Мцндяриъат


Planlaşdırılmış işin elementlərinin mahiyyəti



Yüklə 1,07 Mb.
səhifə6/12
tarix25.05.2018
ölçüsü1,07 Mb.
#51463
1   2   3   4   5   6   7   8   9   ...   12

4.2. Planlaşdırılmış işin elementlərinin mahiyyəti


ETİ-nin planlaşdırılması üçün aşağıdakı mütləq elementlər tələb olunur: problemin adı, mövzunun adı, mövzunun fəsillərinin adı, mövzunun və ya fəsilin əsaslandırılma-sı; işin məqsədi, işin məzmunu, aparılan tədqiqatların nəticələri, tədqiqat obyektləri, işlərin aparıldığı yerlər, mövzunun və fəsillərin yerinə yetirilmə müddəti.

Bunların davamı olaraq mövzunun və fəsillərin proqramı, metodikası, rəhbəri və ic-raçıları, təqvim planı və sınaq, məlumat toplusu, göstəricilərin işlənməsi və jurnalla-

rın forması əlavə edilir.

Bütün sadalanan proqram və metodika elementləri ayrıca başlıqlar kimi yazılır. Aşağıda planlaşdırılan işin elementlərinin qısa məzmunu verilmişdir.



Problem–Tədqiqat yolu ilə həllini tapan mürəkkəb məsələlər kompleksidir. Prob-lem özündə nəzəri, praktiki və tətbiqi xarakterli məsələləri birləşdirir. Problem bir sıra mövzudan ibarətdir. Tədqiqqatın ümumi mövzusu problemə uyğun təklif edilir.

Mövzu -Tədqiqat üçün hər hansı bir məsələni əhatə edir. «Mövzu» termini müzakirə, ifadə, şöhrət məzmunu deməkdir. Mövzunun adı onun məzmununu əks etdirməlidir. Tədqiqat, öyrənmə, yaratma və ya axtarış – bu proseslər işdə əks olunanları bilavasitə göstərir. Mövzunun yerinə yetirilməsi 1-3 il və artıq müddəti əhatə edir. İşlərin dəqidliklə yerinə yetirilməsi məqsədilə onu ayrı-ayrı tədqiqatçılar arasında fəsillərə, bölmələrə bölürlər. Hər bir bölmədə tədqiqatın kiçik məqsədi göstərilir.

Planlaşdırılan işdə mövzunun tərkib hissəsi olan böyük bölmələrin adı dəqiqliklə yazılmalıdır. Mövzu tədqiqata təqdim olunmasından əvvəl tam öyrənilməlidir. Bunun bazasında mövzunun və fəsillərin nəzəri və praktiki həlli yolları əsaslandırılmaqla ğöstərilməsi də məqsədə uyğundur.Tədqiqatın mövzusu və ya problem ayrıca aydın yazılır. Tədqiqata təqdim olunmuş mövzu ilkin olaraq onun nəticələrinin istehsalatda və ya k/t-da tətbiqi nöqteyi nəzərindən öyrənilir. Burada işçi qüvvəsinə qənaət, məmulatın keyfiyyətinin yaxşılaşdırılması. məhsuldarlığın artırılması, materiala və xammala qənaət, xərclərin azalması nəzərə alınır. Problem dəqiq seçilmədikdə tədqiqatın səmərəsi kifayət qədər olmur.



Məqsəd - Tədqiqatçının yönəldiyi və yerinə yetirdiyi işdir və tam aydınlıqla tərtib olunmalıdır. Məqsəd yaxın və ya uzaq müddətə ola bilər. Adətən bir cümlə ilə ifadə olunmalıdır. İşin məqsədi planlaşdırmada, texniki tapşırıqda, hesabatda isə girişin sonunda öz əksini tapmalıdır.

Metodikanın əvvəlində eksperimental tədqiqatın məqsədi tərtib edilir. Bu xüsusi məqsəd adlanır. Məqsəd, nail olmuş vasitələrlə əks oluna bilməz. Maşın konstruksi-yalarının yaradılması, texnologiyanın işlənməsi, tədqiqatla düstur və asılılıqların alınması, normativ-texniki sənədlərin işlənməsi məqsəddir.

Texniki, aqronomik, iqtisadi elmi-tədqiqat işlərində aşağıdakı əsas və sonluq (uzaq) məqsədləri göstərmək olar: məhsuldarlığın artırılması, məmulatların metal tutumunun azaldılması, prosesin enerji tutumunun azaldılması, təhlükəsizliyin təmin edilməsi, maşınların etibarlılıgının yüksəldilməsi və s.

Bir uzun müddətli məqsəd müxtəlif yollarla həll oluna bilər (mühəndis, aqronomik, bioloji, zoobaytar, iqtisadi və s.). Məqsəd tərtib olunduqda onun həlli yolu da göstə-rilməlidir.

Məqalənin əvvəlində və ya sonunda, yaxud ETİ-nin girişinin sonunda işin məqsədi müəyyən formada göstərilir.

Məsələn: 1.İşin məqsədi xırdalayıcının məhsuldarlığının artırılması və çəkiçlərin formasının optimallaşdırılması yolu ilə dənin xırdalanması prosesinin enerji tutu-munun azaldılmasıdır.

2.İşin məqsədi hesablayıcı maşınlarla cavabların mütəxəssislər tərəfindən tapılması ilə məlumat axtarışının səmərəliliyinin artırılmasıdır.

3.İşin məqsədi işləmələrin tezləşdirilməsi və yeni texniki və proqressiv texnologiyanın tətbiqi yolu ilə elmi tədqiqatın səmərəsinin artırılmasıdır.

4. İşin məqsədi hesablayıcı maşınlardan istifadə etməklə istehsalın texnoloji hazırlığına vaxt sərfinin qısaldılmasıdır.

5. İşin məqsədi optimallaşdırmaqla işçi orqanların yemlə qarşılıqlı təsiri texnoloji prosesinin yüksəldilməsi və energetik göstəricilərinin azaldılmasıdır.

6.İşin məqsədi elmi təşkilatların fəaliyyətinin idarə olunmasının təsərrüfat hesabı üsulları daxil etməklə «tədqiqat istehsalat» tsiklini qısaltmaqdır.

7.Məqsəd kitabın müəlliflərinə tərtibatda və redaktə işində kömək göstərməklə onların işinin səmərəsini artırmaqdır.

8.Sınağın məqsədi eksperimental və seriyalı aqreqatların və maşın hissələrinin iş qabiliyyətini, keyfiyyətini, etibarlığını yoxlamaq.

9. Sınağın məqsədi seriyalı istehsal olunan maşınların iş qabiliyyətinin keyfiyyətini və resursunu yoxlamaqdır.

Məqalənin və ya girişin mətninin ortasında qarşıya qoyulan məqsəd aşağıdakı kimi yazıla bilər.

1.İşin məqsədi - kəsici vintli işçi orqanların konstruktiv parametrlərinin elmi əsaslandırılmış istifadəsi ilə silosun kəsilməsinə sərf olunan enerjinin azaldılmasıdır.

2. İşin məqsədi təsərrüfatlarda maşınların istismarının yaxşılaşdırmağa, əməyin enerji tutumunu artırmağa, yeni yüksək səmərəli maşınlar yaratmaqla əməyin məhsuldarlığının artırılması, heyvandarlıq məhsularının artırılması və heyvandarlıq məhsullarının maya dəyərinin aşağı salınmasından ibarətdir.

Bundan əlavə nəzərdə tutulan tədqiqin həcmi, ünvanı göstərilir. Maddi xərcləri və işin həcmini qiymətləndirmək, alınmış nəticələrin dəqiqliyini təyin etmək üçün tədqiqat obyektlərinin adı və sayını göstərmək lazımdır.

Tədqiqatların aparılmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün işin aparılacağı yer göstərilməlidir. Bu təklif olunan tədqiqatın üsulları və aparılma şəraiti barədə fikir söyləməyə imkan verir.Tədqiqatın aparılma müddəti və nəticələrinin tətbiqi mərhələlərinin məlum olması məqsədilə mövzunun və bölmənin ayrılıqda tətbiq müddəti göstərilməlidir.

