Mehriban və bağIŞlayan allahin adi iLƏ


Həzrət Mehdinin (əc.) hökumətinin xüsusiyyətləri, Həzrətin hökuməti idarə üsulundan nümunə



Yüklə 1,04 Mb.
səhifə50/51
tarix10.01.2022
ölçüsü1,04 Mb.
#107773
1   ...   43   44   45   46   47   48   49   50   51

Həzrət Mehdinin (əc.) hökumətinin xüsusiyyətləri, Həzrətin hökuməti idarə üsulundan nümunə


Mətləbin aydın olması üçün diqqətinizi həzrət Mehdinin (əc.) hökumətinin əsaslarından bir neçə nümunəyə cəlb edirik. Onların hər biri həzrətin rəftarının bir cilvəsidir.

Tövhid (təkallahlıq) və xalis İslam dini


İmam Sadiq (ə) həzrət Mehdinin (əc.) hökuməti döv-ründə İslam dininin bütün sahələrinin geniş surətdə aşkar olması barədə buyurmuşdur:

Həzrət Mehdi (əc.) İslam dininin bütün sahələrini aşkar edəcək".

Həzrət Mehdi (əc.) qiyam edən zaman yer üzündə elə bir məkan qalmayacaq ki, orada Allahın birliyinə və Məhəmmədin (s.ə.) peyğəmbərliyinə şəhadət verilməsin".

Daha mühümü odur ki, o dövrdə həqiqi İslam dini aşkar şəkildə icra olunacaq və həzrət Mehdi (əc.) əsl İslamı aşkar edəcək (xürafatları məhv edəcək, unudulmuş hökmləri həyata keçirəcək -red). Çünki tarix boyu İslam elmlərinin çoxu nadan və xeyirgüdənlərin əli ilə əks formada tanınmışdır. Müaviyə ilə həzrət Əli (ə) hər ikisi İslam iddiaçısı idilər. Lakin görək həzrət Əli (ə) İslamı ilə Müaviyə İslamı bir idimi? Bununla əlaqədar, İmam Sadiq (ə) buyurmuşdur:

“Həzrət Mehdi (əc.) zühur edən zaman özü ilə təzə hökm, təzə kitab və təzə qayda-qanun gətirəcək".

Yə`ni, İslam dinini xürafat və nadürüst təfsirlərdən elə təmizləyəcək ki, xalq o həzrətin təzə din və Qur`an gətirdiyini güman edəcək.

O həzrət yenə buyurmuşdur:

And olsun Allaha! Dinlər arasındakı ixtilaflar aradan qaldırılacaq və bütün dinlər bir din üzərində formalaşacaq".


Ədalət, əmin-amanlıq və bolluq


Həzrət Mehdinin (əc.) əzəmətli hökuməti dövründə yer üzü ədalət və əmin-amanlıqla dolacaq və Allahın ne-mətləri hər yeri bürüyəcək.

İmam Sadiq (ə) buyurmuşdur:

Həzrət Mehdi (əc.) qiyam edən zaman hökuməti ədalət üzərində quracaq, zülm və sitəmi aradan qaldıracaq. Onun hakimiyyəti dövründə yollar tə`mir olunacaq, yer üzü öz bərəkət və sərvətini aşkar edəcək, hər kəsin haqqı özünə çatacaq. O həzrət xalq arasında Davud (ə) və Məhəmməd (s) kimi hakimlik edəcək. Həmin dövrdə yer öz sərvət və bərəkətini zahir edəcək. Belə ki, siz sədəqə (ehsan) vermək üçün pul xərcləməyə yer tapmayacaqsınız".

Həzrət Əli (ə) buyurmuşdur:

O dövrdə yağış çox yağacaq, yer öz bərəkətini aşkar edəcək, ürəklərdən kin boşalacaq, heyvanlar və yırtıcılar aram olacaq. Belə ki, İraq və Şam arasıyla tək-tənha yol gedən qadın, zənbilini başına qoyaraq yerisə belə, heç bir yırtıcı heyvan yol boyu ona toxunmayacaq".

Həzrət Mehdinin (əc.) dövründə tə`lim-tərbiyə


Həzrət Mehdinin (əc.) ilahi hökuməti dövründə əxlaq, mədəniyyət və xalqın ictimai, fərdi əlaqələri elə bir səviy-yəyə yüksələcək ki, İmam Sadiq (ə) bu barədə hətta belə buyurmuşdur:

Həzrət Mehdinin (əc.) hakimiyyəti dövründə xalq o qədər hikmətli və gözüaçıq olacaq ki, qadın öz evində Qur`an və Peyğəmbərin sünnəsinə əsasən hökm verəcək".


Əkinçilik və iqtisadi inkişaf


Mə`sum imamlarımızdan (ə) həzrət Mehdinin (əc.) hökuməti barədə belə nəql olunmuşdur:

Onun hökuməti şərq və qərbi əhatə edəcək. Yerin xəzinələri ona aşkar olacaq və yer üzündə elə bir viranəlik qalmayacaq ki, onu abadlaşdırmasın".

İmam Baqir (ə) buyurmuşdur:

Həzrət Mehdi (əc.) Kərbəlada İmam Hüseynin (ə) məqbərəsi arxasında elə bir çay saldıracaq ki, o çay Nəcəf şəhərinə qədər uzanacaq. Onun üstündə neçə-neçə körpü və sədlər salınacaq, çayın kənarında isə bir neçə dəyirman tikdirəcək".

Sonra isə belə buyurdu:

“Sanki, qoca bir qarını görürəm ki, buğda ilə dolu zənbilini başına qoyub, bu dəyirmanların birinə aparır. O, öz buğdasını dəyirmanda pulsuz üyüdüb, evinə gedir".


Hamar yollar və şəhərlərin genişləndirilməsi


İmam Sadiq (ə) buyurmuşdur:

Həzrət Mehdi (əc.) qiyam edəndən sonra Kufə şəhərində min qapılı bir məscid tikdirəcək. Kufənin evləri genişlənərək Kərbəla çayına bitişəcək. Kufədə cümə namazı həzrət Mehdinin (əc.) rəhbərliyi altında o qədər izdihamlı olacaq ki, insanlar ən sür`ətli miniklərlə özlərini namaza çatdıracaq, lakin izdihamın səbəbilə cümə namazında iştirak etməyə nail olma-yacaqlar".


Həzrət Sahibəzzamanın (əc.) hökumətinin əzəməti


Həzrət Mehdi (əc.) və onun ümumdünya hökumətinin iqtidarı o qədər əhatəli və əzəmətlidir ki, onu təsəvvür etmək belə qeyri-mümkündür. Bu dövlətə əzəmət gətirən bu dörd ünsürdür:

–Qeybi yardımlar;

–Həzrətin (əc.) qüdrət və kamilliyi;

–Cavan nəsil;

–Yüksək elmi inkişafa zəmin yaradan böyük imkanlar.

Həzrət Mehdinin (əc.) hakimiyyəti dövründə qeybdən gələn köməklər barəsində bir çox kəlamlar qeyd olun-muşdur. Burada diqqətinizi iki mühüm hədisə cəlb edirik.

Həzrət Baqir (ə) buyurmuşdur:

“Həzrət Mehdi (əc.) qiyam edən zaman Allah ona beş min nəfərdən ibarət xüsusi mələklə kömək edəcək. Cəbrayıl onun önündə və Mikayıl sağ tərəfində hərəkət edəcək. Habelə, başqa müqərrəb mələklər də həzrət Mehdinin (əc.) ətrafında olacaqlar".

İmam Sadiq (ə) buyurmuşdur:

Bütün işlərin ixtiyarı həzrət Mehdinin (əc.) əlinə keç-dikdən sonra Allah-taala yerin bütün çökəkliklərini onun üçün hündür, bütün hündürlüyünü isə alçaldacaq". (Sanki bütün dünya onun hüzurunda olacaq, hər yerə nəzarət edə biləcək- red.)

Həzrət Mehdinin (əc.) qüdrəti haqqında qeyd olunan daha bir rəvayətə diqqət yetirək:

Rəyyan ibn Səlt İmam Rzaya (ə) dedim:

“Əmr sahibi sənsənmi?”

Həzrət onun cavabında buyurdu:

Əmr sahibi mənəm. Lakin zülmlə dolmuş yer üzünü ədalətlə dolduran əmr sahibi mən deyiləm. Gördüyün bu zəif bədənimlə necə həmin əmr sahibi ola bilərəm? Həzrət Mehdi (əc.) elə bir şəxsdir ki, qoca yaşında qüvvətli bir cavan simasında qiyam edəcək. Həzrət Mehdi (əc.) o qədər güclüdür ki, əgər yer üzündə ən böyük ağaca belə əl atsa, onu kökündən qoparar. Dağların arasında nə`rə çəksə, böyük daşlar dağlardan qopub tökülər. Musanın (ə) əsası, Süleymanın (ə) üzüyü onun əlindədir. O, mə-nim dördüncü övladımdır. Allah onu xalqın gözündən qeybə çəkəcək. Sonra onu aşkar edib, zülmlə dolmuş yer üzünü onun vasitəsilə ədalətlə dolduracaq".

Cavan qüvvələr barəsində isə həzrət Əlinin (ə) bu hədisini oxuyaq:

“Həzrət Mehdinin (əc.) dostlarının hamısı cavandır; qoca çox azdır, gözdəki sürmə, yeməkdəki duz kimi".

Böyük İslam dövlətinin əzəməti, yüksək imkanları haq-qında onu əlavə edə bilərik ki, müsəlmanların iqtisadi, siyasi və coğrafi imkanları o Cənabın əlində olacaq.

Sözün qısası, həzrət Mehdinin (əc.) vilayət və hökuməti bütün geniş imkanları və qeybdən gələn yardımlarla misli görünməmiş bir dövlətə çevriləcək.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin