Мцндяриъат


Dissertasiyalara və avtoreferatlara dair ümumi qaydalar



Yüklə 1,07 Mb.
səhifə9/12
tarix25.05.2018
ölçüsü1,07 Mb.
#51463
1   ...   4   5   6   7   8   9   10   11   12

6.4. Dissertasiyalara və avtoreferatlara dair ümumi qaydalar


Müvafiq elmi işə əsasən məsələnin vəziyyəti xarakterizə edilir və tədqiqat məsələlərinin konkret qoyuluşu təmin olunur, həmçinin tədqiqat obyekti seçilir və mövzu əsaslandırılır. İrəli sürülmüş elmi müddəaların nəzəri əsaslandırılması, qoyulmuş məsələnin həlli yollarının tapılması, o cümlədən məlum olan həll yollarının təklif olunanlarla müqayisəsi aparılır.

Nəzəri tədqiqatlar eksperimental tədqiqatlardan əvvəl aparılmalı və bununla da eksperimental tədqiqatların həcminin azaldılmasına nail olunmalıdır.

Dissertasiya işində:

-eksperimental tədqiqatların proqram və metodikasının işlənməsi və ya seçilmiş metodikanın əsaslandırılması;

-alınmış elmi nəticələrin xülasəsi (tədqiqat obyektlərinin və şəraitlərinin geniş təsnifatı; dissertant tərəfindən işlənmiş cihazların, stendlərin və ölçü aparatlarının xarakteristikası; təcrübələrin təsnifatı, alınmış nəticələrin işlənməsi, qrafik və cədvəllərin qurulması; alınmış nəticələrin ümumiləşdirilməsi və interpritasiyası);

- işlənmiş tövsiyələrin xülasəsi (onların yeniliyi və mahiyyəti mövzuya aid dərc olunmuş işlərin, qeydiyyatdan keçmiş ixtiraların mahiyyəti);

-konkret realizəyə, nəticələrin və tövsiyyələrin tətbiqinə dair mülahizələr, təsərrüfatlarda tətbiqi və istifadə haqqında məlumatlar öz əksini tapmalıdır.

Dissertasiyanın nəticələrində müəllifin əldə etdiyi yeni elmi nəticələr 5-6 bənddə verilməlidir. Nəticələr elə yazılmalıdır ki, burada yeniliyin mahiyyəti, tədqiqatların nəzəri, praktiki mahiyyəti və onların nəticələrinin tətbiqi əks olunsun.

Dissertasiyada istifadə olunmuş ədəbiyyat siyahısı və lazım gəldikdə əlavə şəklin-də cədvəllər, qrafiklər, müəllif şəhadətnamələrinin nüsxəsi və s. sonda verilməlidir. İstifadə olunan ədəbiyyat siyahısında bütün kollektiv işlərin müəllifləri qeyd olunmalıdır.

Qaydalara müvafiq olaraq dissertasiyanı müdafiəyə təqdim etmiş təşkilat görülmüş işə və müəllifin elmi fəaliyyəti haqında məlumat verməlidir.

Fəlsəfə doktoru işinin həcmi 150, doktorluq işinin isə -300 səhifədən artıq olmamalıdır. Yazı 2 intervalla çap olunmalıdır. İstifadə olunmuş ədəbiyyat siyahısı, şəkillər, avtoreferatlar cədvəllər, qrafiklər buraya daxil deyildir.

Hər bir dissertasiya işi üzrə apponentlərin və Elmi Şuranın icazəsi ilə 100 nüsxə avtoreferat yazılr. Avtoreferat fəlsəfə doktoru işi üçün bir çap vərəqi, doktorluq işi üçün isə iki çap vərəqi həcmində olmalıdır. Avtoreferatda işin ümumi xarakteristikası, dissertasiyanın əsas ideyası və strukturası qaydalara uyğun olaraq açıqlanmalıdır. Avtopeferatın sonunda dissertasiya işinə dair müəllif tərəfindən nəşr etdirilmiş məqalələr sadalanmalıdır. Avtoreferatın başlığı dissertasiyanın başlığı ilə eyni olmalıdır. Bundan əlavə avtoreferatda müdafiənin vaxtı və yeri, elmi rəhbərlərin və rəsmi apponentlərin soyadları, dissertasiyanın həcmi, müəllifin əvvəllər nəşr olunmuş işlərinin siyahısı və dissertasiyasının mövzusuna dair məruzələr göstərilməlidir.

Dissertasiya işi, avtoreferat və bununla bağlı olan bütün sənədlər müdafiədən sonra AAK-na təqdim olunmalıdır.

6.5. Dissertasiyanın tərtibinə dair tələblər


Qaydalara müvafiq olaraq dissertasiyanın mətni, ədəbiyyatın mətni və ədəbiyyatın biblioqrafik siyahısı iki intervalla A4 formatında (210x297) ölçüdə (hər səhifədə 30 olmaqla) yazılır. Mətn və bütün işarələr aydın, səlist yazılmalıdır. Xarici dildə olan hissə əlyazma ilə əlavə oluna bilər. Səhifələr soldan – 30 mm, yuxarıdan-20 mm, sağdan-10 mm,aşağıdan-25 mm məsafədə yazılmalıdır. Düsturlar mətnə əlyazma ilə daxil edilir: hərflər-7-8 mm, indeks və dərəcələr-2 mm ölçüdə yazılır. Cədvəllər, şəkillər, çertyojlar, sxemlər, qrafiklər həm dissertasiyada, həm də əlavələrdə 210x297 sm ölçüdə standart vərəqə yazılmalıdır. Şəkillərə dair izah və imzalar vərəqin üz tərəfində yazılır.

İllüstrasiyalar və əlavələr daxil olmaqla titul vərəqindən başlayaraq səhifələr nömrələnməlidir. Titul vərəqi birinci səhifə hesab edilir, ancaq ona səhifə yazılmır. Sonrakı səhifədən başlayaraq 2 və s. nömrələr qoyulur. Sıra nömrəsi səhifənin yuxarı orta hissəsində yazılmalıdır. Dissertasiyanın hər bir nüsxəsinin titul vərəqində tədqiqatçı öz imzasını qoymalıdır.

Dissertasiya şuraya təqdim edildikdən sonra hər hansı bir düzəlişin aparılmasına icazə verilmir. Dissertasiyanın yazılışında səliqəsizlik olarsa, onun müəllifinə elmi ad verilməyə bilər.

Dissertasiyaların əsas nəticələrinin dərc olunması Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə edilən elmi nəşrlərdə dərc edilməklə redaksiyaya təqdim olunan (göstərilən ) elmi məqalələr beynəlxalq standartlara və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrini əks etdirən məqalələrin tərtibinə qoyduğu tələblərə cavab verməlidir.

Elmi məqalələrin tərtibinə qoyulmuş tələblər aşağıdakılardan ibarətdir:

- məqalənin sərlövhəsi (başlığı) 70 işarədən artıq olmamalıdır:

- əlyazmanın ümumi həcmi 0,5 şərti çap vərəqindən və ya 20 min işarədən artıq olmamalı, A4 formatında 1,5 intervalla Times New Roman, 12 ölçülü şriftlə yazılmaqla, kənar məsafələr: yuxarıdan 20 mm, aşağıdan 25 mm, soldan 30 mm, sağdan isə 20 mm boş məsafə saxlanılmalıdır.

- əlyazmanın əvvəlində əlyazmanın yazıldığı dildə xülasə, xülasədən sonra isə 5-7-dən artıq olmamaqla açar sözlər verilməlidir;

- əlyazmanın sonunda ( ədəbiyyat siyahısından sonra) isə əlyazmanın əvvəlində verilmiş xülasə və açar sözlər rus və ingilis dillərində verilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.

- xülasə məqalədə baxılan məsələlərin çox qısa şərhi müəllifin (müəlliflərin çıxardığı elmi nəticələr, işin yeniliyi, əhəmiyyəti, iqtisadi səmərəsi yığcam şəkildə öz əksini tapmalıdır;

- məqalədə mövzunun aktuallığı əsaslandırılmalı, öyrənilmə vəziyyətinə (mövzu üzrə ədəbiyyatların xülasəsi) münasibət bildirilməlidir. Bundan əlavə tədqiqat obyekti və üsulu, alınmış nəzəri və təcrübi nəticələr, onların təhlili, tətbiqi və istifadəsi üçün təkliflər məqalədə öz əksini tapmalıdır.

- ədəbiyyat siyahısına yalnız əlyazmada istinad olunan ədəbiyyatlar daxil edilməlidir.

- problemin izahına müasir vəziyyətin araşdırılmasından başlamaq lazımdır. Burada dəlillərə əsaslanaraq problemin həlli yolları göstərilməlidir;

- məqalədə simpozium, konfrans və digər nufuzlu elmi tədbirlərin materiallarına və ya tezislərinə istinad edərkən məqalənin,məruzənin və ya tezisin adı göstərilməlidir.

- əlyazmada son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrə üstünlük verilməlidir.

Redaksiyaya təqdim olunan məqaləyə məqaləni çapa tövsiyə edən müəssisənin elmi şurasının qərarı ilə təsdiq olunmuş mütəxəssis rəyi əlavə olunmalı və məqalənin sonunda rəyi təsdiq edən elmi şuranın iclas protokolunun nömrəsi və tarixi göstərilməlidir.

Məqalələr hazırlanarkən müxtəlif mənbələrdən istifadə etmək olar. Lakin, hansısa bir müəllifin fikirlərini “özəlləşdirməyə” yol verilmir. Plagiatlıq faktı aşkar olunan məqalələr dərc olunmur.

Əlyazmada müəllif(lər)in soyadı, adı və atasının adı, onun (onların) işlədiyi müəssisə(lər) və həmin müəssisənin (müəssisələrin) ünvan(lar)ı, müəllif(lər)in elektron poçt ünvan(lar)ı göstərilməlidir.

Dövri elmi nəşrin redaksiyası məqalənin dərc olunması ilə əlaqədar olaraq müəllif və ya müəlliflərin razılığını, göndərilən məqalənin əvvəllər dərc olunmadığını, (məqalənin tezis şəklində dərc olunmuş variantı istisna olmaqla), məqalənin hər hansı bir dildəki variantının eyni zamanda digər dövri elmi nəşrlərə göndərilmədiyini və məqalə ilə bağlı elmi-tədqiqat işinin hansı müəssisədə yerinə yetirildiyini əks etdirən anket hazırlanmalıdırr. Bu anketi müəllif(lər) imzalayıb redaksiyaya göndərməli və ya dövri elmi nəşrin saytına daxil olub, anketin elektron variantını doldurmalı və onu təsdiqləməlidir(lər).


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin