Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə27/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   23   24   25   26   27   28   29   30   ...   42
Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Dostum, xəstə dili hicrin odu necə yaxa,

Aldı eşqin əlinə yaxamı, halıma baxa.


Arı, namusu yolunda yelə vermişdi könül,

Şimdi qərq etdi gözüm yaşı onu axa-axa.


Müddəi gərçi bizim aramıza girdi vəli,

Yenə bənzər ki, o ləin çatladısardır qırağa.


Asitanından onu sürmək ilə getmədi, ah,

Götürə bir gün ola biz qoyalım onu haqqa.


Üzünü görməsə çıxsın, nedərəm, iki gözüm,

Gündüzün günəşə, ta kim gecə bədr aya baxa.


Buna daş çatlar, ey Mehri, nə təhəmmül dəmidir,

Qeyriyi yar edə yarın, səni gözdən buraxa.

159
Məf’ūlü məfa’īlü məfa’īlü fa’ūlün
Dedim: «üzünü görmədim əvvəlkı görüşdə»,

Bürqə götürüb, açdı üzün, dedi: «gör iştə».


Gəh şanədədir zülfünü, gəh fikri dilimdə,

Əlqissə, bu miskini qoydun dildə və dişdə.


Göz gördü, könül bildi ki, mən küşteyi-eşqəm,

Kimsə mana rəhm etmədi bilişdə, gör, eşdə.


Çün aldın əlinə yaxamı, halıma bax, kim,

Derlər: «gözün aşda olsun, olarkən əlin işdə».


Ey qəmzə, ciyərdən gedəcək, can belə getmiş,

Billah, bu Mehriyə gətir onu gəlişdə.

160
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Sevdi könlüm yenə bir xub liqayı yenilə,

Çarəmi var ki, mənim gözümü könlün yanıla.


Aldadı hali-könül mürğünü bir danə ilə,

Dami-zülfünə könül düşdümü, kəndi dəg ilə.


Ağlaram, yaş yerinə qan tökülür çeşmimdən,

Yar rəhm eyləyibən, silmədi bir gün yenilə.


Düşəli eşqi-həvəsinə onun leyü nəhar,

Keçdi kuyində günüm dərd ilə, ah etməkilə.


Ney kimi tiği-cəfasıyla dəlindi ciyərim,

İmdi dil sən də fəğan eylə, dərdindən inlə.


Bulmadıq yari-vəfadar, bə hey dariğ,

Canımız çıxdı vəfasız gözəli sevməkilə.


Bir nəfəs, Mehri, vücudundan iraq olmadı qəm,

Xubların cövrü məgər kim, belə yoğruldu gilə.

161
Məf’ūlü məfa’īlü məfa’īlü fə’ūlün
Sən qılmadığın dərdimə dərmanı unutma,

Mən həsrət ilə verdiyim ol canı unutma. 


Qanlı yaşım ərdikcə rəvanlar edibən, ah,

Çak etdiyim, ey dost, giribanı unutma. 


Dilbərlər ilə sən gələ-gəzdikcə, həbibim,

Hicrində olan didəsi giryanı unutma. 


Lütfünlə imarət qılacaq müddəi könlün,

Cövrünlə yıxılmış dili-viranı unutma. 


Qıldıqca həmayıl qolunu boynuna əğyar,

Zülfün kimi mən könli pərişanı unutma. 


Bir kərrə qədəm basmağa, cana, üzüm üzrə,

Əhd etmiş idin, gəl bəri, peymanı unutma. 


Min il ki fələk dövr edə aşiq sana, cana -

Gətirməyə bir Mehri kimi, onu unutma. 

162
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Şöylə titrər canü dil hər ləhzə canan üstünə,

Nitəkim, pərvanə titrər şə’mi-taban üstünə.


Dərdlə can bülbülü billah necə can verməsin,

Bir saçı sünbül, üzü gül, bərgi-xəndan üstünə.


Zahidin aymazı eyn etdiyi məhbubu görüb,

Bil şuna bənzər bu xar, gav mindi urğan üstünə.


Qazı vü müfti, müdərris, zahidü, pirü cüvan,

Hangisı can vermədi məhbub oğlan üstünə.


Şə’mi-rüxsarına cananın, yürü, pərvanə vəş,

Sən, ey Mehri, can verib hər dəmbədəm yan üstünə.

163
Məf’ūlü fā’ilātü məfa’īlü fā’ilün
Qəm gecəsində keçdi günüm ahü vah ilə,

Bir dəm müsahib olmadım ol üzü mah ilə.


Cürmüm nədir qatında sənin bir gün, ey fələk,

Kim həmsər etmədin məni zülfisiyah ilə.


Hicrin qəmində dil nə çəkər şimdi, dostum,

Bir mən bilirəm ancaq onu bir Allah ilə.


Sən bivəfa fəraqilə can ərdi hülquma,

Cana, yolunda çıxsa gərək bir gün ah ilə.


Sufi qatında xubları sevmək günah isə,

Sən fariq ol, qoy mən yanayın ol günah ilə.


Hey, qafil olma qəmzələrindən gözəllərin,

Min şeyxi yoldan eylədilər bir nigah ilə.


Mehri, Nəcati şeirinə dersən nəzirə, leyk

Sən bir gəda vü müflis, o bir padişah ilə.

164


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin