Cədvəl 2.3.
Məhsul (iş və xidmətlər) satışından yaranan mənfəətin amilli təhlilinin nəticələrinin ümumiləşdirilməsi və müqayisəli qiymətləndirilməsi
2.3 saylı cədvəldə verilmiş variantların müqayisəsi göstərir ki, beynəlxalq praktikada geniş tətbiq olunan və marjinal gəlir kateqoriyasından istifadə edilməklə işlənib hazırlanan mənfəətin amilli təhlili metodikası «Mənfəət və zərərlər haqqında hesabat» formasının informasiya imkanları baxımından reallığı daha obyektiv əks etdirir. Çünki, bu metodika satışın həcmi, maya dəyəri və mənfəət göstəriciləri arasındakı funksional əlaqə və asılılığın sistemli tədqiqinə əlverişli şərait yaratmaqla maliyyə nəticələrinin formalaşması prosesinin səmərəli idarə olunmasını bilavasitə təmin edir. Lakin, beynəlxalq praktikada geniş tətbiq olunan bu metodikanın maliyyə nəticələrinin formalaşmasının yalnız kəmiyyət tərəfini nəzərə alması sözügedən variantın iqtisadi səmərəliliyini xeyli azaldır.
Dostları ilə paylaş: |