MəHƏMMƏd hüseyn təBRİZİNİN “BÜrhani-qate” LÜĞƏTİNDƏ onomastik vahiDLƏR



Yüklə 335,82 Kb.
səhifə4/27
tarix05.01.2022
ölçüsü335,82 Kb.
#111778
1   2   3   4   5   6   7   8   9   ...   27
Tədqiqat metodları. Tədqiqat işində təsviri, müqayisəli-tarixi və müqayisəli-tutuşdurma metodlarından istifadə edilmişdir. Əsərdə yer alan onomastik vahidlər, onların mənşəyi, semantik dəyişməsi və müasir vəziyyəti başqa kitab və qaynaqlar əsasında tutuşdurularaq elmi biçimə salınmışdır.

Müdafiəyə çıxarılan əsas müddəalar:

1. Orta yüzilliklərdə klassik fars lüğətlərinin Hindistanda yayılması həmin bölgədə ictimai-mədəni və ədəbi prosesin inkişafı ilə birbaşa bağlıdır.

2. Məhəmməd Hüseyn Təbrizinin “Bürhani-qate” lüğəti fars leksikoqrafiyasının yeni mərhələsinin ilk və ən sanballı nümunəsidir.

3. Tədqiq olunan əsərdə fars lüğətçilik ənənəsi ilk dəfə adi sözlük səviyyəsindən daha geniş əhatə çevrəsinə yüksəlir və məzmun zənginliyi ilə seçilir.

4. “Bürhani-qate” əsəri fars leksikoqrafiyasında ensiklopedik sözlüyə keçidin başlanğıcıdır. M.H.Təbrizinin bu gün də əhəmiyyətini qoruyub saxlayan bu əsərinin fars lüğətçiliyinin sonrakı inkişafında müstəsna yeri və çəkisi vardır.

5. “Bürhani-qate” fars leksikoqrafiyası tarixində fars, qismən də Azərbaycan onomastik vahidlərinin geniş və rəngarəng şəkildə təmsil olunduğu ilk izahlı lüğət nümunəsidir.

6. “Bürhani-qate”də yer alan antroponimlərin böyük bir qismi mənşə etibari ilə müqəddəs varlıqlarla bağlıdır.


Yüklə 335,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin