Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu


Xidmət sferası müəssisələrində investisiya qoyuluşlarına



Yüklə 461,5 Kb.
səhifə27/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   23   24   25   26   27   28   29   30   ...   41
1.4. Xidmət sferası müəssisələrində investisiya qoyuluşlarına

olan tələbatın müəyyən edilməsi metodikası
Respublika iqtisadiyyatının neftdən asılı olmayan klassik bazar münasibətlərinə keçirilməsi sistemli struktur dəyişikliklərinin və iqtisadi islahatların aparılmasını tələb edir ki, bu da son nəticədə investisiya qoyuluşlarına olan tələbatı daha da artırır. İnvestisiya qoyuluşlarının həcminin və strukturunun müəyyən edilməsi, ölkədə mövcud olan yeraltı və yerüstü sərvətlərdən tam və səmərəli istifadə etməklə bazar münasibətlərinə xas strukturun formalaşdırılması və habelə, əsas kapitalın təkrar istehsalı investisiya qoyuluşu həcminin artırılmasını tələb edir. Danılmaz həqiqətdir ki, respublikanın iqtisadi və sosial inkişafında qarşıda duran vəzifələrin yerinə yetirilməsi və investisiya qoyuluşlarının strateji istiqamətlərinin müəyyənləşdirilməsi mühüm vəzifələrdən biri hesab edilir. Məlumdur ki, xarici investorların maraqları heç də bizim arzumuzla reallaşdırılmır. Deməli, hər bir firma və şirkət onları maraqlandıran sahələrin inkişafına daha çox xarici investisiya qoyuluşunun yönəldilməsinə maraqlı olur. Buna görə də, xarici investisiya qoyuluşlarının həcmi və strukturu bilavasitə yuxarıda sözügedən amillərlə şərtlənir və yerinə yetirilməsinə istiqamətlənir. Lakin, daxili investisiya qoyuluşlarına gəldikdə, bu problem respublikanın müvafiq təşkilatları və fiziki şəxsləri tərəfindən müəyyənləşdirilir. Amma, daxili investisiyanın həcmini müəyyənləşdirmək üçün ümumi prinsiplərə uyğun olaraq onlar üçün ilk növbədə hüquqi təminat verili və investisiya qoyuluşlarında xüsusi stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Belə tədbirlər sistemində daxili investisiyanın getdikcə artırılması və onun iqtisadi səmərəliliyinin yüksəldilməsi başlıca yer tutur. Adətən, yeni istehsal münasibətlərinin formalaşdırılması prosesində daxili investisiya qoyuluşlarına hüquqi təminatla bərabər, sərbəst fəaliyyət üçün daxili investorlara əlverişli şərait yaradılır. Belə ki, bu şəxslər öz fəaliyyətini dövlətin hüquqi-iqtisadi qanunları çərçivəsində reallaşdırır. Məlumdur ki, belə bir etibarlı mühitin formalaşması şəraitində nəinki daxili investorların, eləcə də xarici investorların fəaliyyət sferasını daha da genişləndirmək olar.

Ümumiyyətlə, konkret iqtisadi şəraidən asılı olaraq sosial-iqtisadi inkişafın tənzimlənməsinin və strukturunun müəyyənləşdirilməsinin özünə məxsus xüsusiyyətləri və prinsipləri var. Bu prinsiplərdən ən başlıcası istehsal vasitələrinin və istehsal güclərinin artırılması yolu ilə investisiya qoyuluşlarının həcminin müəyyənləşdirilməsi hesab olunur.

Ölkə iqtisadiyyatının sahələri üzrə istehsal güclərinin hesablanılması üçün investisia qoyuluşlarının həcmi və strukturu müvafiq riyazi hesablamalarla əsaslandırılır və hər bir sahə üzrə proqnoz rəqəmlər əsasında tələb olunan istehsal gücü balansı müəyyənləşdirilir. Bunun üçün istifadəyə verilən orta illik istehsal gücündən istifadə edilməsinin proqnoz göstəriciləri təyin edilir. İnvestisiya qoyuluşlarının proqnozu işlənilib hazırlanarkən ilk növbədə fəaliyyətdə olan müəssisələrdə təşkilati-texniki tədbirlərin həyata keçirilməsi hesabına istehsal güclərinin artırılması imkanları nəzərə alınır. Bununla yanaşı, istehsalın genişləndirilməsi və yenidən qurulması hesabına istehsal güclərinin işə salınması həcmi də müəyyənləşdirilir.

İnvestisiya axınının mümkünlüyü Ümumi Daxili Məhsulda investisiyanın xüsusi çəkisi göstəricisi əsasında müəyyən edilir. İnvestisiya axınının mümkünlüyünün mühüm komponentlərindən sayılan biri xarici investisiya resurslarına tələbat ölkənin ümumi investisiya tələbatının proqnoz rəqəmləri əsasında onların maliyyələşmə mənbələri nəzərə alınmaqla qiymətləndirilir. Onu da qeyd etmək yerinə düşər ki, xarici investisiya resurslarına tələbat təhlil edilərkən ölkənin kredit təhlükəsizliyi aşağıdakı parametrlər əsasında xarakterizə edilir:

1). Borcun ümumi məbləğinin ÜDM-a nisbəti;

2). Borcun ümumi məbləğinin illik idxalın həcminə nisbəti;

3). İl ərzində borc üzrə ödəmələrin həcminin idxaldan əldə edilən gəlirlərə nisbəti;

Ekspert qiymətləndirmə metodundan istifadə etməklə xarici investisiya resurslarının həcmini müəyyənləşdirmək olar. Bu halda iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə real investisiya resurslarını (İn.e.h.) aşağıdakı düstur vasitəsilə hesablanılır:

İn.e.h. = Ki ÜDM + Yin (1.1.)
burada, Ki – ÜDM-da real investisiyanın xüsusi çəkisini ifadə edən əmsalı, Yin – isə investisiyanın mümkün həcmini göstərir.

Perspektiv dövrlərdə investisiya qoyuluşlarına olan tələbat proqnozlaşdırılarkən sahələrarası balans metodundan istifadə edilir. Sahələrarası balans modelinin əsasını «İnvestisiya» bloku təşkil edir ki, bu da digər bloklarla qarşılıqlı əlaqədar olmaqla iqtisadi inkişafı tam xarakterizə etməyə imkan verir. Bu model vasitəsilə əsaslı vəsait qoyuluşlarının strukturu və ona təsir edən amillər araşdırılır. Sahələrarası balans modeli əsaslı vəsait qoyuluşunun sahə, təkrar istehsal və texnoloji strukturlarının qarşılıqlı əlaqəsi vasitəsilə həyata keçirilir.

Xidmət sferası müəssisələrində əsas fondların artımına yönəldilmiş əsaslı vəsait qoyuluşlarına tələbatın həcmini (ƏVQtny) belə hesablamaq olar:
(ƏVQtny) = K ƏF (1.2.)
burada, K - t ilində y sahənin fondtutumu əmsalını, C - t ilində y sahənin istehsal həcmini, ƏF - (t-1) ilində y sahənin istehsal həcmini göstərir.

Müasir dövrdə investisiya qoyuluşlarına olan tələbat aşağıdakı formula vasitəsilə hesablanılır və qiymətləndirilir:


Inv(ƏVQ) = Rin∙ ∆M + Yyen + Yzad – BT (1.3.)
burada, Rin – güc vahidinin (məhsulun, xidmətin) artımına ayrılmış real investisiya qoyuluşlarını, ∆M – yeni istehsal və xidmət sferasının inkişafına yönəldilmiş investisiya qoyuluşları hesabına istehsal gücünün (məhsulun, xidmətin) artımının planlaşdırılmasını, Yyen – əsas fondların yeniləşdirilməsinə investisiya qoyuluşlarını, Yzad – tikinti zadelinin yaradılmasına investisiya qoyuluşlarının həcmini, BT – proqnozlaşdırılan dövrün əvvəlinə bitməmiş tikintinin həcmini (dəyər ifadəsində) xarakterizə edir.

İqtisadiyyatın ayrı-ayrı sferalarında investisiya qoyluşlarına olan tələbat amillər metodu vasitəsi ilə, başqa sözlə desək, çoxamilli model əsasında hesablanılır:

Y = f (x1, x2, x3, ………………xn) (1.4.)


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin