Marketinq haqqında anlayış. Marketinqin əsas anlayışları


İstehsal təyinatlı məhsullar bazarının seqmentləş­di­rilməsi



Yüklə 135,59 Kb.
səhifə53/79
tarix10.01.2022
ölçüsü135,59 Kb.
#109331
1   ...   49   50   51   52   53   54   55   56   ...   79
3. İstehsal təyinatlı məhsullar bazarının seqmentləş­di­rilməsi

İstehsal təyinatlı və ya istehsal-texniki təyinatlı məhsullara tələbatın xarakteri və həcmi, ölkə əra­zi­si üzrə yerləşmə sıxlığı, istehlakçıların xüsusiyyətləri və davranışı, bazarda rəqa­bət mübarizəsinin səviyyəsi, satış kanalları və reklam fəaliyyəti və s. istehlak məh­sulları bazarının müvafiq amillə­rindən fərqləndiyindən onların seqmentləş­di­rilməsi nişanələri də bir-birindən fərqlənir.



İstehsal-texniki təyinatlı məhsullar bazarının seqmentləşdirilməsinin obyek­tiv meyarları. İstehsal-texniki təyinatlı məhsullar bazarında obyektiv seqment­ləş­dirmə meyarlarından ən çox istifadə olunanı coğrafi, iqtisadi və texno­loci meyarlardır.

Coğrafi seqmentləşdirmə də istehsal-texniki təyinatlı məhsullar bazarı müxtəlif ölkələrə, rayonlara, zonalara və şəhərlərə bölünür.

İqtisadi meyarlara görə seqmentləşdirmədə istehsal-texniki təyinatlı məhsul­lar baza­rı mülkiyyət formasına, fəaliyyətin məqsədinə, milli iqtisadiyyatın sahə­lərinə, fəaliyyətin həcminə, maliyyə vəziyyətinə və s. əlamətlərə görə seqmentlərə bölünür.

İstehsal-texniki təyinatlı məhsullar bazarının seqmentləşdirilməsinin psixo­qra­fik obyek­tiv meyarları. İstehsal-texniki təyinatlı məhsul­la­rın seqmentləş­diril­məsində istifadə olunan psixoqrafik meyarlara məhsulda axtarılan fayda (səmərə), dav­ranış tərzinə, məhsulgöndərənlərlə əməkdaşlıq səviyyəsi və məhsul­gön­dərən­lərə sadiqlik səviyyəsi aiddir.

MÖVZU17. Tələb,mahiyyəti,funksiyaları, hərəkətverici amilləri


  1. Yüklə 135,59 Kb.

    Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin