REGİONLARLA İŞ
2012-ci ilin birinci yarısında Nazirliyin cari iş planının icrasına uyğun olaraq, regionlarda mədəniyyət və turizmin inkişafı ilə bağlı müəyyən işlər görülmüşdür.
Yanvar ayında şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) 2011-ci ildəki fəaliyyəti təhlil edilmiş, ümumiləşdirilmiş və geniş müzakirə olunmuşdur.
Fevral ayının 17-də Xaçmaz, 22-də Astara, martın 2-də Zaqatala və 14-də Bərdə şəhərlərində şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) 2011-ci il ərzində fəaliyyətinə həsr olunmuş zona müşavirələri keçirilmişdir.
Mart ayının 16-da və 17-də müvafiq olaraq Ağcabədi rayon Taxta Körpü qəsəbəsində və Goranboy şəhərində incəsənət ustalarının iştirakı ilə Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil edilmişdir.
Mart ayının 19-da Bakı şəhərində keçirilmiş Novruz bayramı şənliklərində 32 şəhər və rayonun satış-yarmarkaları təşkil edilmiş və folklor kollektivlərinin iştirakı təmin olunmuşdur.
Mart ayının 16-da Novruz bayramı ərəfəsində və iyun ayının 14-də Milli Qurtuluş günü ərəfəsində Salyan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə ərzaq yardımı paylanılmışdır.
Aprel ayının 3-dən 6-dək Şəmkir rayon Mədəniyyət və Turizm şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti yerində təhlil edilmiş, Nazirliyin Kollegiyasında müzakirə məqsədilə müvafiq arayış və qərar layihəsi hazırlanmışdır.
Dostları ilə paylaş: |