Firmanın hər bir irimiqyaslıfəaliyyət sferası kimi marketinq fəaliyyətin də çox ciddi, bəzən də ən mürəkkəb təşkil olunmasına böyük ehtiyac vardır. Bu təşkil ilə bağlı olan məsələlərin həll edilməsi aşağıdakı iki vəziyyətlə bir daha təsdiqlənir. Birincisi, bu çətinliklər onunla əlaqədardır ki, marketinq fəaliyyəti aşağıdakı 2 fəaliyyət növünü bilavasitə özündə əks etdirir : tədqiqat informasiya və bilavasitə icra fəaliyyəti. Bu fəaliyyət növləri bir - birilə üzvü surətdə bağlıdır. Digər tərəfdən isə, firmanın heç bir fəaliyyət növü, marketinq fəaliyyətində olduğu kimi, bazar, əmtəə və alıcının xarakterik xüsusiyyətləri ilə ciddi əlaqədar deyil.
Bazar münasibətləri şəraitində işləyən firmaların fəaliyyət təcrübəsində marketinq xidmətinin təşkilinin bir neçə növü var.