2.1 Azərbaycanda məhsulların ixracının əsas göstəriciləri
2015-ci ilin 11 ayı ərzində Azərbaycan Respublikasında qeydiyyatda olan hüquqi və fiziki şəxslər 162 ölkə üzrəticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları aparmış, 109 ölkəyə məhsul ixrac edilmiş, 145 ölkədən idxal olunmuşdur. Ticarət dövriyyəsinin 9,6%-i MDB üzvü olan dövlətlər ilə, 48,5%-i Avropa İttifaqı ölkələri, 41,9 faizi isə digər dünya ölkələrinin payına düşmüşdür.
Yanvar-noyabr ayları ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik göstəricilərə əsasən 23 mlrd 575,6 milyon ABŞ dolları olmuşdur ki,burada ixracın həcmi 15 mlrd 379,4 milyon dollar, idxalın həcmi isə 8 mlrd 196,2 milyon dollar təşkil etmişdir.Beləlikləmüsbət xarici ticarət saldosu 7mlrd 183,2 milyon dollarlıq həcmində yaranmışdır.
İxrac olunmuş məhsulların arasında xüsusi çəkinineft məhsulları,xam neft, təbii qaz, şəkər, meyvə-tərəvəz, bitki yağları, kimya sənayesi məhsulları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan düzəldilən məmulatlar, alüminium və ondan düzəldilən məmulatlarə təşkil edir.İdxal olunmuş məhsullarda xüsusi çəkiyə isə maşın, avadanlıqlar, mexanizm, elektrik aparatları, qara metallar və onlardan düzəldilən məmulatlar, nəqliyyat vasitələri, onların hissələri, tütün və tütün məmulatları, ərzaq məhsulları, əczaçılıq məhsullarının malikdir.
2015-ci ilin on bir ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 3,6% artaraq 1461,7 mln dollar təşkil etmişdir.
Dövlət və özəl sektorun birgə təşəbbüsü ilə 2003-cü ildə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)təsis edilmişdir. Qurumun yaradılmasında başlıca məqsəd qeyri-neft sektoruna birbaşa xarici investisiyaların yatırılmasının təşviqi və ixracyönlü sektorların inkişafı yolu ilə iqtisadi artımı təmin etməkdir. Qeyd etmək lazımdır ki, bu tip təşəbbüslərin reallaşdırılması həqiqətən də ixrac potensialının artırılması istiqamətində atılmış önəmli addımlardandır. Lakin burada, qurumun effektiv və səmərəli fəaliyyət mexanizmi, daima müasir meyllərə uyğunlaşma qabiliyyəti həlledici rol oynayır. Çox böyük əhəmiyyət kəsb edən məsələlərdən bir də, qurumun öz fəaliyyətləri sırasına Azərbaycan məhsullarının marketinqi və Azərbaycan istehsalı (“Made in Azerbaijan”)brendinin xaricdə təşviqi kimi fəaliyyətlərin yer almasıdır ki buna ölkəmizin böyük ehtiyacı vardır.
Fondun digər bir fəaliyyəti də ixrac məsələlərində sahibkarlar üçün faydalı məlumatların hazırlanması ilə onları yönləndirməyə yardım etməkdir. Azərbaycanda ixrac potensiallı məhsulları Fondda 6 qrupda sıralamış və əsas göstəricilərini təqdim etmişdir. Bitki mənşəli məhsullar qrupuna kartof, pomidor, xiyar, üzüm, alma, armud, heyva, albalı və gilas, şaftalı, xurma, gavalı, fındıq, çay və tütün daxil edilmişdir. Müsbət haldır ki, həcmi dəyişməyən çay və azalan tütündən başqa bütün adıçəkilən məhsulların istehsalı artmışdır. Lakin bu qrup məhsulların bir qisminin ixrac həcmi və müvafiq olaraq ixracdan gələn gəlirin həcmində azalmalar da mövcuddur.Bu da ixrac dinamikasının tam stabilləşmədiyinin əlamətlərindəndir (Cədvəl 3).
Dostları ilə paylaş: |