Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə18/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Gördü çeşmim yenə bir şahi-cahanı, nə gözəl,

Sevdi canım yenə bir xubi-zamanı, nə gözəl.


Gərçi gülşəndə ikən çox bitər sərvi-səhi,

Rastı bu sənəmin qəddi-rəvanı nə gözəl.


Bitmədi baği-cahanda, dəxi heç bitməyisər,

Ruxları güllər ilə qönçə dəhanı nə gözəl.


Kirpiyi oxların atmağa könül potasına,

Bu gözi-ahunun əbruyi-kəmanı nə gözəl.


Hər ki gördüsə cəmalın dedi təhsinlər edib,

Mehrinin haqqı budur, ruhi-rəvanı nə gözəl.

102
Hərfi-mim

Məf’ūlü məfā’īlü məfā’īlü fa’ūlün
Ey dost, səni yari-vəfadar ola sandım,

Bilməzlik ilə, gör ki, necə odlara yandım.


İnanmaz idim kimsəyə öldüm desə əlhəq,

Yalan dilinə aldanıb, ey yar, inandım.


Dur etmə tapundan məni əğyar sözüylə,

Allaha qoydum onu vü mən sana dayandım.


Göz yaşı kimi sən də nəzərdən düşürürsən,

Dərda vü, diriğa vü həzar ah, əfəndim.


Min dürlü cəfan ilə bu can hülquma gəldi,

Çıxmaz nedəyin,mən bu aləmdən usandım.


Bir muyini verməz bu cahan mülkünə Mehri,

Vallahi vü billahi, inan kim, budur andım.

103
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Eşidib şirin sözün ol lə’li-qəndimdən mənim,

Haq bilir kim, getdim ol dəm kəndi-kəndimdən mənim.


Şadam, ol canan, məgər, əfğanım eşidib demiş:

Getməmiş eşqim dəxi bu dərdməndimdən mənim.


Zülfünə dolaşdı dil mürğü dedim. Dilbər dedi:

Key hədər qıl, kimsə qurtulmaz bu bəndimdən mənim.


Dedi: miskin sənmisən, zülfüm giriftarı həman,

Neçə canlar boynu bağlıdır kəməndimdən mənim.


Gər sizə canan gərəksə, can verin, canan bulun,

Qafil olman, mübtəlalar, uşbu pəndimdən mənim.


Müshafi-hüsnün haqqı çün bir nəzər qıl halıma,

Haqqı hazır gör, bəyim, qorxmazsan andımdan mənim.


Mehri, sən qılma şikayət dəsti-cövri-yardan,

Hər ki gəlsə, xoş gəlir mana əfəndimdən mənim.

104
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Ey cahan xəlqi, bilin kim, yardan mən dönməzəm,

Sərvi-qəddü lalə-xədd dildardan mən dönməzəm.


Küfri-zülfündə həbibin eşqlə can verməyə,

Gəlmişəm Mənsur vəş bərdardan mən dönməzəm.


Dilrüba, əhd eyləmişdim yoluna canım verəm,

Dostum, vallah, ol iqrardan mən dönməzəm.


Zahida, döndün isə gər yardan sən nar üçün,

Yanayın ol nara mən, ol yardan mən dönməzəm.


Canına qəsd eyləmiş xunriz çeşmin Mehrinin,

Verəyin min cansa, ol xunxardan mən dönməzəm.

105
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Bulmadım bir gün vəfa, sevgili yarımdan mənim,

Keçmədi, bilməm nədir, dövlət kənarımdan mənim.


İnlərəm ta sübh olunca, naləm eşitməz həbib,

Gərçi aləmlər dolubdur ahu zarımdan mənim.


Umma, ey dil bülbülü ol güldən ikən rəhm kim,

Yey onun qatında bir xarı həzarımdan mənim.


Şəm’ kimi yandığım hicrində görüb, əhli-eşq,

Can verir pərvanə vəş almağa narımdan mənim.


Canı ver canan yolunda, yarı kəs əğyardan,

Yoxsa, ey Mehri, nolur aləmdə varımdan mənim.

106
Məfā’īlün məfā’īlün məfā’īlün məfā’īlün
Bu gün şadanü xəndanam ki, mürdə cismə can buldum,

Könül mülkünə çün şahi-əmiri-kamran buldum.


Bu əşki-seyli Ceyhunum qoy bəhri-Nil olsun kim,

Kənarında qəddin kimi səhi-sərvi-rəvan buldum.


Dəfü çəngü rübab ilə dəmidir eyşü nuş edəm,

Visali-yar ilə çün kim, şərabi-ərğüvan buldum.


Nigara, ta xilas etdin məni girdabi-həsrətdən,

Fərəhdən şadman oldum, bəlalardan aman buldum.


Təşəbbüh edəli Mehri xəddinə virdi-həmrayı,

Çəməndə lalənin bağrın həsəddən dolu qan buldum.

107
Məfā’īlün məfā’īlün fa’ūlün
Bənövşəm, xəttinü hüsnün baharım,

Həman pəsdir mana sevgili yarım.


Cəmalın bağın edəldən tamaşa,

Cahan bağına yoxdur etibarım.


Ruxun güldür mana, qönçə dəhanın,

Xəddin bərgi-səməndir gül’üzarım.


Tapuna bəndə olaldan canü dildən,

Əlinə vrrmişəmdir ixtiyarım.


İki aləmdə yarından, ilahi,

Ayırma Mehriyi, pərvərdigarım.

108


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin