Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə31/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   27   28   29   30   31   32   33   34   ...   67
Səlahəddin Xəlilov: Fəlsəfə öncüsü olaraq belə adam tanınmır fəlsəfə dairələrində. O dövrdə siz haqlısız ki, marksizmdən fərqli görüşləri ifadə etmək yasaq idi. Yəni, zatən kiminsə qəlbində fərqli bir fəlsəfi düşüncəsi olubsa da, onu yayınlaya bilməzdi. Onu konuşa bilməzdi və o, geniş dairələrə bəlli ola bilməzdi. Sonralar arxivlər araşdırılarkən, ola bilsin, nəsə tapılıb, mənə bəlli deyil bu barədə. Yəni, sovet dönəmində olsa-olsa rus fəlsəfi fikri fərqli bir alternativ fi­kir kimi mövcud ola bilərdi. Çünki ruslar da fəlsəfi fikir ənə­nə­lə­ri­nə malik bir xalqdır. Hətta qırmızı bolşevik inqilabından öncə onların bir çox tanınmış filosofları olubdur. Əsasən o da dini fəlsəfə üzərindədir. Bel­ya­yev, Solovyov və başqa adamlar olub. Amma onların yazarlarında da fəl­sə­fi fikirli adamlar çox olub. Tolstoy, Dostoyevski, filan. Necə bizim cüm­hu­riyyətlərdə, eləcə də Rusiyada bütün bu müstəqil, milli fəlsəfi düşüncələr ya­saq olunubdur və marksizm dışında nə varsa, həpsi demək olar ki, gə­liş­məyib, inkişaf eləməyib. Azərbaycanda da bir müddət – 20-30-cu illərdə Hüseyn Cavid, Cəfər Cabbarlı kimi yazarlar olub böyük fəlsəfi ideyalarla, ancaq ədəbiyyat vasitəsilə, yəni, teatr vasitəsilə-filan ifadə eləyiblər. Amma birbaşa fəlsəfi konsepsiya halında fərqli bir şey yazmaq yasaq idi. Yəni, mənim özümün də hətta o vaxt gənc olmağıma baxmayaraq müəyyən fikirlərim var idi. Ona görə KQB deyilən təşkilat mənimlə uzun müddət çalışıb, belə deyək. Həmişə nəzarətdə sax­la­yıb­dır. Vaxtaşırı çağırıblar, töv­si­yə­lər veriblər, qadağaları qoyublar, qor­xu­dub­lar, təzyiqlər göstəriblər. Çox şeylər olubdur. O təbii bir proses idi. Am­ma buna bax­mayaraq ki, orda marksizm fəlsəfəsi var idi, milli fəlsəfi fikir üçün şərait yox idi. Türkiyədə ki, müstəqil cümhuriyyət olub. Amma Tür­ki­yə­də də gəlişməyib. Yəni, marksizm özü bir fəlsəfi sistem kimi çox mü­kəm­məl bir sistem idi. Bütün universitələrdə o fəlsəfə keçirilərdi. Hər yerdə məc­buri fənn olaraq öyrədilərdi. İstər mühəndis ol, istər həkim ol, istər mü­əl­lim ol, nə olursansa ol, fəlsəfəni bilmək zorunda idin, öyrənmək zorunda idin və bunun üstün cəhətləri də olub. Çünki marksizm deyilən fəlsəfə özü göy­dən düşməyibdir. O da həmin klassik fəlsəfi ənənələr üzərində qurul­muş­du. Kant, Hegel fəlsəfəsi üzərində qurulmuşdur. Hegel fəlsəfəsinin, qı­saca de­sək, tərsinə çevrilmiş bir forması olub. Hegeldə ideyadan başlayıb dün­yaya gedən bir baxış idi. Onlar materiyadan başlayaraq dünyaya baxırdılar.

Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin