Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə45/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   ...   61
QRUPDA MÜZAKİRƏ ÜÇÜN

Müxtəlif dinlərdə, qədimi fəlsəfə və müasir sistemlərdə məhəbbətin əhəmiyyəti haqqında danışın. Bu təsəvvürlər fayda verdimi?

Fəsil 3

AŞİQLİK

ƏSAS FİKİR

Aşiqlik bizə qeyri-adi xoşbəxtlik bəxş etsə də, bu duyğu müvəqqəti və xudbindir. Biz əsl sevgiyə ehtiyac duyuruq — ağıl və iradə ilə düşünülmüş sevgiyə. Yalnız bu cür məhəbbət həyatımızı nurlandırmağa qadirdir.



  1. Fikrən həyat yoldaşınıza aşiq olduğunuz dövrə qayıdın. Siyahı tərtib edin. Sonradan özünü doğruldan və həyat yoldaşınızı həqiqətən sevməyə kömək edən gözləntilərinizi sadalayın. Sonra isə sadəlövh və hətta zərərli olan hisslərinizin və gözləntilərinizin adını qeyd edin.



  1. Aşiqlik keçəndən sonra həyat yoldaşınızda müşahidə etdiyiniz nöqsanları yadınıza salın. Bu, nəyə səbəb oldu?



  1. Evli olduğunuz vaxtlarda aşiqlik dövründə yaşadığınız hissləri yenidən keçirirsinizmi? Onlar əvvəl olanlardan nə ilə fərqlənir?



  1. Bəlkə aşiqlik dövrü keçəndən sonra həyat yoldaşınızla olan münasibətinizdən tam razısınız. Vaxtından əvvəl rahatlaşmayın və bunun həqiqi sevgi olub-olmadığını müəyyən edin. Doktor Perikin nəzəriyyəsinə əsaslanıb həqiqi məhəbbəti xəyaldan ayırmaq üçün üç meyardan istifadə edin: (1) xəyali məhəbbət — bu, bizim seçimimiz deyil, (2) xəyali məhəbbət — düşünülmüş səy tələb etmir, (3) xəyali məhəbbət — şəxsi inkişafa imkan vermir.



  1. Son vaxtlar əsl məhəbbət adlandıra biləcəyiniz hərəkətlər etmisinizmi? Məhəbbətin xüsusiyyətlərini yada salın: (1) bu, seçimdir, (2) o, ciddi cəhd və nizam-intizam tələb edir, (3) instinktiv deyil, düşünülmüşdür, (4) şəxsi inkişafa səbəb olur.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin