Məhəbbətin boş kasaları


FƏSİL 13 UŞAQLAR VƏ MƏHƏBBƏTİN DİLLƏRİ



Yüklə 156,31 Kb.
səhifə37/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   61

FƏSİL 13

UŞAQLAR VƏ MƏHƏBBƏTİN DİLLƏRİ


Çox vaxt seminarda məndən soruşurlar: «Uşaqlar da məhəbbətin müxtəlif dillərində danışırlar?». Əlbəttə. Körpə olduqları üçün onların məhəbbət dilini müəyyən edə bilməzsiniz. Buna görə də beş dili birdən istifadə edin. Onlardan biri doğru ola bilər. Hər halda, uşağınızı müşahidə etsəniz, siz asanlıqla onun hansı dildə danışdığını anlayacaqsınız.

Bobbinin altı yaşı var. Atası işdən qayıdanda, o, atasının dizində oturub onu qucaqlayır və sığallayır. Sizcə, Bobbi nəyə nail olmaq istəyir? O, atasını ona görə qucaqlayır ki, onu da qucaqlasınlar. Onun məhəbbət dili — toxunuşdur.

Patrik qonşuluqda yaşayır. O, altı yaşının içindədir. Baxmayaraq ki, Bobbi ilə dostdur, o, atasını fərqli qarşılayır. Patrik atasının qolundan dartır:

— Ata! Gedək, gedək! Mən sənə bir şey göstərmək istəyirəm.

Atası cavab verir:

— Gözlə, oğlum, birinci qəzetə baxmalıyam.

Patrik qısa müddətə sakitləşir, amma bir dəqiqə keçmir ki, yenidən deyir:

— Ata! Gəlmirsən?

— Oxuyub qurtaran kimi gələcəm.

Anası Patrikə deyir:

Atana imkan ver dincəlsin, o, yorğundur.

Patrik belə cavab verir:

— Qoy, əvvəlcə mənim düzəltdiyimə baxsın.

Xəlvətcə o, atasının yanına yaxınlaşır və gülərək qəzeti atasının əlindən alır. Atası hirslənir:

— Patrik, bəsdir!

— Ata, gedək, mən sənə bir şey göstərəcəyəm.

Patrik nə tələb edir? Diqqət. O, istəyinə çatmayınca sakitləşməyəcək, hətta bu, münaqişəyə səbəb olsa da. Onun məhəbbət dili — vaxtdır.

Əgər uşaq tez-tez sizə gözəl hədiyyələr verirsə və bununla xoşbəxtlikdən nur saçırsa, yəqin ki, hədiyyələr onun doğma dilidir. O, hədiyyələri ona görə verir ki, hədiyyə almaq özünün də xoşuna gəlir. Əgər sizin oğlunuz və ya qızınız özündən balacalara kömək edirsə, onların məhəbbət dili kömək ola bilər. Övladınız dayanmadan sizi tərifləyirsə, onun məhəbbət dili sözlə ruhlandırmaq ola bilər.

Bütün bunlar şüur altı təbəqədə olur. Uşaqlar belə niyyət qurmur: «Qoy, onlara bunu hədiyyə verim, onda mənə nəsə alacaqlar». Onu şəxsi istəkləri hərəkətə gətirir. Bəlkə də artıq valideynlərinin bu və ya digər vəziyyətdə necə münasibət bildirəcəklərini təcrübəsindən bilir və ona görə belə hərəkət edir ki, onun sevgiyə olan ehtiyacını təmin etsinlər. Əgər bu ehtiyac ödənilərsə, zamanla uşaq tamamilə yetkin insana çevriləcək. Əksinə olarsa, uşaqlar sərtləşməyə başlayır və elə düşünürlər ki, valideynləri onları sevmir.

Psixiatr Ross Kembell uzun müddət çətin yeniyetmələrlə işləyirdi. O, bir dəfə də olsun pasientlərinin arasında məhəbbət kasası dolu olan uşağa rast gəlməyib. Doktor Kembell təsdiqləyir: demək olar ki, seksual pozğunluq həmişə valideyn məhəbbətinin çatışmazlığından irəli gəlir.

Belə vəziyyətlərlə üzləşmisinizmi? Yeniyetmə evdən qaçır. Valideynlər pərişan halda deyirlər: «Biz onun üçün hər şey elədik. Bu da onun çox sağ olun!» Onların oğlu isə ola bilsin ki, bu vaxt psixoloqa deyir: «Onlar məni sevmirlər. Bax, qardaşımı sevirlər, amma məni heç vaxt sevməyiblər». Məgər doğrudan da valideynləri bu oğlanı sevmirlər? Əlbəttə, sevirlər. Məsələ burasındadır ki, onlar ayrı-ayrı dillərdə danışırlar.

Bəlkə də ona top, velosiped alıblar. Uşaq isə kiminsə onunla oynamağını istəyirdi. Fərqi görürsünüzmü: top almaq və uşaqla topla oynamaq? Bəzi uşaqlar üçün ikinci daha vacibdir. Əksər valideynlər bütün qəlbləri ilə öz övladlarını sevirlər. Amma sevmək azdır. Ümumi dil tapmaq lazımdır.

Gəlin uşaqla onun dilində necə danışmaq lazım olduğuna baxaq.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin