Məhəbbətin boş kasaları



Yüklə 156,31 Kb.
səhifə52/61
tarix02.02.2022
ölçüsü156,31 Kb.
#114149
növüYazı
1   ...   48   49   50   51   52   53   54   55   ...   61
QRUPDA MÜZAKİRƏ ÜÇÜN

Məhəbbətə olan ehtiyacı təmin etmək üçün çoxlu zəhmət çəkmək, hətta söhbət paltar yumaqdan getsə də, yeni şeylər öyrənmək lazımdır. Düzgün münasibətləri qurmaq üçün çox səbir tələb olunur. Bunu müzakirə edin.

10 və 11 fəsillər

MƏHƏBBƏT — SEÇİMDİR

SEVGİ HƏR ŞEYİ DƏYİŞİR

ƏSAS FİKİR

Sevgi, həqiqətən, hər şey dəyişir. O bizə keçmişdəki inciklikləri unutmağa, əhəmiyyətli olduğumuzu hiss etməyə kömək edir və özümüzdə əminlik yaradır. Aşiqlik sevgiyə olan dərin tələbatımızı ödəmir. Bunu yalnız düşünülmüş və qərarlı sevgi edə bilər.



  1. Sevgi kasamız boş ola bilər və bunun hansı səbəbdən baş verdiyini müəyyən edə bilmərik. 10-cu fəsildə Brent də belə hadisə ilə üzləşmişdi. Biz həyat yoldaşımızı incitmək istəmirik, lakin öz məhəbbət kasamızı doldurmalıyıq. Bəzən bunun üçün yol verilməyən vasitələrdən istifadə edirik. Özünüzlə səmimi olun, sizin də belə fikirləriniz olubmu? Bəlkə sevgiyə olan ehtiyacınızı təmin etmək üçün daha yaxşı üsul mövcud idi? «Verin, sizə də veriləcək» — sözlərini xatırlayın. Niyə də bu prinsipi həyatımızda tətbiq etməyək? Tətbiqə bu gündən başlayın.



  1. Əvəz gözləmədən sevmək alicənablıqdır. Yadınıza salın, həyat yoldaşınıza məhəbbətinizi bildirəndə, bunu həmişə mənfəət güdmədən edirsinizmi? Bəs əvəzində sevgi görmürsünüzsə, sevməyə davam edirsiniz? Bəzən məhəbbətimizin dərhal bəhrə verəcəyini gözləyirik. Amma heç vaxt belə olmur. «Moskva birdən tikilməyib». Münasibətləri qurmaq isə şəhər tikməkdən daha çətindir. Səbirli olun.



  1. Çətin olsa da, məhəbbətinizi həyat yoldaşınızın istədiyi tərzdə ifadə edin. Siz öz mənafeyinizə üstün gəlib onun ehtiyaclarına cavab verməlisiniz. Əvəzində mükafatınız böyük olacaq.



  1. Dəyərli olduğumuzu hiss etmək və özümüzə əmin olmaq bizim üçün mütləqdir. Bir-birinizlə açıq olun. Əgər həyat yoldaşınız sizə söz və əməllə kömək etməsə, öz sevgisini sizə ifadə etməsə, siz bu tələbatı ödəməyəcəksiniz.



  1. Həyat yoldaşınızla düzgün dildə danışmamaq təhlükəlidir. Cin və Nik arasındakı otuz il çəkən münaqişəni yadınıza salın. Onlar sadəcə bir-birini başa düşmürdülər. Şikayətlərinin səbəblərini xatırlayın.


Yüklə 156,31 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin