Manna dövləti haqqında



Yüklə 25,94 Kb.
səhifə3/4
tarix04.12.2023
ölçüsü25,94 Kb.
#138138
1   2   3   4
Manna dövləti haqqında

Mənəvi mədəniyyət Mannada bütpərəslik və çoxallahlılıq yayılmışdı. Şəhərlərdə allahların heykəlləri saxlanan məbədlər fəaliyyət göstərirdi. Həsənlidə tapılan qızıl camın üzərində mannalıların ibadət və qurbanvermə mərasimi belə təsvir olunmuşdur: Qatır və öküz qoşulmuş üç arabanı saçları kürəyinin ortasına çatan və saçaqlı uzun paltar geyinmiş qanadlı allahlar sürürdülər. Allahlara tərəf gələn iki kahin ibadət mərasimini icra edir, iki xidmətçi isə qurbanlıq qoyun gətirir. Qızıl camda mannalıların ibadət etdikləri Tufan və ya Müharibə, Günəş və Ay allahları təsvir edilmişdir.
Mannada Dirilik həyat ağacına sitayiş geniş yayılmışdı. Ziviyədə tapılmış qızıl pektoralda dirilik ağacının yanında dağ keçiləri və qanadlı öküz təsvir olunmuşdur. Marlıqtəpədə tapılan və e. ə. IX əsrə aid edilən böyük qızıl qədəh üzərində dörd sırada verilmiş təsvirlərdəki dirilik ağacı mövzusu təbiətin gəlimli-gedimli olmasına, insanların yaranışa, doğuluşa və axirət dünyasına inamını əks etdirir. Birinci sıra doğuluş mövzusundadır: keçi öz balasını əmizdirir. İkinci sırada bala artıq buynuz çıxarmışdır və Dirilik ağacının yarpaqlarını yeyir. Ücüncü sırada canavar sürüsü və uçan yırtıcı quş göstərilib, yəni yeni varlıq üçün ölüm təhlükəsi yaranmışdır. Dördüncü sırada isə keçinin cəmdəyini iki çalağan sökməkdədir.
Mannada əhalinin həyatında xüsusi yer tutan at da ilahiləşdirilirdi. Atın ayrıca qəbirdə insansayağı dəfn edilməsi bunu sübut edir.
Azərbaycan e, a. VI-V əsrlərdə. E. ə. 590-cı ildə Manna öz müstəqilliyini itirdikdən sonra onun ərazisi Midiyanın tərkibinə qatılmışdı. Azərbaycanın şimal torpaqları isə Midiyanın sərhədlərindən kənarda qalmışdı. Keçmiş Manna torpaqları e. ə. 550-ci ildə Midiya dövlətini sıradan çıxararaq onun yerində yaranmış Əhəməni dövlətinin tərkibinə daxil edildi. Əhəməni hökmdarı II Kir Azərbaycanın şimal torpaqlarını ələ keçirmək üçün e. ə. 530-cu ildə Arazdan şimala massagetlər üzərinə yürüş etdi. “Tarixin atası” adlandırılan Herodot massagetləri Araz çayının o tayında yaşayan çoxsaylı və olduqca cəsur xalq adlandırmışdır. II Kirin Arazdan şimaldakı Azərbaycan torpaqlarını ələ keçirmək cəhdi boşa çıxmışdı. Cəsur qadın Tomrisin qoşunu ikinci döyüşdə əhəməniləri darmadağın etmiş və II Kir öldürülmüşdü.
I Daranın dövründə (e. ə. 522 — 486) əhəmənilərin Arazdan şimaldakı Azərbaycan torpaqlarına (Albaniya) tez — tez baş vermiş yürüşləri buradakı sakların ciddi müqaviməti ilə qarşılanmışdı. Buna baxmayaraq həmin torpaqlar ələ keçirilmiş və Əhəməni imperiyasının satraplıqlarından (canişinlik) birinə daxil edilmişdi. Nəticədə Arazdan şimalda yaşayan tayfalar əhəmənilərə vergi verməklə yanaşı, hərbi xidmətə də cəlb olunurdular. E. ə. V əsrdə baş vermiş fars-yunan müharibəsində kaspi-alban hərbi dəstələrinin də iştirakı haqqında Herodotun «Tarix» əsərində məlumatlara rast gəlirik.
Mənbə: AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan — XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri), “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016

Yüklə 25,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin