Magistratura məRKƏZİ” Əlyazması hüququnda Nəsibli Fəxri Fəxrəddin oğluİSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI
G İ R İ Ş Mövzunun aktuallığı. Bazar şəraitində təsərrüfat subyektlərinin fəaliyyət mexanizminin şərtləri dəyişir və ona yeni aspektlər əlavə olunur. Müasir dövrdə idarəetmə və maliyyə menecmenti sisteminin kökündən dəyişməsi, maliyyə resurslarının formalaşdırılması, yerləşdirilməsi və istifadəsi prosesində yaranan pul münasibətlərinin yeni iqtisadi məzmun daşıması «təsərrüfat subyektlərinin maliyyə nəticələri» anlayışına sistemli və kompleks yanaşmağı tələb edir. Məhz buna görə də müasir dövrdə müəssisənin maliyyə nəticələri maliyyə resurslarının, məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərinin, satışla əlaqədar olmayan gəlir və ikilərin formalaşdırılması, yerləşdirilməsi və istifadəsi kimi xarakterizə olunur. Məsələyə bu aspektdən yanaşdıqda müəssisənin maliyyə nəticələrinin uçotu və təhlilinin kompleks proses olduğu və mənfəətdən istifadənin səmərəliliyinin yüksəldilməsi ehtiyatlarının müəyyən edilməsinə əlverişli şərait yaratdığı bilavasitə aydın görünür. Məhz buna görə də müasir dövrdə müxtəlif mülkiyyət münasibətlərinə mənsub təsərrüfat subyektlərinin maliyyə sabitliyinin möhkəmləndirilməsi və rentabelliyin yüksəldilməsi yollarının axtarılması probleminin həlli aktual bir vəzifə kimi qarşıda durur. Xüsusi vurğulamaq yerinə düşər ki, iqtisadi münasibətlərin tənzimlənməsinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, müəssisələrin fəaliyyət sferasının genişləndirilməsi və onların xarici ticarət əlaqələrinin sərbəst subyektinə çevrilməsi mühasibat uçotu, hesabat və kompleks maliyyə təhlili sisteminin yenidən qurulmasının vacibliyini və əhəmiyyətini xeyli artırır. Bu isə, öz növbəsində, beynəlxalq təcrübədən istifadə etməklə müəssisənin istehsal və kommersiya fəaliyyətinin uçotu və kompleks təhlilinin mərkəzi bloku sayılan təsərrüfat subyektlərinin maliyyə nəticələrinin uçotu, təhlili və qiymətləndirilməsi metodikasının təkmilləşdirilməsini və ona yeni istiqamətlərin əlavə olunmasını bir daha tələb edir. Müasir dövrdə müəssisənin maliyyə nəticələrinin uçotu, kompleks təhlili və qiymətləndirilməsi metodikası maliyyə uçotu və təhlilinin ayrılmaz bir hissəsi sayılır. Nəzəriyyə və praktikadan məlumdur ki, müəssisənin maliyyə nəticələrinin kompleks təhlili və qiymətləndirilməsi metodikası maliyyə uçotu və hesabatının məlumatlarına, onun istehsal, kommersiya və investisiya fəaliyyətinin nəticələrinin real qiymətləndirilməsini təmin edən və düzgün idarəetmə qərarlarının qəbul edilməsinə imkan verən iqtisadi parametrlər sisteminə əsaslanır. Lakin, mühasibat uçotu, maliyyə və statistik hesabatların beynəlxalq standartlara uyğunlaşdırılması, onlardakı çoxlu sayda göstəricilərin ixtisar edilməsi ənənəvi qaydalardan fərqli olan və bazar iqtisadiyyatının tələblərinə adekvat cavab verən maliyyə uçotu və təhlilinin yeni metodikasının işlənib hazırlanması, onun təşkilinin konseptual, metodoloji və praktiki əsaslarının müəyyənləşdirilməsi obyektiv zərurətə çevrilir. Aydındır ki, müasir bazar şəraitində belə bir metodikanın işlənib hazırlanması maliyyə menecmentində strateji və taktiki problemlərin həll edilməsi, bazarın tələbatına və özünün istehsal potensialına uyğun məhsul (iş və xidmətlər) istehsalı və satışı prosesində işgüzar tərəfdaşın düzgün seçilməsi, mühasibat balansının likvidliyinin müəyyən olunması və təsərrüfat subyektlərinin maliyyə sabitliyinin qiymətləndirilməsində müstəsna əhəmiyyət daşıyır. Məlumdur ki, təsərrüfat subyektlərinin istehsal, kommersiya və maliyyə fəaliyyətinin nəticələri müəssisənin maliyyə vəziyyətinə bilavasitə təsir göstərir. Belə ki, həmin fəaliyyətin müsbət nəticələri müəssisənin maliyyə vəziyyətini xeyli yaxşılaşdırır. Əgər bu proses əks istiqamətdə baş verərsə, onda müəssisənin istehsal prosesində boş dayanmalar baş verir, məhsulun (iş və xidmətlərin) keyfiyyətinin aşağı düşməsinə şərait yaranır və son nəticədə təsərrüfat subyektlərinin hesabına daxil olan pul gəlirlərinin həcmi azalır və onun ödəmə qabiliyyəti pisləşir. Təcrübədə bəzən yaxşı işləyən müəssisələrin maliyyə çətinlikləri ilə qarşılaşması halları müşahidə olunur. Məhz buna görə də müasir dövrdə təsərrüfat subyektlərinin maliyyə fəaliyyətinin müəssisənin maliyyə resurslarının sistematik daxil olması və səmərəli istifadəsinin təmin edilməsinə yönəldilməsi tamamilə qanunauyğun və məntiqi görünür. Deməli, bazar şəraitində müəssisənin maliyyə nəticələri yalnız iqtisadi amillərin məcmusu deyil, həmçinin onun maliyyə münasibətlərinin bütün elementlərinin qarşılıqlı təsirinin nəticəsi kimi çıxış edir. Göründüyü kimi, təsərrüfat subyektlərinin maliyyə nəticələri və onun mənfəətinin formalaşdırılması maliyyə fəaliyyətinin mühüm xarakteristikası hesab olunur. O müəssisənin rəqabətədavamlılığını və işgüzar əməkdaşlıqda onun potensialını müəyyən edir, maliyyə münasibətlərinin bütün iştirakçılarının iqtisadi maraqlarının səmərəli realizə olunmasına bilavasitə şərait yaradır. Deyilənlərdən bir daha aydın olur ki, biznesin vəziyyətinin və iqtisadiyyatın sistemli təhlili nəzəriyyəsi «maliyyə nəticələri və mənfəət» anlayışını yalnız müəssisənin maliyyəsinin keyfiyyət xarakteristikası kimi deyil, eləcə də həmin vəziyyətin kəmiyyətcə qiymətləndirilməsini nəzərdə tutur. Bu prinsipial nəticə müəssisənin maliyyə nəticələrinin qiymətləndirilməsinin elmi cəhətdən əsaslandırılmış metodikasının ümumi prinsiplərini, onun metodoloji və konseptual əsaslarını formalaşdırmağa imkan verir. Yüklə 0,67 Mb. Dostları ilə paylaş: |