ANALİTİK TƏHLİL VƏ PROQRAM TƏMİNATI
Hesabat dövründə Nazirlikdə tətbiq edilən sistemlərin (147 nömrəli telefon məlumat sistemi, Nazirliyə daxil olan sənəd, ərizə, şikayət və təkliflərin qeydiyyatı sistemi, Kinoların reyestri proqramı, Azərbaycan qeyri-maddi mədəni irs abidələrinin reyestri sistemi, Tarixi abidə, heykəl və monumentlərin reyestri proqramı, Ezamiyyələrin qeydiyyatı və nəzarət proqramı, İşə davamiyyət, intizam qaydalarına, tədbirlərə nəzarət sistemi, İnventar proqramı, Fərman, Sərəncam, Qərarlar, Əmrlərin icrasına nəzarət proqramı, Dövlət Rəsm Qalereyalarında saxlanılan əsərlərin “Vahid Elektron Kataloqu” proqramı) işinə daima nəzarət edilmiş, məlumatların təhlükəsizliyi və qorunması təmin olunmuş, sistemlər işlək vəziyyətdə saxlanılmışdır.
Turizm üzrə informasiya naviqasiya sisteminin təkmilləşdirilməsi işləri davam etdirilmişdir. “Eurovision-2012” mahnı yarışmasına hazırlıq dövrlərində (gomap.az) Nazirliyin yaratdığı elektron xəritədə lazımı məlumatlar çevik şəkildə yeniləşdirilmiş “Eurovision-2012” saytı ilə inteqrasiya edilməsi işləri təmin edilmişdir.
Hesabat dövründə İnformasiya və Kommunikasiya Texnologiyaları ilə əlaqədar müxtəlif tarixlərdə keçirilən bir çox konfrans, seminar və digər tədbirlərdə Nazirliyin əməkdaşları iştirak etmiş, yeni təcrübə və texnologiyalarla tanış olmuşlar.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23.05.2011-ci il tarixli, 429 nömrəli Fərmanının icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.
E-xidmətlərin siyahısı hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edilmişdir.
Rəsmi internet informasiya ehtiyatında (rəsmi saytda) xüsusi “Elektron xidmətlər” bölməsi yaradılmışdır. Bu bölmədə informativ və interaktiv xidmətlər göstərilir.
Nazirliyin kompüter şəbəkə sistemində yenidənqurma işləri aparılmışdır
Nazirlikdə istifadə edilən kompüterlərə yeni proqram təminatları qoşulmuş, əməkdaşlara mütəmadi olaraq yeni proqramlarla işləmək üçün müvafiq təlimatlar verilmişdir.
Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət (Elektron Azərbaycan) proqramı”nın 7.2.2.1 bəndinin icrası ilə əlaqədar müvafiq işlər aparılmışdır.
Kitabxanalarının mövcud veb saytlarının vahid domen (libnet.az, libraries.az, cls.az) adına bağlanılması, idarə edilməsi, saytların məlumatlarının bir serverdə yerləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, fasiləsiz olaraq internetə birləşdirilməsi üçün müvafiq işlərə nəzarət edilmişdir.
Nazirlik Aparatının bütün şöbələrdə elektron poçt vasitəsi ilə sənədlərin göndərilməsi və qəbul edilməsi tətbiq olunmuşdur.
Gündəlik məlumatların dövri mətbuata çatdırılması və nazirliyin rəsmi internet saytında yerləşdirilməsi təmin edilmişdir.
Bütün avadanlıqların işlək vəziyyətdə saxlanılması təmin edilmiş, yaranmış problemlər qısa vaxt ərzində həll olunmuşdur. Dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirləri həyata keçirmək məqsədilə şəbəkə sisteminin və hər bir kompüterin kənar müdaxilədən müdafiə sistemi gücləndirilmişdir.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı məlumatlar və tapşırıqlar vaxtında icra edilmişdir.
Bununla əlaqədar olaraq Nazirliyin rəsmi veb səhifəsi daha da təkmilləşdirilmiş, əməkdaşlara elektron imzaların alınması üçün müvafiq sənədlər hazırlanmış, Nazirlikdə “DATA” mərkəz yaradılmış, EHDİS portalına qoşulmaq üçün müvafiq işlər görülmüşdür.
Dostları ilə paylaş: |