4.3. Proqram və metodikanın tərtibinin əsas prinsipləri


Eksperimental tədqiqatların əsas tərkib başlanğıcı proqram və metodikadır. Metodikanın düzgün tutulmaması işin aparılma müddətini artıra bilər. İşin məqsədi və istiqaməti metodikada öz əksini tapmalıdır. Eksperimental tədqiqatların metodi-kasının tərtibi və əsaslandırılması ondan ibarətdir ki, qoyulan hər bir suala dair elə sınaq aparılmalıdır ki, faktorlar sınağın nəticələrinə təsir etsin.

Metodika işləndikdə başqa sahələrdə məlum olan tədqiqat üsullarından istifadə etmək olar. Metodikadan əvvəl tədqiqatın proqramı tərtib edilməlidir. Proqram tədqiqatların genişləndirilmiş planıdır. Hər hansı bir bənd üçün metodika yazıla bilərsə onu proqram bəndi hesab etmək olar. Proqramların bəndləri hazırki dövr üçün yazılır. Proqramın hər bəndinin başlığında tədqiqatların məzmunu öz əksini tapmalıdır.

Bəzi məsələləri elmi cəhətdən həll etmək üçün müxtəlif metodikadan istifadə edilir.

Üsul sınağın eksperimental tədqiqinin yolu, metodu deməkdir.

Hadisənin və ya prosesin tədqiqi üsullarının sistemi və ya üsulları metodika adlanır. Tədqiqatın metodikası aparılan işə istiqamət verir. Metodikaya aşağıdakılar daxildir:

- Tədqiqat obyektlərinin adı və sayı, nəzərdə tutulan tədqiqatların aparılma şəraiti-laboratoriya, laboratoriya-sahə, təsərrüfat, zavod və s. cihazlara, aparaturaya, alətlərə dair göstərişlər, proqramın hər bir bəndi üzrə məqsədə nail olma metodu və üsulu.

Proqram və metodikanın əvvəlində eksperimental tədqiqatın məqsədi gös-tərilməlidir. Metodika aşağıdakı suallara cavab verməlidir: tədqiq olunan obyekt və onun sayı, hansı parametrlər və göstəricilər tədqiq olunur. Onların təyini yolları, təcrübələrin neçə dəfə təkrar olunmaqla aparılması, təcrübələrdə istifadə olunan cihazlar və onların dəqiqliyi, nəticələrin işlənməsi və s.

Proqram və metodika yalnız eksperimental işlərə yazılır.

Qeyd:

1. Metodika hazırki zamanda yazılır.



2.Texniki işləmələrdə metodika yazılmır, lakin lazım gəldikdə metodikanın mənbəyi göstərilir.

Proqram və metodikanın axırında şöbə rəhbəri, laboratoriya müdiri, mövzunun rəhbəri və icraçılar imza etməlidir. İmza edənlərdən hər birinin elmi adı və dərəcəsi göstərilməlidir.

Proqramdan sonra mövzu üzrə bir illik və ya bütün dövr üzrə işin yerinə yetirilmə müddətini əhatə edən iş planı tutulur.

Plan nəzəri və eksperimental tədqiqatların proqramının icra hissəsidir. Burada bütün işlərin müddəti, həcmi və icraçıları açıqlanır.

Planda işin həcmini iki göstərici ilə əks etdirmək məqsədə uyğundur: «Faizlə» və ya «Adam-saatla». İşlərin planlaşdırılmasını yaxşılaşdırmaq məqsədilə plan hər ay üçün tutulur. Aylıq plana bəzi operativ məsələlər daxil edilir.

Sonrakı mərhələdə bir il müddətini əhatə edən şəbəkə qrafiki tərtib edilir. Bu qrafik icraçı və işin rəhbəri üçün gündəlik müşahidə vasitəsidir.

Planlaşdırılan elmi-tədqiqat işinin proqram və metodikası elmi şurada baxılır və elmi işlər üzrə direktor müavini tərəfindən təsdiqlənir: yuxarıda, sağda «Proqram və metodika» sözlərinin üzərindən imza edilir:

«Təsdiq edirəm»

elmi işlər üzrə müdir müavini (inisialları və soyadı)
«____»______________il.
Proqram və metodikaya əlavə olaraq sınaq jurnalının, göstəricilərin işlənməsi üçün cədvəllər və məlumat formaları verilir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin