Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün
Bu hüsnü, bu məlahətü, bu xülqü huyla,
Qıldın cahan dimağını tazə bu buyla.
Cana, bu canı sidrə qəddin müntəhasına,
Təslim çoxdan eyləmişiz üzü-suyla.
Dil hər nə dənli çəksə, qəmindən bəla sənin,
Döndərməz ol üzünü əgər pustu soyula.
Zülfün qəmini dəsti-əzəl yazdı başıma,
Sanma ki, ta ölüncə bu yazdığı pozula.
Dövlət hüması olmuşkən ismin, ey pəri,
Pərvaz urub, nədən ki, uçasan imdi tüklə?
Həmdəm edinmə kəndinə əğyarı, sevdiyim,
Sən mah sifətli, yürümə sən zəngi-ruyla.
Zəncir tutmaz idi bu divanə Mehrini,
Bənd etdi bənd zülfün onu şimdi muyla.
153
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Bu gecə bir qəsri-ali içrə bir şahbaz ilə,
İşrət etdik sübhədək məhtaba qarşı saz ilə.
Zöhrə çəngin çala çərx içrə yerə çar parəsin,
Hər haçan ol mahrular ırladı avaz ilə.
Qamətim çəng eyləyib, düzdü nəvada rastı,
Çəkdi tənim qul qılıb, üşşaqı xoş şahnaz ilə.
Ol Süleymani-zəmanın məclisi-xasında xoş,
Zülfi-ənbər xubrular xidmət edər naz ilə.
Gördüm ol qəsri-müəlləq kim, yapılmış binazir,
Göy üzündə sandım uçradı hüma pərvaz ilə.
Həmdülillah, imdi bugün söhbət etdik Mehriyə,
Bu gecə bir qəsri-ali içrə bir şahbaz ilə.
154
Məfā’īlün məfā’īlün məfa’īlün məfa’īlün
Tamaşa edəli çeşmim o xəttü xalı bir ləhzə,
Xəyali-dideyü dildən deyildir hali bir ləhzə.
Dəhanın canımü zülfün mənim ömri-dirazımdır,
Ölərəm, ah, görməz isəm o mimü dalı bir ləhzə.
Cəfa xarında bülbül vəş könül fəryad edər hər dəm,
Cəmalın gülşəni göstər, xoş olsun halı bir ləhzə.
Rəhi-eşqində üşşaqın nəzər qıl halına, cana,
Nə hal ilə keçər sənsiz görə ahvalı bir ləhzə.
Cənan içində hər daim həbibim hüllə geymişdir,
Qapında yey dürur geymək əba vü şalı bir ləhzə.
Bu gün qorxutma sən, naseh, cəhimin ertə narından,
Kərəm qıl, başım ağrıtma, qoy qilü qalı bir ləhzə.
Cəmalın müshafın ərz et, bəyim, kim Sə’di Əkbərdir,
Açılsın Mehri bədbəxtin mübarək falı bir ləhzə.
155
Məf’ūlü fā’ilātü məfa’īlü fā’ilün
Can ver qəmimlə gər dersən, başım üstünə,
Təslimi-can edəm, sənəma, başım üstünə.
Səhmi-bəlana sinəmi qılsam sipər nola,
Ruzi-əzəldə yazdı çün haq qaşım üstünə.
Meygün ləbin xəyalı ilə ruzü şəb müdam,
Bağrım qanını nuş edərəm aşım üstünə.
Canana can verib, qəm ilə olduğum həlak,
Daği-dilimlə yazın onu daşım üstünə.
Qəddin xəyalı dideyi-Mehridə, dostum,
Bir sərvdir ki tutdu vətən yaşım üstünə.
156
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Çünki zin oldu cahan baği-gülüstanlar ilə,
Gəl, ey dil, seyr edəlim biz dəxi cananlar ilə.
Götürüb pərdeyi-üşşaqı, sər ağaz edəlim,
Bülbülü mat edəlim nalə vü əfğanlar ilə.
İçəlim lə’li-şərabından o gül çöhrələrin,
Müddəinin ürəyin dolduralım qanlar ilə.
Yaşım irmağı kənarın dolunub hər dəmdə,
Sallanıb seyr edəlim, sərvi-xuramanlar ilə.
Yaxalım canü könül mumilə ən məcmərini,
Sübhədək eyş edəlim şə’mi-şəbistanlar ilə.
Oldu səhni-çəmənin guşələri bağü behişt,
Bəzmi-xas eyləyəlim gəl bəri qılmanlar ilə.
Ömür bir anda keçər, dövri-gül əyyamı dəxi,
Baqi qalmaz bu zaman, varı keçər anlar ilə.
Mehri həmdəm ola ver ömrü tə’vil istər isən,
Zülfi sünbül, gözü nərgiz, xətti reyhanlar ilə.
157
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Dostum, keçmədi bir gün sözümüz yanında,
Mana etdiklərini bulasan imanında.
Hə bu gün cövri-cəfan ilə məni öldürəsən,
Yarın əlim olur a hələ giribanında.
Sən ciyər zəxminə hər dəmdə durub ək nəməki,
Mən deyəm: «Qoymaya, haqq, var isə nanında».
Üzümə baxma rəqibin sözü ilə, qoy məni
Öləyim, çəkməyəyəm minnətini anın da.
Mehri dilxəstəyi öldürdü qəmin, sən sağ ol,
Sevdiyim, var sana şimdən geri dərmanın da.
158
Dostları ilə paylaş: |