Cədvəl 1.1
Uçot sistemlərinin təsnifləşdirilməsi
Britaniya modeli
|
Latın Amerikası modeli
|
Kontinental Avropa modeli
|
Amerika modeli
|
Avstraliya
Baham adaları
İrlandiya
Fici
Yamayka
Keniya
Niderland
Yeni Zellandiya
Pakistan
Sinqapur
Cənubi Afrika
Trinidad və Tobaqo
Böyük Britaniya
Zimbabve
|
Argentina
Boliviya
Braziliya
Çili
Kolumbiya
Efiopiya
Paraqvay
Peru
Uruqvay
|
Belçika
Fransa
Almaniya
İtaliya
İspaniya
İsveç
İsveşrə
Venesuela
|
Kanada
Yaponiya
Meksika
Panama
Flippin
ABŞ
|
Qeyd etmək lazımdır ki, 1.1 saylı cədvəldə verilmiş və müxtəlif əlamətlər üzrə təsnifləşdirilmiş uçot sistemləri özündə aşağıdakı qiymətləndirmə xarakteristikalarını birləşdirir:
a) Britaniya modeli: 1) inkişaf etmiş qiymətli kağızlar bazarının mövcud-luğu; 2) peşəkar mühasib hazırlığının yüksək səviyyəsi; 3) uçot qaydalarının nisbətən az reqlamentləşdirilməsi; 4) müəssisələrə münasibətdə daha əlverişli iş şə-raitinin və biznes mühitinin yaradılması;
b) Latın Amerikası modeli: 1) inflyasiyanın yüksək səviyyəsi; 2) uçotun qarışıq Avropa-Amerikan variantı (İngiltərənin, Fransanın, İspaniyanın, Belçikanın, ABŞ-ın güclü təsiri); 3) uçot və hesabatın dövlət planlaşdırılmasının tələblərinə istiqamətləndirilməsi;
c) Kontinental Avropa modeli: 1) banklar müəssisə və şirkətlərin kapitalının əsas mənbəyi kimi; 2) mühasibat uçotu və hesabatın ciddi şəkildə hüquqi cəhətdən reqlamentləşdirilməsi; 3) peşəkar mühasiblərin və auditorların hazırlanmasının yüksək səviyyəsi; 4) uçot və hesabatın vergitutma və planlaşdırma aspektindən dövlətin iqtisadi maraqlarına istiqamətləndirilməsi;
d) Amerika modeli: 1) inkişaf etmiş qiymətli kağızlar bazarının mövcud-luğu; 2) uçotun nisbətən az reqlamentləşdirilməsi; 3) böyük sayda çoxmillətli şir-kətlərin mövcudluğu;
Xüsusi vurğulamaq yerinə düşər ki, 80-ci illərin əvvəllərindən başlayaraq Qərb mütəxəssisləri tərəfindən uçot sisteminin təsnifatı əsasında hesabat sistemlərinin təsnifatının yaradılmasına başlanılır və problem uğurla həll olunur. Həmin təsnifatın əsasında səhmdar şirkətlərinin hesabatı dayanır. Doğrudan da, səhmdar cəmiyyətlərinin maliyyə hesabatı daha əlçatan olur və belə şirkətlərin maliyyə (mühasibat) hesabatlarında mövcud olan fərqlər kənar istifadəçilər üçün (səhmdarlar, kreditorlar, auditor firmaları, vergi orqanları) xüsusi maraq doğurur. Bir qayda olaraq belə təsnifatın əsas kriteriyaları rolunda publik şirkətlərin uçot və hesabat sisteminin orientasiya istiqamətləri çıxış edir. Məsələyə bu rakursdan yanaşdıqda şirkətlərin maliyyə hesabatı iki növ tələbatın ödənilməsinə hədəflənir: 1) investor və kreditorların informasiya tələbatının ödənilməsi; 2) dövlət tənzim-lənməsinin maraqlarına uyğunlaşdırılması.
Məlumdur ki, Qərb alimləri tərəfindən təklif olunan təsnifat Avropada maliyyə hesabatı sisteminin iki əsas növünün mövcudluğunu nəzərdə tutur:
Peşəkar maliyyə hesabatı sistemi (mikro);
Unifikasiya olunmuş maliyyə hesabatı sistemi (makro);
Birinci tip sistemlər dövlətin vergi təlimatları, yaxud qanunları ilə məcbur edilmədən müəssisənin istehsal, maliyyə və investisiya fəaliyyəti haqqında kənar istifadəçilərə mümkün qədər tam və etibarlı informasiyanın təqdim edilməsinə şirkətin (mühasiblərin) cəhd göstərməsi ilə xarakterizə olunur. Bu qrupa Niderland, Böyük Britaniya, İrlandiya, Danimarka, ABŞ, Avstraliya, Yeni Zelandiya və Kanadanı daxil etmək olar. Xüsusi vurğulamaq yerinə düşər ki, Danimarka ikinci dünya müharibəsindən sonra özünün uçot sistemini yenidən qurmağa başlayır və bu sistemin bəzi elementlərini ABŞ və Böyük Britaniyanın sistemləri ilə zəngin-ləşdirir.
Onu da qeyd etmək yerinə düşər ki, maliyyə hesabatlarının ikinci sistemi vergitutma məqsədi ilə dövlətin iqtisadi maraqlarına tamamilə uyğun gəlir. Bu bloka qalan bütün Avropa ölkələrini və Yaponiyanı aid etmək olar. Qərb ölkələrinin uçot nəzəriyyəsində və praktikasında maliyyə hesabatının ikinci sistemi bir qayda olaraq iki yarımqrupa bölünür. Məsələn, Fransanın, Belçikanın, İspaniyanın və Yunanıstanın milli hesablar planı mühasibat qaydalarının əsas mənbələrindən biri sayılırsa, İtaliyada, Lüksemburqda və Portuqaliyada vergitutma üzrə qanunvericilik sənədləri və digər normativ aktlar maliyyə hesabatının tərkibində əsas elementləri müəyyən edir. İsveçdə iqtisadiyyatın idarə olunma-sında, eləcə də planlaşdırmada və vergiqoymada dövlət orqanları böyük rol oyna-yır və bu da son nəticədə hesabatın unifikasiyasına və eyniləşdirilməsinə səbəb olur.
Fikrimizcə, yuxarıda şərhi verilən təsnifləşdirmə Azərbaycanın maliyyə hesabatı sistemi ilə tamamlansa daha məqsədəuyğun sayıla bilər. Bu zaman ölkə maliyyə hesabatı sisteminin unifikasiya edilmiş (makro) maliyyə hesabatı tipinə aid edilməsi onun, ilk növbədə, dövlətin və vergi orqanlarının marağına istiqamətlənməsindən irəli gəlir. Danılmaz həqiqətdir ki, Azərbaycanda maliyyə hesabatının tarixi inkişafının əsasını mərkəzləşdirilmiş dövlət tənzimlənməsi və planlı iqtisadiyyat təşkil edir. Ölkə maliyyə hesabatı sisteminin əsas müəyyənedici amillərinə fikrimizcə, sərt dövlət tənzimlənməsi və reqlamentləşdirilməsi, ciddi milli hesablar planı aid edilir. Beləliklə, Azərbaycanda maliyyə hesabatı sistemi Rusiya, Fransa, Belarus və İsveçin maliyyə hesabatı sistemləri ilə oxşarlıq təşkil edir.
Dostları ilə paylaş: |