Məhəbbətin boş kasaları


TOYDAN SONRA MƏHƏBBƏTLƏ BAĞLI NƏ BAŞ VERİR?



Yüklə 156,31 Kb.
səhifə43/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   61
TOYDAN SONRA MƏHƏBBƏTLƏ BAĞLI NƏ BAŞ VERİR?

ƏSAS FİKİR

Biz məhəbbəti fərqli şəkildə əks etdiririk. Ona görə də nikahda məhəbbəti qoruyub saxlamaq çətin məsələdir. Bəzən ailə həyatı uğursuz alınır, biz isə niyə belə olduğunu anlamırıq. Biz həyat yoldaşımızın məhəbbəti nədə gördüyünü bilməli, onun doğma məhəbbət dilini mənimsəməliyik.



  1. Öz uşaqlığınızı xatırlayın. Necə düşünürsünüz, valideynləriniz sizi sevirdilərmi? Niyə belə fikirləşirsiniz? Onların sevgisi sizin xasiyyətinizə və insanlara münasibətinizə necə təsir göstərib?



  1. Valideynləriniz sevgini və bağlılığı sizə ifadə etməyə həmişə müvəffəq olublarmı? Onların uğurlarının və səhvlərinin siyahısını tərtib edin. Düşünün, bəlkə, siz onlara oxşayırsınız. Bəlkə bilmədən siz də valideynlərinizin səhvlərini təkrar edirsiniz?



  1. Bəzən sizə elə gəlir ki, hər şey əladır, amma həyat yoldaşınız nədənsə narazıdır. Son bir ildə heç belə hadisə baş verib? İki növ problemi ayırd edin: (1) siz sevgini ifadə etməyə çalışır, ancaq həyat yoldaşınız buna fikir vermir; (2) Həyat yoldaşınız sizin laqeydliyinizdən şikayətlənir, siz isə onun niyə belə dediyini başa düşmürsünüz.



  1. Ailə həyatınızı qaydaya salmaq üçün nə vaxtsa kitablardakı, jurnallardakı və ya televiziya verilişlərindəki məsləhətlərə əməl etmisinizmi? Bunun nə vaxt və necə baş verdiyini xatırlamağa çalışın. Hansı mənbələrdən istifadə etmisiniz? Bu, nəticə əldə etməyə imkan verib, ya yox? Nə üçün?



  1. Bir daha ərinizə məhəbbətinizi ifadə etdiyiniz vaxt onun bunu görmədiyi və ya məhəbbət davranışlarınıza fikir vermədiyi hadisələri araşdırın. Nə üçün bəzən xoş niyyət, səmimilik, hətta yaxşılıq etməyə can atmaq nəticəsiz qalır?

QRUPDA MÜZAKİRƏ ÜÇÜN

Ünsiyyət problemləri haqqında danışın. Bəzən anlaşılmazlıq dilimizin çətin olması səbəbindən baş verir. Bu barədə düşünün. Üstəlik də həmsöhbətinizin baxışları, dəyərləri, mənşəyi fərqlidirsə, onda necə?

Fəsil 2


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin