Magistratura məRKƏZİ” Əlyazması hüququnda Nəsibli Fəxri Fəxrəddin oğlu


Milli mühasibat uçotu standartlarının tətbiqi şəraitində mənfəətin təhlili metodikası



Yüklə 0,67 Mb.
səhifə16/24
tarix10.01.2022
ölçüsü0,67 Mb.
#108996
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
2.2. Milli mühasibat uçotu standartlarının tətbiqi şəraitində mənfəətin təhlili metodikası
Aparılan tədqiqatlardan göründüyü kimi, məhsul (iş və xidmətlər) satışından yaranan mənfəətin amilli təhlilinin mövcud metodikası ba­­zar münasibətləri şəraitin­də «məsrəf-satışın həcmi-mənfəət» göstəriciləri ara­sın­­dakı funksional ası­lı­lı­ğı əsaslandırılmış şəkildə nəzərə almağa imkan vermir. Mə­lumdur ki, təsər­rüfat subyektlərinin istehsal və kommersiya fəaliyyətinin son ma­liyyə nəticəsi sayılan mənfəətin formalaşmasında həlledici rol oynayan maya də­yəri göstəricisinin səviyyəsi məhsul (iş və xidmətlər) buraxılışı və satışı həc­mi­nin artmasından (azalmasından) asılı olaraq bütövlükdə dəyişikliyə məruz qalır. La­kin, maya dəyərinin strukturuna nəzər saldıqda, məhsul (iş və xidmətlər) bu­ra­xı­lışı və satışı həcminin artması ilə əlaqədar olaraq istehsal məsrəflərinin yalnız mü­əyyən qisminin (material məsrəfləri, əmək haqqı xərcləri, amortizasiya ayır­ma­ları) dəyişdiyi tamamilə aydın görünür. Məhz buna görə də məhsul (iş və xid­mət­lər) istehsalı və satışı həcminin dəyər ifadəsində artımı zamanı şərti-sabit məs­rəf­lərin müəyyən vaxt intervalında dəyişməz qalması son nəticədə məmulat va­hi­di­nə sərf edilən xərclərin azalmasına səbəb olur.

Nəzəriyyə və beynəlxalq praktikadan məlumdur ki, müəssisənin istehsal və kom­mersiya fəaliyyətinin son maliyyə nəticəsi hesab edilən mənfəətin şərti-sabit və dəyişən məsrəflərdən asılılığının öyrənilməsi həm idarəetmə və həm də mar­ji­nal təhlilin imkanlarını xeyli genişləndirir. Son dövrlərdə Qərb ölkələrində məs­rəf­lərin dəyişən və şərti-sabit xərclərə bölgüsünü nəzərdə tutan və mənfəətin təh­li­linin marjinal gəlir kateqoriyasına əsaslanan metodikasına üstünlük verilir. Bu me­todika bazar münasibətləri inkişaf etmiş ölkələrdə geniş tətbiq olunur. Doğ­ru­dan da, bazar iqtisadiyyatının atributu sayılan direkt-kostinq sistemi mühasibat uço­tunun, maliyyə təhlilinin və əsaslandırılmış idarəetmə qərarlarının qəbul edil­mə­si proseduralarının yüksək səviyyədə inteqrasiya olunmasına əlverişli şərait ya­radır. Müxtəlif mülkiyyət münasibətlərinə mənsub təsərrüfat subyektlərində di­rekt-kostinq sisteminin tətbiqi zamanı məsrəflərin şərti-sabit və dəyişən xərclər blo­kuna bölünməsi analitik hesablamalarda mühüm iqtisadi parametr sayılan mar­jinal gəlir göstəricini müəyyən etməyə imkan verir. Marjinal gəlir göstəricisi məhsul (iş və xidmətlər) sa­tı­şın­dan əldə olunan pul gəlirləri ilə də­yişən məsrəflərin fərqi kimi və ya məhsul (iş və xidmətlər) satışından yaranan mən­fəətlə şərti-sabit xərclərin cəmi şəklində ifadə olunur. Beynəlxalq praktikada isə marjinal gəlir göstəricisini reallaşdırılmış məhsulun miqdarı ilə məhsul va­hi­di­nə düşən marjinal gəlir dərəcəsinin hasili şəklində hesablamaq və qiy­mət­lən­dir­mək maliyyə hesabatlarının və iqtisadi təhlilin imkanları baxımından daha məq­sə­dəuyğun sayılır:

Ms=SmmxMgd-Sx=Smm(Q-Dx)-Sx (2.1)

burada, Ms – məhsul (iş və xidmətlər) satışından yaranan mənfəəti, Smm – sa­tıl­­mış məhsulun miqdarını, Mgd – məhsul vahidinə düşən marjinal gəlir də­rə­cə­si­ni, Q – məhsulun satış qiymətini, Dx – dəyişən məsrəfləri, Sx – isə şərti-sabit xərc­lə­rin illik məbləğini göstərir. Qeyd etmək lazımdır ki, beynəlxalq praktikada (2.1) formulasından yalnız bir nomenklaturalı istehsallarda məhsul (iş və xid­mət­lər) satışından yaranan mənfəətin amilli təhlilində istifadə olunur. Bu zaman real­laşdırılan məhsulun (iş və xidmətlərin) miqdarının, onun satış qiymətinin, də­yi­şən və şərti-sabit xərclərin ümumi məbləğinin dəyişməsinin konkret növ məh­sul (iş və xidmətlər) satışından yaranan mənfəətə təsirini hesablamaq və qiy­mət­lən­­dirmək praktiki cəhətdən heç bir çətinlik törətmir.



(2.2)

burada, Pms – məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərini, - isə məhsul (iş və xidmətlər) sa­tı­şından əldə olunan pul gəlirlərində marjinal gəlirin xüsusi çəkisinin orta kə­miy­yə­tini göstərir. Bir faktı qeyd etmək lazımdır ki, marjinal gəlirin xüsusi çəkisinin or­ta kəmiyyəti müxtəlif faktorların təsiri nəticəsində dəyişə bilər: 1) məhsul (iş və xid­mətlər) satışından yaranan ümumi pul gəlirlərinin tərkibində konkret növ məh­sul (iş və xidmətlər) satışından əldə olunan pul gəlirlərinin xüsusi çəkisinin də­yişməsi; 2) konkret növ məhsul (iş və xidmətlər) satışından yaranan pul gə­lir­lə­ri­nin tərkibində marjinal gəlirin xüsusi çəkisinin artması (azalması); Məhsul (iş və xidmətlər) satışından yaranan pul gəlirlərinin ümumi məbləği satış qiy­mə­tin­dən, məhsul (iş və xidmətlər) satışının həcmindən (Hsm) və onun strukturundan (UD) asılı olaraq dəyişikliyə məruz qalır. Bu halda, çoxkomponentli is­teh­sal­lar­da məhsul (iş və xidmətlər) satışından yaranan mənfəətin amilli təhlili modeli aşa­ğıdakı formanı alır:



(2.3)

Prak­tikada, (2.3) modelinin köməyi ilə satılmış məhsulun (iş və xid­mət­lə­rin) na­tu­ral ifadədə miqdarının, onun satış qiymətinin və strukturunun də­yiş­mə­si­nin, elə­cə də dəyişən məsrəflərin və şərti-sabit xərclərin ümumi məbləğinin art­ma­sının (azal­masının) məhsul satışından yaranan mənfəətə tə­si­ri­ni he­sab­lamaq və qiymət-ləndirmək heç də çətin olmur.



Cədvəl 2.1


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin