Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu


İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsində bank sektorunun rolu və onun tənzimlənməsi problemləri



Yüklə 461,5 Kb.
səhifə37/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   33   34   35   36   37   38   39   40   41
2.4. İnvestisiya qoyuluşlarının maliyyələşdirilməsində bank sektorunun rolu və onun tənzimlənməsi problemləri
Bir çox ölkələrin inkişafında kredit sistemi, xüsusilə də investisiya bankları mühüm rol oynayır. Kredit sferasında investisiya bankları əmək bölgüsünə və ixtisaslaşmaya səbəb olur. İnvestisiya banklarının əsas vəzifəsi uzun müddətli borc kapitalının səfərbər edilməsi, istiqraz vərəqələrinin və səhmlərin emissiyası və yerləşdirilməsi hesab olunur. Müasir dövrdə iki növ investisiya bankı fəaliyyət göstərir. Birinci tip investisiya bankı qiymətli kağızların yerləşdirilməsi və satışı, ikinci növ investisiya bankı isə uzunmüddətli kreditləşmə prosesi ilə məşğul olur. Bu növ banklar əsasən Qərbi Avropa və inkişaf etmiş dövlətlər üçün xarakterik sayılır.

İnvestisiya banklarının meydana gəlməsi dövlətin qiymətli kağızlarının yerləşdirilməsi ilə xarakterizə olunur. Müəssisə və şirkətlərin səhmdar formasının geniş yayılması ilə əlaqədar olaraq, investisiya bankları iri firmaların və korporasiyaların səhm və istiqrazlarını yerləşdirməklə onlar üçün pul vəsaitlərini toplayır, yeni şirkətlərin yaradılması, yenidən təşkil edilməsi və konsolidasiyasında fəal iştirak edir. İnvestisiya bankları mərkəzi hökumətdən başlayaraq bələdiyyələr və şəhərlərə kimi hakimiyyətin bütün səviyyələrində dövlətin qiymətli kağızlarını yerləşdirir.

Birinci növ investisiya bankları bir qayda olaraq qiymətli kağızların emissiyasının təşkilatçısı və təsisçisi rolunda çıxış edir. Onlar eyni zamanda, qiymətli kağızların şirkət tərəfindən yerləşdirilməmiş hissəsini əldə edən agentlər kimi fəaliyyət göstərir. Uzunmüddətli investisiya qoyuluşlarına ehtiyacı olan dövlət şirkətlərinin və korporasiyalarının tapşırığına əsasən investisiya bankları emissiyanın müddəti, şərtləri və həcmi üzrə qiymətli kağızların növünün müəyyən edilməsi və onların yerləşdirilməsi üzrə müəyyən öhdəliklər götürür. Bu növ investisiya bankları buraxılmış qiymətli kağızların alınmasına zəmanət verir, səhm və istiqrazların alıcısına borc təklif edir. Kredit sistemində investisiya banklarının xüsusi çəkisinin az olmasına baxmayaraq, onlar özünün məlumatlılığına və təsisçi əlaqələrinə görə iqtisadiyyatda mühüm rol oynayır.

Hazırda birinci növ investisiya bankları iqtisadiyyatda korporativ sektorun qiymətli kağızlarla aparılan əməliyyatları ilə məşğul olur. Onlar səhm və istiqrazları yerləşdirməklə sənaye, ticarət və digər xidmət sferası müəssisələrinin pul vəsaitlərini əldə etməsi üçün vasitəçi rolunu oynayır. Sözügedən banklar kapitalın cəlb olunması, yerləşdirilməsi və qiymətli kağızlar bazarına xidmət üzrə bir sıra aşağıdakı funksiyaları yerinə yetirir:

1). Səhm və istiqrazların bölüşdürülməsi ilə məşğul olur;

2). Valyuta bazarında beynəlxalq qiymətli kağızların yerləşdirilməsində vasitəçi rolunu oynayır;

3). İnvestisiya strategiyası, həmçinin mühasibat uçotu və maliyyə hesabatı üzrə şirkətlərə məsləhət verir.

Birinci növ investisiya bankları güclü maliyyə-kredit institutları hesab olunur. Belə ki, investisiya bankları yenidən təşkil olunmuş şirkətlərin təsisçisi kimi çıxış edir, şirkət və korporasiyaların əlvə buraxılmış səhm və istiqrazlarını yerləşdirir. Müasir dövrdə bu bankların iştirakı olmadan qiymətli kağızları satmaq demək olar ki, mümkün olmur. Onların vasitəçiliyi olmadan bir çox şirkətlər uzunmüddətli pul vəsaitlərini əldə edə bilmir. Müasir dövrdə bir sıra ölkələrdə investisiya bankları şirkətlərin qiymətli kağızlarını yerləşdirir və sözügedən müəssisələrlə paralel fəaliyyət göstərir. İnvestisiya banklarının rolunun artması, ilk növbədə, özəl şirkətlərin səhm və istiqrazlarının emissiyasının artımı ilə əlaqədar ola bilər.

Bir qayda olaraq, investisiya banklarının resursları onların öz vəsaitləri, eləcə də kommersiya banklarından və digər maliyyə-kredit təşkilatlarından alınan borc hesabına formalaşır. Adətən, brinci tip investisiya bankları depozitlərin qəbulunu həyata keçirmir və əgər belə əməliyyat baş verirsə, bu məhdud səviyyədə reallaşdırılır. Qiymətli kağızlar fond bazarında yerləşdirilməmişdən əvvəl investisiya bankı korporasiyanın fəaliyyətini müfəssəl təhlil edir. Bank şirkətin fəaliyyəti haqqında düzgün nəticə çıxarmağa imkan verən bir sıra analitik göstəriciləri, yəni şirkətin aktivlərini, əmlakını, sənədləşdirmə prosedurlarını, menecment və marketinq sistemini, istehsalın vəziyyətini, bazarı, əmək münasibətlərini, şirkətin aktiv və passiv əməliyyatlarını, mühasibat balansını, mənfəət və zərərlərini, rəhbər heyətini, iş yerlərini, rəqabət qabiliyyətini və digər göstəriciləri ətraflı araşdırır. Bir çox hallarda, investisiya bankının rəhbəri emitentin Direktorlar Şurasına daxil olur və onlara istehsal, maliyyə və investisiya xarakterli məsləhət verir.

Bankların öz vəsaitlərinin nisbətən az olması və irihəcmli qiymətli kağızlar buraxılışının reallaşdırılması onları konsorsium şəklində birləşməyə məcbur edir. Belə ki, konsorsiumlarda əsasən 1-5 bank üstünlüyə malik olur, digər banklar isə kiçik həcmdə qiymətli kağızların satışı zamanı iri banklarla investorlar arasında vasitəçi rolunu oynayır.

Qiymətli kağızlarla aparılan vasitəçilik əməliyyatı müqabilində bank investor tərəfindən ödənilən məbləğ ilə emitent şirkətin mədaxili arasındakı fərq şəklində hesablanılan kəmiyyətdən komission haqqı alır. Məsələn, ABŞ-da belə komission haqqı 0,5-20% arasında tərəddud edir. İstiqrazların yerləşdirilməsinə görə emitentin mədaxilinin hər 100 dollarına orta hesabla 1,3 dollar, imtiyazlı səhmlər üçün isə 10 dollar düşür. Bu zaman qiymətli kağızlar buraxılışının ümumi məbləği nə qədər az olarsa, əldə olunmuş mədaxilinin hər 100 dollarına düşən emissiya xərcləri o qədər çox olur. Qiymətli kağızlar buraxılışı xeyli xərc tələb etdiyindən, onların emissiyası orta və kiçik şirkətlər üçün əlverişli sayılmır. Lakin investisiya banklarının gəliri təkcə komissiyon haqqından formalaşmır və həm də bu gəlirlərə gizli mənfəət də əlavə olunur. Belə ki, qiymətli kağızların satışından əldə edilən pul vəsaitləri ilə onların investorlarla satıldığı qiymət arasında həmişə müəyyən fərqlər mövcud olur.

Qiymətli kağızların yerləşdirilməsi özündə mənfəət mənbəyini əks etdirir. Banklar yerləşdirilən qiymətli kağızların bir hissəsini özündə saxlaya, reallaşdıra, yaxud səhmləri emitent şirkətdən aşağı qiymətə ala və yuxarı qiymətə sata bilər. Ona da qeyd edək ki, banklar şirkətlərin səhmlərini uzun müddət özündə saxlayaraq təsisçi mənfəəti ilə yanaşı, həm də özündə qiymətli kağızların cari kursu ilə əvvəlki kursu arasındakı fərqi əks etdirən mənfəət də əldə edir.

Birinci növ investisiya bankları qiymətli kağızların ilkin bazarında fəaliyyət göstərir və onlar qiymətli kağızların reallaşdırılmasında vasitəçilik edir. Xüsusi vurğulamaq yerinə düşər ki, özəl qiymətli kağızların yerləşdirilməsi üçün investisiya banklarının istifadə etdiyi metodlar aşağıdakılardır:

1). İstiqraz vərəqəsini və onların bazarda yerləşdirilməsini öz üzərinə götürür;

2). Qiymətli kağızların yerləşdirilməsi xamanı satıcı ilə alıcı arasında məsləhətçi kimi çıxış edir;

3). İnvestisiya bankları qiymətli kağızları bazarda yerləşdirmək üçün qrup yaradır;

4). İlkin qiymətli kağızlar paketini korporasiyalardan alaraq «kim çox verəcək» prinsipi əsasında hərrac təşkil edir.

Xüsusi vurğulamaq yerinə düşər ki, qiymətli kağızların yerləşdirilməsinin bu metodları ABŞ, Kanada və İngiltərədə daha çox istifadə edilir. Kontinental Avropada isə əsasən kütləvi metod tətbiq olunur.

İnvestisiya banklarının yüksək gəlirliyi təkcə yüksək dövründə deyil, həm də maliyyə böhranı şəraitində də nəzərə çarpır. Yenidən təşkil etmə zamanı investisiya bankları səhmlərin və istiqrazların alışında iştirak edərək müəssisə və şirkətləri özündən asılı vəziyyətə salır. Qiymətli kağızların yerləşdirilməsi prosesində iştirak edən investisiya bankları maliyyə qrupları formalaşdırır və emissiyadan, eləcə də şirkətlərə nəzarətdən yüksək mənfəət əldə edir.

Nəzəriyyə və praktikadan məlumdur ki, investisiya bankları təsisçi fəaliyyətinə görə təkcə nəğd pul deyil, həm də səhm əldə edir. İnvestisiya banklarının korporasiyalar üzərində nəzarəti o halda güclənir ki, onlar müəyyən müştərilər qruppu arasında yerləşdirilən səhmlər üzrə həlledici səsvermə hüququ qazanmış olur. Bir sıra banklar iri emitentlərin səhm paketinə sərəncam verir və iri müəssisələrdə səsvermə zamanı bu səhmlərdən istifadə edir. Belə təcrübə çox vaxt iri investisiya banklarını bir çox firma və şirkətlərin sahibinə çevirir. Onu da qeyd etmək lazımdır ki, hal-hazırda investisiya bankları qiymətli kağızlar bazarının, xüsusilə də ilkin qiymətli kağızlar bazarının institutsional əsasını təşkil edir. Onlar mahiyyət etibarilə qiymətli kağızların emissiyası və birja ticarəti ilə bağlı olan bir sıra əməliyyatları həyata keçirir. Birinci növ investisiya bankları şəriklilik əsasında fəaliyyət göstərir və bank kapitalı az sayda iştirakçvların vəsaiti hesabına formalaşır. İştirakçıların hər biri bankın adından çıxış edir və müəyyən qaydada əsasən mənfəət payını götürür. Bir qayda olaraq onların kapitalı sənaye müəssisələrinin və digər maliyyə-kredit institutlarının kapitalı ilə müqayisədə nisbətən az olur. Lakin, rəqabətin kəskinləşməsi və pul vəsaitlərini artırmaq zəruri bir sıra investisiya banklarını müştərək forma ilə yanaşı səhmdar formalı idarəetməyə keçməyə məcbur edir. Fikrimizcə, investisiya banklarında qiymətli kağızların yerləşdirilməsi və onların bazar fəaliyyəti aşağıdakı cədvəldə daha dəqiq öz əksini tapır.



Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin