AİLƏ: QURMAQ VƏ QORUMAQ. Baxmutinski E., Prokopenko A., Treskin B., Teymur Rəsulov (217 səh., sərt üzlük, ISBN 978-5-7454-1310-0). Dörd təcrübəli pastor tərəfindən yazılmış bu kitab əks cinslər arasında həm nikahdan əvvəl, həm də nikah dövründəki münasibətlərə aydınlıq gətirir. Bakirəlik, həyat yoldaşı axtarışı və onunla nikahda qurulan münasibətlər gənclərdən cəsarət və yetkinlik tələb edir. Kitabda əxlaq, Tanrının iradəsi ilə subaylıq, Müqəddəs Yazılara əsasən qurulan ailə münasibətləri, kişi və qadının nikahdakı rolları və digər mövzulara toxunulur. Eyni zamanda kitabda praktik məsləhətlər, müzakirə üçün suallar və sərbəst yerinə yetirmək üçün tapşırıqlar verilir. Kitabı gənclər və evlənməyə hazırlaşan cütlüklər, həmçinin fərdi oxucular vəsait kimi istifadə edə bilərlər.