Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə36/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   61
Əgər siz olmayan hissləri büruzə verməyə

Çalışırsınızsa, bu, ikiüzlülükdür… Ancaq

Başqasının xeyrinə çalışırsınızsa və onun

Yaxşı olmasını istəyirsinizsə, bu, hərəkət edən,

Düşünülərək seçilən məhəbbətdir.

Enn diqqətlə məni dinləyirdi. Hərdən başını tərpədirdi. Onun gözlərində sual yaranmışdı. Nəhayət, o, dil açdı:

— Doktor Çepmen, bu ki ikiüzlülükdür. Elə çıxır ki, sevmədiyim insana sevgi göstərməliyəm?

— Bir dəqiqə. Gəlin məhəbbət duyğuları ilə məhəbbət davranışı arasında fərqi ayırd edək. Əgər doğrudan da, olmayan hissləri göstərməyə çalışırsınızsa, onda bu, riyakarlıqdır. İkiüzlülük üzərində yaxın münasibətlər qurmaq mümkün deyil. Ancaq başqasının xeyrinə çalışırsınızsa və onun yaxşı olmasını istəyirsinizsə, bu, hərəkət edən, düşünülərək seçilən məhəbbətdir. Siz ona qarşı məhəbbətlə alışıb-yandığınızı göstərmirsiniz, sadəcə ona yaxşılıq edirsiniz. Mənə elə gəlir ki, Məsih elə bunu nəzərdə tuturdu. Biz nifrət edənlər haqqında nəzakətlə davranmağı düşünə bilərikmi? Çətin ki. Bu, təzaddır. Amma onlara xeyirxahlıq göstərə bilərik. Bu, bizim seçimimizdir. Biz ümid edirik ki, göstərdiyimiz məhəbbətin əvəzində insan bizə qarşı dəyişəcək. Hətta belə olmasa da, bu, önəmli deyil. Əsas odur ki, biz onun üçün yaxşı nəsə etdik.

Dəyəsən, mənim cavabım Enni qane etdi. Amma bu suala dəfələrlə qayıdacağımızı hiss edirdim. Mən yaxşı nəticəyə yalnız ona görə ümid edirdim ki, Enn bütün qəlbi ilə Allaha inanır.

— Bir ay ötəndən sonra, — mən davam etdim, — siz baş verənlər barədə ərinizin nə düşündüyünü öyrənməlisiniz. Təxminən belə soruşun: «Yadındadırmı, mən sənə yaxşı arvad olmağı və münasibətlərimizi bərpa etmək istədiyimi demişdim. Necə fikirləşirsən, məndə alınırmı?»

Onun nə deyəcəyindən asılı olmayaraq, hər şeyi məlumat kimi qəbul edin. Sizə rişxənd etsə və ya sizinlə kobud davransa, məyus olmayın. Onunla mübahisə etməyin. Ona bir daha dəyişmək istədiyinizi söyləyin. Ərinizin də hər hansı bir istəyi varsa, onu eşitməyə hazır olduğunuzu bildirin.

Hər ay ona bu sualı verin. Bəlkə bir gün o, sizin çalışdığınızı görüb deyəcək: «Bilirsən, sən ilk dəfə deyəndə ki, daha yaxşı olmağa can atırsan, mən gülməkdən ölürdüm. Düzünü desəm, hər şeyin bu qədər dəyişəcəyini gözləmirdim». Ola bilsin ki, bu, bir aydan sonra baş versin, ya da iki və ya üç aydan sonra. Öz ünvanınıza tərif eşidən kimi bir həftə gözləyin. Sonra sizin üçün nəsə etməyini xahiş edin. Xahişiniz sizin doğma məhəbbət dilinizə aid olmalıdır. Məsələn: «Yadındadırmı, əvvəl axşamlar biz birlikdə krossvord həll edirdik? Bu, həmişə mənim xoşuma gəlirdi. Bəlkə yenə başlayaq? Yeri gəlmişkən, uşaqlar da çərşənbə axşamı Merigilə gedir».

Xahiş konkret olmalıdır, yəni qeyri-müəyyən frazalardan ibarət olmalı deyil: «Bilirsən, mən səninlə daha çox vaxt keçirtmək istəyirəm». Çünki əriniz nəsə etməyə cəhd etsə də, siz bunu görməyə bilərsiniz. Amma müəyyən bir şey istəyəndə, o, nə istədiyinizi biləcək və bunu edib-etməyəcəyinə qərar verəcək.

Hər ay ondan nəsə istəyin. O, xahişlərinizi yerinə yetirə, ya da onlara heç əhəmiyyət verməyə bilər. Amma hər halda xahişləriniz ona sizin doğma məhəbbət dilinizi öyrənməyə bir az kömək edəcək. Axı siz ondan həmişə vaxt və diqqət istəyəcəksiniz. Əgər o, sizin məhəbbət dilinizdə danışsa, ona münasibətiniz dəyişəcək, məhəbbət kasanız dolmağa başlayacaq və beləliklə, nikahınız xilas olacaq.

— Mən bunun üçün hər şeyi qurban verərdim.

Sizə asan olmayacaq, amma əminəm ki, sınamağa dəyər. Bu təcrübə həmçinin mənim üçün də vacibdir. Mən öz fərziyyəmi yoxlamaq istəyirəm. Biz mütəmadi olaraq sizinlə görüşəcəyik. Məsələn, iki həftədən bir. Ərinizə söyləyəcəyiniz hər bir tərifi yazın. Sonra bu siyahını mənə göstərin. Bundan əlavə, biz Qlendə irad tutduğunuz məqamları da müzakirə edəcəyik. Ola bilsin ki, mən sizə ondan nə xahiş etməli olduğunuzu deyəcəm. İstəyirəm ki, sonda siz ərinizlə bir-birinizə mübahisə etmədən səhvlərinizi göstərməyi və fikir ayrılığını araşdırmağı öyrənəsiniz. Hələlik isə iradlarınızı özünüzdə saxlamağınız daha yaxşıdır.

Düşünürəm ki, mən Ennin «Nifrət etdiyin insanı sevmək olarmı?» sualına cavab verdim.

Beləcə bizim təcrübəmiz başladı. İlk günlər Enn lağa qoyulurdu. Lakin Qlen yavaş-yavaş dəyişməyə başladı. İki aydan sonra o, etiraf etdi ki, münasibətləri həqiqətən yaxşılaşıb. Üç ay keçdikdən sonra isə o, Ennin istənilən xahişini sevinclə yerinə yetirirdi. Tezliklə Ennin ona münasibəti tamamilə dəyişdi. Qlen mənim konsultasiyamda iştirak etməsə də, söhbətimizin səs yazısını dinlədikdən sonra Enn ilə onları müzakirə edirdi. Təcrübəmizin sonunda Qlen təkid etdi ki, Enn mənimlə daha üç ay görüşsün. İndi Qlen hamıya mənim möcüzə yaratdığımı deyirdi. Amma bu, belə deyil. Möcüzəni məhəbbət yaradır.

Belə möcüzə sizin həyatınızda

Da baş verə bilər. Sınaqdan keçirin.

Belə möcüzə sizin həyatınızda da baş verə bilər. Sınaqdan keçirin. Həyat yoldaşınıza münasibətlərinizi bərpa etmək istədiyinizi söyləyin. Qoy bunun üçün nə etmək lazım olduğunu sizinlə məsləhət etsin. Beləcə siz onun doğma məhəbbət dilini müəyyən edəcəksiniz. Əgər o, danışmaqdan imtina etsə, tez-tez sizdən nə xahiş etdiyini və nədən gileyləndiyini xatırlayın. Bu, onun dilini təyin etməyə kömək edəcək. Sonra yarım il ərzində onunla həmin dildə danışmağa çalışın. Hər ay həyat yoldaşınızdan soruşun ki, nəsə dəyişiklik görürmü? Daha nə etmək olar?

O, hər şeyin daha yaxşı olduğunu etiraf edəndə, bir həftə gözləyin, sonra sizin üçün mühüm olan bir şeyi etməyini xahiş edin. Əgər bu xahişinizi yerinə yetirsə, deməli, o, sizin məhəbbətinizə cavab vermək istəyir. Yox, əksinə olarsa, təcrübənizə davam edin. Ola bilər ki, növbəti dəfə sizin istəyiniz icra olunsun. Tədricən həyat yoldaşınız sizin məhəbbət dilinizdə danışacaq. Onda siz yenidən ona qarşı sevgi hiss edəcəksiniz. Əlbəttə, belə olacağını dəqiq deyə bilmərəm. Lakin işlədiyim əksər ailələrdə bu möcüzə baş verib.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin