AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
“MAGİSTRATURA MƏRKƏZİ”
Bağırlı Araz Fikrət oğlunun
“Azərbaycan Respublikasının İxrac Potensialının Artırılmasının Əsas İstiqamətləri”
mövzusunda MAGİSTR DİSSERTASİYASI
İstiqamətin şifri və adı 060401- Dünya iqtisadiyyatı
İxtisasın adıXarici İqtisadi Fəaliyyət
Elmi rəhbər i.e.d., dosent M.A. İbrahimov
Kafedra müdirii.e.d., prof. Ş.H.Hacıyev
Magistr proqramının rəhbəri:i.e.n., dos.F.Ə.Rəhimli
Bakı – 2016
MÜNDƏRİCAT
Giriş....................................................................................................................2
IFƏSİL. XARİCİ TİCARƏTDƏ İXRACIN ƏHƏMİYYƏTİ VƏ
KONSEPTUAL ƏSASLARI..............................................................................6
1.1 BİM sistemində xarici ticarət əlaqələrinin və ixracın mahiyyəti.........6
1.2 Müasir dünyada ixracın inkişaf dinamikası.......................................10
1.3 Azərbaycan iqtisadiyyatında ixracın əsas xüsusiyyətləri...................15
II FƏSİL. AZƏRBAYCANDA İXRACIN MÖVCUD VƏZİYYƏTİNİN VƏ İXRAC POTENSİALININ TƏHLİLİ...............................................................22
2.1 Azərbaycanda strateji məhsulların ixracının əsas göstəriciləri..........22
2.2 Azərbaycanda əsas ixrac tendensiyaları............................................28
2.3 Qeyri-neft sektorunda mövcud ixrac siyasəti....................................33
III FƏSİL. AZƏRBAYCAN RESPUBLİKASINDA İXRACIN ARTIRILMASININ PERSPEKTİV İSTİQAMƏTLƏRİ..................................42
3.1 Azərbaycanın ÜTT, Gİ və Aİ ilə münasibətlərinin perspektivi..........43
3.2Azərbaycanda ixracın artırılmasının prioritet istiqamətləri..................52
3.3İxrac diversifikasiyasını şərtləndirən təkmilləşdirilmə yolları.............55
Nəticə və Təkliflər .............................................................................................68
İstifadə edilmiş ədəbiyyat siyahısı......................................................................72
Əlavələr...............................................................................................................74
Referat.................................................................................................................82
GİRİŞ Mövzunun aktuallığı. Azərbaycan iqtisadiyyatının davamlı inkişafını şərtləndirən mühüm amillərdən biri də onun öz potensialından düzgün istifadə etməklə ixracının artırılmasıdır. Müstəqillik qazandığı dövrlərdə ölkənin iqtisadi cəhətdən tənəzzülü və bütöv bir iqtisadi sistem dəyişikliyinə məruz qalması nə qədər çox problem yaratsa da, öz zəngin resursları hesabına Azərbaycan, gənc və üstəlik də işğala məruz qalan gənc ölkə üçün kifayət qədər sürətli sayıla biləcək iqtisadi inkişafa qədəm qoydu. Bütöv bir milli iqtisadiyyat yenidən qurulmağa başlamışdır. Tezliklə öz karbohidrogen resurslarında səmərəli istifadə edilməsi planı iqtisadiyyatın digər sahələri və bütövlükdə ölkə üçün inamlı gələcəyin qarantı oldu. Bu planın bəlkə də ən önəmli elementi 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi” oldu. Belə ki, bir çox ölkələri təmsil edən şirkətlərlə bağlanan müqavilələr, yaranan konsern, hər hansı bir ölkədən, qlobal gücdən asılı olmaq riskini aradan götürdü və faktiki olaraq Azərbaycanın xeyli müddətə iqtisadi baxımdan da müstəqil olmasını təmin etdi. 2005-ci ildən etibarən işə düşən Bakı-Tiflis-Ceyhan neft kəməri bu iqtisadi siyasətin bəhrəsini artıq daha real maliyyə gəlirləri şəklində, daha da güclü hiss etdirməyə başladı. Belə olan halda, hər bir rasional iqtisadi siyasətin tələblərinə uyğun olaraq Azərbaycanın iqtisadi siyasəti də sosial layihələrlə yanaşı, ölkənin neft sektorundan gələn gəlirlərin qeyri-neft sektoruna investisiyalar şəklində qoyuluşunu nəzərdə tutdu. Sosial baxımdan nəinki hər hansı bir sahənin, demək olar ki bütöv Azərbaycanın maddi-texniki bazasının yeniləndiyini söyləsək yəqin ki yanılmarıq. İqtisadi nəticələr də özünü çox gözlətmədi və xeyli dərəcədə təəsürat yaratdı. Azərbaycanda yeni istehsal müəsissələrinin sayı xeyli artdı, bir çox istehsalat sahələri modernləşdirildi və bu proses bugün də müvafiq qanunvericilik çərçivələrində davam etdirilir. Lakin istehsalatı qurmaq və istehsalı təşkil etmək iqtisadiyyat qarşısında duran bir çağırışdırsa, istehsal olunan məhsulların satılacağı bazarları müəyyənləşdirmək və həmin bazarlara çıxmaq da digər bir çağırışdır. Buna görə də Azərbaycan eyni zamanda qeyri-neft sektorunda istehsal olunan və beynəlxalq bazarda tələbatda olan məhsulların ixracını artırmaq və ölkənin maliyyə gəlirlərində neftdən gələn gəlirlərin xüsusi çəkisini azaltmağa çalışır. Bu iqtisadi təhlükəsizlik baxımından da zəruridir, çünki iqtisadiyyatı və dövlət büdcəsi neft satışından əldə olunan gəlirlər üzərində bərqərar olan ölkənin stabilliyi də elə dünya bazarlarında neftin qiymətinin stabilliyi qədərdir. Günümüzdə ən aktual məsələdə elə neftin qiymətinin son dövrlərdəki dramatik düşüşüdür ki, bu bir sıra ölkələrdə devalvasiyanı qaçılmaz etdi. Başqa sözlə, son 20 ildə möhkəm milli iqtisadiyyatın qurulması prosesinin bugün də davam etməsi və aktual olması, son 10 ildə neftdən gələn iri maliyyə gəlirlərinin qeyri-neft sektoruna investisiyası strategiyasının aktual olması, son 2 ildə neftin dünya bazarlarında kəskin ucuzlaşması, Azərbaycanın ixrac potensialının artırılması mövzusunu daha da aktual edir.
Dostları ilə paylaş: |