Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə24/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   20   21   22   23   24   25   26   27   ...   67
Axtarış və yaradıcılıq



Könül Bünyadzadə

Cavanlığın xüsusi bir keyfiyyəti kimi yəqin ilk növbədə onun bol enerjisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail ol­maq iddiası vur­ğulanar. Təsadüfi deyil ki, məhz bu gənclik ener­jisi qarşısıalınmaz sel kimi inqilabların, üsyanların aparıcı qüv­vəsinə çevrilir. Bu baxımdan, Puşkinin Bayron haqqında de­diklərini yəqin ki, bütün gəncliyə aid etmək olar:


Dəniz, o sənin nəğməkarındı,

Üzərində sənin surətin vardı,

O, sənin ruhunla yaradılmışdı,

Sənin kimi: qüdrətli, dərin, zəhmli

Sənin kimi: ipə-sapa yatmayan.1

Lakin bu enerjinin ən neqativ tərəfi onun təsir altına tez düş­məsi, kor-koranəliyə, fanatlığa meylli olmasıdır. Həm də təbiətin qəribə bir təzadıdır ki, enerji nə qədər çox olursa, tə­fək­kür bir o qədər passiv olur, yerini his­s­lə­rə daha tez verir. Baş­qa sözlə de­sək, bu, nəinki təsadüf deyil, əksinə, az qala qa­nu­nauyğun­luq­dur ki, bir ideyanın real­laş­masında fanatik qüv­və­yə ehtiyac ya­ra­nan­da məhz ca­van­lardan istifadə edirlər. Ca­va­nın təfəkkürü hələ ki­fa­yət qə­dər formalaşmadığına görə, yə­ni onun gücü, imkan­ları enerjisindən çox geri qaldığına görə, bu enerji özü üçün şü­urlu-şüursuz şəkildə güclü təfək­kür, is­ti­qa­mətve­ri­ci qüv­və axtarır. Şel­linq dediyi kimi, «fəallaşmış mən­­lik hə­yat gücü üçün lazımdır; on­suz yalnız ölüm, xe­yi­rin mür­­güləməsi olardı; çünki mübarizə ol­ma­yan yerdə hə­yat da yox­dur».1 Məhz burada cəmiyyətin rolu və əhəmiyyəti özünü gös­tərir: cavanların həyat yolunun seçicisi kimi. Nəhəng bir enerjinin quruculuğamı, yara­dı­cı­lı­ğamı, yoxsa dağıdıcılığamı yö­nəlməsi bir bələd­çi ola­raq cəmiyyətdən çox asılı olur. Bu­ra­da dağıdıcı deyəndə biz yalnız cə­­miy­yə­tə, bəşəriy­yə­tə deyil, həm də cavanın özü­nə, öz mən-inə yönələn əməl­lərini, fəa­liy­yə­tini nəzərdə tu­turuq. Söhbət on­dan gedir ki, cə­miy­yətin tə­si­ri ilə yalnış ye­rə isti­qa­mət­lən­miş cavanın yüz cür işlərlə məşğul ol­­ma­sına bax­ma­ya­raq, onun əsl potensialı bir növ reallaşma­mış, özü ola­raq təs­diqlən­mə­miş qalır, o, öz mən-indən xə­bər­siz, özünə yad bir şəx­siyyət kimi yetişir. Ülvinin sözləri ilə de­sək, ca­vanlar «bütün olma­mış» «sökülüb, uçulur» və bunun ilk və başlıca səbəbi cəmiyyət olur.

Bu gün terror qrupların toruna düşən cavanların sa­yı han­sı isə bir fəlsəfə məktəbinə, ədəbiyyat dərnəyinə ge­dən­lərin sa­yından qat-qat çoxdur. Kimlərinsə məna­fe­lə­ri­nə xərclənən enerjilərin çəkisi, öz mən-inin dərkinə, ya­ra­dı­­cılıq istedadının ax­tarışına sərf edilən enerji­dən tərəziyə gəl­­məyəcək qədər ağır­dır. Bu gün maddi is­tək­lər üçün qa­la­­nan od mənəviyyatın nu­ru­nu söndürəcək qədər gur yanır.

Cavanlığın keyfiyyətindən biri də onların bütün ax­ta­rış­la­rı­­nın, is­tək­lərinin kökündə hisslərin, duyğuların dur­masıdır. Yə­ni on­ların təq­dim etdikləri bütün problem­lər­də də, onların həll yol­la­rında da lirika, ro­mantika üs­tün­lük təşkil edir. Bəlkə də elə bu sə­bəb­dəndir ki, onların təq­­dim etdiyi yol təhlükəli, də­li-dolu olsa da, ca­zibəli, can­lı və al-əlvan olur.

Müəyyən missiya daşıyıcısı olan cavan da bu xü­su­siy­yət­lə­­rinə görə di­gər həmyaşıdlarından çox elə seçilmir. La­kin on­la­rı fərq­ləndirən, sözün həqi­qi mənasında ta­le­lərini mü­əy­yən­ləş­dirən, şəxsiyyətlərinin formalaş­ma­sın­da məhək daşı qədər əhə­miyyətli olan bir cəhətdir – onların reallığı düz­gün qiy­mət­lən­dirmək baca­rı­ğı. Əlbəttə, bu, ilk növbədə missiyanın ver­di­yi bir gözaçıqlığı, ze­hin ay­dın­lığı, müəyyən mənada da …bəd­bəxt­likdir. Zahiri pa­rıl­tı­ya aldanmayıb hər şeyi öz rəngində gör­mək «bədbəxtliyi». Onların romanti­ka­sı­nı, lirikasını gözəl­ləş­dirən, gücləndirən qüssə, qəm notları acı reallığın tə­za­hür­lə­ri­dir. Bəli, bu ca­van­lar romantikdir, ancaq onlar sərt reallığa göz yum­ma­yan, əksinə onu təsvir edə-edə, onun acılarını ya­şa­ya-ya­şa­ya, onun üzərində, bəlkə də elə düz içində öz ro­man­tik dün­­yalarını qururlar. Deməli, Kyerkeqorun dediyi kimi, «mən – münasibət deyil, öz-özünə münasibətə qayı­dış­dır».1 Ma­raqlıdır ki, cavan yalnız öz dünyasını dü­şü­nən­də, Şellinq ki­mi, «mən – azadlıqdır»,2 – deyə bilir. Lakin bu, təcrid olun­muş bir aləmdə var olmaq deyil. Hər hal­da, cavan bu «azad­lı­ğı iki ka­teqoriyanın – mümkün və zə­ru­rinin dialektikası»3 ki­mi dərk et­mə­yi bacarır. Bu­nunla ya­naşı, o, öz dünyası ilə real hə­­ya­tın nis­bətini də unutmur və hər birinin hansı gücə və niy­yə­tə sahib ol­du­ğunu çox yax­şı anlayır. Bunu nəzərdə tutaraq Kyer­keqor «xə­bər­dar­lıq edir»: «Mən, əlbəttə, dünyanın böyük əhə­miyyət ver­diyi bir şey deyil, məhz ona maraq azdır, onun səndə ol­duğunu göstərmək riskli bir şeydir».4

Cavanlığın bütün bu «nöqsanları» – enerjinin bol­lu­ğu, hiss və əqlin tez-tez çarpışması, hissin bir çox hallarda ida­rəni öz əlinə alması ilə yanaşı, onun böyük bir üstün­lü­yü də var: ca­van cəmiyyətin öz daxili dünyasına yad ol­du­ğu­nu anlayıb ax­tarışlarını çox tez öz mənəvi dünyasına, öz mən-inə yönəldə bi­lir. Onun həmsöhbəti də, hökm ve­rib, cəza alanı da öz mən-i olur. Bu, onlara öz ruhları va­si­tə­silə sonsuzluğa, əbədiyyətə keç­mə­yə, Allahla bilavasitə ün­siyyətdə olmağa imkan yaradır. Ler­mon­tov «Mənim evim» şeirində yazır:



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin