Mehri xatun divan مهري خاتون ديوان baki 2011



Yüklə 0,77 Mb.
səhifə21/42
tarix10.01.2022
ölçüsü0,77 Mb.
#108678
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
Məfā’īlün fə’ilātün məfā’īlün fa’lün
Nigar ruxlarını laləzara bənzətdim,

Bənövşə saçlarını müşkbara bənzətdim.


Cəmali-gülşənini gördümü dedim əlhəq,

Şükufə ilə müzəyyən bahara bənzətdim.


Çəməndə qamətini gördüm ol güləndamın,

Gözünü nərgizü boyun çinara bənzətdim.


Səfineyi-dili qərq edəcək gözüm yaşı,

Həbib damənini mən kənara bənzətdim.


Dilində şamü səhər Mehrinin budur zikri,

Vəfası yox sənəmi ruzigara bənzətdim.

121
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Necə bir hicrinlə edəm ahı çoxlar, sevdiyim,

Ahım odu yaxdı mehrü mahı çoxlar, sevdiyim.


Dürlü-dürlü, dilbəra, cövri-cəfan ilə məni,

Qəsdin öldürməkmidir billahi çoxlar, sevdiyim.


Hər nə üzdən cövr edirsən mən hu üz döndərməzəm,

Sən dəxi hazır gör Allahı çoxlar, sevdiyim.


Dostum lütf eyləgil, əğyar ilə seyr eyləmə,

Devin olmasın mələk həmrahı çoxlar, sevdiyim.


Hey, həzər qıl, dostum, Mehrinin ahından saqın,

Ahü ahəndən keçər, vallahi çoxlar, sevdiyim.

122
Hərfi-nun

Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Ayrı düşdüm həbibimdən, xuda göstərməsin,

Olduğum sərvi büləndimdən cüda göstərməsin.


Lə’li-nabindən məni məhrum qılsın, razıyam,

Tək rəqibə vəslixanından əta göstərməsin.


Üzə-üz yara müqabil olmasın dəng ayinə,

Kəndi-özün gizləsin ol bihəya, göstərməsin.


Handa bir xubu görərsə, bizdən artıq can verir,

Arifanə zövq edib, zahid riya göstərməsin.


Dostlar, billah deyin ol sevdiyim dildarə kim,

Mehriyə cövr edib, əğyara vəfa göstərməsin.


123
Məf’ūlü fā’ilātü məfā’īlü fā’ilün


Biz bəndəsində düşmən işin varı etməsin,

Bir xəstə sihhət istər ikən canı getməsin.


Bazari-eşq içində məni heçə saydı yar,

Ayağa düşdük isə, yabanlara atmasın.


Ol bivəfaya billah ayt, ey nəsimi-sübh,

Eşqi-şəhidi dərd ilə öldü, unutmasın.


Hər kişi etdiyin bu cahanda bulur, vəli,

Mən buldum, uş saqın, bunu düşmən eşitməsin.


Biqədirə bu cahanda kimsənə könül verib,

Mehri, sənin kimi əməyi yelə getməsin.

124

Fə’ilātün fə’ilātün fə’ilātün fə’ilün
Mən umardım ki, sən yari-vəfadar olasan,

Nə bileydim ki, bəyim, böylə cəfakar olasan.


Hələ sən qaideyi-cövrdə əskik qoymadın,

Dostluq haqqı isə ancaq ola, var olasan.


Rəhi-eşqində nələr çəkdiyim, ey dost, mənim,

Biləsən, bir gün ola, eşqə giriftar olasan.


Sözümə uymadın, ey asılası dil, dilərəm

Səri-zülfünə onun axırı bərdar olasan.


Sən ki can gülşəninin bir güli-növrəstəsisən,

Nə rəvadır bu ki, hər xarü xasa yar olasan.


Məni azadə ikən eşqə giriftar etdin,

Görəyin sən də mənim kimi giriftar olasan.


Sən çıxardın məni zülfünə uyub başdan, ey dil,

Göreyin sən dəxi bu yolda ki bərdar olasan.


Bəd dua etməzəm, əmma ki, xudadan dilərəm,

Bir sənin kimi cəfakara havadar olasan.


İndi bir haldayam kim, ilənən düşməninə

Der ki, Mehri kimi sən dəxi siyahkar olasan.


125
Məfā’īlün fə’ilātün məfā’īlün fə’ilün
Xuda yaratdımı ola, bəd sitarə mənciləyin,

Fələk gətirdimi ola, bəxtı qarə mənciləyin.


Cahanda çox dürur, əmma bəlakəş aşiqlər,

Kimsənə uğramadı ahü zarə mənciləyin.


Məgər ki ney ola həmdəm fəğanıma hər dəm

Ki, olub dürur ürəyi parə-parə mənciləyin.


Könül evində bir aşiqi-həbibin ismin

Yazarmı ahiylə hər divarə mənciləyin.


Cahanə gələli Mehri der ərdiyinə əcəb,

Xuda yaratdımı ola, bisitarə mənciləyin.

126
Fā’ilātün fā’ilātün fā’ilātün fā’ilün
Dost, hicrindir dəmadəm bağrımı qan eyləyən,

Lə’li-nabındır, sorarsam ona dərman eyləyən.


Gülşəni-hüsnündə, cana, gecələr ta sübhə dək,

Dərd ilə can bülbülüdür ahü əfğan eyləyən.


Ağlamaqdan münqəte’ olmazdı çeşmim, neyləyim,

Qanlı yaşımdır rəqibi-kəlbi-xəndan eyləyən.


Key, həzər qıl gözlərindən, xunidir dilbərlərin,

Gündə min gəz hey budur nahaq yerə qan eyləyən.


Həsrəti-çaki-zənəxdanın dürur gər var isə,

Bu cahan gülşənlərin Mehriyə zindan eyləyən.

127


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin