Мцндярижат



Yüklə 4,6 Mb.
səhifə33/67
tarix10.01.2022
ölçüsü4,6 Mb.
#108774
1   ...   29   30   31   32   33   34   35   36   ...   67
Səlahəddin Xəlilov: Dünya fəlsəfəsi deyilən bir fəlsəfə yoxdur. Ayrı-ayrı millətlərin fəlsəfəsi var. Sadəcə olaraq, bu anda başqa xalqların öz fəlsəfəsi olmadığına görə onlar Batıda 16-cı yüz yıldan sonra yaranmış, 16-cı 20-ci yüz yıllar arasında, 400 il ərzində yaranmış, sistem halına salınmış fəlsəfəni indi dünya fəlsəfəsi adlandırırlar. Yəni, öncə də bir fəlsəfi sistem var idi. O da antik fəlsəfə dediyimiz. O da Yunanıstanda, o ərazidə yaran­mış­dır. Miladdan öncə. Onu daha da təkmilləşdirmiş və ola bilsin ki, fərqli çalarlar əlavə etmiş və yeni bir fəlsəfi sistem yaratmışlar. Bizim ancaq on­ların kitablarından öyrənməyimiz həmin sistemi qəbul etməyimiz, kü­rə­səl­ləşməni qəbul etməyimiz və Batı düşüncəsini qəbul etməyimiz deməkdir. Baş­qa bir şey deyil. Zatən, proses bu istiqamətdə ge­dir. İndi müqavimət gös­tərən ancaq bu islamçılardır. Onlar deyir ki, bizim milli-dini dəyər­lə­ri­miz var və bunlar batı düşüncəsindən fərqlidir və bunu da qo­ruyub sax­la­ma­lı­yıq. Amma orta əsrlərdə, 800 il, 1000 il bun­dan qabaq olan bir şey müasir tə­ləblərə, çağdaş tələblərə nə dərəcədə cavab verir. Verə bilir, yoxsa verə bilmir? Ora baxırsan, mənə doğ­ma­dır, amma geri qalıb. Bura baxırsan, mə­nə yaddır, amma irəlidədir. Han­sı­nı seçməliyik? Nəyə görə biz bu iki tərəf, iki qütb arasında seçim et­mə­li­yik? Heç birini seçməmək, əksinə, hər ikisinin üstün cəhətlərini ehtiva elə­yən, üstəlik, içimizdən gələn bir fəlsəfi sistemin olması gərəkdir. Bu ba­xım­dan deyirəm. Və bu mümkündür. Bunun yara­dılması mümkündür və zə­ru­rət­dir. Ona görə ki, Batı artıq fəlsəfə yaratmır. Batıda 20-ci yüz yıla qədər, 20-ci yüz yılın ortalarına qədər bu proses, bu sürəc getdi. Ondan sonra Ba­tı­da yeni bir dönəm başlandı. Toplum istehlak toplumuna çevrildi, tükətim top­lu­muna çevrildi. Tükətim toplumunda da artıq əvvəlki nəsillərin, onların ba­balarının yaradıcı fəaliyyətlərinin məhsullarını yeməklə məşğuldurlar. Yə­ni, hər şey yaradılmış. O 400 il, 500 il ərzində rasionalizm dövrü olmuş, dü­şün­cə dövrü olmuş, bilim, elm, texnologiya dövrü olmuş. Və gerçəkdən bö­yük uğurlar əldə edilmişdir. Böyük gəlişim var idi. Və onların törəmələri ye­ni nəsil daha artıq babaları kimi çalışmır, onların okullarında hətta sizin ya­za­rınız, böyük aliminiz Oktay Sinanoğlunun bir kitabı var, «Türk Aynştaynı» ad­lı bir kitabı var, orda da o qeyd etmişdir, Amerikada yaşamış, dünyada ən gənc professor adı qazanmış şəxsdir Oktay Sinan­oğ­lu. Yəni, fərdi götürüləndə ayrı-ayrı türk kişiləri dünya çapında birinci ola bilirlər. Amma millət olaraq, toplum ola­raq ola bilmirlər. Ona görə ki, təşkilati iş burda zəifdir, amma o mühit, o çev­rə imkan verir ki, bizim kəndi intellektual potensialımızı daha gözəl rea­li­zə edək. Özümüzdə belə bir mühit yoxdur. Təkcə o deyil, başqa insanlar da var, Zadə var, başqası var. Mən nəyə misal gətirirəm. Onun kitabında deyilir ki, artıq Amerika okul­la­rın­da oxumurlar. 90 faizi heç oxumur. Bir 10 faiz oxu­yan var. Yəni, bizim durumumuz onlara baxanda iyidir. Yəni, bizim gənc­lər oxuyurlar. 10 faiz üzərində qurulub bu cəmiyyət. Amma onlar o qə­dər çox toplayıblar ki, sərvəti, babalarının zəhməti, əməyi sayəsində o qədər böyük istehsal, sənaye, texnoloji, filan, filan toplanıb ki, bu hələ indi onların oğullarına da yetir, torunlarına da yetir. Amma torunun oğluna yetəcəkmi? Yə­ni, tükənmə gedir. İflas gedir. Ona görə Avropa fəlsəfəsində nədən ya­zır­lar? Avropanın süqutu, Avropanın batması, iflası, nə bilim nə, çoxlu ki­tab­lar. Onu Şpenqler yazır, o birisi yazır – özləri yazırlar. Nədən çıxış eləyib ya­zırlar? Onlar uzağı görən insanlardır. Uzağı görənlər görür ki, o vaxt bö­yük fəlsəfələr var idi, axta­rış­lar var idi, yaradıcılıq var idi. Bunların üzərində də millətin, toplumun eko­no­misi, hüququ, dövlət idarə­çi­li­yi, siyasəti və s. qu­rulmuşdur. Amma yeni fəl­səfə yaranmır. Fəlsəfə gəliş­mir. İnsanlar fəlsəfi tə­məldən uzaq düşüblər. Ancaq onların o vaxtkı ya­rat­dıq­larının nəticələrini, mey­vələrini dərirlər. Bu pro­ses, inandırıram sizi ki, be­lə getsə, 50 il filan, özü­nü çox aydın gös­tə­rə­cək. Yəni, Batının gələcəyi yox­dur bu baxımdan. Am­ma bizim də gə­ləcə­yi­miz yoxdur, çünki biz də hələ heç onların baba­sı­nın gördüyü işi görmək səviy­yəsinə gəlib çatmamışıq. Amma biz gəlib çat­saq, görə bilsək o işi, yəni, biz də millət olaraq rasionalizm dövrünü keçsək on­lar geri gedəndə biz irəli getmiş olarıq. Tarixən sivilizasiyanın, mədəniy­yə­tin inkişaf yolu belədir. Əvvəlcə Doğuda yarandı mədəniyyət, elə de­yil­mi? Qədim Çində, Hindistanda, Misirdə, filanda. Sonra Batıya keçdi. Yu­na­nıs­tanda antik mədəniyyət, filan. Sonra Batıdan təzədən orta əsrlərdə keçdi − Doğuya. İslam mədəniyyəti yarandı. Dünyanın ən aparıcı ölkələri islam öl­kələri oldu. Sonra 16-cı yüz yıldan sonra yenidən Batıya keçdi. Eləmi? İn­di sıra kimindir? Bu ardıcıllıqla sıra bizim olmalıdır. Amma o zaman ola bi­lər ki, biz yerimizdə oturub yuxulamayaq, mürgüləməyək. Biz hərəkət elə­yək. Yəni, bizim o daxilən yatmış milli potensialımızı realizə edək. Bunu elə­mək üçün də biz milli fəlsəfi konsepsiyamızı yarat­ma­lı­yıq. Yara­dam­ma­saq, onlar necə ki, iflasa, süquta gedirlər, biz də onların da­lın­ca təqlid eləyə-elə­yə elə biləcəyik ki, yüksəyə gedirik, amma sən demə, onlar aşa­ğı ge­dir­lər­miş, biz də onların dalınca gedib düşəcəyik ora. Yəni, çox ma­raq­lı bir və­ziy­yət, durum yaranır. Onların daxili inkişaf potensialı, intellektual po­ten­sia­lımı deyim, fəlsəfəsinimi deyim, tükənmək üzrədir. Son 50 ili götürsək, elə bir yeni şey yaranmayıb, fəlsəfədə heç nə yoxdur. Amma bizdə də yox­dur. Maləsəf. Amma niyə yoxdur? Bizdə ola bilər. Gərək birləşək. Yəni, ne­cə birləşək? Yəni, elə sayca birləşmək yox. Ən yetənəkli gənclərin məhz fəl­sə­fi fikrə yönəldilməsi lazımdır. Bunun üçün bizim vəqflər gərək onları maddi cəhətdən, maliyyə cəhətdən elə təmin eləsin ki, onlar ancaq diqqətini belə bir fəlsəfə kimi indi lazımsız hesab olunan bir işə yönəltsin (camaat para qazanmaq üçün müxtəlif işlə, bilgisayarla, proqramlaşdırma ilə və s. − lə məşğul olur ki, para qazansın). Amma biz vəqf olaraq, ya biz belə deyək ki, durumu dərk etmiş insanlar olaraq onların para, maliyyə və­ziy­yə­ti­ni yaxşılaşdıra bilsək, burslar verə bilsək, onlar bu sahədə öz qüvvə­lə­rini birləşdirə bilərlər. Bu lazımdır. Bu, dövrün tələbidir, zamanın tələbidir. Biz bunu yapsaq − yapacağıq, yap­ma­saq, onları təqlid eləyə-eləyə biz onlar­dan öncə çökəcəyik. Amma bir mi­sal çəkim. Avropada, Batıda 50 il öncə mo­dernizm var idi. İndi post­mo­der­nizm var. Nədir o? Çox böyük uğurlar qa­zan­mış rasionalizm ənənələrini in­kar etmək üzərində bir modernizm qu­rul­du. İndi onu da inkar etmək üzə­rində bir postmodernizm qurulub. Amma biz niyə postmoder­niz­min dalınca ge­dirik? Soruşuram, biz nəyi inkar edi­rik? Biz hələ o rasio­na­liz­min yolunu keç­mədik, axı. Gəlin, öncə o yolu ke­çək, sonra inkar eləyərik. Biz onların uğur qazandığı, onlara böyük sərvətlər ver­miş, onlara böyük bir elm, tex­no­lo­ji vermiş bir dövrü yaşamadan, birbaşa on­ların iflas məqamlarını, süqut mə­qamlarını yaxalamışıq və onların ətə­yin­dən tutmuşuq, gedirik. Onlar uçursa, biz də uçaq. Yəni, belə bir vəziyyətdir.
Sual: Batının gücü pozitivizmdən gəliyor. Postbilimlərdə, teknikdə, fi­­lan uyqulanması gediyor. Çok güclüdürlər. Dolayısı ilə şimdi pozitivizm­dən qaynaqlanmayan fəlsəfələri də ordan güc almıyormu? Çünki onlar et­ki­li olduğu, güclü olduğu miqdarda fəlsəfələrini qəbul etdiriyorlar digər dün­ya millətlərinə. Və Batı dilləri daha yokkən, fransızca, ingiliscə, almanca yok­kən onun kitabələri yazıldı türkcə. Bizim kökümüz onlardan çok daha es­ki. Onlar latınlardan almıyorlarmı fəlsəfi köklərini? Ayrıca fəlsəfə yalnız ki­­tablamı, yazmaqlamı ortaya çıkar? Bən peşindən söyləyim, azəriləri çok se­­viyorum, öncə onu söyləyim. Çünki çok akıllı, güvənilir insanlar. Pe­şin­dən söyleyim, çünki sonda unutacağım. Fəlsəfə sadəcə yazı iləmi oluyor? Bir kalemdar görüş, bir kalemdar oturuş, bir şiir, acaba, fəlsəfə deyilmi aynı za­­manda? Bu gün bən Tokatla ilgili bir savaş filmi seyr etdim. Bir tokatlı çok gözəl bir şiir okudu annesi üçün. İçim parçalandı. Fəlsəfə. Şimdi, Ata­tür­kün bir sözü var. «Hayatda ən hakiki görüşüm bilimdir. ….elmin… dı­şın­da …. cəhalətdir». Bu da bir türk fəlsəfəsidir. Dilə gətiriyor bir cümlə içə­ri­sin­­də. İllah da böyük kitablar yazmaq lazımdırmı bu konuda? Bir cümlə­də­dir fəlsəfə. Ayrıca, dediniz ki, arabcayı kayb etmək kötü oldu. Bən böylə an­la­dım. Şimdi, türk dili ilə birlikdə türklük də kayb olmayacaqdımı? Arab­ca­yı yazı olaraq bənimsəməyi davam etsəydik türk dili kayb olmayacaqdırmı? Həmin dilə davam etsəydik, kəndi milliyyətimizi də kayb etmiş ol­ma­ya­caqdıqmı? İslamı yaratan fəlsəfə islam deyilmi? Onlar arasında uyum var. O böyüksə, onu yaratan da böyükdür.

Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin