Məktəb coğrafiya atlaslarının proyeksiyaları


Xəritədən istifadə məqsədli xarakter daşıyır



Yüklə 61,94 Kb.
səhifə9/11
tarix14.02.2023
ölçüsü61,94 Kb.
#123371
1   2   3   4   5   6   7   8   9   10   11
Məktəb coğrafiya atlaslarının proyeksiyaları Z

13. Xəritədən istifadə məqsədli xarakter daşıyır.

Məqsəddən asılı olaraq xəritədən tədris prosesində əyani vəsait, informasiya mənbəyi, idrakın predmeti və vasitəsi kimi istifadə olunur. Daha doğrusu, xəritə və xəritə üzərində iş tədrisin həm predmeti, həm üsul həm də məqsədi kimi çıxış edir.



1. Xəritədən əyani vəsait kimi istifadə olunur. Bunun səbəbi odur ki, xəritə coğrafiyanın tədris dilidir.
Klassik fizikanın dili kvant fizikasının yeni hadisələrini təsvir edə bilmədiyi kimi təbii dil də xəritəsiz coğrafiyanın öyrəndiyi bütün hadisə və proseslərin obrazını yarada bilmir. Xəritə coğrafi hadisə, proses və obyektlərin məkan obrazlarını yaratmağa imkan verir. Tədris idrakının strukturunda xəritənin özü yox, xəritəyə əsasən yaranan təsəvvür obrazları və onların üzərində aparılan fikri iş əsas rol oynayır. Xəritə şagirdin hafizəsində əyani obrazlarla qeydə alınmış informasiyanı yada salmaqda, hafizənin assosativ mexanizmini hərəkətə gətirməkdə şagirdin köməyinə gəlir. Xəritədən əyani vəsait kimi istifadə etmək üçün birincisi şagirdin hafizəsində real gerçəkliyin obyektləri haqqında əyani obrazlar şəklində qeydə alınmış informasiya ehtiyatı olmalıdır, ikincisi şagird xəritədə kartoqrafik təsvirin arxasında gizlədilmiş (kodlaşdırılmış) mənanın kodunu açmağı, xəritəyə əsasən obyektiv gerçəkliyi olduğu kimi göz önündə canlandırmağı bacarmalıdır. Xəritə çoxkomponentli və çoxfunksiyalı təsvir olunduğu üçün xəritəyə əsasən ayrı-ayrı obyektlərin şagirdlərin təsəvvüründə hissi obrazlarını yaratmaq üçün, müəllimin sözlü və lövhədə çəkdiyi sxemlər xəritə ilə əlaqələndirilməlidir. Məsələn 8-ci sinifdə "Cənubi Sibir dağlar qurşağı" mövzusunu keçərkən müəllim şagirdlərin təsəvvüründə Sibir dağlarının xəritə üzərində çəkilmiş oroqrafik sxemini lövhədən asdıqdan sonra S. Vurğunun dağlar şeirini oxuyur, şagirdlərə dağların təbiətindən bəhs edən filmləri, bədii lövhələri və əsərləri yada salmağı, Altay-Sayan, Baykal və Aldan-Stanovoy dağlarını xəritədə tapıb göstərməyi təklif edir. Beləliklə şagirdlər dağların canlı təbiətini ilin müxtəlif fəsillərində təsəvvürlərində canlandırmaqla yanaşı həm də Cənubi Sibir dağlarının oroqrafik sxemini xəritə işarələrinin köməkliyilə hafizələrində qeydə alırlar, yadda saxlayırlar.
Fərz edək ki, 9-cu sinifdə "Əhalinin sıxlığı" xəritəsinin məzmununu şagirdlərin təsəvvüründə "real gerçəklikdə" olduğu kimi canlandırmaq istəyirik. Bunun üçün hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, "əhalinin sıxlığı" anlayışı mücərrəd anlayışdır, yəni bu anlayış real obyekti yox, fikri, mənanı əks etdirir. Əhalinin sıxlığı dedikdə hər şeydən əvvəl yaşayış məntəqələri şəbəkəsi, bu yaşayış məntəqələrində çalışan, yaşayıb-yaradan insanlar nəzərdə tutulur.
Kartoqrafik anlayışların və xəritə ilə tədris işi priyomlarının formalaşdırılmasında xəritə tədris idrakının predmeti kimi çıxış edir.
Yeni biliklərin yaradıcı tədqiqatçılıq yolu ilə əldə edilməsinə və şagirdlərin bilavasitə idrakının inkişafına yönəldilmiş problemli təlim zamanı xəritə işarəli-obrazlı model rolunu oynayır.
Öyrənilən hadisə və proseslərin qarşılıqlı əlaqəli şəkildə yerləşməsini və yerini göstərmək lazım gəldikdə, obyektlərin bir-birinə və koordinat başlanğıcına görə coğrafi mövqeyini izah etdikdə xəritə müəllimin nitqi ilə birləşərək "tədrisin dili" kimi çıxış edir.
Şagird üçün xəritə konspekt rolunu oynayır. Məsələn, fərz edək ki, şagird "Azərbaycanın kənd təsərrüfatının coğrafiyası" mövzusunda danışmalıdır, divardan isə Azərbaycanın fiziki xəritəsi asılıb. Əgər şagird bitkiçiliyin, əkinçiliyin, maldarlığın təbii şəraitə olan tələbatını, başqa sözlə, onların ekoloji xüsusiyyətlərini bilirsə və relyefin təbii şəraitin "güzgüsü" olmasını dərk edirsə, onda şagird bu dərsi danışmaq üçün fiziki xəritədən konspekt kimi istifadə edə bilər. Daha doğrusu xəritəyə əsasən nəinki xəritədə təsvir olunan, hətta xəritədə təsvir olunmayan, lakin xəritədəki təsvirlə əlaqəli olan hadisə və ya proses haqqında fikir yürütmək mümkündür. Bəzən xəritə şagirdin nitqinin stimulu kimi çıxış edir. Məsələn Afrikanın kompleks xəritəsinə əsasən Afrikanın əhalisinin məskunlaşması üzərində düşünən şagird qumlu səhraların, su obyektlərinin, yaşayış məntəqələrinin, limanların və nəqliyyat vasitələrinin işarələrinə və onların qarşılıqlı əlaqəli şəkildə yerləşməsinə əsasən qeyd edir ki, Afrikanın əhalisi əlverişli iqlim şəraitində yerləşib və burada müstəmləkəçilik üsulu uzun müddət hökm sürmüşdür.



Yüklə 61,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin