Magistratura məRKƏZİ” Əlyazması hüququnda Məmmədov Vüsal Məhəbbət oğlu



Yüklə 461,5 Kb.
səhifə39/41
tarix10.01.2022
ölçüsü461,5 Kb.
#106152
1   ...   33   34   35   36   37   38   39   40   41
Cədvəl 2.4.2.

İkinci növ investisiya banklarının aktiv və passiv

əməliyyatlarının strukturu



Passiv əməliyyatlar

Aktiv əməliyyatlar

1.

Səhmdar kapitalı

Kassada olan nəğd pul vəsaitləri

2.

Ehtiyat kapitalı

Ortamüddətli kreditlər

3.

Depozitlərin cəlb olunması

Uzunmüddətli kreditlər

4.

Kreditlər

Qiymətli kağızlara qoyuluşlar:

O cümlədən

a) dövlət

b) xüsusi



5.

Əmlak

Mülk

Göründüyü kimi, bu bankların passivləri xüsusi vəsaitlər, depozitlər, kommersiya banklarının və digər maliyyə-kredit təşkilatlarının kreditləri hesabına formalaşır. Passivlərin əksər hissəsini hüquqi və fiziki şəxslərin depozitləri, habelə, kommersiya banklarının verdiyi kreditlər təşkil edir. Onların xüsusi çəkisi 30-50%-ə qədər olur. Bununla əlaqədar olaraq, son vaxtlar investisiya bankları digər banklardan və maliyyə-kredit təşkilatlarından asılılığı azaltmaq məqsədilə depozit əməliyyatlarını genişləndirməyə səy göstərir. Aktiv əməliyyatlar əsasən orta və uzunmüddətli kreditlər (60-70%) hesabına baş verir. Əməliyyatların qalan hissəsini qiymətli kağızlara qoyuluşlar təşkil edir.



NƏTİCƏ
Beləliklə, xidmət sferası müəssisələrində investisiya fəaliyyətinin idarə edilməsi, onun təhlili və qiymətləndirilməsi metodikasının işlənilib hazırlanması və praktiki tətbiqinə dair elmi yanaşmalar aşağıdakı nəticələri çıxarmağa imkan verir:

1. Azərbaycan iqtisadiyyatının real sektorunun investisiya ilə təmin edilməsi iqtisadiyyatın sabitliyi və onun stabil inkişafı üçün strateji istiqamət hesab olunur. Bu məsələnin həlli məqsədi ilə yerli və xarici investorlar üçün əlverişli investisiya mühitinin yaradılması prioritet təşkil edir. Bu isə öz növbəsində, iqtisadi situasiyanın və maliyyə vəziyyətinin sabitləşdirilməsini, vergilərin və bütün investisiya risklərinin azaldılmasını, investisiya layihələrinin effektiv qiymətləndirilməsini, səmərəli idarəetmə mexanizminin formalaşdırılmasını obyektiv zərurətə çevirir.

2. Magistr dissertasiya işində investisiya strategiyasının formalaşdırılmasının metodoloji, metodiki və praktiki tətbiqi məsələlərinin həlli üçün qeyri-standart yanaşmalar təklif olunur. Dissertasiya işində əsaslandırılmışdır ki, xidmət sferası müəssisələrində investisiya fəaliyyətinin nəzəri konstruksiyasına əsaslanan təhlilin müxtəlif metodikasının tətbiqi iqtisadi hesablamaların aparılmasında onlardan istifadənin mümkünlüyünü göstərir.

3. Aparılmış tədqiqatlar zamanı çoxaspektli investisiya layihələrinin təkcə ekspertizanın başlanğıc mərhələsində deyil, həm də idarəetmə mərhələsində kompleks təhlili və qiymətləndirilməsi təklif olunur. Magistr dissertasiya işində xidmət sferası müəssisələrində aparılan təhlilin vacib elementi kimi investisiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsi metodikasına, onun kəmiyyət və keyfiyyət göstəricilərinə xüsusi önəm verilir. Tədqiqat işində təsdiq edilmişdir ki, investisiya layihəsinin səmərəliliyinin hesablanılması və qiymətləndirilməsi metodikasının real informasiyaya söykənən kəmiyyət və keyfiyyət parametrləri dayanır.

4. Magistr dissertasiya işində qeyd olunur ki, ölkədə iqtisadi islahatların həyata keçirilməsi, konkret inkişaf proqramları və proqnozlarının işlənilib hazırlanması maliyyə mənbələrinin mövcudluğu şəraitində mümkün olur. Aydındır ki, maliyyə resursları mikro-makro səviyyədə iqtisadiyyatın inkişaf etdirilməsini, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsini əmək məhsuldarlığının yüksəldilməsini və s. təmin edir. Qarşıya qoyulan vəzifələrlə yanaşı, investisiya qoyuluşlarından istifadənin səmərəliliyinin yüksəldilməsi, onun effektivliyinin təhlili və qiymətləndirilməsi müstəsna elmi əhəmiyyət daşıyır. Belə ki, sözügedən tədbirlərin ardıcıl olaraq həyata keçirilməsi ölkədə iqtisadi-sosial inkişafın sabitliyinin qorunub saxlanılmasına geniş imkan yaradır. Bazar şəraitində xidmət sferası müəssisələrinin inkişafı və onların yüksək gəlir (mənfəət) əldə etməsi, hər şeydən əvvəl, investisiya qoyuluşlarından tam və səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan, müasir dövrdə ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının nəzəri-metodoloji məsələlərinin geniş araşdırılmasının mühüm əhəmiyyəti var.

5. Aparılan nəzəri-praktiki tədqiqatlardan məlum olur ki, investisiya anlayışı geniş məzmuna və tərkibə malikdir. Məlumdur ki, makroiqtisadi sferada investisiya qoyuluşları ümumi xərclərin tərkib elementlərindən biridir. Belə ki, müəssisə, firma, yaşayış binalarının tikilməsi, yeni maşın və avadanlıqların alınması, həmçinin cari ildə istehsal edilmiş, lakin istehlak olunmamış əmtəə-material qiymətləri investisiya kimi qəbul edilir. Mikroiqtisadiyyatda isə investisiya dedikdə yeni istehsalın maddi-əşya elementlərinin yaradılması, həmçinin insan amilinin lazımi kompetensiyalara və vərdişlərə yiyələnməsinə sərf olunan vəsait kimi başa düşülür. Maliyyə nəzəriyyəsinə görə investisiya anlayışı real və maliyyə aktivlərinin əldə edilməsi kimi şərh olunur.

6. Magistr dissertasiya işində qeyd olunur ki, bir qrup iqtisadçı - alimlər «investisiya anlayışını» «əsaslı vəsait qoyuluşu»nun sinonimi kimi qəbul edir. Müəllifin fikrincə, investisiya təkrar istehsalda adətən uzunmüddətli vəsait qoyuluşu hesab edilir ki, bu da öz əksini əmtəə-pul münasibətlərində tapır. Beləliklə, investisiya qoyuluşlarına material, əmək və maliyyə məsrəfləri də daxil edilir və onlar dəyər ifadəsində xarakterizə olunur. Buradan aydın olur ki, «investisiya» və «əsaslı vəsait qoyuluşu» anlayışları arasında fərq mövcuddur və eyni zamanda onlar arasında qarşılıqlı əlaqə vardır.

7. Magistr dissertasiya işində qeyd olunur ki, əsaslı vəsait qoyuluşu dedikdə, istehsal və qeyri-istehsal sahələrində əsas fondların yaradılmasına, mövcud müəssisələrin genişləndirilməsinə, yenidən qurulmasına və istehsalın texniki cəhətdən silahlandırılmasına yönəldilən vəsaitin məcmusu başa düşülür.

İnvestisiya dedikdə, pul gəlirləri, məqsədli bank ssudaları, paylar, səhmlər və digər qiymətli kağızlar, texnologiyalar, maşın və avadanlıqlar, lisenziyalar, kreditlər, əmlak, əmlakdan istifadə hüquqları, sahibkarlıq fəaliyyətinə və digər fəaliyyət növlərinə qoyulan intellektual sərvətlər başa düşülür.


Yüklə 461,5 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin