Maqistratura məRKƏZİ Mehdiyev Atatürk Seyfullah oğlunun


Vergi münasibətlərinin subyekti kimi kommersiya banklarının xarakteristikası



Yüklə 94,42 Kb.
səhifə8/32
tarix05.01.2022
ölçüsü94,42 Kb.
#111954
1   ...   4   5   6   7   8   9   10   11   ...   32
Vergi münasibətlərinin subyekti kimi kommersiya banklarının xarakteristikası

Vergi sistemində çoxillik islahatların aparılmasına baxmayaraq, hazırda iqtisadiyyatın maliyyə sektoru subyektləri tərəfindən həyata keçirilən əməliyyatların vergiyə cəlb edilməsinin tam konsepsiyası işlənib hazırlanmamışdır. Demək olar ki, Azərbaycanda iqtisadiyyatın real sektoruna pul vəsaitlərinin daxil olmasını təmin edə biləcək mükəmməl kapital bazarı formalaşmamışdır.

Respublika iqtisadiyyatındakı böhran vəziyyətinin əsas səbəblərindən biri xalq təsərrüfatında baş verən prosesləri tam ölçüdə nəzərə almayan vergitutma sisteminin qeyri-təkmil olmasıdır. Maliyyə əməliyyatlarının vergiyə cəlb edilməsi rejimi müəyyən edilərkən müxtəlif əməliyyatların iqtisadi əsaslarının birbaşa nəzərə alınmaması bank sferası, sığorta fəaliyyəti və fond bazarının inkişaf istiqamətlərindəki qüsurları daha da dərinləşdirdi.

Hazırda respublikamızda qanunvericilik yolu ilə müəyyən sayda fundamental maliyyə əməliyyatları və alətlərinin vergiyə cəlb edilməsini səmərəli surətdə tənzimləyə biləcək bir sıra normalar müəyyən etmək lazımdır. Ədalətli vergitutma rejiminin tətbiqi yeni maliyyə və əmtəə axımına səbəb olacaq ki, bu da vergitutma bazasının genişlənməsi deməkdir.

Digər aktual məsələ əhalinin real iqtisadi sektora qoyduqları investisiyaların stimullaşdırılması problemidir. Bu məsələ səhmdarın vəsaitlərinin çoxsaylı vergiyə cəlb olunmasını ləğv etmək şərti ilə, pay və investisiya fondları vasitəsilə həll edilə bilər. 

Hal-hazırkı dövrə qədər vergilər respublikamızın qiymətli kağızlar bazarında yalnız fiskal funksiyanı yerinə yetirib. Eyni zamanda nəzərə almaq lazımdır ki, əksər inkişaf etmiş ölkələrdə kapital bazarının vergiyə cəlb edilməsi ilk növbədə investisiya aktivliyi və investisiya resurslarının iqtisadiyyatın müxtəlif sahələri arasında bölüşdürülməsinə təsir edən tənzimləyici rolunu oynayır. 

Beləliklə, vergi sistemində aparılan islahatların indiki mərhələsində ölkəmizin bank sistemi, sığorta və qiymətli kağızlar bazarının inkişafının stimullaşdırılması üçün lazım olan vergi metodlarından maksimum istifadə etmək vəzifəsini dövlət öz üzərinə götürmüşdür.

Banklar vergi hüquq münasibətlərində xüsusi yer tutur, çünki onlar eyni zamanda büdcə və büdcədənkənar fondlara məcburi ödənişlər köçürən vergi ödəyicisi və vergi agenti statusuna malikdirlər. Banklar vergi qanunvericiliyi ilə xüsusi vergi hüququna malik olan vergi münasibəti iştirakçıları kimi müəyyən edilmişdir.

Mövcud bank sistemi mexanizmində əsas rolu sözsüz ki, kommersiya bankları oynayır, çünki ölkədə kredit resurslarının əsas hissəsi məhz onlarda toplanır və müştərilərə tam kompleks maliyyə-kredit xidməti göstərirlər.

Kommersiya bankları maliyyə vasitəçisi olmaqla işgüzar müəssislərin xüsusi kateqoriyasına aiddir. Onlar təsərrüfat fəaliyyəti prosesində sərbəst qalmış kapital, əhalinin əmanətləri və digər pul vəsaitlərini cəlb edərək, onları müvəqqəti olaraq əlavə kapitala ehtiyacı olan digər iqtisadi agentlərə verirlər. Nəticədə banklar yeni tələb və öhdəliklər yaradır ki, onlar da öz növbəsində pul bazarında mala çevrilir. 

Bankların əsas təyinatı kreditorlardan borc alanlara, satıcılardan isə alıcılara pul vəsaitlərinin köçürülməsində vasitəçilik etməkdir. Banklarla yanaşı pul vəsaitlərinin yerdəyişməsini digər maliyyə və maliyyə-kredit təşkilatları (investisiya fondları, sığorta təşkilatları, broker və diller firmaları) həyata keçirir. Lakin maliyyə bazarının subyekti banklar onları digər subyektlərdən fərqləndirən kimi iki əhəmiyyətli xassəyə malikdirlər.

Birincisi, banklar üçün borc öhdəliklərinin ikili mübadiləsi xarakterikdir: onlar özünün borc öhdəliklərini (depozitlər, əmanət sertifikatları və s.) yerləşdirir, müştərilərdən cəlb edilmişləri isə şəxslər tərəfindən buraxılmış borc öhdəlikləri və digər qiymətli kağızlarda yerləşdirir. Məhz bu xassə bankları özünün borc öhdəliklərini buraxmayan maliyyə brokeri və dillerlərindən fərqləndirir. 

İkincisi, bankların öz üzərinə götürdükləri öhdəliklərdə onun hüquqi və fiziki şəxslər qarşısında olan borc məbləği əks olunur ki, bununla da onlar müxtəlif investisiya fondlarından fərqlənirlər. Belə ki, həmin fondlar özlərinin aktiv və passivlərinin dəyərinin dəyişməsi ilə əlaqədar bütün riskləri öz səhmdarları arasında bölüşdürürlər.

Banklar istənilən ölkənin vergi sistemində ikili rol oynayır. Bir tərəfdən onlar əksər vergilərin ödəyiciləridir və ümumi qaydalarla büdcəyə vergilər ödəyir, digər tərəfdən dövlətlə vergi ödəyiciləri arasında vasitəçi kimi çıxış edir. Belə ki, büdcə kassa icraatçısı kimi vergi ödənişlərini bilavasitə dövlətin hesabına köçürürlər.

Banklar faktiki olaraq büdcənin gəlir hissəsinin doldurulmasında “qan damarları” rolunu oynayırlar, yəni büdcənin tam formalaşması vergi ödənişləri üzrə hüquqi və fiziki şəxslərin təqdim etdikləri ödəniş tapşırıqlarının vaxtında və tam həcmdə icra olunmasından asılıdır.

Bundan başqa, banklar hesabların açılması qaydasına riayət, açılmış hesablar və öz müştərilərinin maliyyə-təsərrüfat əməliyyatları haqqında informasiya təqdim, vergilərin köçürülməsi və müştərinin hesabı üzrə əməliyyatların dayandırılması haqqında tapşırıqları icra etməklə yanaşı, valyuta və vergi nəzarəti funksiyasını həyata keçirirlər.

Kommersiya banklarının ölkəmizin vergi sistemindəki rolundan danışarkən bir faktı da yadda saxlamaq lazımdır ki, onlar ölkənin real iqtisadi sektorunun ən iri səhmdarlarından biridir. Bu isə vergi ödəyicilərinin sayının artması və əlavə maddi rifahın yaradılması hesabına büdcə gəlirlərinin artması deməkdir [10]

Beləliklə, vergi orqanları ilə münasibətdə banklar üç mövqedən çıxış edir:

  • bilavasitə müstəqil vergi ödəyicisi kimi;

  • digər vergi ödəyicilərinin (müəssisə, təşkilat, vətəndaş) maliyyə-təsərrüfat əməliyyatlarının keçirilməsində onlarla dövlət arasında vasitəçi kimi.

Burada banklar vergi orqanlarına xüsusi xidmətlər göstərməsi, xüsusilə vergi ödəyiciləri tərəfindən banklar vasitəsilə ödənilməsi, vergilərin hesablanmasının düzgünlüyü və vaxtında büdcəyə ödənilməsini yoxlamaq üçün bank tərəfdən vergi verən haqqında müvafiq  orqanın yazılı sorğusuna əsasən tələb etdiyi informasiyanın təqdim olunması nəzərdə tutulur; (vergi öhdəliklərinin hesablanması, vergi ödəyicilərinin pul vəsaitlərindən tutulması və büdcəyə köçürülməsi).

Digər təsərrüfat subyektlərindən fərli olaraq, banklar onların fəaliyyətinin vergiyə cəlb edilməsi üzrə bəzi fərqləndirici xüsusiyyətlərə malikdirlər. Bunlardan biri də onların mənfəət vergisinə cəlb olunmasıdır. Bankların mənfəət vergisi hesablanarkən kredit təşkilatlarında mühasibat uçotundan fərqli olaraq xərclərin, vergitutma məqsədləri üçün vergitutma bazasının formalaşmasıdır.

Banklarda vergitutma bazasının formalaşması, gəlir məbləğləri, bank xidmətlərinin, istehsal xərcləri və maliyyə nəticələrinə aid edilən məsrəflərin hesablanması və mühasibat uçotu qaydası kredit təşkilatlarından fərqlənir. Bankların gəlir və xərclərinin uçotu özünə məxsus xüsusiyyətlərə məxsusdur. Belə ki, bu müəssisələrdə 1998-ci ildən bank praktikasında unifikasiya edilmiş hesablar planı tətbiq edilir. Bundan başqa, gəlirlərin əksər hissəsini ödənişli, müddətli və geri qaytarılmaq şərti ilə pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi təşkil edir ki, bu da müvafiq olaraq vergitutma bazasının formalaşmasına təsir edir [15]

Digər fərqləndirici cəhət ƏDV-nin hesablanması və ödənilməsi qaydasıdır. Bank xidmətlərinin ƏDV cəlb olunması xüsusiyyətlərini nəzərdən keçirərkən nəzərə almaq lazımdır ki, bir qayda olaraq bazar iqtisadiyyatlı ölkələrdə həmin xidmətlər vergiyə cəlb edilmir. Bu onunla izah olunur ki, bank xidmətlərinə görə tariflərin əksər hissəsi konkret maya dəyərinə əsaslanmır. Onların səviyyəsinə müxtəlif risklər (kredit, valyuta, faiz, məzənnə) və rəqabət təsir göstərir.

Müxtəlif banklar eyni xidməti müştərilərə fərqli ödənişlərlə göstərirlər. Eyni zamanda kommersiya bankları həm pul, həm də qiymətli kağız və valyuta mübadilələrində vasitəçi rolunda çıxış edirlər. 

Vergi Məcəlləsinə əsasən ölkəmizdə bank xidmətlərinin əksəriyyəti əlavə dəyər vergisindən azaddır.

Kommersiya banklarının vergiyə cəlb edilməsinin digər fərqli cəhəti ondan ibarətdir ki, Mərkəzi Bankın lisenziyası olmaq şərti ilə banklar yalnız “Banklar və bank fəaliyyəti haqqında” Qanunda müəyyən olunmuş əməliyyatları həyata keçirirlər. Digər iqtisadi subyektlərin bir neçə fəaliyyət növü ilə məşğul olduğu halda, banklara istehsalat, ticarət və ticarət fəaliyyəti ilə məşğul olmaq qadağandır ki, bu da müvafiq olaraq vergi ödənişlərinin həcminə təsir edir.

Bütünlükdə banklar tərəfindən ödənilən vergilərin strukturu, eləcə də ayrı-ayrı vergilərin vergi ödənişləri sistemindəki xüsusi çəkisi, digər təsərrüfat subyektləri tərəfindən ödənilən əsas vergilərin xüsusi çəkisindən fərqlənir.

Banklar tərəfindən ödənilən vergilər arasında ən böyük xüsusi çəkiyə malik olanları mənfəət vergisi və əmlak vergisi, az olanı isə ƏDV və digər vergilər təşkil edir. 

Büdcə gəlirlərinin təmin edilməsi banklar tərəfindən “qan damarı” rolunun necə yerinə yetirməsindən, yəni vergi ödənişləri üzrə öz müştərilərinin təqdim etdikləri ödəniş tapşırıqlarının vaxtında və tam həcmdə icra etmələrindən çox asılıdır. 


Yüklə 94,42 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin