Elmi fəaliyyət sahəsində kafedra aşağıdakı vəzifələri reallaşdırır:
1. kafedranın istiqamətləri üzrə müəllimlər və əməkdaşların elmi və innovasiya fəaliyyətinin təşkili və illik yekunlaşdırılması;
2. tələbələr və doktorantların elmi-tədqiqat işlərinə rəhbərlik;
3.elmi-pedaqoji kadrların hazırlanması və ixtisasların artırılması;
4.kafedranın əməkdaşları və ya başqa iddiaçılar tərəfindən müdafiəyə təqdim edilən dissertasiyaların müzakirəsi;
5.kafedranın və başqa təşkilatların əməkdaşları tərəfindən dekan, kafedra müdiri, və ya rektorun (prorektorun) tapşırığı ilə elmi-tədqiqat işlərinə rezüme və resenziyaların, elmi işlərin dərc edilməsi üçün tövsiyələrin hazırlanması;
6.ixsisas üzrə namizədlik imtahan proqramlarının hazırlanması və müzakirəsi, həmçinin namizədlik imtahanlarının qəbulu və imtahan komissiyalarında öz nümayəndələrinin iştirakı;
7.qabaqcıl təcrübənin ümumiləşdirməsi və yayılması, elmi-texniki xidmətlərin göstərilməsi üçün elmi müəssisələrlə və təşkilatlarla əlaqələrin genişləndirilməsi və qaydaya salınması;
8. Azərbaycan və xarici tədris mərkəzlərlə elmi əməkdaşlığın həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələrin inkişafı;
9. hazırlığın bütün səviyyələrində elmi araşdırmaların və tədris prosesinin inteqrasiyası.
Kafedranın əsas tərbiyəvi və dərsdənkənar fəaliyyətinə daxildir:
1.ali təhsilə malik mütəxəssisin, harmonik inkişaf etmiş, vətəndaşlıq və sosial fəallıq tələbələrinə uyğun şəxsiyyətin formalaşması, tərbiyə və inkişaf etdirilməsi;
2.müstəqil işin və dərsdənkənar tədbirlərin təşkilində tələbələrə yardım etmə;
3. oxuyan gənclərin özünüidarəetmə, məişət və asudə vaxtının təşkili kimi sosial məsələləri üzrə yardım etmə;
4. abituriyentlərlə işin təşkili, hazırlıq bölməsində və hazırlıq kurslarında məşqələlərin keçirilməsi, məktəb məzunların peşə oriyentasiyası işlərində iştirakının təmin edilməsi;
5. öz müəllimlərinə və başqa ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin əməkdaşlarına məsləhətçi və tədris-metodik köməyinin göstərilməsi;
6. tələbələr arasında kurator işinin təşkili və aparılması;
7.məzunların işə düzəldilməsinə və iş verənlərlə əlaqələrin qaydaya salınmasına kömək;
8.bu bilik sahəsində mütəxəssislərin xidmətlərində cəmiyyətin ehtiyacının daimi tədqiqatı məqsədi ilə universitet məzunları və kafedranın doktorant məzunları ilə əlaqələrin təşkili;
9.fasiləsiz təhsil proqramlarının yaradılması və həyata keçirilməsi.
Kafedrada aşağıda qeyd edilən sənədlər olmalıdır:
Normativ sənədlər.
Kafedranın tədrisi ilə bağlı hesabatlar.
Kafedranın elmi-tədqiqat işləri ilə bağlı hesabatlar.
Kafedra iclaslarının protokolları.
Magistrantlarla iş dəftəri.
Kafedraya daxil olan sənədlər.
Kafedradan xaric olan sənədlər.
Kafedranın tədris etdiyi fənlər üzrə proqramları (bakalavr və magistratura pillələri üçün)
İmtahan sualları (bakalavr və magistraturada ayrı-ayrı fənlər üzrə).
Biletlər (bakalavr və magistratura üçün).
Kurs işlərinin mövzuları.
Diplom işlərinin mövzuları.
Kafedranın iş planı (hər bir tədris ili üçün)
Əmrlər qovluğu.
Yetərsizlərin (17 baldan az bal toplayanların) qeydiyyat dəftəri.
Dərs cədvəli.
İmtahan cədvəli.
Növbətçilik cədvəli və s.
Kafedranın müəllimləri həm bakalavr, həm də magistratura pilləsində kadr hazırlığında iştirak edir. Kafedra tərəfindən tədris olunan hər bir fənn üzrə proqram, dərslik, dərs vəsaiti və metodik vəsaitlər vaxtı-vaxtında yeniləşməlidir.
Kurs işlərinin və diplom işlərinin mövzularının paylanması kafedra iclasında müzakirə olunmalı və kafedra iclasının qərarı ilə təsdiq edilməlidir. Müdafiəyə ən azı bir ay qalanadək hər bir kafedra dekan müavinlərinin iştirakı ilə ilkin müdafiəni təşkil etməlidir. Buraxılış işlərinin yerinə yetirilməsində tələbəyə kömək göstərmək üçün kafedrada xüsusi günlər müəyyən edilməlidir.
Kafedra müdirinin vəzifələri:
kafedrada tədris və metodik işinə rəhbərlik etmək, proqramların, təqvim - tematik planların, tədris-metodik vəsaitlərin, dərsliklərin, kafedranın fənləri üzrə didaktik və əyani materialları hazırlamasına nəzarət və yardım edilməsi;
tədris-metodik materiallarının operativ düzəlişini təşkil etmək;
dərslərə müəllimlərin hazırlığına və onların keçirməsinin keyfiyyətinə nəzarət etmək;
fərdi plan üzrə hazırlaşan tələbələrin müstəqil işini hərtərəfli təmin etmək;
kafedranın eksperimental və elmi-tədqiqat işində rəhbərlik etmək, elmi və eksperimental işlərin planlarının icrasına nəzarət etmək;
kafedrada müəllim tərkibinin ixtisas artırılmasını təşkil etmək, müəllimlərə, öz ixtisas kateqoriyasını yüksəltməyi arzu edənlərə tövsiyə vermək;
tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik etmək;
pedaqoji sınaqların keçirilməsini təşkil etmək, metodik nailiyyətlərin və tədrisin yeni texnologiyalarının tədris prosesinə tətbiq edilməsinə nail olmaq;
kafedranın tədris-maddi bazasının təkmilləşdirilməsi və inkişafı üzrə işinə rəhbərlik etmək.
Kafedra tərəfdaşlar kollektividir, burada iş qarşılıqlı etibar, açıqlıq və kollegiallıq üzərində qurulur; iclaslarda, metodik yığımlarda, elmi-pedaqoji seminarlarda və müşavirələrdə məsələlərin müzakirəsi və həlli təşkil olunmalıdır.
İldə bir dəfə tədris ilinin başlanmasından əvvəl və ya başlanğıcında kafedralarda tədris-metodik yığıncaqlar keçirilir, burada ötən il ərzində kafedra müəllimlərinin işinin nəticələri yekunlaşdırılır və yeni tədris ilinə vəzifələr təyin edilir, sonra və tədris fənlərin, tədris-laboratoriya bazasının inkişafının, tələbələrin konkret qruplarının təlim və tərbiyəsinin başqa əhəmiyyətli məsələlərinə baxırlar, tədrisin metodikasının təkmilləşdirilməsi işini müzakirə edilirlər.
Kafedranın iclaslarında strukturun təkmilləşdirilməsi məsələləri və tədris fənlərinin məzmunu, mühazirə və seminarlarının tədrisi metodikası, pedaqoji kadrların hazırlığının və onların ixtisas artımının maddi-texniki təminatının, elmi işlərin icra edilməsi və pedaqoji eksperimentlərin keçirilməsi, başqa məsələlər müzakirə edilir.
Qərarlar sadə səs çoxluluğu əsasında qəbul edilir, qəbul edilmiş qərarlar iclas protokollarında qeydə alınır, katib və kafedra müdiri tərəfindən imzalanır.
Müəllim öz fərdi xüsusiyyətlərinə daha çox cavab verən və tədris materialının tələbələr tərəfindən mənimsəmənin yüksək keyfiyyətini təmin edən təhsil vasitələrini seçir, tələbə şəxsiyyətinin xüsusiyyətlərini nəzərə alaraq onların müstəqilliyinin, yaradıcılığın və təşəbbüsün inkişafını təmin edir. Müəllim tərəfindən seçilmiş metodlar və təlim vasitələri kafedranın iclasında müzakirə edilə bilərlər.
Kafedra iclasında aşağıdakı məsələlərə baxmaq olar:
• ötən tədris ili ərzində kafedra işinin nəticələri;
• yeni tədris ilinə iş planının müzakirəsi və təsdiqi;
•metodik, eksperimental, tədris-tərbiyə və elmi - tədqiqat işlər üzrə normativ-hüquqi sənədlərlə tanışlıq;
•kafedranın fənləri üzrə təqvim-tematik planlarının müzakirəsi;
•qabaqcıl təcrübə, yeni pedaqoji texnologiyalar ilə tanışlıq;
•kafedranın dərslərində elektron-hesablayıcı texnikadan istifadə təcrübəsi;
•elmi-tədqiqat iş planlarının təsdiqi və s.
Dostları ilə paylaş: |