəyyənləşdirilir. Məlum həqiqətdir ki, müxtəlif obyektlərə investisiya qoyuluşları maraqlı tərəflərin mənayelərinə uyğun formada həyata keçirilir. Respublikamızda yeraltı və yerüstü sərvətlərdən tam və səmərəli istifadə edilməsi məqsədilə xarici investisiya qoyuluşları sahəsində ikitərəfli və çoxtərəfli müqavilələr imzalanmış və bu da neft-qaz hasilatının artmasına, eləcç də, iqtisadiyyatın strukturunda əsaslı keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb olmuşdur. Sonuncu ifadədən göründüyü kimi, respublikamızda xarici investisiya qoyuluşlarının əsas obyektləri düzgün olaraq neft-qaz sənayesi hesab olunur. Xarici investorlar, bir qayda olaraq Azərbaycan ərazisində aşağıdakı istiqamətlər üzrə investisiya qoyuluşları həyata keçirilir:

1). Azərbaycan Respublikasında müvafiq filialların yaradılması;

2). Müəssisələrin, binaların, qurğuların, iştirak payının, səhmlərin, istiqrazları və digər qiymətli kağızların, eləcə də qanunvericiliyi uyğun olaraq digər əmlakın alınması;

3). Torpaqdan və digər təbii resurslardan istifadə hüququnun alınması;

4). Borc, kredit, əmlak və digər mülkiyyət hüququnun verilməsi; xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan ərazisində fəaliyyət göstərən və qanunverigiliklə müəyyən edilmiş digər normaların tələblərinə cavab verməyən və dövlətin iqtisadi-mənafelərinə zidd olan obyektlərin investisiyalaşdırılması qanunla qadağan edilir.

Yuxarıda qeyd olunduğu kimi, investisiya fəaliyyətinin səmərəliliyinin yüksəldilməsində subyektlərin düzgün seçilməsi həlledici rol oynayır. «İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda qeyd edilir ki, xarici ölkələrin vətəndaşları və hüquqi şəxslər, vətəndaşlığı olmayan şəxslər, eləcə də ayrı-ayrı dövlətlər investisiya fəaliyyətinin subyektləri hesab edilə bilər. Məlum olduğu kimi, investisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sərvətlərin istifadə edilməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarların yerinə yetirilməsini təmin edən subyektlər investorlar hesab olunur. İnvestorlar, öz növbəsində investisiya fəaliyyəti ilə əlaqədar əmanətçi, kreditor və alıcı qismində çıxış etməklə investisiya fəaliyyəti iştirakçılarının funksiyalarını yerinə yetirir. Mülkiyyət formasından və təsərrüfat fəaliyyətinin növündən asılı olmayaraq investisiya fəaliyyətinin iştirakçıları bərabər hüquqlara malikdir. Azərbaycan Respublikasının ərazisində investisiya prosesinin həyata keçirilməsi zamanı yaranan münasibətlər «İnvestisiya fəaliyyəti haqqında» Qanun və digər normativ aktlarla tənzimlənir. Bu zaman hər bir investor müstəqil olaraq investisiya qoyuluşlarının məqsədini, istiqamətini və həcmini müəyyənləşdirir və bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir. Ölkənin müvafiq qanunverigilik aktlarına uyğun olaraq hər bir investor investisiya obyektlərinə və onların nəticələrinə sahiblik etməklə bərabər, həm də sərəncam vermək və ticarət əməliyyatlarını həyata keçirmək hüququna malik olur. İnvestorun belə hərəkəti müstəqil qaydada qarşılıqlı müqavilə əsasında həyata keçirilir.

Aparılan təhlillər və müşahidələr göstərir ki, müasir dövrdə investisiya fəaliyyəti subyektlərinin üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu vəzifələrə aşağıdakıları aid etmək olar:

1). Maliyyə vəsaiti hesabına həyata keçirilən investisiyanın həcmi və onun maliyyələşdirilməsi mənbəyi haqqında yerli banklara, yaxud maliyyə orqanlarına vaxtaşırı arayış təqdim olunması;

2). Əsaslı tikinti və xüsusi icazə tələbə edən obyektlər üçün müvafiq dövlət orqanlarından razılıq əldə edilməsi;

3). Qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydalara və standartlara əməl olunması;

4). İnvestisiya layihələri üçün texnoloji və ekoloji rəylərin alınması, müəyyənləşdirilmiş qaydada mühasibat və statistik hesabatların təqdim edilməsi, haqsız rəqabətə yol verilməməsi və antiinhisar tənzimlənməsinin tələblərinə əməl olunması;

5). Xüsusi attestasiya tələb edə niş növlərinin yerinə yetirilməsi üçün investisiya fəaliyyəti iştirakçılarının lisenziya əldə etməsi; Qanunvericilik aktlarına uyğun olaraq bu cür işlərin siyahısı Milli Məclis tərəfindən müəyyənləşdirilir və onlara lisenziya veriməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

Bir qayda olaraq investisiya fəaliyyəti subyektlərinin səlahiyyətinə müqavilənin bağlanılması, tərəflərin seçilməsi, öhdəliklərin müəyyənləşdirilməsi və s. aid edilir. Məlum həqiqətdir ki, investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinə əməl edilməsi, onun subyektlərinin hüquqi və mənafelərinin təminatçısı rolunda dövlət çıxış edir. İnvestisiya fəaliyyətinin subyektləri arasında bağlanılmış müqavilənin şərtlərinin dəyişdirilməsi hər iki tərəfin razılığı əsasında mümkün olur. İnvestisiya fəaliyyəti subyektlərinin işinə dövlət orqanları və onların vəzifəli şəxsləri nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində müdaxilə edə bilər. Bununla əlaqədar olaraq «İnvestisiya fəaliyyəti haqqında» Qanunda «dövlət və başqa orqanlar investorlar və investisiya fəaliyyətinin digər subyektlərinin hüquqlarının pozulması faktını qəbul etdikdə, investisiya fəaliyyəti subyektlərinə dəyən zərəri bu orqanlar tam həcmdə ödəyir» maddəsi xüsusi vurğulanır.

Beləliklə, yuxarıda deyilənlər investisiya qoyuluşunun obyekt və subyektləri arasında qarşılıqlı əlaqənin mövcudluğunu bir daha sübut edir.





Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin