Cədvəl 2.4.1.
Birinci növ investisiya banklarının balansı
№
|
Passiv əməliyyatlar
|
Aktiv əməliyyatlar
|
1.
|
Xüsusi kapital:
a) şərikli yaxud səhmdar kapitalı
b) ehtiyat kapitalı, bölüşdürülməmiş mənfəət
|
Qiymətli kağızların yerləşdiril-məsi zamanı həyata keçirilən vasi-təçilik və məsləhətçi fəaliyyətin-dən yaranan gəlirlər
|
2.
|
Kommersiya banklarının kreditləri
|
Dövlətin qiymətli kağızları
|
3.
|
Digər maliyyə-kredit təşkilatlarının kreditləri
|
Xüsusi qiymətli kağızlar
a) səhmlər
b) istiqrazlar
|
4.
|
Əmlak (birjalar, tikililər)
|
Daşınmaz əmlak
|
5.
|
Digər əməliyyatlar
|
Digər əməliyyatlar
|
İkinci növ investisiya bankları təşkilati strukturuna, funksiyalarına və yerinə yetirilən əməliyyatlara görə birinci növ banklardan əhəmiyyətli dərəcədə fərqlənir. İkinci növ investisiya bankları səhmdar formaya, dövlətin iştirakı ilə qarışıq və dövlət mülkiyyəti formasına əsaslana bilər. Xüsusi vurğulamaq yerinə düşər ki, qarışıq, yaxud dövlət mülkiyyətinə əsaslanan investisiya bankları sənayenin uzun müddətli kreditləşdirilməsini və onun yeni sahələrinin yaranmasını təmin edir. Bir qayda olaraq belə banklar sosial-iqtisadi inkişaf üzrə dövlət proqramlarının və iqtisadiyyatın satibilləşdirilməsi planlarının reallaşdırılmasında fəal iştirak edir. Hazırda bu banklar borc kapitalı bazarında bir sıra əməliyyatlar həyata keçirir: 1). Hüquqi və fiziki şəxslərin əmanətlərini toplayır; 2). Orta və uzunmüddətli kreditləşmə aparır; 3). Xüsusi və dövlət qiymətli kağızlarına investisiya qoyuluşlarını həyata keçirir; 4). Müxtəlif maliyyə xidmətlərini inkişaf etdirir.
İkinci növ investisiya banklarının passiv və aktiv əməliyyatları onların fəaliyyət xarakterindən asılı olaraq formalaşır. Fikrimizcə, ikinci növ investisiya banklarının passiv və aktiv əməliyyatlarının strukturunu aşağıdakı cədvəldən daha aydın görmək olar.
Dostları ilə paylaş: |